Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 214,76 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.02.2018
ölçüsü214,76 Kb.
#27255
1   2   3   4   5   6   7

Milli  Məclisdə  olan  125  yerdən  100  –  ü    plüralist  –  majoritar  sistem,  25  –  i  isə 

proporsional nümayəndəlik sistemi üzrə formalaşıb. Lakin 2000 – ci ildən sonra  2005 – 

ci ildə keçirilən  parlament seçkiləri plüralist – majoritar sistemi ilə həya keçirilib. Milli 

Məclisə 2010 – cu ilin noyabrında keçiriləcək  seçkilər də plüralist – majoritar sistemi ilə 

baş  tutacaq.  Bəzi  müxalifət    partiyalar  proporsional  nümayəndəlik  sisteminin  bərpa 

olunması və  parlament seçkilərin tam bu sistem üzrə keşirilməsi ilə bağlı təkliflər irəli 

sürürlər.  Lakin  Milli  Məclisdə  çoxluq  təşkil  edən  partiya  əksinə  plüralist  –  majoritar 

sistemin  Azərbaycan  realığına  daha  çox  uyğun  gəldiyinin,  hökümətin  əvvəlki  illərə 

nisbətən daha effektiv fəaliyyətinə şərait yaratdığını bildirilər. Bu cür təkliflərin hansının 

daha əhəmiyyətli olduğuunu yaxından görmək üçün bu sahədə mövcud olan beynəlxalq 

təcrübəyə nəzər salmaq  vacibdir.  

Beynəlxalq təcrübədə seçki sistemlərinin müxtəlif kateqoriyaları var ki, bunlar da 

aşağıdakılardır: 

 



Plüralist – majoritar sistemlər (Hamısı qalibə çatır -HQÇ); 

 



Proporsional nümayəndəlik sistemləri (PN) 

 



Yarıproporsional sistemlər 

 Azərbaycan Respublikasında tətbiq olunan plüralist – majoritar sistem (HQÇ)  Amerika 

Birləşmiş  Ştatları  və  Böyük  Britaniya  kimi  demokratik  ölkələrdə  tətbiq  olunur.  Gürcüstanda 

parlamentdə olan 235 yerin 150 – si  plüralist – majoritar, 85 - i isə proporsional nümayəndəlik 

seçki  sistemi  ilə  formalaşdırılır..  Ukrayna  parlamentində  olan  450  yerdən  250  –sinə  seçkilər  

plüralist – majoritar, 200 yerə isə proporsional nümayəndəlik seçki sistemi üzrə aparılır. Türkiyə 

Böyük Məclisində isə mövcud olan 550  yerin hamısı  proporsional  nümayəndəlik seçki  sistemi 

ilə  formalaşdırılır.  Yuxarıda  adı  çəkilən  seçki  sitemləri  haqqında  ətraflı  məlumat  əldə  etmək 

üçün onların şərhinə ehtiyac var. 



Plüralist – majoritar sisteminə (HQÇ)  görə səslərin nisbi çoxluğunu qazanan namizəd 

qalib gəlir.Məslən, bir namizəd səslərin 51% - ni, digəri 49 % - ni qazanırsa, 51% səs toplamış 

qalib  hesab  olunur  və  demək  olar  ki,  səslərin  hamısı  (100%)  qalibə  çatır.      Bu  sistem 

Proporsional  nümayəndəlik  sistemindən  (PN)  fərqli  olaraq  seçkilərdə  ən  çox  səs  qazanmış 

partiyaya parlamentdə yerlərin sayını artırmağa imkan verir. Məsələn, Bu sistemlə seçicilərin 53 

%  -  nin  səsini  qazanmış  partiya  yerlərin  60  %  -  ni  ala  bilər.  Bu  sistemə  görə  hər  dairədən  bir 

namizəd seçilir və ən çox səs qazanmış namizəd qalib gəlir.  

Plüralist  –  majoritar  sistem  (HQÇ)  parlamentdə  çoxluq  təşkil  edən  partiyaya  öz 

proqramını, hətta həmin partiyadan kimlərinsə müxalifətə keçməsindən asılı olmayaraq   həyata 

keçirməyə imkan verir. Bu sistem hökumətin  effektivlik meyarına daha çox uyğun gəlir.  



Proporsional nümayəndəlik sistemləri (PN). Bu sistemə görə hər bir partiyaya verilən 

səslərin  miqdarı  ilə  parlamentdə  tutduğu  yerlərin  sayı  uyğun  gəlir.Məsələn  52%  səs  toplamış 

partiya parlamentdə yerlərin 52% - ni əldə edir. Bu sistem ölkə üzrə partiyalara verilən səslərin 

itməməsi  və  onlara  çatması  baxımından  cəlbedici  görünür.  Lakin  bu  sistem  parlamentdə 

ədavətdə  olan  və  rəqabət  aparan  çoxlu  sayda  partiyaların  olmasına  şərait  yaradır  ki,    bu  da 

koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir. Hətta belə koalisya yarandıqda belə onun 

sabitliyinə ümid az olur. Nəticədə hökümətin effektivliyi kəskin şəkildə aşağı düşür.   

 

Yarıproporsional sistemlər . Adından göründüyü kimi bu sistem qarışıq sistem əsasında 

seçkini keçirməyi nəzərdfə tutur. 

Bu sistemlərlə yanaşı preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və  

Fransada  tətbiq  olunan  iki  turluq  sistem  mövcuddur.  Bunların  hər  ikisi    HQÇ  sisteminin 

potensial qüsurunu aradan qaldırmağa imkan yaradır. Bu qüsür ondan ibarətdir ki, bir mandata 2 

namizəd iddia etdikdə qələbə gözlənilmədən elə namizədə çata bilir ki, seçicilərə yenidən seçim 

imkanı  verilsə  onlar  həmin  namizədi  rədd  edərdilər.  AS  sitemi  seçicilərə  bu  imkanı  yaradır. 

Alternativ səsvermə (AS) sistemindən yalnız Avstraliyada  və bir qədər dəyişilmiş şəkildə Sakit 

okeandakı  Nauru  ada  dövlərtində  istifadə  olunmasına  baxmayaraq    bəzi  ekspertlər  onu 

dəstəkləyir.  Bu  sistemə  görə  namizədlər  birmandatlı    dairələr  üzrə  seçilir  (HQÇ-  da  olduğu 

kimi). Lakin fərq ondadır ki, seçicilər öz istəklərinə uyğun olaraq namizədləri siyahı üzrə sıraya 




düzürlər. Siyahıda birinci yer tutana 1 bal, ikinci yer tutana 2 bal verilir və s. namizədlərdən heç 

biri  səslərin  əksəriyyətini  toplaya  bilmədikdə,  ən  az  səs  toplamış  namizəd  sıradan  şıxır.  Bu 

proses o vaxta qədər davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 % - ni toplamış olsun. 

Belə olduqda təkrar hesablama zamanı namizədə verilmiş “ikinci yerlərin” cəmi nəzərə alınır. 

 

Fransada tətbiq edilən iki turluq sistem analoji nəticənin əldə olunmasına yönəlib. 



 

 

 II Seçki komissiyalarının formalaşdırılması sahəsində Azərbaycan təcrübəsi 

 

 

Azərbaycan



 Respubliksaında  

seçki komissiyalarının formalaşdırılması 

ilə bağlı bu vaxta 

qədər  müxtəlif  təkliflər  irəli  sürülüb,  müxtəlif  qanunlar  qəbul  edilib.  Bunlar  əsasən 

aşağıdakılardır: 

 



"Mərkəzi Seçki Komissiyası haqqında" Qanunun (15 may 1998 - ci il) 2-ci maddəsində 

qeyd  olunurdu  ki,  MSK  həlledici  səsə  malik  24  üzvdən  ibarətdir.  Bunlardan  12  üzvü 

Milli  Məclis tərəfindən, həlledici səs hüququna malik  olan digər üzvlər isə Azərbaycan 

Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq prezident 

tərəfindən təyin edilir. Bundan başqa, həmin qanunda qeyd olunur ki, həlledici səsə malik 

olan MSK üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. 

 

 2000-ci  il  parlament  seçkiləri  ilə  əlaqədar  qəbul  olunmuş  "Mərkəzi  Seçki  Komissiyası 



haqqında" Qanuna görə, 18 nəfər üzvü olan MSK-nın 1/3-i hakim partiyanın, 1/3-i Milli 

Məclisdə  təmsil  olunan  2  müxalifət  partiyasının,  1/3-i  müstəqil  deputatları  tərəfindən 

təyin olunmalı idi. Müstəqil deputatların da təyin edəcəyi 6 nəfərdən biri iqtidar partiyası, 

biri isə həmin 2 müxalif partiya ilə razılaşdırılmalı idi. Qərarların MSK-da üzvlərin 2/3-

nin  səsi  ilə  qəbul  olunması  da  qanunda  öz  əksini  tapmışdı.  Bir  nəfərin  müxalifətlə 

razılaşdırılması,  yəni  onun  rəyi  ilə  təsdiq  olunması  MSK-da  heç  bir  tərəfin,  yəni  nə 

iqtidarın,  nə  də  müxalifətin  2/3  səsə  malik  olmamasına  gətirib  çıxarırdı  ki,  MSK 

haqqında  həmin  qanun  məhz  bu  cəhəti  ilə  əvvəlki  qanunlardan  fərqlənirdi.  Lakin 

müxalifət ilə razılaşdırılmalı olan bir namizədin seçilməsi ilə bağlı problem yarandığına 

görə həmin müddəa sonradan dəyişdirildi.  

 

Venesiya  Komissiyası    2003-cü  ildə  Seçki  Məcəlləsinə  MSK-nın  tərkibi  ilə  bağlı  yeni 



təklif  verdi.  Təklifə    görə  1/3-i  iqtidar  partiyalarından,  1/3-i  parlamentdə  təmsil  olunan 

partiyalardan, 1/3-i isə parlamentdən kənarda bir faizdən artıq səs toplayan partiyalardan 

təşkil olunması nəzərdə tutulurdu.  

 



Hazırda  qüvvədə  olan  "Seçki  Məcəlləsi"nin  24-cü  maddəsinə  görə  "Mərkəzi  Seçki 

Komissiyası  18  üzvdən  ibarətdir.  Mərkəzi  Seçki  Komissiyasının  üzvləri  Milli  Məclis 

tərəfindən  seçilir.  Mərkəzi  Seçki  Komissiyasının  6  üzvü  Milli  Məclisdə  çoxluq  təşkil 

edən siyasi partiyanı, 6 üzvü parlamentdə təmsil olunan bitərəf deputatları, 6 üzvü Milli 

Məclisdə azlıq təşkil partiyaları təmsil edir.  

 

Azərbaycan Respublikasında seçki komissiyalarının təşkili ilə bağlı siyasi partiyaların, QHT 



və  müstəqil  ekspertlərin  mövqeləri  2007  –  ci  ilin  noyabrında    aşağıdakı  kimi  olub  və  faktlar 

göstərir ki, bu mövqelərdə elə bir ciddi dəyişikliklər baş verməyib: 

 

 

Yeni Azərbaycan Partiyası (YAP) 



 

 



Seçki komissiyalarının tərkibi olduğu kimi qalmalıdır. Partiya 

paritetin əleyhinədir. Milli Məclisin müstəqil üzvləri MSK-da 

təmsil olunmalıdırlar. 

 

Ana Vətən Partiyası 

 

Mövcud modeli dəstəkləyir. 




Yüklə 214,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə