“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix14.09.2018
ölçüsü0,96 Mb.
#68451
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

23 

 

 



 

keçid faktiki olaraq makroiqtisadi manevr xarakteri daşıyaraq, milli iqtisadiyyatın 

şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlib.  

Mərkəzi  Bank  bank  sektorunun  restrukturizasiyası  prosesinə  başlayıb, 

sektorun  maliyyə  dayanıqlığının  gücləndirilməsi  və  risklərin  idarə  edilməsi 

tədbirlərini  daha  da  artırıb.  Bank  sektorunun  kredit  portfelinin  keyfiyyətinin 

qorunması  məqsədilə  borcalanların  maliyyə  yükünün  azaldılmasına  yönəldilmiş 

kompleks  tədbirlər  görülməsi  nəzərdə  tutulur.  Bu  istiqamətdə  Mərkəzi  Bank 

tərəfindən  bəzi  tələblər  yumşaldılmış,  kreditlərin  aktiv  restrukturizasiyası    üzrə 

bankların  imkanları  artırılmaqla,  xarici  kapitalın  cəlb  edilməsi  imkanları  da 

genişləndirilmişdir.  Eyni  zamanda,  bank  sektorunda  maliyyə  dayanıqlığının 

qorunması  və  kreditləşmənin  dəstəklənməsi  ilə  bağlı  kapitala  tələblər  də 

optimallaşdırılmışdır. 

Real  sektorun,  bütövlükdə  iqtisadiyyatın  manata  olan  tələbatının 

qarşılanması  məqsədilə  Mərkəzi  Bank  yeni  mexanizm  tətbiq  etməklə  bankların  

manat  likvidliyini  tənzimləməklə,  bankların  öhdəliklərinin  valyuta  strukturunun 

dəyişməsinin səmərəsini  yumşaltmışdır. Bundan  əlavə, açıq  valyuta  mövqeləri  ilə 

bağlı  limitlərə  müəyyən  güzəştlər  edilərək  əhalinin  əmanətlərinin  istənilən 

valyutaya rahat konvertasiya edilə bilməsi üzrə bankların imkanları xeyli artırılıb. 

Mərkəzi  Bank  tərəfindən  tətbiq  olunan  kontrsiklik  yanaşma  və  dəstəkləyici 

tədbirlər  bank  sektorunda  riskləri  adekvat  səviyyələrində  idarə  etməyə  imkan 

verməklə, bankların şoklara qarşı dayanıqlı imkanlarını artırmalıdır. 

Bank sektoru ölkənin iqtisadi inkişafına dəstək verməklə, xarici sərmayənin 

də  cəlb  olunması  üçün  səmərəli  tədbirləri  davam  etdirməlidir.  Statistik 

məlumatlara  görə  2016-cı  ilin  əvvəlinə  bankların  aktivləri  35  milyard  manat, 

iqtisadiyyata kredit qoyuluşlarının həcmi 21 milyard manat təşkil etmiş, bunun da 

75 faizi biznes kreditlərinin payına düşür. 

Ödəniş  sistemlərinin  sabit  və  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsi  və 

inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Milli Ödəniş 

Sistemi  (MÖS)  ilə  2015-ci  ildə  həyata  keçirilən  ödənişlərin  sayı  13  faizdən  çox 

artmış, ödənişlərin həcmi isə ÜDM-in 2,4 mislini təşkil etmişdir. 



24 

 

 



 

Xarici  sərmayələrin  ölkə  banklarına  cəlb  edilməsində  mühüm  təsiredici 

qüvvə,  qanunvericilik  bazasıdır  ki,  bu  da  xarici  sərmayədarları  həvəsləndirməyə 

təsir  etməlidir.  Xarici  sərmayədarların  ölkəyə  cəlb  edilməsi  üçün  hökumət 

tərəfindən  əsaslı  addımlar  atılmaqdadır.  Bunlardan  başlıcası  mövcud  maneələrin 

tamamilə  aradan  qaldırılmasına  nail  olmaqdır.  Bunlardan  ikiqat  vergitutmanın 

aradan  qaldırılması,  mənfəətin  başqa  valyutalara  maneəsiz  çevrilməsi,  mənfəətin 

istənilən ölkəyə köçürülməsi və s. göstərmək olar. 

Ölkəyə  xarici  kapitalın  cəlb  edilməsi  daha  çox  vergi  sisteminin 

təkmilləşdirilməsindən 

qaynaqlanır.  Sahibkarların  fəaliyyətlərinin  həyata 

keçirilməsində  vergi  güzəştlərinin  tətbiqi  mühüm  rol  oynayır.  Dünyanın  əksər 

ölkələrində  yüksək  vergilərin  tətbiqi  nəticəsində  investorlar  öz  mənfəətlərinin 

təxminən  yarısından  məhrum  olurlar.  Bu  vergilər  içərisində  əsas  yeri  mənfəət 

vergisi  tutur.  Bu  vergi  üzrə  güzəştlər  vergi  dərəcələrinin  azaldılması  və  ya  onun 

ödənilməsinə  uzunmüddətli  möhlət  verilməsi  həm  yerli,  həm  də  xarici 

sərmayədarları xeyli həvəsləndirərdi. Bundan başqa, əmlak vergisi, torpaq vergisi, 

sadələşdirilmiş  vergi,  nəqliyyat  xidməti  üzrə  vergi  və  s.  bu  qəbildən  olan 

məsələlərdəndir.  Azərbaycan  hökuməti  xarici  sərmayənin  cəlb  edilməsini 

canlandırmaq məqsədilə, xarici ölkələrin təcrübəsini nəzərə alaraq vergi siyasətini 

təkmilləşdirməyə başlamışdır. 

Nazirlər  Kabinetinin  2016-cı  ilin  birinci  rübünün  yekunlarına  və  qarşıda 

duran  vəzifələrə  həsr  olunan  iclasda  ölkə  başçısı  demişdir:  «Azərbaycanda  azad 

sahibkarlığın,  azad  rəqabətin  inkişafı  sürətlə  gedir.  Biz  hələ  bu  yolun 

başlanğıcındayıq.  Əminəm  ki,  görülən  tədbirlər  və  gələcəkdə  iqtisadi  sahədə 

şəffaflığın  təmin  edilməsi  nəticəsində  Azərbaycanda  sahibkarlıq  daha  da  sürətlə 

inkişaf edəcəkdir»

1

. Bütün bu tədbirlər Azərbaycana xarici sərmayənin daha böyük 



həcmdə  göstərilməsinə  səbəb olacaqdır. Çünki, xarici  sərmayəni cəlb  etmək  üçün 

hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi və qanunun aliliyi təmin edilməlidir 

ki, bu sahədə də son vaxtlar ölkə başçısı qətiyyətli addımlar atmaqdadır. 

                                                           

1

 «Xalq qəzeti», 10 aprel, 2016 




25 

 

 



 

İnkişaf  etmiş  ölkələrin  təcrübəsindən  məlum  olur  ki,  sürətli  inkişaf  yoluna 

qədəm  qoymuş  ölkələr  bu  yolla  gediblər  və  öz  ölkələrini  xarici  sərmayə  üçün 

cəlbedici  ölkələrə  çevirə  biliblər.  Bu  gün  istənilən  ölkə  xarici  sərmayəni  cəlb 

etməyə çalışır. Çünki, bu həm əlavə vəsaitdir – maliyyə resursudur. Həm də əlavə 

imkanların yaradılmasıdır ki, ölkəmiz də bundan yararlanmalıdır. Respublikamızda 

«investisiyaların  təşviqi»  üçün  də  lazımi  addımlar  atılmışdır.  Cari  ilin  yanvar 

ayında  Prezident  fərmanı  ilə  investisiyaların  təşviqi  ilə  bağlı  əlavə  tədbirlər 

haqqında  fərman  imzalanmışdır.  Bu  fərman  əsasında  Azərbaycana  qoyulacaq 

sərmayələrin həcmi xeyli artacaqdır.  

Bank  sektorunun  möhkəmlənməsi  və  sağlamlaşdırılması  prosesi  gedir. 

Maliyyə  nəzarətinin  gücləndirilməsi  də  bank  sektorunun  inkişafına  xidmət 

edəcəkdir.  Əmanətlərin  tam  sığortalanması  da  əhalinin  bank  sektoruna  inamını 

artırmalıdır.  İndi  bütün  əmanətlər  sığortalanır  ki,  bu  da  gələcəkdə  «dollarlaşma» 

meyllərinin qarşısını almağa kömək edəcəkdir. 

Manatın  məzənnəsi  sabitləşərsə,  tədricən  vəziyyət  müsbətə  doğru  inkişaf 

edəcəkdir.  Yerli  valyutaya  inamın  artması,  insanlara  yeni  yanaşma  üçün  əsas  ola 

bilər.  Burada  heç  nəyi  diktə  etmək  olmaz.  Adamlar  öz  arzuları  ilə  əmanətlərini 

manatla saxlamaqla maraqlı olacaqlar. 

Qeyri-neft  sektorunun  sürətli  inkişafı  prioritet  olaraq  yaxın  gələcəkdə  də 

davam etdiriləcəkdir. Hazırda 2 milyard manata yaxın dəyəri olan layihələrin icra 

edilməsi  gündəmdədir.  İş  adamları,  özəl  banklar,  eləcə  də  dövlət  qurumları  bu 

layihələrin reallaşdırılmasını həyata keçirməlidir. Banklar indi kredit vermək üçün 

layihələr  axtarırlar  ki,  onlar  gəlir  gətirsin.  Deməli,  dövlət,  özəl  sektor  və 

kommersiya  bankları  tərəfdaşlıq  şəraitində  işləyərək,  ölkə  iqtisadiyyatını  sürətlə 

inkişaf etdirməlidir. 

Yerlərdə, icra orqanları sahibkarlar üçün münbit şərait yaratmalıdır. Bu həm 

də regionların sosial-iqtisadi inkişafını təmin etməklə, yeni iş yerləri, yeni istehsal 

sahələri  yaratmaqla,  regionlarda  «sənaye  zonalarının»  yaradılmasına  imkan 

verəcəkdir.  Ölkəyə  xarici  sərmayənin  cəlb  edilməsində  nəqliyyat  sektorunun  da 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə