“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

29 

 

 



 

Azərbaycan hökuməti və Mərkəzi Bank kommersiya banklarının yaradılması 

və fəaliyyətinin əsas qaydalarını müəyyən etməklə, onları tənzimləyir. Azərbaycan 

Respublikasının  mövcud  qanunlarının  tələblərinə  əsasən  kommersiya  bankları 

hüquqi  şəxs  statusu  almaq  üçün  Ədliyyə  Nazirliyində  dövlət  qeydiyyatından 

keçməlidir. 

Kommersiya  bankları  bununla  əlaqədar  təsdiqedici  sənədlər  toplusunu 

hazırlayaraq  Mərkəzi  Bankın  müvafiq  departamentinə  təqdim  etməli  və  bu 

sənədlər  mövcud  qanunvericilik  aktlarının  tələblərinə  uyğunlaşdırılmalıdır. 

Sənədlər  toplusu  «Hüquqi  Şəxslərin  dövlət  qeydiyyatı  haqqında»  AR  qanununa 

uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edilir. 

Kommersiya  Bankı  dövlət  qeydiyyatından  keçərək  hüquqi  şəxs  statusu 

aldıqdan  sonra  bank  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  «lisenziya»  almağa  görə 

Mərkəzi Banka yazılı vəsatət verir. Bu vəsatətin tərkibinə aşağıdakı sənədlər əlavə 

olunur: 

1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; 

2. Təsis sənədləri – təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət 

və  idarəetmə  orqanları  rəhbərlərinin  təyin  edilməsi  haqqında  protokolu  qeydiyyat 

orqanında  təsdiq  olunmuş  nizamnamə,  xarici  bankın  filialı  üçün  əsasnamə  və  s. 

ibarətdir. 

3. Hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən 

mühasibat balansı, mənfəət, zərər haqqında hesabat və buna dair auditor rəyi

4.  Təsisçilərin  təklif  etdiyi  rəhbərlərin  və  baş  mühasibin  peşə  yararlığı  və 

məhkum  olub-olunmadıqları  barədə  məlumat,  həmin  şəxslər  tərəfindən 

doldurulmuş anket və s. 

Qanunvericiliyə  əsasən  Mərkəzi  Bank  bu  məsələyə  30  gün  müddətində 

baxmalıdır. Bunun üçün Mərkəzi Bankın müvafiq departamentləri sənədlərin ilkin 

ekspertizasını keçirir və onun nəticələri barəsində 3 gün müddətində müraciət edən 

banka  məlumat  verir.  Sənədlər  tələblərə  uyğun  oluqda,  Mərkəzi  Bank  yeni  kredit 

təşkilatı üçün müxbir hesabı açır və həmin dövr üçün müəyyən edilmiş nizamnamə 

kapitalının  ödənilməsini  tələb  edir.  Tələb  olunan  minimal  nizamnamə  kapitalının 



30 

 

 



 

tam  məbləğdə  ödənilməsi  haqqında  sənədlər  kredit  təşkilatı  tərəfindən  təqdim 

edildikdən  sonra  Mərkəzi  Bank  3  gün  müddətində  kredit  təşkilatına  bank 

əməliyyatlarının aparılması üçün lisenziya verilməsi haqqında qərar qəbul edir. 

Mərkəzi  Bank  tərəfindən  yeni  kredit  təşkilatına  bank  lisenziyası  qeyri-

müəyyən  müddətə  verilir.  Lisenziya  verilərkən  Mərkəzi  Bank  kredit  təşkilatına 

əsaslandırılmış  şərtlər  və  məhdudiyyətlər  qoya  bilər.  Kredit  təşkilatı  bank 

lisenziyası aldıqdan sonra bank statusu alır, bank sisteminə daxil olur və fəaliyyətə 

başlayır. 

Kredit təşkilatları  qanuna  müvafiq  respublika  ərazisində və  xarici  ölkələrdə 

Mərkəzi Bankın icazəsi ilə öz filial və nümayəndəliklərini aça bilər. 

Kommersiya  bankları  öz  fəaliyyətlərini  aşağıdakı  prinsiplər  əsasında 

qururlar: 

- kredit təşkilatları bütün fəaliyyət istiqamətlərində müstəqildirlər; 

- idarəetmə və təşkilati strukturun müəyyənləşdirilməsində müstəqillik; 

-  rəhbər  işçilərin,  filial  rəhbərlərinin  seçilməsi  və  təyin  edilməsində 

müstəqillik; 

- müştərilərin sərbəst, azad surətdə, qarşılıqlı anlaşma şəraitində seçilməsi

-  xüsusi  və  cəlb  edilmiş  vəsaitlərin  müstəqil  sərəncamçısı  olmaq,  əldə 

edilmiş gəlirlərin qanunvericiliyə müvafiq bölgüsünü həyata keçirmək

- öz fəaliyyətinin nəticələrinə görə tam maddi məsuliyyət daşımaq; 

-  əmanətçilər  və  borcalanlarla  qarşılıqlı  razılaşma  şərtləri  daxilində  pul 

vəsaitlərinin cəlb olunması və yerləşdirilməsi üzrə müstəqil əməliyyatlar aparmaq; 

-  kommersiya  banklarının  fəaliyyətini  tənzimləyən,  dövlətin  ali  hakimiyyət 

orqanlarının qanunlarına, normativ aktlara və təlimatlara riayət etmək və s. 

Bank  sisteminin  fəaliyyət  mexanizmində  əsas  rol  kommersiya  banklarına 

məxsusdur.  Kommersiya  bankları  ölkədə  kredit  resurslarının  əsas  hissəsinin 

toplanmasını  həyata  keçirir  və  müştərilərə  maliyyə-kredit  xidmətlərinin  bütöv 

kompleksini  təqdim  edir.  Dünyada  iri  kommersiya    bankları  müştərilərə  200-ə 

yaxın  müxtəlif  bank  xidmətləri  göstərirlər.  Əməliyyatların  geniş  həcmi  banklara 




31 

 

 



 

hətta, qeyri-rentabelli  təsərrüfat  şəraitində belə  müştərilərlə  daim  təmasda olmağa 

imkan verir.  

Qeyd  etmək  lazımdır  ki,  bank  təcrübəsində  bütün  bank  əməliyyatlarından 

gündəlik  istifadə  olunmur.  Lakin  müəyyən  baza  əməliyyat  dəsti  mövcuddur  ki, 

bunlarsız  bankın  mövcudluğu  və  normal  fəaliyyət  göstərməsi  mümkün  deyil. 

Bankların  bu  cür  konstruktiv  əməliyyatlarına  pul  ödəmələri  və  hesablaşmalar 

depozit və vasitəçilik əməliyyatlarını göstərmək olar. 

Beləliklə,  kommersiya  bankı  pul-kredit  sisteminin  və  bütövlükdə  borc 

kapitalının  gəlir  əldə  etmək  məqsədilə  hərəkətini  təşkil  edən  institutdur. 

Kommersiya  bankları  bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  funksiyaları  yerinə 

yetirirlər: 

-  Kapital  təmərküzləşməsi  (yığımı  və  səfərbər  edilməsi)  funksiyası. 

Kommersiya  bankları  bu  funksiyanın  köməyilə  hüquqi  və  fiziki  şəxslərin  sərbəst 

pul vəsaitlərini səfərbər edərək, onların kapitala çevrilməsini təmin edir. 

- Vasitəçilik funksiyası – kommersiya banklarının vacib funksiyalarındandır. 

Bu  funksiyanı  onlar  dövriyyə  prosesi  nəticəsində  müvəqqəti  sərbəst  olan  fiziki 

şəxslərin pul vəsaitlərini və müəssisələrin azad pul vəsaitlərinin yenidən bölgüsünü 

həyata  keçirirlər.  Kommersiya  banklarının  vasitəçilik  funksiyasının  əsas  cəhəti 

ondan ibarətdir ki, resursların yenidən bölüşdürülməsinin başlıca göstəricisi onların 

borcalanlar  tərəfindən  istifadəsinin  gəlirlilik  səviyyəsi  ilə  müəyyən  olunur. 

Resursların  yenidən  bölgüsü,  bank  vasitəsilə  onların  kreditordan  borcalana 

ödənclilik və geriqaytarma prinsipləri əsasında ötürülməsi ilə baş verir. Bu zaman 

verilən  və əldə olunan borca görə ödəniş borc vəsaitlərinə olan tələb və təklifdən 

asılı olaraq müəyyənləşir. 

Kommersiya  banklarının  vasitəçilik  funksiyasının  əhəmiyyəti  ondan 

ibarətdir  ki,  banklar  bu  funksiyanın  köməyilə  iqtisadi  sistemdəki  riski  və  qeyri-

müəyyənliyi aradan götürmüş olurlar. Belə ki, pul vəsaitləri kreditordan borcalana 

vasitəçi tərəf olmadan da keçə bilər. Lakin bu zaman borc verilən pul vəsaitlərinin 

itirilməsi  riski  kəskin  şəkildə  artır.  Onların  yerləşdirilməsində  isə  ümumi 

ləngimələr  baş  verə  bilər.  Həmçinin  kreditor  və  borcalanlar  bir-birlərinin  kredit 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə