“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,54 Mb.

səhifə15/22
tarix14.09.2018
ölçüsü0,54 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

44 

 

 



 

Yerli  bankların  kapitallaşma  səviyyəsinin  yüksəlməsi,  ölkə  ərazisində 

fəaliyyət  göstərən  xarici  sərmayəli  bankların  da  xüsusi  kapitalının  artırılmasına 

səbəb olmuşdur. Belə ki, 2015-ci ildə xarici sərmayəli 6 bankda – 21%, 5 bankda – 

13,5%, 6 bankda – 17,9% və s. kapitallaşma səviyyəsi artmışdır. 

Azərbaycanın  müstəqillik  illərində  ölkəyə  xarici  valyutanın  axını  başladı. 

Xarici  banklar  gənc  müstəqil  neft  ölkəsi  olan  Azərbaycana  daha  çox  maraq 

göstərirdilər.  Ölkəyə  ilk  olaraq  gəlib-gedən  ingilis  bankı  –  HCBC  olmuşdur. 

Bütövlükdə 2003-cü ildən başlayaraq xarici kapitalın Azərbaycan bank sektoruna 

aktiv  inteqrasiyası  başlamışdır.  Bunlardan,  Rusiyanın  VTB,  Sitiqrup, 

Commerzbank,  Societe  Generale,  Raiffeisen  və  digərlərini  göstərmək  olar.  Belə 

əlaqələrin  genişlənməsinə  Azərbaycan  Mərkəzi  Bankının  «açıq  qapı»  və  lideral 

yanaşma  siyasətini  açıqlaması  da  təkan  vermişdir.  Ancaq  2008-ci  ildən  başlamış 

iqtisadi  böhran  bu  əlaqələrin  tədricən  zəifləməsinə,  kapital  axınının  azalmasına 

səbəb  olmuşdur.  Dünyada  baş  verən  maliyyə  katalizmlərinə  baxmayaraq, 

Azərbaycanın bank bazarı xarici kapital üçün öz cazibədarlığını saxlamaqda davam 

edir.  xarici  bank  aktivləri  Azərbaycan  maliyyə  bazarına  marağını  saxlamaqla, 

bazara  yeni  oyunçular  daxil  etmədən,  potensial  kredit  xətlərini  genişləndirməklə, 

bank sektoruna yeni texnologiyalar cəlb etmək hesabına yerli bazarda banklararası 

rəqabəti  daha  da  gücləndirməyə  çalışır.  Mərkəzi  Bankın  sədri  E.Rüstəmov 

vəziyyəti  təhlil edərək göstərir ki,  bu gün  ölkənin  Mərkəzi Bankı xarici banklarla 

rəqabətə  hazırdır.  Ölkənin  bank  bazarı  isə  inkişaf  edərək  xaricilər  üçün  daha 

cəlbedici  olmuşdur.  Biz  dünyanın  aparıcı  banklarını  Azərbaycana  dəvət  edirik. 

Ancaq biz, daha məhşur, adlı-sanlı banklarla əlaqəyə üstünlük veririk. 

2007-ci  ildən  başlayaraq  ölkədə  maliyyə  bazarının  liberallaşdırılmasına 

başlanmışdır.  Xarici  kapitalın  bank  sektorunda  iştirakına  heç  bir  məhdudiyyət 

yoxdur,  bürokratik  əngəllər  aradan  qaldırılmış.  Bankların  lisenziyalaşdırılması 

xeyli sadələşdirilmişdir. 

Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək 

məqsədilə  Mərkəzi  Bank  «icazəli  rejimin»,  «istək  rejiminə»  keçilməsini  qərara 




45 

 

 



 

almışlar  ki,  bu  da  ölkəyə  investisiya  axınını  artırmaqla,  faiz  səviyyəsini  aşağı 

salmağa, makroiqtisadi sabitliyi gücləndirməyə xidmət etməlidir. 

Bununla  belə  Azərbaycanda  da  xarici  ölkələrə  kapital  axını  ildən-ilə 

artmaqdadır. Bu həm leqal, həm də qeyri-leqal formada həyata keçirilir. Statistik 

məlumatlara görə hər il ölkədən leqal formada 5 mlrd.dollar kapital axını baş verir. 

Ölkəyə gətirilən xarici kapital banklar arasında qeyri-bərabər bölüşdürülür. İlk 10-

da yer alan banklar xarici aktivlərdə aparıcı rola malikdir. Bu elit bankların ölkəyə 

gətirdiyi  xarici  kapitalın  həcmi  2007-ci  ildə  1,4  mlrd.dollar  olmuşdursa,  bu  gün 

həmin  məbləğ  xeyli  artmışdır.  Bu  gün  ölkənin  bütün  aparıcı  bankları  beynəlxalq 

reytinqə  malikdirlər.  Bankların  ehtiyat  bazasının  genişlənməsi,  həm  əhalinin 

əmanətləri hesabına, həm xarici kapital, eləcə də bank gəlirləri hesabına olmuşdur. 

Azərbaycan  bank  sektoru  həssas  qlobal  iqtisadi  mühit,  ölkə  daxilində 

iqtisadiyyatın  qeyri-neft  sektorunda  fəallıq  şəraitində  həyata  keçirilməkdədir. 

Azərbaycan  Mərkəzi  Bankının  həyata  keçirdiyi  maliyyə  sabitliyi  siyasəti  bank 

sektorunun  maliyyə  dayanıqlığının  qorunmasına  və  maliyyə  vasitəçilərinin 

genişlənməsinə yönəlmişdir. Həyata keçirilmiş siyasət nəticəsində bank sektorunda 

sistem  riskləri  effektiv  idarə  olunmuş  sektor  üzrə  maliyyə  sabitliyi  qorunmuşdur. 

Bank  sisteminin  kapital  adekvatlığı  və  likvidlik  göstəriciləri  məqbul  səviyyədə 

saxlanmışdır. 

Hesabat ilində bank sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər 

nəticəsində bankların xarici investorlar üçün cəlbediciliyi qorunub saxlanmışdır. İl 

ərzində  fəaliyyət  göstərən  xarici  sərmayəli  banklara  2013-cü  ilin  məlumatlarına 

görə  137,8  mln.manat  cəlb  olunmuş  və  ümumi  vəsaitin  həcmi  468,1  mln.man. 

təşkil etmişdir.  

Xarici kapitalın cəlb edilmə səviyyəsinə görə (60%-dən çox)  Azərbaycanın 

bank  sektoru  Cənubi  Qafqazda  liderliyi  əldə  etmişdir.  Mərkəzi  Bank  Dünya 

Bankının  Direktorlar  Şurası  tərəfindən  «Strateji  tərəfdaş»  kimi  qəbul  edilmişdir. 

Strateji  əməkdaşlıq  4  il  müddətinə  qüvvədədir.  Burada  güzəştli  şərtlərlə 

kreditləşmə, Beynəlxalq Maliyyə korporasiyası proqramı çərçivəsində əməkdaşlıq 

və digər tədbirlər nəzərdə tutulur. 



46 

 

 



 

Bununla  yanaşı,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  da  Azərbaycanın 

bank  sektoru  ilə  qarşılıqlı  əməkdaşlıqda  maraqlı  olduğunu  qeyd  etmişdir.  Bu 

əməkdaşlıq  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrində  müxtəlif  layihələrin 

maliyyələşdirilməsi, 

energetika, 

nəqliyyat, 

ətraf 


mühitin 

mühafizəsi,  

telekommunikasiya və digər sahələri əhatə edəcəkdir. 

Azərbaycanın  bank  sektorunda  xarici  kapitalın  həcminə  görə  Avropa 

bankları  aparıcı  rola  malikdir.  Onların  dəstəyi  ilə  yaxın  illərdə  90,0  mln.dollar 

Azərbaydanda  orta  və  kiçik  müəssisələrin  inkiaşfı  üçün  nəzərdə  tutulmuşdur. 

Almaniyanın Commerzbankı bu yaxınlarda Bakıda öz ofisini açaraq, Azərbaycan 

və  Almaniya  arasında  ticarət  əlaqələrinin  genişləndirilməsini  nəzərdə  tutmuşdur. 

Ofisin  rəhbəri  Marko  Qraff  qeyd  edir  ki,  Commerzbank  Azərbaycanı  gələcəyin 

əlverişli bazarı adlandırmışdır. 

Bununla belə Azərbaycanı bankları da yaxın və uzaq ölkələrdə öz kapitalları 

ilə  fəaliyyət  göstərməyə  başlamışdır.  Buna  misal  olaraq  Azərbaycan  Beynəlxalq 

Bankını göstərmək olar. Bu bankın Rusiya və Gürcüstanda «qız bankları», eləcə də 

Londonda və Frankfurtda nümayəndəlikləri fəaliyyət göstərir. 

«ABB-Moskva»  bankının  əsas  strateji  məqsədi  universal  fəaliyyətlə  öz 

müştərilərinə  müxtəlif  xidmətlər  göstərmək,  qarşılıqlı  faydalı  fəaliyyət 

göstərməkdən  ibarətdir.  Bu  bankın  Sankt-Peterburq  və  Yekaterinburqda  filialları 

mövcuddur.  Yeni  filialın  Nijni-Novqorodda  açılacağı  gözlənilir.  Nəzərə  almaq 

lazımdır  ki,  Azərbaycanla  Rusiya  arasında  mal  dövriyyəsinin  20%-ə  qədəri  bu 

şəhərin  payın  düşür.  Burada  iri  maşınqayırma,  gəmiqayırma,  metallurgiya  və  s. 

müəssisələr var. 

«ABB-Moskva» hesabat ilində Rusiyanın 150 iri bankı siyahısındadır, onun 

cəlb  etdiyi  vəsait  20%  artaraq  13,0  mlrd.rub  təşkil  etmişdir.  Bu  bankın  əsas 

fəaliyyət növlərindən biri də Rusiya-Azərbaycan arasında pul köçürmələrini həyata 

keçirməkdir.  İqtisadi  böhranın  davam  etdiyi  indiki  dönəmdə  bütün  ölkələrdə 

olduğu kimi Azərbaycan bank sektorunda da xarici sərmayənin cəlb edilməsi xeyli 

çətinləşmişdir. Bu vəziyyət bazarın bütün iştirakçıları, o cümlədən donor ölkələrin 

və  iri  investisiya  şirkətlərində  də  nəzərə  çarpır.  İnvestorlar  əsasən  riskin 




: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə