“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   14   15   16   17   18   19   20   21   22

63 

 

 



 

qaldırılmasına  çalışmaqdır.  Şirkətin  investisiya  fəaliyyətinin  məqsədi  əsasən  ölkə 

iqtisadiyyatının  qeyri-neft  sahələrində  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərinin 

və  digər  kommersiya  təşkilatlarının  nizamnamə  kapitalındakı  iştirak  payını,  o 

cümlədən  səhmlərini  almaqla  müddətli  investisiya  qoyuluşunun  həyata 

keçirilməsindən ibarətdir. 

Yerli  istehsalın  inkişafı  ilə  ölkənin  ixrac  qabiliyyətinin  artırılması  və 

investisiyaların  cəlb  edilməsini  həvəsləndirmək  məqsədilə  2003-cü  ildə 

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. 

Fond  investorlar, yerli  istehsalçılar və  hökumət  arasında  körpü  rolunu  oynamaqla 

dövlət-özəl  sektor  dialoqunda  əhəmiyyətli  işlər  görür.  AZPROMO  xarici 

investorlara  öz  investisiya  layihələrini  həyata  keçirmək  üçün  sahələrin 

müəyyənləşdirilməsində,  yerli  bürokratiya  ilə  mübarizə  aparmaqda  və  onların 

Azərbaycana  gəlməsini  asanlaşdırmaqda  yardım  edir.  Yerli  müəssisələr  də 

AZPROMO-nun məsləhət xidmətləri və xarici bazar tədqiqatlarından faydalanırlar. 

Xarici investorlar üçün Azərbaycanın üstünlükləri: 

1. 


Xarici investisiyalar üçün münbit şərait: 

-  Regionda  adambaşına  düşən  ən  yüksək  Birbaşa  Xarici  İnvestisiya 

gostəricisi.  

- İnvestorlar üçün hüquqi təminatlar. 

2. 

Sürətlə inkişaf edən və açıq iqtisadiyyat:  



- ÜDM-ın 26,4 % illik arlımı. 

- Xarici ticarət dövriyyəsının 19,8 % illik artımı.  

- Orta idxal tarif dərəcəsi: 5,7% 

3. 


Qeyri-neft sektorunda geniş imkanlar. 

Son  5  ildə  əksər  iqtisadi  fəaliyyət  sahələrində  yüksək  artım:  sənaye  -  7,5 

dəfə,  tikinti  -  3,8  dəfə,  ticarət  -  3,5  dəfə,  nəqliyyat  və  rabitə  -  2,9  dəfə,  sosial 

xidmətlər - 2,8 dəfə, kənd təsərrüfatı - 2,1 dəfə.  

Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri 

4.

 



Təbii ehtiyyatlar: faydalı qazıntılar və münbit torpaq: 


64 

 

 



 

5.

 



Əlverişli strateji movqe: 

- Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış. 

-  Beynəlxalq  ticarət  təşəbbüslərində  iştirak  (İpək  Yolu,  Şimal-Cənub 

koridoru).  

- Genişlənən Avropa faktoru və Yeni Qonşuluq Siyasətinə qoşulma. 

6. 


Rəqabət qabiliyyətli yerlı işçi qüvvəsi 

Azərbaycanın  sürətli  sosial-iqtisadi  inkişafı,  ölkədə  biznes  mühitinin 

yaxşılaşdırılması  məqsədilə  həyata  keçirilən  tədbirlər  və  s.  nailiyyətlər  nüfuzlu 

beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilir. 

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının «Doing buisness - 

2012»  hesabatında  Azərbaycan  183  ölkə  arasında  66-cı  yeri  tutub.  Azərbaycan 

habelə  əmlakın  qeydə  alınmasının  sadəliyi,  biznesə  başlamaq  parametrləri  üzrə 

dünya ölkələri arasında liderlər qrupuna daxil olub. Kredit almaq, iş görmək və bir 

sıra  digər  sahələrdə  də  ciddi  uğurlar  əldə  edən  ölkə  inkişaf  etmiş  dövlətlərlə  bir 

sıradadır.  «Doing  buisness  -  2012»  hesabatına  əsasən,  Azərbaycanda  ən  yaxşı 

göstərici  məhz  əmlakın  qeydiyyatındadır.  Belə  ki,  10  müxtəlif  göstərici  üzrə  183 

ölkə  arasında  hazırlanan  hesabata  əsasən  Azərbaycan  daşınmaz  əmlakın 

qeydiyyatına görə 9-cu yerdədir. Eyni zamanda Azərbaycanda əmlakın ötürülməsi 

üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərının 0,2 

faizi qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir. Müqayisə 

üçün  bildirək  ki,  Azərbaycanın  aid  edildiyi  Şərqi  Avropa  və  Mərkəzi  Asiya 

regionlarında  əmlakın  ötürülməsi  üzrə  orta  göstərici  37,  qonşu  ölkələrdən 

Türkiyədə  44,  Rusiyada  45,  Bolqarıstanda  66,  Ruminiyada  70,  İranda  163, 

Ukraynada isə 166 gündür. 

Biznesə  başlamaq  reytinqinə  görə  Azərbaycan  183  ölkə  arasında  18-cidir. 

Ölkədə biznesə başlamaq üçün 6 prosedur tələb edilir. Günlərin sayı 8-dir, biznesə 

başlamaq üçün tələb edilən xərc adambaşına düşən kapıtalın 2,7 fazini təşkil edir. 

Bu zaman minimum kapital tələb olunmur. Azərbaycanın bu göstəricisi Mərkəzi və 

Şərqi  Avropa  ölkələri  ilə  müqayisədə  daha  yaxşıdır.  Çünki  bu  ölkələrdə  biznesə 




65 

 

 



 

başlamaq  üçün  11  gün  tələb  edilir.  Habelə  Azərbaycanda  biznesə  başlamaq  uçun 

tələb  edilən  proseduraların  sayı  bu  ölkələrlə  müqayisədə  daha  azdır.  Azərbaycan 

iqtisadiyyatının  vəziyyəti  beynəlxalq  reytinq  agentlikləri  tərəfindən  də 

qiymətləndirilmişdir.  Belə  ki,  2011-ci  ilin  dekabr  ayında  «Standart  &  Poor’s» 

reytinq  agentliyi  Azərbaycanın  xarici  və  daxili  valyutada  uzunmüddətli  suveren 

kredit reytinqini bir pillə artıraraq «BBB-» səviyyəsinədək qaldırılmış və bununla 

da  Azərbaycana  investisiya  reytinqi  vermişdir.  Agentlik,  həmçinin,  Azərbaycanın 

xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq 

«B» səviyyəsindən «A-3» səviyyəsinə çatdırmışdır. Eyni zamanda «Fitch Ratings» 

agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya 

reytinqini  «pozitiv»  proqnozu  ilə  «BBB-»  səviyyəsində  saxlamışdır.  «Moody’s» 

agentliyi  isə  Azərbaycana  şamil  etdiyi  «Bal»  səviyyəsində  suveren  reytinqi  üzrə 

proqnozunu «stabildən» «pozitivə» dəyişmişdir. 

Bütün  bunlar  bir  daha  göstərir  ki,  Azərbaycan  inkişaf  etmiş  ölkə  kimi 

dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir. 

Dövlətin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şərait nəticəsində kiçik 

və orta sahibkarlar zaman keçdikcə iri sahibkarlara çevrildilər. 

Dünya  praktikasında  iqtisadiyyatın  kreditləşməsi  mühüm  əhəmiyyət  kəsb 

edir.  Odur  ki,  Azərbaycan  hökuməti  yerli  sahibkarları  kreditlə  təmin  etməklə 

bərabər,  xarici  sahibkarları  da  Azərbaycan  iqtisadiyyatına  kapital  qoyuluşuna 

təşviq edirdi. Bu məqsədlə, ilk növbədə, qanunvericilik bazası dünya standartlarına 

uyğunlaşdırıldı. Nəticədə xarici şirkətlərdə ölkəmizə inam yarandı. Onlar gördülər 

ki, ölkəmizə kapital qoyub iş görməkdə risk etmirlər. Qanun onların hüquqlarını və 

kapitalını  qoruyur.  Yaradılan  münbit  investisiya  mühiti  qısa  zaman  kəsiyində 

xarici kapitalın Azərbaycana axmasına imkan verdi. Elə buna görə də,  Azərbaycan 

MDB məkanında ən çox xarici kapital qoyulan  ölkəyə çevrildi. Bu proses indi də 

davam  edir.  Bir  sıra  beynəlxalq  təşkilatlar  Azərbaycanda  olan  münbit  investisiya 

mühitini  öz  hesabatlarında  dönə-dönə  vurğulayırlar.  Bu  da  ölkəmizə  daha  çox 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə