Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 214,76 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix20.02.2018
ölçüsü214,76 Kb.
#27255
1   2   3   4   5   6   7

Komissiya əsasən hüquqşünaslardan, ziyalılardan və QHT 

nümayəndələrindən təşkil edilməlidir. 

 

MSK üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. Onlar 



dövlət qulluqçuları da ola bilməzlər. 

 

                                      XIV 



 

 



Seçki komissiyaları ideyasından imtina etməliyik, çünki hətta 

paritet sistemi də azad seçkilərin keçirilməsinə təminat vermir. 

 



Hakimiyyətin icraedici orqanı seçkilərin idarə olunması və 

düzgün təşkil edilməsi məsuliyyətini öz üzərinə götürməlidir. 

 



İnzibati vəzifələrə seçim zamanı test imtahanını tətbiq etmək 

məqsədəuyğun olardı. 

 

Seçki komissiyaları sistemi qalarsa, üzvlərin test imtahanı üzrə 



təyin edilməsi məntiqə uyğun deyil. 

                                                

                                        XV 

 

 



MSK üzvlərinin heç bir siyasi mənsubiyyəti olmamalıdır. 

 



Siyasi partiyalar seçki komissiyalarının təşkilində iştirak etməli, 

lakin üzvü olmalı deyillər. 

 



QHT-lər seçki komissiyalarının təşkilində və formalaşma 

prosesinin monitorinqində iştirak edə bilərlər. Lakin MSK-ya üzv 

olmaq onların səlahiyyətindən kənardır. 

 



Azı 37 dairədə namizədlərini qeydiyyata aldırmış siyasi partiyalar 

və siyasi partiyalar blokları seçki prosesinə qoşula bilərlər. 

 



Paritet sistemi dəstəklənməməlidir. 

Seçki Məcəlləsinin 18.3 maddəsinə dəyişiklik edilməli və seçki 

komissiyaları test imtahanı əsasında formalaşan dövlət orqanları 

olmalıdır. 

 

Göründüyü kimi qüvvələr nisbətinin qeyri bərabərliyi, müxtəlif fikirlərin mövcudluğu  və 



müxalifət  daxilində  vahid  mövqenin  olmaması  seçki  komissiyalarının  paritet  əsasda 

formalaşdırılmasını  qeyri  mümkün  edir.  Beynəlxalq  təcrübə  isə    sübut  edir  ki,  heç  bir  ölkənin 

qanunvericiliyində    seçki  komissiyalarının  paritet  əsalarla  formalaşdırılması  ilə  bağlı  müddəa 

yoxdur. 


 

 

III Seçki komissiyalarının formalaşdırılması sahəsində müxtəlf ölkələrin təcrübəsi 

 

Seçki  komissiyalarını  təşkili  ilə  bağlı  tədqiqatlar  göstərir  ki,  bunun  üçün  hansısa  vahid 



standartlar yoxdur. Hər bir ölkə özünə uyğun olan qaydada komissiyaları təşkil edir. Deyilənləri 

əyani görmək üçün aşağıdakı ölkələrin təcrübəsinə nəzər salaq. 

 

 

Almaniya 



Seçki orqanları aşağıdakılardan ibarətdir: 

 

1.

 



Federal Seçki məmuru və Federal Seçki Komissiyası; 

2.

 



Hər bir ərazi üzrə Ərazi Seçki məmuru və Ərazi Seçki Komissiyası; 

3.

 



Hər bir bölgə üzrə Bölgə  Seçki məmuru və  Bölgə Seçki Komissiyası; 

4.

 



Hər bir seçki regonu üzrə   Seçki məmuru və  Seçki Şurası; 

5.

 



Poçt vasitəsilə verilmiş səslərin hesablanması üçün hər seçki regionu üzrə ən azı bir Seçki  

məmuru  və    Seçki  Şurası.  Poçt  vasitəsilə  verilmiş  səslərin  hesablanması  üçün  lazım  olan 

Seçki Şuralarının sayı Bölgə Seçki məmuru tərəfindən seçki günü müəyyənləşdirilir. 



 

Bir neçə qonşu seçki əraziləri üçün Birgə Seçki Komitələri yaradıla bilər ki, belə hallarda 

bu  komitələrin  sədrləri  həmsədr  statusunda  çıxış  edirlər.  Poçt  vasitəsilə  verilmiş  səslərin 

hesablanması üçün  Seçki Şuraları və Seçki məmurları  bir və ya bir neçə icma və ya seçki 

ərazisi  üzrə  müəyyənləşdirilə  bilər.  Bu  məslə  barədə  qərarı  Ərazi  höküməti  və  ya  onun 

tərəfindən təyin olunan agentlik veririlər. 

 

Federal Seçki məmuru  və onun müavini Federal daxili İşlər Nazirliyi tərəfindən qeyri – 



müəyyən müddətə təyin olunur

 



Ərazi  Seçki  məmuru  və  onun  müavini  Ərazi  höküməti  və  ya  onun  müəyyənləşdirdiyi 

orqan tərəfindən qeyri – müəyyən müddətə təyin olunur; 

 

Bölgə  Seçki məmurları və onların müavinləri hər seçkidən əvvəl Ərazi höküməti  və ya 



onun  müəyyənləşdirdiyi  orqan  tərəfindən    təyin  olunurlar.  Federal  Seçki  məmuru  və 

Ərazi Seçki məmuruna bu barədə məlumat verilirnəlidir; 

 

Federal  Seçki  Komissiyası  8  nəfərdən  ibarətdir.  Onları  Federal  Seçki  Komissiyasının 



sədri kimi fəaliyyət göstərən Federal Seçki məmuru təyin edir. Digər seçki komissiyaları 

isə 6 nəfərdən ibarət olub həmin komissiyaların sədri olan Seçki məmurları təyin edirlər. 

 

Federal Seçki məmuru, Ərazi Seçki məmuru  və Bölgə  Seçki məmuru seçkinin tarixi 



elan ediləndən dərhal  sonra seçki komitələrini üzvlərini və hər üzv üçün bir müavin təyin 

edirlər. 

 

Seçki şuraları  Seçki məmuru, onun müavini və Seçki məmuru tərəfindən təyin olunan 3- 



7 nəfərdən ibarət olur. Mümkün olduğu hallarda seçki komissiyalarına üzv təyin edərkən 

ərazidə qeydiyyatı olan partiyalar nəzərə alınmalıdır. 

 

   


         Fransa 

 Seçkilər  hər  birinin  xüsusi  vəzifəsi  və  səlahiyyətləri  olan  aşağıdakı  müxtəlif  orqanlar  həyata 

keçirir: 

 

Dövlət  Şurası  –  Fransa  milli  hhökümətinin  bir  orqanıdır.  Vitse  prezident  rəhbərlik 



edir.Şuranın  rəhbəri  rəsmi  mərasimlərdə  Fransanın  ən  öndə  duran  dövlət  qulluqçusu 

hesab  olunur.  İcra  hakimiyyətinə  hüquqi  məsləhətlər  verir  və  inzibati  ədliyə  üzrə  ali 

məhkəmə funksiyasını yerinə yetirir. 

 



Konstitusiya  Şurası  –  ən  ali  konstitusiya  orqanıdır.  Prezident  və  parlament  seçkilərinə 

rəhbərlik  edir.  Rəsmi  nəticələri  elan  edir.  Referendumun  legitimliyini  təmin 

edir.Konstitusiyanın  prunsip  və  normalarına  riayət  olunmasını  təmin  edir.    Tərkibi  9  il 

müddətinə  təyin  olunan  9  üzvdən  ibarətdir.  Onların  üçdə  biri,  hər  üç  ildən  bir  yeni 

üzvlərlə  əvəz  olunur  və  üzvlərin  təkrar  tərkibə  düşmək  hüququ  yoxdur.  Üzvlərdən  biri 

Respublika  Prezidenti,  biri  Milli  Assambleyanın  Sədri,  biri  isə  Senatın  Prezidenti 

tərəfindən  təyin  olunur.  Bunlardan  başqa  ölkənin  keçmiş  prezidentləri  birbaşa  siyasətlə 

məşğul  olmadıqları  halda  könüllü  Surada  təmsil  olunurlar.  Şuranın  prezidentini  Fransa 

Prezidenti təyin edir. 

 



Milli  Nəzarət  Şurası  –  Dövlət  Şurasının  üzvü  olan  5  nəfərdən  təşkil  olunur.Seçki 

kampaniyasına və bu proses zamanı dövlət qurumlarının bütün namizədlərə bərabər şərait 

yaratmasına  nəzarət  edir.  Hər  namizəd  tərəfindən  təqdim  olunan  seçki  kampaniyası 

materiallarını  nəzərdən  keçiri  və  onları  təsdiq  edir.  Qanun  pozuntuları  zamanı  sanksiya 

tətbiq  etmək səlahiyyəti  olmasa da, işləri inzibati vəya  cəza məhkəmələrinə göndərmək 

hüququ var. Seçkilərdən sonra hökumətə namizədlərin davranışı baxımından ortaya çıxan 

problemləri  özündə  əks  etdirən  məruzə  təqdim  edir.  Bundan  başqa  seçki  prosesini 

möhkəmləndirmək üçün tövsiyyələr verir. 

 

Yerli  komissiyalar  –  hər  departamentin  prefekti  tərəfindən  formalaşdırılır.  Yerli 



səviyyədə  qeydə  alınan  hər  hansı  qanun  pozğunluğu  barədə  Milli  Nəzarət  Şurasına 

məlumat verməyə borcludur. 

 

Fransa  Yayım  hakimiyyəti  –  9  üzvdən  ibarət  kolegial  orqandır.  Üzvlərin  üçdə  birini 



Respublika Prezidenti, üçdə birini Milli Assambleya, üçdə birini isıə Senatın Prezidenti 

təyin edir. Seçki kampaniyası zamanı mətbuatın davranışına nəzarət edir. 




Yüklə 214,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə