Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 214,76 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.02.2018
ölçüsü214,76 Kb.
#27255
1   2   3   4   5   6   7

 



Paritet əsaslı sistem alınmayacaq, çünki partiyaların sayı çoxdur. 

 



Komissiya üzvlərinin təyin edilməsinə məsuliyyət hökumətin 

üzərinə düşməlidir. 

 

MSK siyasi mənsubiyyəti olmayan peşəkarlardan ibarət olmalıdır 



və onların namizədliyini Parlament və ya Prezident Aparatı irəli 

sürməlidir. 

 



DSK-lar və MnSK-ların üzvləri bələdiyyə üzvlərinin ümumi 

yığıncağının qərarı ilə təsdiq olunmalıdırlar. 



 

ADP, Müsavat, AXCP və ALP 

 

 



Seçki Komissiyalarının tərkibinin 50% son seçkilərdə çoxluq qazanmış 

YAP-ın 


 

Qalan 50% isə son parlament seçkilərində 60-dan çox seçki dairəsində 



təkbaşına və ya seçki bloku tərkibində seçkilərə qatılmış və namizədləri 

seçicilərin etibarlı tanınmış səslərinin minimum 1%-nı toplaması rəsmən 

etiraf edilmiş siyasi partiyaların (ADP, Müsavat, AXCP və ALP-nin) 

nümayəndələrindən təşkil olunsun 

 

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 

 

 



Seçki komissiyaları paritet əsasda, parlament və bələdiyyədə 

təmsil olunan partiyaların üzvlərindən formalaşdırılmalıdır. 

 



Partiyaların ən azı 50 rayonda təmsilçiliyi olmalıdır. 

        



                 Ümid Partiyası 

 

 



MSK paritet əsasda formalaşdırılmalıdır. 

 



MSK son parlament seçkilərində iştirak edən siyasi partiyaların 

üzvlərindən təşkil olunmalıdır. 

 

DSK və MnSK-lar da eyni qaydada, MSK-nın təşkil olunduğu 



əsasda formalaşmalıdır. 

 



Bitərəf üzvlər də komissiyalarda təmsil olunmalıdırlar. 

 



MSK 18 üzvdən təşkil olunmalıdır. Bu bölgü aşağıdakı kimi 

aparılmalıdır: 

  9 üzv YAP-dan və Ana Vətən partiyasından 

  1 üzv Azərbaycan Demokrat Partiyasından 

  1 üzv Ümid partiyasından 

  1 üzv Müsavat partiyasından 

  1 üzv AXCP-dən 

  1 üzv AMİP-dən 

  1 üzv ASDP-dən 

  1 üzv Azərbaycan Liberal partiyasından 

  1 üzv Vətəndaş Həmrəyliyi partiyasından 

  1 üzv razılıq və ya püşkatma yolu ilə 



 

Vətəndaş Həmrəyliyi Partiyası 

1-ci variant: 

 



Seçki prosesini təkmilləşdirmək üçün proporsional seçki sistemi 

bərpa olunmalıdır. 

 



MSK, paritet əsasda, Milli Məclisdə çoxluq təşkil edən iqtidar 


partiyasının nümayəndələrindən və azlıq təşkil edən partiyaların 

nümayəndələrindən təşkil olunmalıdır. 

 



MSK-nın 50%-i iqtidar partiyası və iqtidar partiyasını 

dəstəkləyən partiyalardan, 50%-i isə Azərbaycanın 60-dan çox 

rayon və şəhərdə rəsmi qeydiyyata alınmış nümayəndəliyi olan 

partiyalardan təşkil olunmalıdır. 



2-ci variant: 

 



Ədliyyə Nazirliyi MSK üzvlüyünə hüquqşünasları təyin 

etməlidir. 

 



Seçki komissiyasının üzvü olmaq istəyənlər üçün test imtahanı 

təşkil edilməlidir. Vakansiya olduqda həmin vakant yeri tutmaq 

istəyən şəxs test imtahanı verməlidir. 

 

Seçki komissiyası müstəqil bir qurum olmalıdır. Vakant yer 



olduqda bu yeri tutan şəxs test imtahanı vasitəsilə seçilməlidir. 

 

Bütöv  Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 



1-ci variant: 

Mərkəzi Seçki Komissiyası 18 üzvdən təşkil olunmalıdır. Bu bölgü 

aşağıdakı kimi aparılmalıdır: 

9 üzv YAP-dan 



2 üzv Müsavat partiyasından 

5 üzv parlamentdə təmsil olunan müxalifət partiyalarından 



2 üzv parlamentdə təmsil olunmayan müxalifət partiyalarından 



2-ci variant: 

 



 13 partiyanın təklifi dəstəklənir: qeydiyyatdan keçmiş 

bütün partiyalar namizəd irəli sürür və onlar püşkatma vasitəsilə 

seçilirlər. Püşkatma həmin partiyaların üzvlərindən ibarət olan 

qrup tərəfindən aparılır. 

 



Seçki komissiyası öz statusu olan müstəqil bir dövlət qurumu 

olmalıdır. 

 

Böyük Quruluş Partiyası 

 



Mərkəzi Seçki Komissiyası 12 üzvdən ibarət olmalıdır. Bu üzvlər 

2005-ci il parlament seçkiləri zamanı ən azı 5 namizədi qeydə 

alınmış partiyaların üzvləri olmalıdırlar. 

 

Seçkilərin keçirilməsinə məsuliyyəti hökumət daşımalıdır. 



 



Seçki komissiyalarının üzvlərini təyin etmək Ədliyyə və Daxili 

İşlər Nazirliklərinə həvalə olunmalıdır. 

 

Üzvlərin təyin olunmasını müşahidə etmək və hesabat vermək 



üçün ATƏT-ə xüsusi mandat verilməlidir. 

 

Ədalət Partiyası 



 

 



MSK-nın yalnız hüquqşünaslardan ibarət olmasını dəstəkləmir. 

 



Paritet əsasda formalaşmasını da dəstəkləmir. 

 



MSK seçkilərdə namizəd irəli sürən siyasi partiyalardan və parlamentdə 

nümayəndəsi olan siyasi partiyalardan təşkil olunmalıdır. 

 

 

Azərbaycan Liberal Demokrat Partiyası 



 


Yüklə 214,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə