“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

47 

 

 



 

səviyyəsini  daha  dəqiq  təhlil  etməyə  çalışmaqla,  dünya  bazarında  neftin  qiyməti 

ətrafında gedən prosesləri diqqət mərkəzində saxlamağa çalışırlar. 

 

 



  

 

 



 


48 

 

 



 

3.2. İqtisadi böhran şəraitində bank sektorunun inkişaf istiqamətləri 

 

Bazar iqtisadiyyatı şəraitində ölkənin bank sistemi milli iqtisadiyyatın tərkib 



hissəsidir.  Bank  sistemi  Mərkəzi  Bank  və  kredit  təşkilatlarından  ibarət  olmaqla, 

mülkiyyət  münasibətlərindən  asılı  olmayaraq  təsərrüfat  subyektləri  arasında 

hesablaşmaların  həyata  keçirilməsini  təmin  edir.  Azərbaycan  Respublikasında 

bank  sistemi  ölkə  konstitusiyası,  Mülki  Məcəllə,  «Bank  fəaliyyəti  haqqında», 

«Kredit  ittifaqı  haqqında»,  «Mərkəzi  Bank  haqqında»  və  digər  normativ  aktlar, 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 

Bank  sistemi  tərkibində  kommersiya  bankları  aparıcı  rol  oynayır.  Bu 

bankların hamısı «universal bank» kimi fəaliyyət göstərməklə, müştərilərə müxtəlif 

bank  xidmətləri  göstərməkdədir.  Bank  sisteminin  inkişafı  və  sağlamlaşdırılması 

həm  Mərkəzi  Bankın  dünya  standartlarına  uyğun inkişafı, eləcə  də  özəl  bankların 

müasir tələblərə cavab verməsi istiqamətində aparılır. 

Bankların  keyfiyyət  parametrlərinin  dəqiqləşdirilməsi,  problemli  bankların 

müəyyən edilməsi, bankların maliyyə vəziyyətinin yaxşılaşdırılması, kapitallaşma 

və  likvidlik  səviyyəsinin  yüksəldilməsi,  mənfəətin  artırılması  və  idarəetmə 

mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılmaqdadır. 

Dünya  təcrübəsində  bank  sisteminin  inkişafında  əsas  amillərdən  biri  də 

əhalinin  bank  sisteminə  etimadını  gücləndirmək,  əmanətlərin  sığortalanmasını 

təmin  etmək  və  əhaliyə  göstərilən  bank  xidmət  və  məhsullarının  çeşid  və 

keyfiyyətini yüksəltməkdən ibarətdir. 

2014-cü  ildə  mürəkkəb  qlobal  iqtisadi  böhran  şəraitində  Azərbaycan 

iqtisadiyyatı  və  bank  sistemi  dinamik  inkişaf  etmiş,  qeyri-neft  sektoru  iqtisadi 

artımın  əsas  mənbəyi  olmuş,  investisiya  fəallığı  lazımi  səviyyədə  saxlanılmışdır. 

Mərkəzi  Bank  2015-ci  ildə  də  ölkədə  makroiqtisadi  sabitliyin  təmin  olunmasına 

çalışmışdır. İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin olunmuş, bank sektorunun 

iqtisadi  artımda  və  investisiya  fəallığının  yüksəldilməsində  rolu  artmış,  maliyyə 

xidmətləri və resurslara çıxış imkanları xeyli genişlənmişdir. Ölkə iqtisadiyyatının 

şaxələndirilməsi siyasətinə uyğun olaraq Mərkəzi Bank 2016-cı ildə makroiqtisadi 



49 

 

 



 

və  maliyyə  sabitliyinin  qorunmasına,  bank  sektorunun  maliyyə  dayanıqlığının 

artırılmasına  xüsusi  fikir  verməlidir.  Ölkədə  qiymət  sabitliyi  nisbətən  təmin 

edilmiş,  inflyasiya  təkrəqəmli  səviyyədə  saxlanılmışdır.  Davos  Dünya  İqtisadi 

Forumunun  son  hesabatına  görə  Azərbaycan  dünyada  inflyasiyanın  ən  aşağı 

olduğu ölkələrdən biridir. 

Bank  sektorunun  aktivləri  il  ərzində  4797  mln.manat  (24%)  artaraq,  25183 

mln.manat  olmuşdur.  Hesabat  ilində  iqtisadi  subyektlərin  maliyyə  xidmətlərinə 

çıxış  imkanları  xeyli  genişlənmiş,  maliyyə  infrastrukturunda  istifadə  səviyyəsi 

yüksəlmişdir.  Hər  100  min  nəfərə  düşən  bank  xidməti  nöqtələrinin  sayı  10-a 

çatmışdır. Əhaliyə maliyyə xidmətləri göstərən «Azərpoçtun» filialları daha önəmli 

yer tutur. 2014-cü ildə 47 yeni bank filialı açılmışdır ki, bunun da 34-ü regionların 

payına  düşür.  Alternativ  kreditləşmə  mənbələrinin  canlandırılması  məqsədilə 

Mərkəzi  Bank  tərəfindən  bank  olmayan  kredit  təşkilatlarının  fəaliyyəti  xeyli 

yaxşılaşaraq, onların sayı 157-yə, filialların sayı isə 222-ə çatmışdır. Bununla belə, 

nəzərə  alınmalıdır  ki,  ölkənin  bank  sektorunda  pozitiv  dəyişikliklər,  müsbət 

proseslər  baş  verməsi  ilə  yanaşı,  bu  sahədə  ciddi  problemlər  də  qalmaqdadır. 

Beynəlxalq analitiklərin qiymətləndirmələrinə görə ölkənin bank sektorunun güclü 

və zəif tərəfləri aşağıdakı cədvəldə verilmişdir. 

Cədvəl 3 

Bank sektorunun güclü və zəif cəhətləri 

Güclü cəhətləri 

Zəif cəhətləri 

- müasir texnologiyalardan istifadə

- dəqiq inkişaf strategiyasının olmaması; 

- müxbir münasibətlərin inkişaf səviyyəsi; 

- ölkə iqtisadiyyatında maliyyə 

vasitəçiliyinin zəifliyi

- beynəlxalq standartlara müvafiq maliyyə 

hesabatının tətbiqi; 

- kreditlər üzrə yüksək faiz dərəcəsi

- əmanətlərin sığortalanma sistemi; 

- kapitallaşma səviyyəsinin aşağı olması; 

- bankomat şəbəkəsinin genişliyi; 

- kredit portfelinin diversifikasiya 

səviyyəsi; 

- banklararası rəqabətin gücləndirilməsi və 

s. 


- əhalidən əmanətlərin cəlb edilməsi 

vəziyyəti; 

 

- bank işçilərinin seçilməsində şəffaflığın 



olmaması və s. 

 



50 

 

 



 

Təqdim  olunmuş  materiallar  bir  daha  göstərir  ki,  ölkənin  bank  sektorunda 

müsbət  cəhətlərlə  yanaşı,  xeyli  şübhəli  amillər  də  mövcuddur  ki,  onların  bank 

fəaliyyətinə  neqativ  təsiri  bu  gün  hiss  edilməklə,  gələcəkdə  daha  ağır  fəsadlar 

törədəcəyi istisna edilmir. Bu ilk növbədə bu gün mövcud olan valyuta və kredit 

riski,  menecment  xidmətinin  zəifliyində,  kreditorların  hüquqlarını  qorumaqla, 

əhalinin banka inamının artırılmasında və s. özünü göstərməkdədir.  

Uzunmüddətli  ehtiyatların  çatışmaması,  bank  sektorunun  investisiya 

cəlbediciliyinin azalması, onun istehsal sahələri ilə zəif əlaqələri, qiymətli kağızlar 

bazarında  zəif  iştirakı  və  digər  məsələlər  də  ölkədə  bank  sektorunun  ciddi 

problemlərindəndir.  Ölkənin  bank  sektorundakı  müasir  vəziyyəti  beynəlxalq 

maliyyə-kredit  ekspertləri  tərəfindən  də  diqqətlə  izlənilir.  Məsələn,  Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankı  (AYİB)  mütəxəssisləri  öz  hesabatlarında 

Azərbaycan  bank  sistemində  «kapitalın  hərəkəti»nin  liberallaşdırılmasını  müsbət 

qiymətləndirməklə  yanaşı,  bank  sektoruna  nəzarətin  gücləndirilməsini  də  vacib 

hesab  etmişlər.  Beynəlxalq  reytinq  agentliyi  olan  «Fitsh  IBCA»-nın 

dəyərləndirilməsinə  əsasən  Azərbaycan  bank  sisteminə  yüksək  risk  kateqoriyası 

«MPI3»-ə aid edilmişdir. Analitiklərin fikrinə görə Azərbaycan bank sistemi «milli 

valyuta  olan  manatın»  mübadilə  kursunun  düzgün  müəyyən  edilməsinə  daha çox 

diqqət  yetirməlidir.  Bu  günkü  manatın  kursu,  neftin  dünya  bazarındakı  yüksək 

qiyməti  ilə  əlaqəli  olduğundan,  çox  qorxuludur,  o  hər  an  dağıla  bilər,  necə  ki, 

2015-ci ildə dağıldı.  

Bununla  yanaşı,  tanınmış  reytinq  agentliyi  olan  «Fitsh  IBCA»  agentliyi 

kommersiya  bankları  arasında  müqayisə  apararkən  Azərbaycan  Beynəlxalq 

Bankının  həm  respublikada,  həm  də  Cənubi  Qafqaz  regionunda  daha  yüksək 

nəticələrə malik olduğunu qeyd etmişdir. 

 

 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə