“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   14   15   16   17   18   19   20   21   22

57 

 

 



 

ilə  birlikdə  kabel  məhsulları,  Çinlə  –  mini  traktorlar,  İsveçrə  ilə  lyusterlər,  minik 

maşınları,  yük  maşınları,  kompyuterlər,  televizorlar,  Amerikanlarla  birgə 

pambıqyığan maşınlar buraxılır və s. Özbəkistanın özünün qiymətli kağızlar və pul 

buraxan fabriki var. Dövlət investisiyaları əsasən kimya, hasilat və digər prioritet 

sənaye sahələrinin inkişafına yönəldilir. 

Hazırki şəraitdə ölkə başçısının bəyan etdiyi kimi idxalı əvəz edən sahələrin 

inkişafına diqqət artırılmalıdr. Bunun üçün iqtisadiyyat blokuna daxil olan mərkəzi 

idarəetmə  orqanları  –  ilk  növbədə  hökumət  tərəfindən  daxili  bazarın  qorunması 

üzrə əməli tədbirlərin həyata keçirilməsi vacibdir. 

«Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı»  Dövlət 

Proqramının  icrası  ilə  əlaqədar  konfransda  BMT-nin  Azərbaycandakı 

əlaqələndiricisi  öz  çıxışında  bir  sıra  məsələlərlə  yanaşı  –  ölkənin  idarəçilik 

sisteminin gücləndirilməsi islahatlarına ehtiyacın olmasını dilə gətirmişdir.  

Bu  günlərdə  Dövlət  İdarəçilik  Akademiyasındakı  çıxışında  R.Mehdiyev 

cənabı  da  savadlı  mütəxəssislərin  çatışmazlığından  gileyləndi.  Bu  məsələlər 

ətrafında ciddi düşünülməli və təxirəsalınmaz tədbirlər görülməlidir. 

Beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına görə artıq bu illərdə (2014-

cü ildən sonra) Azərbaycanda xam neft istehsalı azalacaq və iqtisadi inkişaf tempi 

aşağı  düşəcəkdir.  Bu  neftin  satışının  kəskin  azalması  (barel  70  dol.)  və  qiymətin 

ucuzlaşmasından baş verəcəkdir. 

 Bu  proqnozları  nəzərə  almaqla  yaxın  illərdə  qeyri-neft  sektorunun 

inkişafına daha çox diqqət verilməlidir. Avropa Yenidənqurma və İnkişaf Bankının 

nümayəndələri iqtisadiyyatı indidən gələcəyə hazırlamağı tövsiyə edirlər. Onların 

fikrincə  Azərbaycan  hökuməti  «struktur  yenidənqurmanı»  davam  etdirməli, 

elektroenergetikada və rabitədə özəl sektorun iştirakını genişləndirməli, antiinhisar 

qanunvericiliyinin  təcrübədə  yerinə  yetirilməsinə  nail  olmalı,  korrupsiya  ilə 

mübarizə  konkretləşməli,  qeyri-neft  sahələrinin  rəqabət  qabiliyyətini  yüksəltməli, 

ölkə  tələbatını  təmin  etmək  üçün  büdcə  vəsaitlərini  iri  miqyaslı  investisiya 

layihələrinin reallaşmasına istiqmətləndirməlidir.  




58 

 

 



 

BMT-nin proqnozlarına görə 2020-ci ilə kənd təsərrüfatında məhsuldarlıq 2 

dəfədən çox azalacaq və bu problem dünyanın bütün ölkələrində hiss ediləcəkdir. 

Bütün  bu  deyilənlər  Azərbaycanda  iqtisadiyyatın  şaxələndirilməsi,  neft 

amilindən  asılılığın  aradan  qaldırılması,  xüsusilə  emal  sənayesinin  sürətli  inkişafı 

təxirə 


salınmadan  həyata  keçirilməlidir.  Emal  sənayesinə  yönəldilən 

investisiyaların iqtisadi və sosial səmərəliyi  digər  sənaye  sahələri ilə  müqayisədə 

xeyli yüksəkdir. Nəzərə alsaq ki, bu gün neft sektorunda stabil olaraq 42-43 min 

nəfər  insan  çalışır  və  bu  gələcəkdə  azalacaq,  o  zaman  emal  sənayesinin  inkişaf 

etdirilməsi  şübhə  doğurmaz.  Emal  sənayesinin  inkişafı  eyni  zamanda  aqrar 

sektorun  da  inkişafını  labüd  edir.  Elə  buna  görə  də  regionlarda  «sənaye 

parklarının» və «sənaye məhəllərinin» yaradılması təxirəsalınmaz məsələlərdəndir.  

İlin  9  ayında  19  mlrd.dollar  investisiya  –  bu  olduqca  böyük  məbləğdir  və 

nəzərə alınsa ki, bunun xeyli hissəsi – 11,0 mlrd.dolları dövlət vəsaitidir. Deməli, o 

daha səmərəli istifadə olunmalıdır.  

Azərbaycanda  reallaşdırılan  uğurlu  neft  strategiyası,  qeyri-neft  sahələrinin 

inkişaf  etdirilməsi  istiqamətində  həyata  keçirilən  tədbirlər  nəticəsində  ölkənin 

maliyyə  imkanları  ilbəil  genişlənir.  Ölkəmizin  sürətlə  artmaqda  olan  valyuta 

ehtiyatları  isə  öz  növbəsində  bütün  lazımi  infrastruktur  layihələrini  vaxtında  və 

müvəffəqiyyətlə  reallaşdırmağa  imkan  verir.  Artıq  bir  neçə  ildir  ki,  Azərbaycan 

karbohidrogen  ehtiyatlarından  əldə  etdiyi  gəlirlər  hesabına  iqtisadiyyatın 

şaxələndirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirir. 

Məlum  olduğu  kimi,  hazırda  Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafı, 

bunun  hesabına  ölkədə  yeni  iş  yerlərinin  yaradılması  prioritet  istiqamətlərdəndir. 

Bu  məqsədlə  ölkənin  qeyri-neft  sahələrinin  inkişafına  yönəldilən  investisiyaların 

həcmi ildən-ilə artırılır. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycanda əsas 

kapitala  yönəldilmiş  ümumi  vəsaitin  9  milyard  811,5  milyon  manatı  və  ya  76,8 

faizi qeyri-neft sektorunun payına düşmüşdür. 

Azərbaycanın  maliyyə  imkanlarının  ilbəil artması  regionların  sosial-iqtisadi 

inkişafını bir qədər də sürətləndirir, bölgələrdə yeni infrastruktur layihələri həyata 



59 

 

 



 

keçirilir.  Son  illərin  buraxılış  obyektlərinin  əksəriyyətinin  regionların  payına 

düşməsi  isə,  heç  şübhəsiz,  Azərbaycanın  hərtərəfli  inkişafının  bariz  nümunəsidir. 

Bu  baxımdan  2015-ci    ildə  də  ölkənin  ayrı-ayrı  regionlarında  çoxsaylı  xidmət  və 

istehsal  təyinatlı  obyektlər,  təhsil,  səhiyyə  və  idman,  mədəni-məişət  obyektləri 

tikilib istifadəyə verilmişdir. 

Ölkəmizin  ikinci  böyük  sənaye  mərkəzi  statusunu  qaytarmaqda  olan 

Sumqayıt  şəhərində  «Gilan»  Tekstil  Parkı,  polad  boru  istehsalı  müəssisəsi  və 

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Arpaçay SES, Şirvan şəhərində 

«Cənub» İstilik Elektrik Stansiyası, Şirvan-Muğan qrup su kəməri, olimpiya-idman 

kompleksi, Abşeron rayonunda  birdəfəlik  plastik qablar  və priforminqlər istehsalı 

zavodu,  həmçinin  Ağcabədi,  Balakən,  Gədəbəy,  Qazax,  Qəbələ,  Hacıqabul, 

İsmayıllı,  Şabran  və  digər  rayonlarda  çoxsaylı  istehsal  təyinatlı  və  sosial 

infrastruktur  obyektləri  işə  salınmışdır.  Bununla  yanaşı,  ölkədə  həyata  keçirilən 

uğurlu  investisiya  siyasəti  nəticəsində  il  ərzində  digər  sahələrdə  də  son  dərəcə 

vacib  olan  bir  sıra  infrastruktur  obyektləri  inşa  edilmişdir.  Bu  layihələrin 

reallaşdırılmasında bankların rolu danılmazdır. 

2015-ci  ildə  ölkəmizdə  yol-nəqliyyat  infrastrukturunun  yenidən  qurulması 

istiqamətində  də  mühüm  layihələr  həyata  keçirilmişdir.  Paytaxt  Bakı  ilə  yanaşı, 

regionlarda  da  magistral  və  dövlət  əhəmiyyətli  avtomobil  yolları  əsaslı  şəkildə 

yenidən  qurulmuş,  digər  mühüm  əhəmiyyət  kəsb  edən  yolların  tikintisi  sürətlə 

davam  etdirilmişdir.  Son  illər  Prezident  İlham  Əliyevin  imzaladığı  müvafiq 

sərəncamlar  əsasında  ayrılmış  külli  məbləğdə  vəsait  hesabına  kənd  yollarının 

təmiri və yeni yolların çəkilişi intensiv xarakter almışdır. Bütövlükdə isə il ərzində 

ölkədə 500 kilometr uzunluğunda müasir, rahat yollar çəkilmişdir. 

Ötən il bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1874,4 min 

kvadratmetr  olan  yeni  yaşayış  evləri,  1050  çarpayılıq  xəstəxana,  növbədə  248 

nəfəri  qəbul  edən  ambulatoriya-poliklinika  müəssisələri,  29334  şagird  yerlik 

ümumtəhsil  məktəbləri,  1866  yerlik  məktəbəqədər  təhsil  müəssisələri,  864  yerlik 

klub və s. obyektlər istifadəyə verilmişdir. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə