Azərbaycanda valyuta bazarları: Nə üçün milli valyuta dəyərini itirir?



Yüklə 96,34 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü96,34 Kb.
#27720


 

 

 

Azərbaycanda  valyuta  bazarları: 

Nə  üçün  milli  valyuta  dəyərini 

itirir?  

 

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 

 

Dilarə Əliyava 115, 

Bakı, Az1009, 

AZƏRBAYCAN 

 

 

Tel; (99412) 4975684 

Fax (99412) 4975684 

Email; info@cesd.az 

URL; 

www.cesd.az

 

 

Bakı, Auqust, 2016 

 

 

 


 



Mündəricat 



 

 

 

Mövcud vəziyyət

......................................................................................    3 

Nə üçün milli valyuta dəyərini itirir?................................................................      4 

İstinad...........................................................................................................................  12 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



Mövcud vəziyyət 

 

 

 



Artıq üçüncü aydır ki, Azərbaycan Respublikasının milli valyutası davamlı olaraq dəyərini 

itirir. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neft qiymətlərinin üçüzlaşması 

səbəbindən    milli  valyuta  “Manat”  üçün  yaranan  təzyiqlər  bu  gün  də  davam  etməkdədir. 

Ümumilikdə,  manat  2015-ci  ildə  49.6%,  2016-cı  ilin  7  ayında  isə  əlavə  olaraq  daha  3% 

dəyərsizləşməklə  itkilərini  51.3%  -ə  çatdırıb.  2015-ci  il  və  2016-cı  ilin  ilk  aylarında  baş  verən 

sürətli dollarlaşma, biznes mühitdə xüsusi ilə, idxalda müşahidə edilən durğunluq cari ilin mart-

may  aylarında  valyuta  tələbinin  qısamüddətli  azalmasına  və  nəticədə  USD/AZN  məzənnəsinin 

1.49 səviyyəsinə qədər azalmasına səbəb olsada, sonradan dəyərsizləşmə prosesi yenidən davam 

etdi.  Nəticədə  milli  valyuta  iyun  və  iyul  aylarında  ABŞ  dolları  qarşısında  yenidən  7% 

ucuzlaşmaqla illik itkilərini 3,7 % səviyyəsinədək artırıb [bax: diaqram 1].  

 

Diaqram 1: USD/AZN  

  

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2016 

0,784

1,05


1,55

1,6456


1,49

1,61


0

0,2


0,4

0,6


0,8

1

1,2



1,4

1,6


1,8

2

31 yanvar 2015



26 fevral 2015

21 dekabr 2015

11 mart 2016

26 may 2016

12 avqust 2016



 



 



Nə üçün milli valyuta dəyərini itirir? 

 

Hazırda  Azərbaycan  vətəndaşını  daha  çox  bu  sual  düşündürür.  Çünki,  çəmi  4  ay  əvvəl 



valyuta  bazarlarında  xarici  valyuta  tələbi  minimum  həddə  idi.  Mərkəzi  Bank  tərəfindən  təşkil 

edilən valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təklif edilən 

100 milyon ABŞ dollarına qarşı 200 dəfə az və yaxud 0.5 milyon ABŞ dolları tələb oluşdu ki

1

, bu 



da sonrakı dövrlərdə milli valyutanın möhkəmlənməsində mühüm psixoloji faktor rolunu oynadı. 

Eyni  zamnada 2016-cı  ilin  yanvar və  fevral  aylarında Mərkəzi  Bank valyuta bazarlarında aktiv 

iştirakçı statusunu qoruyurdu. Lakin, bu iştirakçılıq rezervlərin sürətli əriməsinə səbəb olmuşdu. 

Beləki, bəhs etdiyimiz iki ay ərzində Mərkəzi Bank valyuta hərraclarında 635 milyon ABŞ dolları 

satmışdı ki, nəticədə bankın valyuta ehtiyyatı tarixi minimum həddə qədər azalaraq 4.026 milyard 

ABŞ dolları səviyyəsinə düşmüşdü. Beləliklə Mərkəzi Bank valyuta hərraclarında iştirakçılığını 

məhdudlaşdırır  və  yaranmış  boşluq  ARDNF-nun  konvertasiyası  hesabına  kompensasiya  edilir. 

2016-cı ilin mart ayında ARDNF-du valyuta hərraclarında əvvəlki ayla müqayisədə təxminən 3 

dəfə artıq 482.2 milyard ABŞ dolları təklif edib. 

Diaqram 2: 2-ci devalvasiyadan sonra keçirilən hərraclarda valyuta satışının dinamikası 

 

                                                           



1

Azərbaycan Respublikası Dövlət Neft Fondu, 28.03.2016 

 

http://www.oilfund.az/az_AZ/news/1053/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-



aciqlamasi.asp

  

317,99



316,88

0

0



0

0

100



Yanvar 2016; 811,92

Fevral 2016; 494,33

Mart 2016; 482,2

Aprel 2016; 263,5

May 2016; 269,4

İyun 2016; 450

İyul 2016; 550

0

100



200

300


400

500


600

700


800

900


Yanvar 2016

Fevral 2016

Mart 2016

Aprel 2016

May 2016

İyun 2016

İyul 2016

Mərkəzi Bank/satış

Neft Fondu/satış

Cəmi



 



Mənbə:  AR  Mərkəzi  Bankı  və  AR  Dövlət  Neft  Fondunun  məlumatları  əsasında  İSİM 



ekspertləri tərəfindən hazaırlanıb 

Göründüyü kimi Mərkəzi Bank dörd ay sonra ilk dəfə iyul ayında 100 milyon ABŞ dolları 

intervensiya etmək məcburiyyətində qalıb. Eyni zamanda qeyd etmək lazımdır ki, 2016-cı ildə ilk 

dəfə aprel ayının 28-də valyuta hərraclarına alıcı tərəf kimi daxil olan Mərkəzi Bank son valyuta 

alışını 10 milyon ABŞ dolları həcmində 31.05.2016-cı il tarixində həyata keçirə bildi. Ümumilikdə 

isə 26 aprel - 31 may 2016-cı il tarixlərini əhatə edən dövr ərzində Mərkəzi Bank 202 milyon ABŞ 

dollarnın alışını həyata keçirə bildi. Sonrakı dövrlərdə isə hərraclarda tələb daimi olaraq təklifi 

üstələyir ki, bu da milli valyutanın yenidən dəyərsizləşməsi səbəb olur.  

 Onu da qeyd etmək lazımdır ki,  məhz bu aylarda dünya bazarlarında neftin qiymətində 

ciddi artımlar müşahidə edilir. Beləki,  yanvar ayında tarixi minimuma-27 ABŞ dollarına qədər 

ucuzlaşan brent markalı neft təxminən 5 ay ərzində 96% bahalaşaraq iyul ayının 9-da 53 ABŞ 

dollarına təklif edilir. Bundan sonra isə neft qiymətlərində  yenidən ucuzlaşma müşahidə edilir.  

Neftin  bahalaşması  Azərbaycanın  valyuta  bazarlarında  mühüm  psixoloji  faktorlardan  olmaqla 

cəmiyyətdə milli valyutanın möhkəmlənəcəyi qənaəti formalaşdırır, vətəndaş və biznes mənşəli 

valyuta təklifini artırır. Qeyd etmək lazımdır ki, milli valyutanın sürətlə bahalaşdığı bu günlərdə 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspert qurupu milli valyutanın məzənnəsinin adminstrativ 

alətlərlə qorunması imkanlarının məhdudlaşması və tədiyyə balansında kəsirin davamlı artımını 

əsas gətirərək yenidən milli valyutanın dəyərini itirəcəyini proqnozlaşdırırdı

2

. Həmçinin mərkəzin 



rəhbəri Vüqar Bayramov yerli mətbuata mövcud iqtisadi şərtlər daxilində milli valyutanını uzun 

müddət möhkəmlənməsini mümkünsüzlüyünü bildirirdi

3



İyun  ayından  etibarən  milli  valyutanın  ucuzlaşmasında  əsas  səbəbləri  aşağıdakı  kimi 



sıralamaq olar: 

1.

 



Valuta  ehtiyyatlarının  kritik  həddə  qədər  azalması  Mərkəzi  Bankın  intervensiya 

imkanlarını məhdudlaşdırıb. Nəticədə son iki ayda valyuta tələbi tam ödənilmir ki, bu 

                                                           

2

 İqtisadi və sosial inkişaf mərkəzi, “National currency rate in Azerbaijan is the stability sustainable?”, 



16.05.2016 

 

http://cesd.az/new/wp-



content/uploads/2016/05/CESD_Paper_National_Currency_Azerbaijan_2016.pdf

  

 



3

 "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi, “Manat: müvəqqəti sabitliyin səbəbləri”, 31.05.2016 

 

http://transparency.az/cnews/manat-muv%C9%99qq%C9%99ti-sabitliyin-



s%C9%99b%C9%99bl%C9%99ri/

  

 




 

da  milli  valyuta  üzərində  təzyiqləri  artırır.  2016-cı  ilin  mart-iyul  aylarında  Mərkəzi 



Bank cəmi 1 dəfə 100 milyon ABŞ dolları həcmində intervensiya edib. 

 

2.



 

Azərbaycanın  xarici  ticarət  balansında mart ayından etibarən mənfi saldo  yaranır ki, 

nəticədə  ilin  1-ci  yarısında  ticarət  saldosu  mənfi  225.8  milyon  ABŞ  dolları  olub

4



Halbuki, əvvəlki illərdə müvafiq dövr üçün Azərbaycanın xarici ticarət saldosu daimi  

müsbət olub 

[bax; diqram 3]

. Beləliklə aydın şəkildə görmək olur ki, 2015-ci ildə 4.6 

dəfə azalan ticarət saldosu, 2016-cı ildə artıq mənfiyə istiqamətlənib. Halbuki, 2011-

2014-cü illərdə müvafiq dövr üçün müsbət saldonun həcmi idxaldan artıq olub.   

 

Diaqram 3: İlin 1-ci yarısında xarici ticarət saldosunun dinamikası, milyard AZN 

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2016 

 

Eyni zamanda qeyd etmək lazımdır ki, ilin əvvəlində idxalın həcmində müşahidə edilən 



kəskin durğunluq səviyyəsi sonrakı aylarda mütəmadi olaraq azalıb [bax: diaqram 4]. 

Lakin, ixracda müşahidə olunan passivlik səviyyəsi yüksək olaraq qalmaqdadır ki, bu 

da mənfi saldonun artacağı ehtimalını yüksəldir.  

 

 



 

 

 



 

 

 



                                                           

4

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük 



Statistikası 01.01.2016-30.06.2016 hesabat dövrü”, Baxış tarixi: 06.08.2016 

http://customs.gov.az/files/arayis20160106.pdf

  

8,75


8,25

6,79


7,12

1,53


-0,225

-2

0



2

4

6



8

10

2011



2012

2013


2014

2015


2016

Xarici ticarət saldosu




 



Diaqram 4: İdxal və ixrac əməliyyatları əvvəlki illə müqayisədə, faizlə 

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2016 

 

Mənfi ticarət  saldosunun valyuta tələbinə  təsirində  müşahidə  olunan gecikmə səbəbi 

2015  və  2016-cı  ilin  ilk  aylarında  biznes  aktivlərində  müşahidə  olunan  kəskin 

dollarlaşma və kredit şərtləri ilə idxal hesab edilir. 

 

3.

 

Manatla  pul  bazası  artır.  2014-cü  ilin  sonundan  etibarən  hökumət  milli  valyutaya 

təzyiqləri  minimizə  etmək  məqsədi  ilə  dövriyyədə  olan  manat  kütləsini  azaltmaqla 

xarici valyuta tələbini tənzimləməyə çalışır. Beləliklə 5 ay ərzində manatla pul bazası 

5 milyard azalaraq 2016-cı ilin yanvar ayında 5.78 milyard olur.  

 

Diaqram 5: Manat bazasının dinamikası (milyon) 

 

                  Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2016 

Lakin, pul kütləsinin daimi azalmasının mənfi iqtisadi təsirlərini nəzərə alsaq mövcud 

siyasətin uzun müddət davam etdirilməsi mümkünsüz idi. Beləliklə iyul ayının 29-da 

manat kütləsinin həcmi yanvar ayı ilə müqayisədə 1.85 milyard və yaxud 24% artıb ki, 

-22,95


-42,67

-24,9


-23,85

-18,19


-13,98

-48,57


-47,59

-47,38


-42,63

-42,26


-38,67

-60


-50

-40


-30

-20


-10

0

Yanvar 2016



Fevral 2016

Mart 2016

Aprel 2016

May 2016


İyun 2016

İdxal əvvəlki illin müvafiq dövrü ilə müqayisədə

İxrac, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə

11743,6


9109,9

5786,9


6388,5

6535,8


6726,1

7641,6


7689,4

7638,1


0

2000


4000

6000


8000

10000


12000

14000



 

bu da valyuta bazarlarında tələbi artıran faktor hesab edilir. Eyni zamanda 2016-cı ilin 



fevral ayında dövlət büdcəsinə dəyişiklər zamanı büdcənin sosial xərclərinin artırılması 

pul kütləsinin genişlənməsinə səbəb olur. Beləki, ilin I rübündə dövlət büdcəsindən 2.5 

milyard  manat

5

  xərcləmə  edildiyi  halda  II  rübdə  bu  məbləğ  41%  artıq  və  yaxud  4.3 



milyard  manat

6

  olub.  Başqa  sözlə  dövlət  büdcəsinin  xərcləmələri  II  rübdə  manat 



bazasının artımında mühüm rol oynayıb. Nəzərə alsaq ki, 2016-cı il dövlət büdcəsinin 

xərcləri 18.5 milyard manat

7

 proqnozlaşdırılır ilin birinci yarısında bu öhdəliyin yalnız 



36.7%-i  yerinə  yetirilib. Bu isə ilin ikinci  yarısında büdcə xərcləmələrinin həcmində 

artım  ehtimalını  yüksəldir.  Nəticədə  növbəti  aylarda  valyuta  bazarlarında  tələbin 

artması proqnozlaşdırılandır.  

Qeyd etmək lazımdır ki, milli valyutaya inamın artırılması və manat kütləsinə nəzarət 

məqsədi  ilə  Mərkəzi  Bank  9  iyun  2016-cı  ildən  etibarən  manatla  depozitlərin  cəlb 

edlməsinə  start  verib.  Lakin,  həm  mərkəzi  bankın  manatla  depozit  cəlbi,  həm  də 

Maliyyə  Nazirliyinin  manatla  istiqraz  emisiyası  məzənnə  sabitliyini  təmin  etməkdə 

kifayət qədər effektiv təsirə malik olmayıb. 

  

4.

 



Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsi ölkə əhalisinin kütləvi şəkildə valyuta 

bazarları  iştirakçısına  çevrilməsinə  səbəb  olub.  Nəticədə  valyuta  bazarlarında  yeni 

tendensiya  formalaşıb.  Beləki,  ölkə  vətəndaşları  və  biznes  subyektləri  məzənnə 

dəyişikliyindən  gəlir  məqsədli  mövqe  tutmağa  çalışırlar.  Başqa  sözlə  milli  valyuta 

möhkəmləndiyi  dövrlərdə  bu  quruplar  tərəfindən  kütləvi  xarici  valyuta  satışı, 

dəyərsizləşdiyi  dövrlərdə  isə  alışı  müşahidə  edilir.  Bu  isə  valyuta  bazarlarında 

volatilitinin  yüksəlməsinə  və  Mərkəzi  Bankın  tənzimləmə  imkanlarının 

məhdudlaşmasına səbəb olur. Hazırki şərtlər daxilində vətəndaşlar və biznes tərəfindən 

                                                           

5

 Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına 



(operativ) dair Məlumat”, 05.04.2016 

http://www.maliyye.gov.az/node/1915

  

 

6



 Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “2016-cı ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına 

(operativ) dair Məlumat”, 18.07.2016 

http://www.maliyye.gov.az/node/1949

  

 



7

 Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi 

haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan 

Respublikasının Qanunu,  23.02.2016  

http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf

  

 




 

valyutaya  tələb  davamlı  olaraq  artır.  Son  valyuta  hərraclarında  bankların  valyuta 



tələbatı təklifdən 12 dəfə çox və yaxud 600 milyon ABŞ dolları olub

8



5.

 

Azərbaycan Respublikasının xarici dövlət borcunun artması növbəti dövrlərdə borclara 



xidmət xərclərini artırır ki, bu da öz növbəsində  valyuta bazarlarında dövlət mənşəli 

tələbin yüksəlməsinə səbəb olur [ bax; diaqram 6]. Beləki, 2014-cü ilin oktyabr ayı ilə 

müqaiysədə 2016-cı ilin mart ayında xarici dövlət börcu 14.3% artaraq 7.45 milyard 

ABŞ dollarına yüksəlib

9

.   


Diaqram 6: Azərbaycan Respublikasının xarici dövlət borcu 

 

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 2016 



 

Baxmayaraq ki, xarici dövlət borcu haqqında son rəsmi açıqlama aprel ayınadək dövrü 

əhatə edir sonrakı 4 ayda borc məbləği daha da artıb. 

 

6.



 

Kommersiya  banklarının  xalis  xarici  öhdəliyində  artım  müşahidə  edilir.  Beləki,  ilin 

əvvəlində  müşafiq  göstərici  151.6  milyon  manat  olduğu  halda  may  ayının  sonuna 

təxminən 7 dəfə artaraq 1 milyard 26 milyon manata yüksəlib

10

. Qeyd etmək lazımdır 



ki,  bu  artım  növbəti  dövrlərdə  komersiya  bankları  tərəfindən  formalaşan  valyuta 

tələbini artıracaqdır.  

 

                                                           



8

 Yeni Müsavat, “Valyuta hərracında dollara tələbat rekord həddə çatıb”, 11.08.2016 

http://musavat.com/news/valyuta-herracinda-dollara-telebat-rekord-hedde-chatib_369685.html

  

9



 Qeyd: Xarici dövlət borcuna aid rəsmi məlumatlar son olaraq 01.04.2016-cı il tarixinə açıqlanıb.  

Azərbaycan Respubliaksı Maliyyə Nazirliyi, “01 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə 

məlumat”, 14.06.2016 

http://www.maliyye.gov.az/node/1939

  

10

 Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Kommersiya banklarının analitik balansı (dövrün 



sonnuna)”, 08.07.2016 

http://www.cbar.az/assets/3573/Bulleten-2016_may_sayt_1_.pdf

  

6,

381



6,

478


6,621

6,

731



6,

894


7,

449


0 1 , 1 0 , 2 0 1 4

0 1 , 0 1 , 2 0 1 5

0 1 , 0 7 , 2 0 1 5

0 1 , 1 0 , 2 0 1 5

0 1 , 0 1 , 2 0 1 6

0 1 , 0 4 , 2 0 1 6

Milyar ABŞ dolları



 

10 


7.

 

Valyuta bazarlarında nağd xarici valyuta satışı azalır [bax; diaqram 7]. Azalmanın əsas 



səbəbi  kimi  istehlak  aktivliyinin  zəifləməsi,  milli  valyutaya  inamın  aşağı  səviyyədə 

olması və növbəti dövrlər üçün iqtisadi dinamikanın proqnozlaşdırıla bilməməsi hesab 

edilir.  

 

Diaqram  7:  Nağd  xarici  valyuta  ilə  mübadilə  əməliyyatlarında  ABŞ  dollarının 



satış dinamikası, milyon 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2016 



 

Göründüyü kimi, valyuta bazarlarında nağd formada ABŞ dollarının satışı yanvar ayı 

ilə  müqayisədə  may  ayında  55%  azalaraq  177.5  milyon  səviyyəsinə  enib.  İSİM 

ekspertləri  azalma  trendinin  bundan  sonrakı  aylarda  da  davam  edəcəyini 

proqnozlaşdırır.  Bu  isə  valyuta  bazarlarında  təklif  azlığını  formalaşdıraraq  milli 

valyutanı təzyiq altında saxlayan faktorlardan biridir. 

 

8.

 



Valyuta dövriyyəsinin daha geniş yayıldığı daşınmaz əmlak və avtomobil bazarlarında 

müşahidə olunan resesiya xarici valyuta dövriyyəsini azaldan mühüm amillərdəndir. 

Beləki,  bu  bazarlarda  müşahidə  olunan  durğunluq  və  qiymətlərin  azalan  istiqamətli 

dinamikası  vətəndaşlarda  və  biznesdə  toplanan  passiv  xarici  valyutanın  həcmini 

artırmaqla davriyyə sürətini azaldır ki, bu da mövcud tələbin ödənilməsində çətinliklərə 

yol açır.  

 

9.

 



Hazırda bağlanan və yaxud sağlamlaşdırmaq məqsədi ilə dövlət nəzarətinə götürülən 

kommersiya  banklarında  xarici  valyutada  yerləşdirilmiş  əmanət  və  depozitlərin 

manatla  geri  qaytarılması  tendensiyası  müşahidə  olunur  ki,  bu  hal  öz  növbəsində 

valyuta bazarlarında əlavə tələbin formalaşmasına təsir etməkdədir.  

392,

96

327,



79

288,


05

190,


9

177,


55

Y A N V A R   2 0 1 6

F E V R A L   2 0 1 6

M A R T   2 0 1 6

A P R E L   2 0 1 6

M A Y   2 0 1 6




 

11 


Qeyd  etmək  lazımdır  ki,  hazırda  Mərkəzi  Bankın  valyuta  bazarlarına  təsir  imkanları 

məhduddur. Beləki, valyuta ehtiyyatlarının kritik həddə qədər azalması intervensiya imkanlarını 

azaldıb. Avqust ayının ilk həftəsində infilyasiya və məzənnə səviyyəsini tənzimləmək məqsədi ilə 

Mərkəzi  Bank uçot  dərəcəsini 2.5 faiz bəndi  artıraraq 9.5-ə  yüksəltdi.  Lakin,  mərkəzləşdirilmiş 

kreditlərin  həcminin  az  olduğunu  nəzərə  alsaq  uçot  dərəcəsinin  artırılmasının  milli  valyutanın 

möhkəmlənməsinə ciddi təsir etməyəcəyini əvvəlcədən proqnozlaşdırmaq olar.  

Ümumilkdə  isə  yuxarıda  sadalanan  faktorlar  nəzərə  alınmaqla  növbəti  aylarda  kiçik 

dalğalanmalar istisna olmaqla Azərbaycan manatının devalvasiyası davam edəcək. Hələlikdə AZN 

liberal  şərtlər  daxilində  real  məzzənəsini  tapmayıb.  Beləliklə  Azərbaycan  manatının  növbəti 

dövrlər üçün məzənnəsi daha çox xarici faktor olan neftin qiymətindən asılı olacaq. Hər hansı fors 

major  hallar  baş  verməzsə  neftin  qiymətində  2016  və  2017-ci  illər  üçün  mühüm  artım 

proqnozlaşdırılmır  ki,  bu  da  USD/AZN  cütlüyündə  artımların  davam  edəcəyi  qənaətini 

gücləndirir. Ölkə vətəndaşları tərəfindən İSİM ekspertlərinə daha çox ünvanlanan “manat nə qədər 

ucuzlaşacaq?”  sualına  cavab  olaraq  bildirmək  istəyirik  ki,  yaxın  və  orta  müddətli  dövrlərdə 

manatın məzənnəsi birbaşa olaraq neft qiymətlərindən asılı olduğu üçün, milli valyutanın dəyər 

itirməsi aşağı qiymətli neft satışının davam etdiyi aylar və yaxud illər ərzində davam edəcək ki, 

məhz bu amil konkret hədd müəyyənləşdirməkdə cətinlik yaradır.  

 

 



 

 

 



 

 

 



 

 

 




 

12 


 

İstinadlar 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu, 28.03.2016 



http://www.oilfund.az/az_AZ/news/1053/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-

aciqlamasi.asp 

İqtisadi və sosial inkişaf mərkəzi, “National currency rate in Azerbaijan is the stability sustainable?”, 

16.05.2016 

http://cesd.az/new/wp-

content/uploads/2016/05/CESD_Paper_National_Currency_Azerbaijan_2016.pdf

  

 

"Azərbaycan Şəffaflıq Tərəfdaşlığı" layihəsi, “Manat: müvəqqəti sabitliyin səbəbləri”, 31.05.2016 



http://transparency.az/cnews/manat-muv%C9%99qq%C9%99ti-sabitliyin-

s%C9%99b%C9%99bl%C9%99ri/

  

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük 



Statistikası 01.01.2016-30.06.2016 hesabat dövrü”, Baxış tarixi: 06.08.2016 

http://customs.gov.az/files/arayis20160106.pdf 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına 

(operativ) dair Məlumat”, 05.04.2016 

http://www.maliyye.gov.az/node/1915

  

 



Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “2016-cı ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) 

dair Məlumat”, 18.07.2016 

http://www.maliyye.gov.az/node/1949

  

 



Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi 

haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan 

Respublikasının Qanunu,  23.02.2016  

http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf

  

 

Yeni Müsavat, “Valyuta hərracında dollara tələbat rekord həddə çatıb”, 11.08.2016 



http://musavat.com/news/valyuta-herracinda-dollara-telebat-rekord-hedde-chatib_369685.html

  

 



Qeyd: Xarici dövlət borcuna aid rəsmi məlumatlar son olaraq 01.04.2016-cı il tarixinə açıqlanıb.  

Azərbaycan Respubliaksı Maliyyə Nazirliyi, “01 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə 

məlumat”, 14.06.2016 

http://www.maliyye.gov.az/node/1939

  

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı, “Kommersiya banklarının analitik balansı (dövrün sonnuna)”, 



08.07.2016 

http://www.cbar.az/assets/3573/Bulleten-2016_may_sayt_1_.pdf

 

 

 




 

13 


 

 

.



 

 

Yüklə 96,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə