Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 214,76 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix20.02.2018
ölçüsü214,76 Kb.
#27255
1   2   3   4   5   6   7

 



Mövcud sistemi inkişaf etdirmək lazımdır. 

1-ci variant

Birinci mərhələdə MSK siyasi partiyaların qeydiyyatdan keçmiş 

namizədlərinin nümayəndələrindən formalaşdirilmalıdır. 

İkinci mərhələdə MSK yalnız parlamentdə nümayəndəsi olan siyasi 

partiyaların nümayəndələrindən formalaşdırılmalıdır. 

2-ci variant

MSK-nın üçdə biri parlamentdə çoxluq təşkil edən partiyaların 

nümayəndələrindən, üçdə biri parlamentdə azlıq təşkil edən partiyaların 

nümayəndələrindən, digər üçdə biri isə namizədləri qeydiyyatdan keçmiş 

lakin parlamentdə yer almayan partiyalar arasından püşkatma yolu ilə 

formalaşdırılmalıdır. 

 

Açıq Cəmiyyət Partiyası 

 



 

MSK-nın üzvləri neytral olmalıdırlar. 

 



Seçki komissiyaları dövlət orqanlarında çalışan şəxslərdən təşkil 

olunmalıdır və onlar test imtahanı əsasında işə qəbul 

edilməlidirlər. 

 



Hökumət seçki komissiyalarının tərkibinə görə məsuliyyət 

daşımalıdır və beynəlxalq təşkilatlar hökumətə bu prosesi 

müşahidə etməkdə yardım göstərməlidirlər. 

 



Paritet qəbul edilən deyil. 

 

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 



 

 



MSK-nın sədrliyinə və katibliyinə namizədlər Prezidentin 

təqdimatı əsasında Milli Məclis tərəfindən təsdiq olunmalıdır. 

 



MSK-dakı işçi qrupları əsas vəzifəsi prezident və ya parlament 

seçkiləri zamanı namizədlərin və siyasi partiyaların sənədlərini 

yoxlamaq və qeydiyyata almaq olan mütəxəssislərdən ibarət 

olmalıdır. 

 



Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra MSK, DSK-lar və 

MnSK-lar seçkilərdə iştirak edən namizədlərin və siyasi 

partiyaların səlahiyyətli nümayəndələrindən, paritet əsasda 

formalaşdırılmalıdır. 

 

Yekun seçki sənədləri və protokollar MSK ilə birgə namizədlərin 



və siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən 

yoxlanmalıdır. 



 

QHT – lərin və müstəqil ekspertlərin təklifləri: 

                                                 I 

 



Seçki komissiyası bitərəf orqan olmalıdır və onların namizədləri 

qeydə almaq və ya qeydiyyatdan imtina etmək barədə qərarları 

heç kəsdə şübhə yaratmamalıdır. 

 

Seçki komissiyalarının üzvləri son parlament seçkilərində 



namizədləri qeydə alınmış siyasi partiyaların üzvləri olmalıdır. 

 



Paritet sistemi yaradılmalıdır. 

 

                                               II 



 



Seçki komissiyaları təlimatlar və normativ xarakter daşıyan qaydalar 


hazırlamağı bacaran hüquqşünaslardan təşkil olunmalıdır.

MSK üzvlərinin sayı 18-dən 12-yə 



endirilməlidir. 

 



Üzvlər beynəlxalq təşkilatların keçirdiyi test imtahanları 

vasitəsilə seçilməlidirlər. 

 



MSK nümayəndələri Parlamentdə çoxluq təşkil edən 4 siyasi 

partiyadan, nümayəndələri Parlamentdə azlıq təşkil edən 4 siyasi 

partiyadan və heç bir siyasi partiyaya mənsub olmayan 

(müstəqil) 4 üzvdən təşkil edilməlidir. 

 

Seçicilər, namizədlər seçki məsələləri barədə maarifləndirilməlidirlər. 



 

Müstəqillərdən ibarət seçki komissiyasının yaradılmasına böyük 



ehtiyac var və müxalifət liderləri hazırda bu məsələnin üzərində 

çalışırlar. 

 

Azərbaycanda MSK üzvlərinin sayı həddindən çoxdur. 



 

Nəticələrin saxtalaşdırılmasında protokollar böyük rol oynadı. 



 



Biz seçki prosesində hər hansı bir işıq görmürük. Nə hakimiyyət 

nə də müxalifətə etibar var. 



 

                                       III 

 



Mövcud sistemdə MSK 18 üzvdən ibarətdir: 6 üzv iqtidarda olan 

partiyadan, 6 üzv müxalifət partiyasından, 6 üzv isə bitərəflərdən 

(hər üç tərəf parlamentdə təmsil olunur). 6 bitərəf üzv gələcəkdə 

QHT nümayəndələri ola bilər. 

 



Proporsional sistemin olmaması, “müxalifətin” ziddiyyətli 

qruplara bölünməsi kimi bir sıra amillər MSK-nın paritet əsasda 

formalaşmasına əngəl törədir. 

 

                                            IV 

 

 



Seçki komissiyaları test imtahanları əsasında formalaşmalı və 

yalnız hüquqşünaslar imtahanda iştirak edə bilərlər. 

 



Test imtahanı zamanı ən çox bal toplayan hüquqşünas sədr, ikinci 

yeri tutan şəxs sədr müavini, ən yaxşı üçüncü və dördüncü 

nəticələri əldə edənlər isə katiblər olmalıdırlar. 

 



Tələbə qəbulu sistemi etibar qazanmışdır, buna görə də seçki 

komissiyasının üzvlərini seçmək üçün də oxşar sistem təşkil 

edilməlidir. 

 

Test imtahanlarının nəticələri elə həmin gün elan edilməlidir. 



 

Test imtahanı vermək istəyənlər üçün heç bir məhdudiyyət 



olmamalıdır. Meyarlar müəyyən olunmalıdır. Hamı bərabər 

hüquqa malik olmalıdır. 

 

Üzvlər müstəqil olmalıdır. 



 



Onların azı 5 il toxunulmazlığı olmalıdır. 

 



Seçki komissiyaları üzvlərinin maaşı yüksək olmalıdır ki, onlara 

rüşvətlə təsir etmək mümkün olmasın. 

 

                                   V 



 

 



Komissiyalara dövlət statusu verilməlidir. 

 

Azərbaycanda müxalifətin paritet sistemini tarazılaşdırmağa 



qüvvəsi yoxdur. 

 



Komissiyalar hörmət qoyulan quruma çevrilməlidir. 


Yüklə 214,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə