“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,54 Mb.

səhifə2/22
tarix14.09.2018
ölçüsü0,54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



 

tanınmış investisiya şirkətləri, investisiya reytinqi olan ölkələrdə işləməyə maraqlı 

olur. 

Tədqiqatın məqsədi xarici sərmayənin ölkənin bank sektorunda iştirak payını 



artırmaq  məqsədilə  əsaslı  islahatların  aparılmasına  diqqəti  artırmaq,  xarici 

sərmayənin  ölkəyə  gətirilməsini  stimullaşdırmaq  məqsədilə  dövlət  mülkiyyətində 

olan obyektlərin şəffaflıqla özəlləşdirilməsinə başlamaqla,  xarici investorlar üçün 

əlverişli şəraitin yaradılmasına nail olmaqdır. 

Yaxın  gələcəkdə  dünyanın  aparıcı  investisiya  şirkətlərinin  Azərbaycanın 

bank  sektoruna  marağının  bir  şərti  də  ölkənin  tranzit  ölkə  kimi  tanıdılmasıdır. 

Artıq Avropadan yüklər Azərbaycan üzərindən Xəzər-Qazaxıstan-Çin marşrutu ilə 

hərəkət  edəcəkdir.  Avropanın  enerji  təhlükəsizliyində  Azərbaycanın  fəal  iştirakı 

bank  xidmətləri  bazarının  fəallaşmasına  səbəb  olacaqdır.  Bunun  nəticəsi  kimi 

yaxın gələcəkdə  Bakıda  regional  maliyyə  mərkəzinin  yaradılması,  eləcə  də  islam 

bankçılığının regional mərkəzinin işə başlaması mümkündür. 

Tədqiqatın  predmeti  və  obyekti    –  ölkənin  bank  sektorunda  bank  faizi, 

onların növləri, depozit faizi məsələlərini hərtərəfli təhlil etməklə, onların optimal 

bölüşdürülməsini  xarici  sərmayədarların  da  maraqla  nəzərə  alınmaqla  həyata 

keçirməkdən  ibarətdir.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  normativ 

sənədləri, kommersiya banklarının hesabatları, eləcə də Azərbaycan Respublikası 

Banklar Assosiasiyasının aylıq və illik hesabatları təşkil edir. 

2015-ci  ildə  milli  valyuta  manatın  iki  dəfə  devalvasiyası  (ucuzlaşması) 

ölkənin  bank  sektorunda  yeni  yanaşmanı  qaçılmaz  etmişdir.  Bunlardan  başlıcası 

bank sistemində konsolidasiya və zəif bankların tədricən aradan götürülməsinə nail 

olmaqdan ibarətdir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  kommersiya  bankları  da  xarici 

ölkələrdə  fəaliyyət  göstərir.  Bunlara  əyani  misal  kimi  Azərbaycan  Beynəlxalq 

Bankını göstərmək olar. Bu bankın Rusiya və Gürcüstan filialları, Sankt-Peterburq, 

Yekaterinburq,  London,  Frankfurt,  Nyu-York,  Dubay  və  Luksemburqda 

nümayəndəlikləri fəaliyyət göstərir. 




 

 



 

Belə əlaqələrin gələcəkdə daha da genişləndirilməsi mümkündür. 

Tədqiqatda  elmi  yenilik  bank  sektorunda  mövcud  durumu  ətraflı  təhlil 

etməklə, bank-müştəri münasibətlərini öyrənmək, bank qanunvericiliyində onların 

tətbiq edilməsi xüsusiyyətlərini yaxşılaşdırmaq üçün tövsiyyələr verməkdir. 

Qloballaşma şəraitində bank sistemində baş verən dəyişikliklər;  

-faiz  dərəcələri,  valyuta  mübadilə  kursları,  əmtəə  qiymətlərinin  müqayisəli 

olmasına çalışmalı; 

-maliyyə  və  əməliyyat  şəffaflığının,  informasiya  texnologiyalarının 

mənimsənilməsinin xarici sərmayəli banklar üçün xüsusi rolunun əhəmiyyəti

-kapitallaşma  səviyyəsinin  yüksəldilməsi,  müştəri  uğrunda  mübarizə,  risk 

dərəcələrinin gözlənilməsi və digər amillər xarici sərnayəli bankların fəaliyyətində 

əsas rol oynamalıdır. 

Maliyyə  xidmətləri  üzrə  innovasiyalar  davam  etdirilməli,  banklararası 

rəqabət  gücləndirilməli,    xarici  sərmayəli  banklarda  elektron  bankçılığın 

təkminləşdirilməsi vacibdir. 

Beynəlxalq  reytinq  almış  banklarının  sayıını  (10)  daha  da  artırılması 

uğrunda işlər davam etdirilməlidir. 

Tədqiqatın  praktiki  əhəmiyyəti  –  magistr  dissertasiyasında  irəli  sürülən 

təkliflərin  Mərkəzi  Bank  və  kommersiya  bankları  tərəfindən  öyrənilərək  tətbiqi 

xarici  sərmayədarların  ölkənin  bank  sektorunda  iştirakını  yaxşılaşdırmaqla, 

bütövlükdə  banklararası  rəqabətin  gücləndirilməsinə,  bankların  real  sektorla 

əlaqələrinin gücləndirilməsinə səbəb ola bilər. 

Magistr dissertasiyası yazılarkən məlum oldu ki, bank sektorunda vəziyyəti 

yaxşılaşdırmaq  üçün  bir  neçə  bankın  lisenziyası  geri  çağırılmış,  bəziləri  arasında 

birləşmək haqqında danışıqlar getməkdədir. 

 

 

 



 


 

 



 

 

 




 

 



 

FƏSİL 1. AZƏRBAYCANIN BANK SİSTEMİ, ONUN ƏSAS XÜSUSİYYƏTLƏRİ 

1.1. Bankların yaranması, onların mahiyyəti haqqında nəzəriyyələr 

 

Müxtəlif dövrlərdə yaşamış tədqiqatçılar, rəsmi dövlət məmurları, bankların 



yaranması  haqqında  müxtəlif  fikirlər  söyləmiş,  bankların  təsərrüfat  subyektləri 

arasında çoxşaxəli fəaliyyəti ilə əlaqəli olduğunu qeyd etmişlər. 

Hələ  qədim  zamanlardan  xalq  arasında  bank  pul  saxlanan  bir  məkan-anbar 

kimi  təsəvvür  edilirdi.  Bankların  fəaliyyəti  o  qədər  çoxşaxəlidir  ki,  onun 

mahiyyətinin açılması və iqtisadi baxımdan tam izah edilməsi asan məsələ deyildir. 

Hal-hazırda  banklar  həddən  artıq  çox  əməliyyatlar  yerinə  yetrirlər  ki,  bu  da 

iqtisadiyyatın  müxtəlif  sahələrində  ayrı-ayrı  layihələrin  maliyyələşməsi,  kredit 

əməliyyatları,  sığora  işlərinin  aparılması,  qiymətli  kağızların  alqı-satqısı, 

vasitəçilik  əməliyyatlarının  icrası,  əmlakın  idarə  edilməsi,  məsləhət  xarakterli 

işlərin  aparılması  və  s.  əlaqədardır.  Banklar  müstəqil  iqtisadi  subyektlər  kimi 

özünəməxsus idarəetmə funksiyalarını yerinə yetirirlər.  

Banklar  həm  kreditor,  həm  borcalan,  həm  də  onlar  arasında  vasitəçi  kimi 

çıxış edir. Bank fəaliyyətinin rüşeymləri lap qədim vaxtlardan məlum  idi. İlk bank 

təcrübəsi  kimi  pul  dəyişən  sərrafların  və  məbədlərin  pul  saxlaması  fəaliyyətini 

göstərmək olar. Sonralar bu fəaliyyət bir qədər təkmilləşərək sələm kapitalının və 

sələmçiliyin  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Artıq  orta  əsrlərdə  Şimali 

İtaliyanın  şəhərlərində,  daha  sonralar  Niderlandın  və  Almaniyanın  ticarət 

mərkəzlərində  bank  xüsusiyyətlərini  özündə  əks  etdirən  müəssisələr  yaranmağa 

başlanmışdır.  Klassik  xarakterli  banklar  ilk  dəfə  XVII  əsrin  sonunda  İngiltərədə 

meydana gəlmişdir. 

Artıq XIX əsrdə banklar iqtisadiyyatda aparıcı mövqeyə malik idilər. Onlar 

sərbəst surətdə birja əməliyyatlarında iştirak edir, qiymətli kağızlarla əməliyyatlar 

aparırdılar.  

Bütün  ölkələrin  bank  sisteminin  əsasını  Mərkəzi  Banklar  təşkil  edir. 

Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır. Onlardan birincisi 

təqribən üç əsr əvvəl İsveçrədə 1668-ci ildə yaranmışdır. İngiltərədə Mərkəzi Bank 




: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə