“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

38 

 

 



 

nəzarətin  gücləndirilməsi,  ödənişli  məsləhət  xidmət  proqramının  reallaşdırılması 

istiqamətində 

əməkdaşlıq 

davam 

etdirilmişdir. 



«Maliyyə 

Sektorunun 

Modernizasiyası» layihəsi çərçivəsində «Azərpoçt» komponentinin idarə edilməsi 

üzrə Layihə idarəetmə qrupu yaradılmış və Azərpoçt MMC-nin auditi, işçilərinin 

təlimi  və  onun  yeni  imicinin  formalaşdırılması  istiqamətində  tədbirlər  həyata 

keçirilmişdir. 

Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  Maddələr  Sazişinin  müzakirələri 

davam  etdirilmiş,  BVF  ekspertlərinin  Mərkəzi  Bankı  səfərləri  təşkil  edilmiş, 

ölkədə  bank  sektorunun  sabitliyinin  qorunması  məsələləri  müzakirə  olunmuşdur. 

Mərkəzi  Bankın  beynəlxalq  əlaqələrinin  əsas  istiqamətlərindən  biri  də  xarici 

sərmayənin  Azərbaycana  gətirilməsi,  ölkə  banklarının  kapitallaşma  səviyyəsinin 

yüksəldilməsinə  şərait  yaratmaqdır.  Bunun  üçün,  təcrübə  mübadiləsi  məqsədilə 

bank  mütəxəssislərinin  Bundesbank,  Türkiyə,  İtaliya,  Portuqaliya  və  İsveçrə 

banklarına səfərləri təşkil edilmiş, müxtəlif məsələlər müzakirə edilmişdir. 

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən kommersiya 

banklarının  bir  çoxunda  xarici  sərmayələrin  iştirakı  mövcuddur.  Onların  payı 

müxtəlif olsa da, bu amilin özü təqdirəlayiq və inkişaf etdirilməsi olduqca vacibdir. 

Bu bankların bir neçəsi və onların bank kapitalında iştirak payları haqda bir qədər 

ətraflı  məlumat  verək.  İlk  olaraq,  «Azqazbank»  (AGBank)  haqqında  qeyd  edə 

bilərik  ki,  2014-cü  ilin  axırına  olan  məlumata  görə  bank  kapitalının  17,5%-i 

Beynəlxalq  Maliyyə  Korporasiyasına,  10%-i  isə  «Kazimir  Partners»  bankına 

aiddir.  «Əmrahbank»  kommersiya  bankının  aktivlərində  «Beynəlxalq  İnvestisiya 

Bankının»  payı  49%  təşkil  etmişdir.  Bank  Respublikanın  nizamnamə  kapitalında 

«DEG  İnvestisiya  Şirkəti»nin  payı  –  16,7%,  «Sparkassen  İnternational 

Development Trust»-un payı 8,3% təşkil etmişdir. 

«Dəmir  Bank»  kommersiya  bankının  nizamnamə  kapitalında  «Avropa 

Yenidənqurma və İnkişaf Bankı»nın payı 25% səhm, «Hollandiya İnkişaf Maliyyə 

Şirkətinin» payı isə 10% təşkil etmişdir. Nəzərə almaq lazımdır ki, xarici sərmayəli 

banklardan  biri  «Royal  Bank»  Mərkəzi  Bank  tərəfindən  lisenziyasının  geri 

çağırılması  səbəbindən  öz  fəaliyyətini  dayandırmışdır.  Bundan  başqa  «Birlik 




39 

 

 



 

Bank»,  «Kovser  Bank»  və  «Debut  Bank»da  ölkə  bank  sektorunda  fəaliyyətlərini 

başa  çatdırmışdır.  Belə  kiçik  bankların  fəaliyyətinin  dayandırılması  bütövlükdə 

ölkədə  bank  sektorunun  müvəffəqiyyətlə  inkişaf  etməsinə  maneçilik 

göstərməmişdir. 

Xarici  sərmayəli  bankların  kredit  portfellərində  də  2015-ci  ilin 

məlumatlarına  görə  1,35%  azalma  müşahidə  olunur.  01  avqust  2015-ci  ilə  xarici 

sərmayəli  bankların  verdikləri  kreditin  məbləği  5,8  mlrd.manat  təşkil  etmişdir  ki, 

bu da ölkədə kredit portfelinin 28,9%-ni təşkil etmişdir ki, bu 2014-cü ilin müvafiq 

dövrü  ilə  müqayisədə  10,45%  çoxdur.  Mərkəzi  Bankın  qərarları  ilə  2015-ci  ildə 

manatın  dəyərinə  iki  dəfə  (fevral  və  dekabr  aylarında)  müdaxilə  olunması,  milli 

valyutanın  devalvasiya  edilməsi,  təkcə  ölkənin  maliyyə-bank  sektorunda 

silkələnmə  effekti  yaratmadı,  həm  də  sosial  sahədə  bir  sıra  problemləri  üzə 

çıxarmaqla  iqtisadi  inkişaf  istiqamətlərinə  yenidən  baxılması  zəruriyyətini  ortaya 

qoydu.  

Mərkəzi  Bank  sözügedən  qərarları  dünyada  məlum  hadisələrdən  doğan 

obyektiv  səbəblər  üzündən  qəbul  etmişdir.  Məlumdur  ki,  Bakı  dünyanın  bahalı 

şəhərlərindən  biridir.  Qonşu  ölkələr  olan Türkiyə  və  Gürcüstanda  istirahət  etmək 

və daşınmaz əmlak olmaq daha ucuz başa gəlir. Bütün subyektiv səbəblərlə yanaşı, 

bu bahalıq həm də əhalinin alıcılıq imkanlarının yüksək olması ilə izah edilir. Hələ 

manatın birinci devalvasiyasından sonra Mərkəzi Bank Bakı Banklararası Valyuta 

Birjasına  dollar  və  avro  çatdıra  bilmirdi.  Valyutadəyişmə  məntəqələri  də 

əllərindəki  manatı  həmin  valyutalara  dəyişmək  istəyən  müştərilərin  tələbatını 

ödəmək  iqtidarında  deyildi.  Səbəbi  məlumdur  –  əhalinin  cibində,  evində, 

hesabında xeyli sərbəst vəsait var.  

Mərkəzi  Bankın  növbəti  devalvasiya  qərarının  neftin  dəyərinin  «qırmızı 

xətti»  keçərək  kəskin  ucuzlaşması,  qiymətlərin  süni  surətdə  bahalaşmasının 

qarşısını  almaq  üçün  nəzərdə  tutulmuşdur.  Dövlət  tərəfindən  əhalinin  aztəminatlı 

təbəqəsinin  sosial  müdafiəsini  gücləndirmək  məqsədilə  pensiyaların,  sosial 

müavinətlərin, müəllim və həkimlərin əmək haqlarının artırılması nəzərdə tutulur. 

Nəzərə  almaq  lazımdır  ki,  manatın  məzənnəsinin  sərbəst  buraxılması  ciddi  sosial 



40 

 

 



 

sıxıntı  və  gərginlik  yaratmayacaq.  Bunun  başlıca  səbəbi  hökumət  tərəfindən 

qiymətlərin  süni  surətdə  bahalaşmasının  qarşısının  alınması  anonsunun 

verilməsidir.  Sahibkarlığın  inkişafı  üçün  münbit  şəraitin  yaradılması  nəzərdə 

tutulur. İlk növbədə bir neçə fəaliyyət növü üzrə lisenziya alınması ləğv edilib, bir 

neçəsi sadələşdirilib, monopoliyanın aradan qaldırılması üçün tədbirlər görülür. 

Vergilər Nazirliyi iş adamlarına doğru ardıcıl addımlar atır. Hüquq mühafizə 

orqanlarının,  yerli  icra  məmurlarının,  özəl  müəssisələrə  uzanan  əlləri  yığışdırılır. 

Ölkənin iqtisadi bünövrəsi neftdən gələn vəsait üzərində qoyulubsa, onun inkişafı 

özəl  sektorun,  sahibkarlığın vəsaiti  hesabına ucala  bilər.  İndi Azərbaycanda  neft-

qaz  sektoruna  əsaslanmayan,  qeyri-neft  sektorunun  inkişafı  həyati  zərurətdir. 

Manatın  məzənnəsinin  sərbəst  buraxılması  bazar  iqtisadiyyatının  tələbləri 

baxımından  inkişafa  təkan  verən  qərardır.  Manatın  ucuzlaşması  ilk  növbədə 

ölkəmizdə istehsal olunan məhsulların ixrac imkanlarını artırmalıdır. 

 

 

 



 

 

 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə