“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
  1   2   3   4   5   6   7   8   9   ...   22


            AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ   

              AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ  

 

                           MAGİSTRATURA  MƏRKƏZİ       

 

                                                                          Əlyazması hüququnda    

 

 

                                     Qasımov Elvin Rövşən oğlu 

 

“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu” 

                                               mövzusunda 



 

 

                              MAGİSTR DİSSERTASİYASI 

 

 

İxtisasın şifri və adı:  İİM 060403 “Maliyyə” 

 

            İxtisaslaşma:  Bank işi 

 

 

 

 

          Elmi rəhbər:                    

Magistr proqramının rəhbəri:             

     i.e.n. dos. Əliyev Q.İ.                       i.e.d. prof. Rzayev R.M. 

 

 

 

 

                                 Kafedra müdiri: 

                               i.e.d. Ələkbərov Ə. Ə. 

 

 

 

 

                                 B A K I  -  2 0 1 6 

                                  


 

 



 

MÜNDƏRİCAT 

 

Giriş .......................................................................................................................... 3 

 

 

Fəsil 1. Azərbaycanın bank sistemi, onun əsas xüsusiyyətləri ............................ 6 

1.1. Bankların yaranması, onların mahiyyəti haqqında nəzəriyyələr ........... 6 

1.2. Bank sisteminin dinamikası, inkişafı və öhdəlikləri ............................ 11 

1.3. Azərbaycanın bank sektorunun xarici banklar üçün cəlbediciliyi. ...... 18 

 

Fəsil 2. Kommersiya bankları, ölkə iqtisadiyyatının inkişafında onun rolu ... 27 

2.1. Kommersiya banklarının yaradılması, funksiyaları və fəaliyyətinin 

hüquqi əsasları ........................................................................................... 27 

2.2. Bankların kapitallaşma səviyyəsi və sahibkarlığın inkişafına onun 

təsiri ........................................................................................................... 33 

 

Fəsil 3. Azərbaycanda xarici sərmayəli banklar, onların təsnifatı ................... 40 

3.1. Xarici sərmayəli banklar, onların kapitallaşma səviyyəsi ................... 40 

3.2. İqtisadi böhran şəraitində bank sektorunun inkişaf istiqamətləri ........ 47 

3.3. Azərbaycanda iqtisadiyyatın inkişafında bank sektorunun rolu .......... 55 

 

Nəticə və təkliflər ................................................................................................... 66 



 

Ədəbiyyat  .............................................................................................................. 71 

 

 



 

 



 

 



 

GİRİŞ 

 

Beynəlxalq  maliyyə  institutlarının  və  xarici  bankların  Azərbaycanın 



maliyyə-bank  bazarına  marağı  getdikcə  artır.  Ölkənin  maliyyə-bank  bazarının 

investisiya  cəlbediciliyi,  xarici  bankların  ölkənin  bank  sisteminin  fəaliyyətində 

iştirak etmək arzusu ilə Mərkəzi Banka müraciətlərini ildən-ilə artırmaqdadır. 

Mərkəzi Bank öz növbəsində, xarici «brend» bankların ölkə bank sektorunda 

iştirakında maraqlı olduğunu bildirir. Bu gün Azərbaycan qanunvericiliyində xarici 

bankların  ölkədəki  fəaliyyətinə  heç  bir  məhdudiyyət  yoxdur.  Bütövlükdə  ölkənin 

bank sektorunda xarici bankların iştirakı, bank bazarında rəqabəti canlandırmaqla, 

yeni  texnologiyaların  geniş  tətbiqinə,  korporativ  idarəetməni  yaxşılaşdırmağa, 

müştərilərə yüksək keyfiyyətli bank xidmətləri göstərilməsinə səbəb ola bilər. 

Mövzunun aktuallığı onunla izah edilir ki, bu günkü böhran şəraitində xarici 

sərmayəli  banklara  daha  çox  ehtiyac  duyulur.  Kommersiya  bankları  öz  vəsaitləri 

ilə  yanaşı  daha  çox  cəlb  edilmiş  vəsaitlərin  artırılmasına  çalışmalıdırlar.  Bu  gün 

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 23-də xarici sərmayənin 

iştirakı  mövcuddur.  Bunlardan  7-də  (yeddisində)  xarici  kapitalın  iştirak  payı  50-

100%, 14-də (on dördündə) isə 50%-ə qədərdir. Ölkədə 2 (iki) xarici bank filialı, 5 

(beş)  xarici  bankın  nümayəndəliyi  fəaliyyət  göstərir.  Dünya  iqtisadiyyatında 

davam  edən  böhran,  bütövlükdə  iqtisadiyyatın  qeyri-stabil  olması  xarici  bank  və 

investorların  inkişaf  etməkdə  olan  ölkələrin  maliyyə-bank  bazarına  marağını 

gündəmdə  saxlayır.  Məlum  olduğu  kimi,  Azərbaycan  iqtisadiyyatı  belə  böhran 

şəraitdə öz stabil inkişaf tempini davam etdirməkdədir.  

Bunun nəticəsi olaraq ölkənin bank sektoru öz likvidliyini saxlamaqla, daha 

çox  müştəri  inamını  qazanmaqdadır.  Bu  gün  Azərbaycan  bank  sektoru  ölkə 

iqtisadiyyatının modernizasiyasının maliyyələşməsində iştirak etməklə, korporativ 

idarəetmənin  yaxşılaşmasına  dəstək  verməlidir.    Azərbaycan  bank  sisteminin 

gələcək  inkişaf  imkanları  beynəlxalq  reytinq  agentlikləri  tərəfindən  də  yüksək 

qiymətləndirilir. Belə ki, bu yaxınlarda Azərbaycanın müstəqil reytinqi «BB+»-dan 

«BBB-»  yüksəlmiş  və  o,  investisiya  reytinqinə  keçirilmişdir.  Bu  halda  dünyada 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə