“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,54 Mb.

səhifə17/22
tarix14.09.2018
ölçüsü0,54 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   22

51 

 

 



 

Beynəlxalq reytinq agentliyi olan «Moody’s İnvestors Service» kommersiya 

bankları  arasında  müqayisə  apararkən  onların  milli  və  xarici  valyuta  üzrə 

əmanətlərə görə reytinqini aşağıdakı cədvəldə göstərmişdir. 

Cədvəl 4 

«Moody’s»-a görə respublika banklarının əmanətlər üzrə reytinqi 

Emitent banklar 

Uzunmüddətli 

reytinq 

Qısamüddətli 

reytinq 

proqnoz 


Azərbaycan Beynəlxalq Bankı 

Ba

2



 Baa

2

 



Not Prime 

STA 


Kapital Bank 

Ba 


2

 

Not Prime 



RUR 

Bank Standart 

B



Not Prime 



STA 

Bank Respublika 

B

2

 



Not Prime 

POS (m) 


Texnika Bank 

B

2



 

Not Prime 

STA 

Uni Bank 



B

2

 



Not Prime 

POS (m) 


 

1. STA – stabil (dayanıqlı) 

2. RUR – reytinq öyrənilir. 

3. POS (m) – pozitiv (m) müxtəlif istiqamətlər öyrənilir. 

4. Not Prime (NP) – qısamüddətli öhdəlikləri vaxtında ödəmədə şübhəli olanlar. 

 

Cədvəlin  məlumatlarından  göründüyü  kimi,  xüsusi  mülkiyyətə  əsaslanan 



Bank Standart, ölkə bank sektorunda yeganə bankdır ki, milli və xarici valyutada 

qısa  və  uzunmüddətli  əmanətlərə  görə  ən  yüksək  –  B1  reytinqinə  nail  olmuşdur. 

Eyni zamanda maliyyə stabilliyinə görə banka E+ reytinqi verilmişdir. 

Beynəlxalq  «Moody’s»,  Bank  Standartın  mövqeyinin  möhkəmlənməsinin 

davam  edəcəyini,  risklərin  diversifikasiyasını,  gəlirin  artım  stabililyini,  siyasi 

proseslərin  bank  fəaliyyətinə  təsirsiz  ötəcəyinə  ümid  edir.  «Moody’s»  beynəlxalq 

agentliyi, Bank Respublikanın da milli və xarici valyuta üzrə uzunmüddətli əmanət 

üzrə  reytinqini  B2  səviyyəsində  müəyyən  etməklə  bankın  filial  şəbəkəsinin 

genişlənməsini xüsusi qeyd etmişdir. 

İki  aparıcı  reytinq  agentliyinin  Azərbaycan  bank  sektoru  təmsilçilərinə 

verdikləri yüksək qiymət ümid etməyə əsas verir ki, ölkənin bank sistemi iqtisadi 

inkişafın  daha  sürətlə  irəli  getməsində  öz  müsbət  rolunu  bundan  sonra  da 

müvəffəqiyyətlə davam etdirəcəklər. 



52 

 

 



 

Hər  il  keçirilən  «azad  iqtisadi  indeks»i  müəyyən  edən  «Vərəsə»  fondu  və 

«Yoll-strit  jornal»  qəzeti  Azərbaycan  maliyyə  azadlığının 30%  civarında olan 15 

ölkədən biri hesab etmişdir. 2008-ci ilin bank məlumatlarının təhlili Azərbaycanı 

107-ci (162 ölkə içərisində) yerə layiq görmüş, iqtisadi azadlığa – 55,3% müəyyən 

edilmişdir. 

Azərbaycan  bank  sisteminin  rəqabət  qabiliyyətliliyi  və  maliyyə  bazarının 

müxtəlif  parametrlər  üzrə  təsnifatı  Beynəlxalq  reytinq  agentlikləri  tərəfindən 

aşağıdakı göstəricilərlə xarakterizə olunur.

Cədvəl 5



 

Göstəricilər 

Rəqabət 

İndeksi 


(Rİ) 

Keçid 


İqtisadiyyatlı 

Ölkələr (KİÖ) 

Müstəqil 

Dövlətlər 

Birliyi 

(MDB) 


Mərkəzi 

Asiya 


Ölkələri 

(MAÖ) 


Mərkəzi 

Qafqaz 


Ölkələri 

(MQÖ) 


Maliyyə bazarının inkişaf 

səviyyəsi 

91 

18 




Maliyyə sektorunun 

təkmilləşdirilməsi ……….. 

81 

13 




Yerli kapital bazarı 

vasitəsilə maliyyələşmə ..... 

106 

20 




İstiqrazlar vasitəsilə …….. 

91 


18 



Vençur kapitalının 

mövcudluğu ……………… 

65 


14 



Kapitalın hərəkətində 

məhdudiyyət ……………... 

107 


21 



İnvestorların qorunması … 

87 

18-21 


6-7 

4-5 


Bankların möhkəmliyi ….. 

113 

21 




Qiymətli kağızlar birjasında 

məhdudiyyət …. 

114 

20 




Hüquqi indeks …………… 

17 


5-6 

3-4 


 



1) Bu məlumatlar 2008-ci ilin məlumatlarına əsaslanır. 

 

Azərbaycan bank sektorunun «zəif yeri» kimi, səmərəliliyin aşağı olmasını, 



problemli  kreditin  mövcudluğunu,  banklar  kənar  nağd  hesablaşmaların 

mövcudluğunu,  qeyri-neft  sektorunda  kredit  resurslarının  azlığını,  ümumilikdə 

kredit  risklərinin  yüksək  olmasını  və  s.  xüsusilə  qeyd  edirlər.  Ölkə  bank 

sektorunun,  real  iqtisadi  sektorda  zəif  iştirak  etməsi,  bank  aktivlərinin  ÜDM-da 




53 

 

 



 

iştirak payının aşağı olması, maddi sahələrin inkişafına kredit qoyuluşlarının azlığı 

həm  MDB  məkanında,  həm  də  Baltikyanı  ölkələrlə  müqayisədə  daha  aydın 

görünməkdədir.  Elə  bu  səbəbdən  də  Azərbaycanda  2015-ci  ildə  milli  valyuta 

«manat»ın iki dəfə devalvasiyası baş vermiş, onun alıcılıq qabiliyyəti 2 dəfəyədək 

aşağı düşmüşdür. Bu bir daha göstərir ki, iqtisadi inkişafda qeyri-neft sektoru hələ 

çox  zəifdir,  biz  daha  çox  neft-qaz  faktorundan  asılıyıq.  Bu  səbəbdən  də,  neftin 

qiymətinin  dünya  bazarında  3  dəfədən  çox  aşağı  düşməsi  büdcəyə  yenidən 

baxılmasını  labüd  etmişdir.  Ölkəmizin  bank  sektoru  dünya  iqtisadi  böhranı 

şəraitində,  sosial-iqtisadi  inkişafın  bazar  iqtisadiyyatı  tələbləri  çərçivəsində 

inkişafına diqqət artırmaqla, inhisarçılığa qarşı aparılan tədbirlərdə daha fəal iştirak 

etməlidir.  Kommersiya  banklarının  kapitallaşma  səviyyəsi,  onların  real 

iqtisadiyyata  daha  aşağı  faizlə  kredit  verilməsinə  imkan  vermir.  Yaxın  vaxtlarda 

ölkənin  bank  sektoru  mövcud  problemləri  aradan  qaldırmaqla  eyni  zamanda, 

qloballaşan dünyada, yeni tələblərə adekvat cavab vermək üçün hazır olmalıdır. 

İqtisadi  qloballaşma  müasir  tələb  olduğundan,  dünya  təsərrüfat  sisteminin 

bütün sferalarını əhatə etdiyindən, beynəlxalq iqtisadi münasibətlərin dərinləşməsi 

maliyyə  sisteminin  də  bu  proseslərə  qoşulmasını  vacib  etmişdir.  Bu  fenomenin 

maliyyə bazarına təsiri, milli maliyyə bazarlarının birmənalı olaraq dünya maliyyə 

bazarlarına 

inteqrasiyası  ilə  əlaqəlidir.  Beynəlxalq  maliyyə  sisteminin 

qloballaşması  son  onilliklərdə  dünya  iqtisadiyyatında  baş  verən  proseslərlə  izah 

edilir.  Yaxın  gələcəkdə  regionların  və  millətlərin  inkişafı,  qarşılıqlı  iqtisadi  və 

maliyyə münasibətlərinin inteqrasiyasından çox asılıdır. 

Maliyyə  qloballaşmasına  əyani  misal  kimi  cari  əməliyyatlar  vaxtı  milli 

hesablaşmalarda  kapital  üzərindən  məhdudiyyətin  götürülməsini  göstərmək  olar. 

Bu prosesə 90-cı illərdən Şərqi Avropa ölkələri, Müstəqil Dövlətlər Birliyi və Çin 

Respublikası  da  qoşulmuşdur.  Maliyyə  qloballaşmasının    dünya  iqtisadiyyatında 

rolunu XXI əsrin əvvəllərində dünya  maliyyə bazarında Ümumi Daxili Məhsulun 

37,6  trln.dollar  (83,6%)  təşkil  etdiyində  görmək  olar.  Nəzərə  almaq  lazımdır  ki, 

dünya iqtisadi qloballaşma bank fəaliyyətində də standartların tətbiqinə, kapitalın 

hərəkətində  sərbəstliyə,  müxtəlif  məhdudiyyətlərin  aradan  qaldırılmasına, 




: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə