“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   14   15   16   17   18   19   20   21   22

60 

 

 



 

Göründüyü  kimi,  Azərbaycan  2015-ci  ildə  investisiyaların  cəlb  olunması 

sahəsində  uğurlu  siyasətini  davam  etdirmişdir.  Əvvəlki  illərdə  olduğu  kimi, 

Azərbaycana  xarici  investisiyaların  axınının  davam  etməsi  isə,  heç  şübhəsiz, 

ölkəmizdə hökm sürən əlverişli biznes mühiti ilə bağlıdır. Bu baxımdan ötən ilin 

on bir  ayında xarici  mənbələrdən əsas  kapitala  3  milyard  776,5  manat  investisiya 

yönəldilməsi  diqqəti  cəlb  edir.  Onu  da  deyək  ki,  xarici  investisiyalar  əvvəlki  illə 

müqayisədə bir qədər çox olmuşdur. 

Xarici  ölkələr və beynəlxalq  təşkilatlar  tərəfindən əsas kapitala  yönəldilmiş 

vəsaitin 3 milyard 501,4 milyon manatı Böyük Britaniya, ABŞ, Norveç, Yaponiya, 

Çexiya, Türkiyə və Fransadan olan investorların payına düşmüşdür. Bundan əlavə, 

Rusiya,  İran,  Cənubi  Koreya,  Sinqapur,  Almaniya,  Niderland,  eləcə  də  Dünya 

Bankı,  Asiya  İnkişaf  Bankı  və  İslam  İnkişaf  Bankı,  Avropa  Şurası  və  Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankı  kimi  beynəlxalq  maliyyə  qurumları  da  ölkəmizə 

investisiya qoyuluşunda fəallıq göstərmişlər. 

Qeyd  etdiyimiz  kimi,  hazırda  Azərbaycanda  iqtisadiyyatın  şaxələndirilməsi 

istiqamətində  konkret  işlər  görülür.  Neft  amilindən  bacarıqla  istifadə  olunaraq 

iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir, ölkəmizin gələcək tərəqqisinə, xalqın 

firavan  yaşayışına  xidmət  göstərən  vacib  investisiya  layihələri  həyata  keçirilir. 

Bütün  bunlar  isə  əsas  kapitala  yönəldilən  vəsaitlərin  həcminin  getdikcə  artmasına 

səbəb olmaqla bankların da rolunu artırır. 

Xarici  investisiyaların  ölkə  iqtisadiyyatına  cəlb  edilməsı  Azərbaycan 

dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 

Son  dövrlər  ölkədəki  siyasi  sabitlik  və  iqtisadi  inkişaf  xarici  dövlətlərin 

Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da 

artırmışdır. 

İndiyə qədər respublikada investorların hüquq və mənafelərinin qorunması, 

mulkiyyətin  toxunulmazlığı,  yerli  və  xarici  sahibkarlara  eyni  iş  şəraitinin 

yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm 

qanunlar  qəbul  edilərək  hüquqi  baza  yaradılmışdır.  Hazırda  Azərbaycan 

Respublikasında  investisiya  fəaliyyətini  tənzimləyən  iki  qanun  mövcuddur: 



61 

 

 



 

Azərbaycan  Respublikası  Prezidentinın  13  yanvar  1995-ci  il  tarixli  952  nömrəli 

Sərəncamı  ilə  təsdiq  olunmuş  «İnvestisiya  fəaliyyəti  haqqında  Azərbaycan 

Respublikasının  Qanunu»  və  Azərbaycan  Respublikası  Prezidentinin  15  yanvar 

1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Xarici investisiyaların 

qorunması haqqında Azərbaycan Respublikası Qanunu». 

Bundan  başqa,  Azərbaycan  hökuməti  bir  sıra  xarici  ölkələrlə  ikiqat  vergi 

tutmanın  aradan  qaldırılması,  investisiyaların  təşviqi  və  qarşılıqlı  qorunması 

haqqında sazişlər imzalamışdır. 

Mənfəətin  başqa  valyutalara  konvertasiya  edilməsi,  xarici  ölkələrə 

köçürülməsi,  yaxud  reinvestisiya  edilməsi  ilə  bağlı  bütün  məhdudiyyətlər  ləğv 

edilmiş,  bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  vahid  valyuta  məzənnəsi 

formalaşmışdır. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının 

və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırmışdır. 

Hazırda ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha 

da  yaxşılaşdırılması,  neft  sektoru  ilə  bərabər,  qeyri-neft  sektorunun  inkişaf 

etdirilməsi  ilə  bağlı  tədbirlər  həyata  keçirilir.  Azərbaycan  Respublikasının 

iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq 

qapı» siyasəti həyata keçirilir. 

Son illərdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesi intensiv 

xarakter  almışdır.  1995-2011-ci  illərdə  ölkə  iqtisadiyyatına  yönəldilmiş  119 

milyard dollar investisiyanın 60%-dən çoxu, yəni 63 milyard dollara yaxını xarici 

investisiyalar  olmuşdur.  1995-2002-ci  illərdə  xarici  investisiyaların  həcmi  9 

milyard  dollar  olmuşdursa,  2003-2011-ci  illərdə  bu  rəqəm  6  dəfə  artaraq  54 

milyard  dollar  olmuşdur.  1995-2011-ci  illərdə  ölkə  iqtisadiyyatına  yönəldilmiş 

xarici  investisiyaların  25,5  milyard  dolları  qeyri-neft  sektorunun,  37,5  milyard 

dolları isə neft sektorunun inkişafına yönəldilmişdir. 

Qeyri-neft  sektorunda  fəaliyyət  göstərən  birgə  və  xarici  investisiyalı 

müəssisələri cəlb edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir. 

Tam  xarici  investisiyalı  və  birgə  müəssisələrin  yaradılmasında  Türkiyədən 

olan  sahibkarların  payı  27,6%  təşkil  edir.  Bu  göstərici  Böyük  Britaniya  üzrə 



62 

 

 



 

11,7%,  Rusiya  üzrə  6,8%,  İran  üzrə  6,2%,  ABŞ  üzrə  5,9%,  Almaniya  üzrə  isə 

2,9%-dir. 

 «Bir pəncərə» sistemi 

Ölkədə  sahibkarlığın  inkişafının  sürətləndirilməsi,  biznes  mühitinin 

əlverişliliyinin  daha  da  artırılması  və  biznesə  başlama  prosedurlarının  sadələş-

dirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının 

Prezidenti  «Sahibkarlıq  fəaliyyəti  subyektlərinin  fəaliyyətinin  «bir  pəncərə» 

prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri  haqqında»  2007-ci  il  25  oktyabr 

tarixli  Sərəncam  imzalamışdır.  Sərəncama  əsasən,  «bir  pəncərə»  prinsipi  üzrə 

vahid  dövlət  qeydiyyat  orqanı  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 

müəyyən  edilmiş  və  2008-ci  ilin  1  yanvar  tarixindən  Azərbaycanda  bu  sistemin 

tətbiqinə  başlanmışdır.  «Bir  pəncərə»  sisteminin  tətbiqindən  sonra  Azərbaycanda 

biznesə  başlama  proseduraları  15-dən  1-ə  və  bunun  üçün  sərf  olunan  vaxt  30 

gündən 3 günə endirilmişdir. 

Sahibkarlar vergi orqanları və banklarla sənəd mübadiləsini yeni yaradılmış 

İnternet  Vergi  İdarəsi  (www.e-taxes.gov.az)  vasitəsilə  həyata  keçirə  bilərlər. 

Bundan  başqa,  sahibkarların  vergi  qanunvericiliyinə  aid  suallarının  və 

müraciətlərin  qəbulu,  onlara  baxılması  və  operativ  cavablandırılması  məqsədilə 

195 saylı telefon məlumat xidməti fəaliyyət göstərir. 

«Bir pəncərə» sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi 

şəxslər Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. 

Azərbaycan  Respublikasında  biznes  mühitinin  yaxşılaşdırılması,  bu  sahəyə 

dövlət qayğısının artırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir: 

Azərbaycan İnvestisiya Şirkəti 

-  2006-cı  ildə  sahibkarlığın  inkişafının  dəstəklənməsi  sahəsində  həyata 

keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya 

cəlbediciliyinin  daha  da  artırılmasını  təmin  etmək  məqsədilə  Azərbaycan 

İnvestisiya  Şirkəti  yaradılmışdır.  Şirkətin  başlıca  vəzifəsi  ölkə  iqtisadiyyatına 

investisiyaların  təşviqini  təmin  etmək,  bu  sahədə  mövcud  problemlərin  aradan 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə