Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Yüklə 214,76 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix20.02.2018
ölçüsü214,76 Kb.
#27255
1   2   3   4   5   6   7

 

Conseil  Superieur  de  L  audiovisuel  (CSA)  –  radio,  televiziya  kimi  müxtəlif  elektron 



mətbuat  orqanlarının  fəaliyyətini  tənzimləyir.  Seçki  prosesində  mətbuata  tövsiyyələr  və 

təlimatlar  verir.  Konstitusiya  Şurası  və  Milli  Nəzarət  Şurası  da  daxil  olmaqla  seçkilərə 

nəzarət edən qurumlarla yaxından əməkdaşlığ edir. 

 

Amerika Birləşmiş Ştatları 

 MSK  –  nın    6  nəfər  səlahiyyətli  namayəndəsi  var.  Bunlardan  biri  sədr,  biri  müavindir.  MSK 

üzvlərini  prezident      təyin  edilir,  Senat  isə  bu  onları  təsdiq  edir.  Komissiyanın  səlahiyyətli 

nimayəndələri Federal qanunda Seçki prosesinə aid müddaların həyata keçirilməsinə məsuliyyət 

daşıyır və bu seçki prosesini idarə edirlər. Onların iş rejimi dövlət qulluqçuları kimi tam iş günü 

müdətindədir. 

 

                         Polşa 



Seçki komissiyaları 3 pilləli struktura malikdir: 

 



Milli Seçki Komissiyası 

 



Dairə Seçki Komissiyası 

 



Məntəqə Seçki Komissiyası 

Milli  Seçki  Komissiyasının  səsvermək  hüququ  olan  9  üzvü  var.  Onlardan  3  -  ü 

Konstitusiya  Tribunalının  sədri,  3  -  ü  Ali  Məhkəmənin  sədri,  3  -  ü  isə  Ali  İnzibati 

Məhkəmənin  sədri  tərəfindən    təyin  olunur.  Bunlar  müvafiq  olaraq  3  Konstitusiya 

Tribunalının  hakimi,  3-  ü    Ali  Məhkəmənin  hakimi,  3  -    ü  isə  Ali  İnzibati  Məhkəmə 

hakimlərindən ibarət olur. Onlar öz aralarından bir sədr və iki sədr müavini seçirlər.  Siyasi 

partiyalar, o cümlədən müxalifət partiyaları, azlığlar və bu kimi digər birliklər Komissiyanın 

tərkibində  və  işində  heç  bir  təsirə  malik  deyil.  Mərkəzi  Seçki  ofisi  -  Milli  Seçki 

Komissiyasının  icra  orqanıdır.  Onun  sədri  MSK  sədrinin  tövsiyyəsi  əsasında  Seym  sədri 

tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad  olunur.  MSO  –  nın  vəzifəsi  seçki  və 

referendumlara  hazırlıq  və  onların  kemirilməsi  ilə  əlaqədar  təşkilati,  maliyyə  və  texniki 

məslələr həl edir. 

 

Dairə  Seçki  Komissiyaları  –  7  –  11  nəfər    hakimdən  ibarət  olur.  Onlar  seçkiyə  52  gün 



qalmış Ədliyyə Naziri tərəfindən Milli Seçki Komissiyası ilə razılaşdırılaraq təyin olunurlar. 

 

Məntəqə  Seçki  Komissiyası  –  6-1-  üzvü  seçki  gününə  ən  azı  21  gün  qalmış  seçki 

komitələri tərəfindən, bir üzv isə icmanın başçısı (mer)  tərəfindən təyin olunur. 

 

             Türkiyə 

Seçki komissiyaları 4 pilləli struktura malikdir: 

 



Yüksək Seçim Kurulu 

 



Rayon Seçki Şuraları 

 



Ərazi Seçki Şuraları 

 



Məntəqə Seçki Komitələri 

 

 

Yüksək Seçim Kurulunun – təcrübəli hakimlərdən təşkil olunur.  Onun səsvermə hüququ 

olan  7  üzvü  və  4  yardımçi  üzvü  olur.  6  üzvü  Kassasiya  Məhkəmələrinin  Plenumu,  5  üzv  isə 

Dövlət Şurası öz üzvləri arasından seçir. Sədr və müavinləri   Yüksək Seçim Kurulu öz üzvləri 

arasından  seçir.  Üzvlərin  səlahiyyət  müddəti  6  ildir.  Yüksək  Seçim  Kurulu  sədri  ölkənin  ən 

rütbəli hakimidir. 

 

  Rayon Seçki Şuralarına – rayondakı ən rütbəli hakimlər arasından 3 nəfər 2 il müddətinə 



təyin olunur. Siyasi partiyalar da Şuraya səsvermə hüququ olmayan üzvlər təyin edə bilərlər. 

Ərazi Seçki Şuraları - Sədrdən, 6 daimi, 6 yardımçı üzvdən ibarət olur. Üzvlərdən ikisini 

Şura sədri mülki qulluqçular arasından təyin edir. Əvvəlki seçkidə ən çox səs toplamış 4 siyasi 

partiyanın hər biri, yeni seçkidə iştirak etdikləri təqdirdə  bir üzv və bir yardımçı üzv təyin edə 

bilərlər. 



  Məntəqə  Seçki  Komitələrinin  üzvləri  -    Rayon  Seçki  Şuraları  tərəfindən  təyin  olunur. 

Komitə sədrdən, 6 əsas və yardımçı üzvlərdən ibarət olur. Əvvəlki parlament seçkləridə ən çox 

səs  toplamış  5  siyasi  partiyanın  bir  əsas  və  bir  yardımçı  üzv  təyin  etmək  hüququ  var.  Digər 

üzvlər isə məntəqənin yerləşdiyi ərazinin bələdiyyə üzvləri arasından püşkatma yolu ilə seçilir. 

 

       Sloveniya  

 

Seçki komissiyaları dörd il müddətinə, seçki komitələri hər seçki üçün ayrıca olaraq, təyin edilir. 

Seçki komissiyaları  3 pilləli struktura malikdir: 

1) Milli seçki komissiyası; 

2) Dairə seçki komissiyası; 

3) Ərazi seçki komissiyaları  

Milli  seçki  komissiyası  parlament tərəfindən təyin  olunur. Milli  seçki  komissiyası  sədr, 

beş üzv və onların əvəzedicilərindən ibarətdir. Milli seçki komissiyasının sədri və onun müavini 

Ali  Məhkəmənin  hakimləri  arasından  təyin  edilir.  Komissiyanın  iki  üzvü  və  iki  əvəzedicisi 

hüquq  ekspertləri  arasından  təyin  olunur.  Komissiyanın  üç  üzvü  və  üç  əvəzedicisi  siyasi 

partiyaların  proporsional  təmsilçiliyi  nəzərə  alınmaqla  deputat  qrupunun  təklifi  əsasında  təyin 

edilir.  

Dairə  seçki  komissiyaları  milli  seçki  komissiyası  tərəfindən  təyin  olunur.  Dairə  seçki 

komissiyaları  sədr,  üç  üzv  və  onların  əvəzedicilərindən  ibarət  olur.  Dairə  seçki  komissiyasının 

sədri və onun müavini hakimlər arasından təyin edilir. Komissiyanın bir üzvü və bir əvəzedicisi 

hüquq  ekspertləri  arasından  təyin  olunur.  Komissiyanın  iki  üzvü  və  iki  əvəzedicisi  siyasi 

partiyaların  proporsional  təmsilçiliyi  nəzərə  alınmaqla  deputat  qrupunun  təklifi  əsasında  təyin 

edilir. Milli  icmanın  deputatının seçkisi üzrə xüsusi  dairə seçki  komissiyasının ən azı  bir üzvü 

həmin icmanın üzvü olmalıdır.  



Ərazi  seçki  komissiyaları  milli  seçki  komissiyası  tərəfindən  təyin  olunur.  Ərazi  seçki 

komissiyası  seçki  ərazisi  üçün  təyin  edilir.  Ərazi  seçki  komissiyaları  sədr,  üç  üzv  və  onların 

əvəzedicilərindən ibarət olur. Ərazi seçki komissiyasının sədri hakimlər, onun müavini isə digər 

hüquqşünaslar arasından təyin edilir. Komissiyanın digər üzvləri siyasi partiyaların proporsional 

təmsilçiliyi  nəzərə  alınmaqla  deputat  qrupunun  təklifi  əsasında  təyin  edilir.  Ərazidəki  yerli 

icmaların  nümayəndə  orqanları  ərazi  seçki  komissiyalarının  üzvləri  və  onların  əvəzedicilərinin 

təyinatı ilə bağlı təklif irəli sürə bilər. Parlamentə seçilmiş siyasi partiyaların təkliflərinin sayı az 

olduqda, komissiya üzvləri və onların əvəzediciləri dövlət orqanları və yerli orqanların rəsmiləri 

tərəfindən müəyyənləşdirilir.  

İtalyan və macar milli icmalarının deputatlarının seçkisi üçün xüsusi seçki dairələri üzrə 

seçki komissiyaları təyin olunur.  

Seçki  orqanı  sədr,  üzvlər  və  onların  əvəzedicilərindən  (bundan  sonra  üzvlər)  ibarətdir. 

Milli  seçki  komissiyasının  sədri  və  onun  müavini  konstitusiya  məhkəməsinin  sədrinin 

məvacibinin  maksimum  dörddə  biri,  milli  seçki  komissiyasının  digər  üzvləri  isə  konstitusiya 

məhkəməsinin  sədrinin  məvacibinin  maksimum  altıda  biri  məbləğində  kompensasiya  alırlar. 

Seçki keçirilməyən dövrdə  milli seçki komissiyasının sədri konstitusiya məhkəməsinin sədrinin 

məvacibinin  10%-i,  milli  seçki  komissiyasının  sədr  müavini  isə  konstitusiya  məhkəməsinin 

sədrinin məvacibinin 5%-i məbləğində müavinət alır.  

Seçki orqanının bütün üzvləri və ya onların əvəzediciləri iştirak edirsə, bu, yetərsay hesab 

olunur.  Seçki  orqanında  iştirak  etməyən  üzvün  yerinə  onun  əvəzedicisi  iştirak  edirsə,  bu, 

yetərsay  hesab  olunur.  Sədr  yalnız  öz müavini  tərəfindən  əvəz  oluna  bilər.  Seçki  orqanı  bütün 

üzvlərin  səs  çoxluğu  əsasında  qərar  qəbul  edir.  Əgər  “lehinə”  və  “əleyhinə”  olan  səslər 

bərabərdirsə,  seçki  orqanının  sədri  həlledici  səsə  malikdir.  Əgər  seçki  orqanı  seçkilərin 

keçirilməsi üçün vacib olan qərarı zamanında verə bilməyibsə, qərarı seçki orqanının sədri verir.  



 

 

                          Makedoniya  

 


Seçki komissiyaları 3 pilləli struktura malikdir: 

     1) Dövlət  Seçki Komissiyası; 

    2) Bələdiyyə Seçki Komissiyaları; 

     3) Seçki Şuraları 

Dövlət  Seçki Komissiyası –  parlament tərəfindən seçilir,Prezident, Prezident müavini və 5 üzv 

olmaqla 7 nəfərdən ibarətdir. Seçki və Təyinat məslələri üzrə Parlament Komitəsi müraciət etmiş 

namizədlərin siyahısını parlamentə təqdim edir. Bu siyahıdakı namizədlərin arasından, müxalifət 

partiyaları DSK – nın prezidentini, hakim partiya isə prezidentin müavuinin namizədliyini irəli 

sürür. DSK prezident, prezidentin müavini və üzvləri parlamentdə 2/3  səs çoxluğu ilə seçilirlər. 

MSK üzvləri təkrar seçilmə hüquq olmaqla 5 il müddətinə seçilirlər. Son seçkilərdə qələbə 

çalmış partiyadan sonra ən çox səs toplamış partiya müxalifət hesab olunur. Makedoniya azlıqda 

qalan partiya anlayışı yoxdur. 

 

Aşağıdakı şəxslər DSK prezidenti və üzvü ola bilər: 



1.

 

Makedoniya Respublikasında daimi yaşayan ölkə vətəndaşları; 



2.

 

Ali təhsilli və ən azı 8 il hüquq ( siyasi - seçki sitemləri) sahəsində iş təcrübəsi olan



3.

 

Hər hansı siyasi partiyanın üzvü olmayan 



Bələdiyyə Seçki Komissiyaları – bir prezident, dörd üzv və onların müavinlərindən təşkil 

olunur. Komissiyanın katibi və katib müavini BSK sədri tərəfindən 5 il müddətinə hüquq təhsilli 

şəxslərdən təyin edilir. Onlar dövlət, bələdiyyə və Skopye şəhər administrasiyalarında çalışan ali 

təhsilli şəxslər arasından seçilir. 

Seçki Şuraları - prezident, dörd üzv və onların müavinlərindən təşkil olunur. Prezident və 

müavinləri dövlət, bələdiyyə və Skopye şəhər administrasiyalarında çalışan  şəxslərdən, 4 üzv və 

onların müavinləri isə ictimai quluqçular arasında 4 illik müddətə seçilirlər. 

 

 

        Albaniya 

 

Seçki komissiyaları 4 pilləli struktura malikdir: 

 

1) Mərkəzi  Seçki Komissiyası; 

2) Yerli Hökumət Seçki Komissiyaları; 

3) Zona Seçki Komissiyaları  

4) Səsvermə Mərkəzi Seçki Komissiyaları 

Mərkəzi  Seçki Komissiyasının – yalnız bir dəfə təkrar seçilmək hüququ olan 9 üzvdən ibarətdir. 

MSK aşağıdakı qaydada formalaşır: 

-

 



4  üzvü parlament təyin edir. Namizədlər ən böyük partiyalar istisna olmaqla 

parlamentdəki sağ və sol partiyalar tərəfindən təqdim olunur. Hər vakant yer üçün 

ən çox 2 nəfərin namizədliyi irəli sürülə bilər. Tərəflər öz namizədlərini  böyük 

partiyaların iştirakı olmadan konsesnsus və ya səsvermə yolu ilə seçirlər. Bir 

deputat birdən artıq namizədi dəstəkləyə bilməz. Namizədlər parlamentin spikeri 

tərəfindən təqdim olunur. 

-

 

2 üzvü hakimiyyət və müxalifət partiyaların müvafiq olaraq irəli sürdüyü 



namizədlər arasından seçməklə Prezident təyin edir. Hər vakant yer üçün 2 – dən 

çox namizəd ola bilməz. 

-

 

3 üzv isə aşağıdakı qaydada Ali Ədalət Şurası tərəfindən seçilir: 



a)

 

2 üzv iki ən böyük partiyanın Ali Ədalət Şurasına təqdim etdiyi namizədlər 



arasından təyin edilir. Hər vakansiya üçün ən çox 2 namizəd irəli sürülə bilər. 

b)

 



3 – cü üzv isə bu qaydada seçilir: iki ən böyük partiyanın hər biri peşəkar 

hüquşünas olan 4 namizəd irəli sürür. Sonra bu partiyalar qarşı tərəfin 

namizədlərindən ikisini seçir. Namizədliyi verilmiş bu 4 nəfərdən biri isə 48 saat 

ərzində Ali Ədalət Şurası tərəfindən 2/3 səs çoxluğu ilə seçilir. Əgər 

namizədlərdə heç biri 2/3 səs toplaya bilməzsə, eyni gündə təkrar səsvermə 

keçirilir. Bu dəfə ən çox səs toplamış namizədlər səsə qoyulur. Əgər bu dəfə də 




namzidlərdən heç biri  səslərin 2/3 - ni toplaya bilmədikdə, ən çox səs toplamış 

iki namizəd üçün üçünçü tur keçirilir. Bu dəfə səslərin 50 % - ni toplamış 

namizəd seçilmiş hesab olunur. 

MSK sədri və müavini  yenidən seçilmək hüququ olmaqla 3,5 il müddətinə  üzvlər 

tərəfindən gizli səsvermə yolu ilə seçilir. Sədr seçkisi üçün hər bir üzvə üzərində 7 üzvün adı 

yazılmış bülleten verilir. 5 və daha çox səs toplamış üzv sədr seçilmiş olur. Əgər namizədlərdən 

heç biri minumum 5 səsi toplaya bilmirsə, ən çox səs toplamış 2 namizəd ikinci tura çıxır. Əgər 

yenə də namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə bu zaman ən çox səs toplayan 

altı aydan çox olmamaq şərti ilə sədr vəzifəsini icra edir. 

Altı aydan sonra yenidən seçki keçirilir. 5 və daha çox səs tyoplamış üzv sədr seçilmiş 

olur. Əgər namizədlərdən heç biri minumum 5 səsi toplaya bilmirsə, ən çox səs toplamış  

namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu zaman ən çox səs toplayan namizəd sədr seçilir.  

MSK  sədrinin müavinin namizədliyi MSK sədrinin təmsil etdiyi siyasi mövqeyə əks 

mövqedə dayanan partiyalar tərəfindən verilir və üzvlər arasında gizli səsvermə yolu ilə seçilir.   

Səslərin əksəriyyətini toplamış namizəd seçilmiş olur. Əgər namizədlərdən heç biri əksəriyyətin 

səsinin  toplaya bilmirsə, ən çox səs toplamış  namizədlərin iştirakı ilə ikinci tur keçirilir. Bu 

zaman ən çox səs toplayan namizəd sədr müavini  seçilir. 

 

Sədr və müavini  iki MSK üzvünün təklifi əsasında və üzvlərdən ən azı beşinin səs 



verdiyi iclasda vəzifədən kənarlaşdırmaq mümkündür. Səsvermə gizlo keçirilir. 

MSK katibi təyin olunur və onun  səs vermə hüququ yoxdur. Siyasi partiyalar MSK – ya 

məşvərətçi səs hüququ olan nümayəndələr göndərmək hüququ var.  

Seçki məcəlləsində yalnız sağ və sol partiyaların MSK üzvlüyünə seçilməsi nəzərdə 

tutulub ki, bu da digər partiyalara qarşı ayrı seçkilik yaradır. 

Seçki məcəlləsində yalnız sağ və sol partiyaların MSK üzvlüyünə seçilməsi nəzərdə 

tutulub ki, bu da digər partiyalara qarşı ayrı seçkilik yaradır. 

MSK üzvü aşağıdakı tələblərə cavab verməlidir: 

 

Ali təhsilli olmalı; 



 

Məhkəmənin qərarı ilə məhkumluğu olmamalı; 



 

Son 5 ildə heç bir siyasi partiyanın mərkəzi və yerli orqanlarında rəhbər vəzifə 



tutmamalı; 

 



Son 5 ildə Dövlət Məlumat Xidməti və Dövlət Polisinin üzvü olmamalı; 

 



Qanun pozuntusuna görə dövlət qulluğundan kənarlaşdırılmamlı; 

 



Hüquq, dövlət və ya seçki administratsiyası, insan haqları müdafiəsi sahəsində 

fəaliyyət göstərən QHT və birliklərdə, ictimaiyyətlə münasibətlər, statistika

politalogiya sahələrinin birində ən azı 5 il təcrübəsi olmalı. 

Yerli Hökumət Seçki Komissiyaları 7 üzvdən və səsvermə hüququ olmayan katibdən 

ibarətdir. Parlamentdə təmsil olunan partiyalardan ikisi – coxluq və müxalifət – hər biri 3 üzvün 

namizədliyini irəli sürür. Yeddinci üzv isə ixtiyari seçmə yolu ilə ya çoxluq, ya da müxalifət 

partiyasından seçilir. Seçki Məcəlləsinə görə sədr çoxluq təçki edən  partiyadan olduqda, müavin 

və katib azlıq təşkil edən partiyadan təyin olunur. 

Zona Seçki Komissiyaları  və Səsvermə Mərkəzi Seçki Komissiyalarının üzvləri 6 siyasi 

partiyanın irli sürdüyü namizədlərdən təşkil olunur. Bu partiyalar istənilən vaxt təyin etdikləri 

üzvü dəyişmək hüququna malikdir. Bu prosedura  ilə iki əsas siyasi partiyanın orta və aşağı 

komissiyalara təsiri azaldılmışdır. 



 

                                  Latviya  

 

Seçki komissiyaları 3 pilləli struktura malikdir: 

 

1) Mərkəzi  Seçki Komissiyası; 

2) Şəhər Seçki Komissiyaları; 

3) Region Seçki Komissiyaları  


Mərkəzi  Seçki Komissiyasının - 9 üzvü var ki, onlardan Sədr və 7 üzv Seym tərəfindən, 

1 üzvü isə Ali Məhkəmə tərəfindən 4 il müddətinə seçilir. Seymin hər bir üzvü, o cümlədən 

siyasi partiyaların nümayəndələri olan deputatlar yazılı formada MSK  üzvlüyünə namizəd 

təqdim edə bilər. Müxalifət partiyalarına və ya azlıqda qalan partiyaları üçün hansısa xüsusi 

qayda və prosedur nəzərdə tutulmayıb.Msk üzvləri üçün heç bir rəsmi tələb yoxdur. Onların 

bacarığı və səriştəliyinə görə namizədləri təqdim edənlər və təsiq edən Seym daşıyır. 

Şəhər və Region Seçki Komissiyaları 7 – 15 üzvdən ibarət olur. Komissiyadakı üzvlərin 

sayı müvafiq şura tərəfindən müəyyən edilir. Komissiya üzvləri Latış dili bilən latviya 

vətəndaşlarından seçilir. Onlar ən azı orta təhsilli olmalıdır. 

 

Ukrayna 



Seçki komissiyaları 3 pilləli struktura malikdir: 

 

1) Mərkəzi  Seçki Komissiyası; 

2) Dairə Seçki Komissiyaları; 

3) Məntəqə Seçki Komissiyaları  

Mərkəzi    Seçki  Komissiyası  –    Namizədlikləri  Prezident  tərəfindən  irəli  sürülən, 

Parlament    tərəfindən  təyin    olunan,  7  illik  səlahiyətə  malik  15  üzvdən  ibarətdir.  Prezident 

namizədləri irəli sürərkən parlamentdəki fraksiya qruplarla məsləhətləşir. MSK sədri və onun 2 

müavinini MSK gizli səsvermə yolu ilə özü seçir. MSK - da səsvermə hüququ olmayan üzvlər 

yoxdur.  Qanuna görə MSK üzvü – son 5 ildə Ukraynda daimi qeydiyyatda olmaq şərti ilə, ölkə 

vətəndaşı olmalı, məhkumluğu olmamalı, ən azı 25 yaşı olmalı, dövlət dilində sərbəst danışmaq 

bacarığı  və  əmək  qabiliyyətli  olmalıdır.  MSK  üzvü,  onun  müavinləri,  MSK  katibi  və  ən  azı  5 

üzvün ali hüquq təhsili oilmalıdır. MSK üzvlərinin elmi fəaliyyətdən başqa digər işlərdə işləməsi 

qadağandır. 

Dairə Seçki Komissiyaları – 18 üzvdən ibarətdir. Onların 15 nəfərinin namizədliyi 2005 – 

ci ildən parlamentdə təmsil olunuan 15 partiya və bloklar tərəfindən irəli sürülüb. Yerdə qalan 3  

yerə  isə  seçkilərdə  iştirak  etmək  üçün  qeydiyyatdan  keçmiş  digər  partiyalar  namizədlər  irəli 

sürür.  Bu  3  yerə  üzvlər  MSK  da  keçirilən  püşkatma  ilə  müəyyənləşdirilir.  Hər  bir  partiya  və 

blokun  Məntəqə  Seçki  Komissiyalarının  üzvlərinin  hər  üç  kateqoriyasına  namizəd  vermək 

hüququ var. Hər bir partiya və blokun DSK – da nümayəndələri olur. Ukraynada 225 DSK var. 

Məntəqə Seçki Komissiyaları - DSK –lar formasında təşkil olunur. MnSK – da partiyalar 

tərəfindən  irəli  sürülən  namizədlər  kifayət  etmədikdə  MnSK  sədri  müvafiq  namizədlər  təqdim 

etmək  hüquqna  malikdir.  Qanunvericilikdə  Məntəqə  Seçki  Komissiyalarında  partiya 

təmsilşiliyini balanslaşdırmaq haqqında heç bir tələb yoxdur. Ukraynada 34039 MnSK var. 

 

Gürcüstan  

Seçki komissiyaları 3 pilləli struktura malikdir: 

 

1) Mərkəzi  Seçki Komissiyası; 

2) Dairə Seçki Komissiyaları 

3) Məntəqə Seçki Komissiyaları  və 

 Abxaziya və Acariya Muxtar Respublikalarının ali seçki komissiyaları 

Mərkəzi    Seçki  Komissiyasının  -  7  üzvü  var.  MSK  sədrliyinə  namizədlər  Gürcüstan 

prezidenti  tərəfindən  parlamentə  təqdim  edilir.  Digər  MSK  üzvlüyünə  namizədlər  isə  Rəqabət 

Komissiyasının  Gürcüstan  prezidentinə  verdiyi  təkliflər  əsasında  parlamentə  təqdim  olunur. 

MSK – nın  səlahiyyət müddətinin başa çatmasına 60  gün qalmış  Gürcüstan prezidenti  Rəqabət 

Komissiyasının yaradılması haqqında sərəncam verir. Komissiya prezidentə hər vakant yer üçün 

2  və ya 3 namizəd verir. Rəqabət Komissiyasınınn müraciətindən sonra ən geci 7 gün ərzində 

prezident hər vakant yer üçün 2 namizəd, MSK sədrliyinə 1 namizəd müəyyənləşdirir. 

Namizədlərin siyahısı parlamentə təq dim  edildikdən  14  gün  ərzində  parlament  adlı 

səsvermə yolu ilə MSK üzvlərini və sədrini seçir. Hər bir namizəd ayrı – ayrılıqda səsə qoyulur. 




Ən çox səs toplayan namizədlər seçilmiş hesab olunur. Boş qalmış yerlər olarsa seçki proseduru 

yenidən  keçirilir.  Eyni  namizəd  2  dəfədən  çox  olmayaraq  irəli  sürülə  bilər.  Siyasi  partiyalar 

MSK – da təmsil olunmurlar. 

Qanunla MSK üzvü – ali təhsilli, heç bir partiyanın üzvü olmayan, ictimaiyyətə müraciət 

imici olan, Gürcü dilində sərbəst danışan, Seçki administrasiyasının sertifikatını almış, ən az 3 il 

iş təcrübəsi olan şəxslər ola bilərlər. 

Dairə Seçki Komissiyaları -  MSK tərəfindən verilmiş sertifikatlara malik olan şəxlərdə 

aşıq müsabiqə yolu ilə seçilirlər. 

Məntəqə  Seçki  Komissiyası    -  9  üzvdən  ibarətdir.  Son  seçkilərdə  ülk  üç  yeri  tutmuş 

partiyaların  MnSK  üzvlərinin  2/3  hissəsini  təyin  etmək  hüququ  var.  Yedə  qəlan  üzvlər  DSK 

tərəfindən təyin olunur. Gürcüstanda 76 DSK, 3033 MnSK fəaliyyət göstərir.   

 

İstifadə edilmiş ədəbiyyat 



--------------------------------       

 

1.



 

Dahl Robert “ Demokratiya haqqında” Bakı 2005 

2.

 

Andrew  Reynolds  &  Ben  Reilly/  The  International  IDEA:  Handbook  of  Elektoral 



System  Desig.  Stokolm:  International  Institute  for  Democracy  and  Elektoral 

Assistance, 1997 



3.

 

Avropa  Şurası  və  Venetsiya  Komissiyasının  9  noyabr  2007  –  cu  il  tarixdə  Bakı 



şəhərində  keçirdiyi konfransın materialları 

 

Yüklə 214,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə