“Azərbaycanda xarici sərmayəli bankların bank sektorunda rolu”



Yüklə 0,54 Mb.

səhifə9/22
tarix14.09.2018
ölçüsü0,54 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

26 

 

 



 

üzərinə mühüm vəzifələr düşür. Nəqliyyat sektorunda Şərq-Qərb və Şimal-Cənub 

dəhlizlərinin yaradılması istiqamətində işlər gedir.  

Qərb-Şərq  dəhlizinin  yaradılması  üçün  Azərbaycanın  qonşu  ölkələrlə  vahid 

tarif  siyasəti  hazırlamağı  məqsədəuyğun  hesab  edilir.  Həm  Türkiyə,  həm  də 

Gürcüstanlı  həmkarlar  bu  məsələdə  vahid  mövqedən  çıxış  etsələr  yaxşı  olar.  Biz 

elə düzgün və razılaşdırılmış tarif siyasəti aparmalıyıq ki, bütün yüklər Azərbaycan 

üzərindən keçməklə Qərb və Şərq istiqamətində öz müştərilərinə çatdırılmalıdır. 

Xarici  sərmayələrin  ölkəmizə  cəlb  edilməsində  Ələt  Beynəlxalq  dəniz 

Limanının rolu daha da artır. Bunun üçün burada əlavə işlər görülməli, beynəlxalq 

təcrübədən  istifadə  etməklə  yüklərin  qəbulu  və  yola  salınmasında  gecikdirmələrə 

yol verilməməlidir. Ələt limanı Xəzərdə ən böyük ticarət limanı olacaqdır. Burada 

Azad İqtisadi Zona yaradılacaqdır. 

Azərbaycana əlavə sərmayənin gətirilməsində kənd təsərrüfatı sahələrinin – 

xüsusilə pambıq, üzüm, barama və s. inkişafına diqqət artırılmalıdır. 1990-cı illərin 

əvvəlində Azərbaycanda ildə orta hesabla 800-900 min ton pambıq, 2,0 milyon ton 

üzüm  və  kifayət  qədər  barama  istehsal  edilirsə,  indi  bu  sahələr  demək  olar  ki, 

unudulub.  Bu  sahələrin  inkişafı,  kənd  yerlərində  işsizliyin  aradan  qaldırılmasına 

kömək  etməklə,  həyat  səviyyəsinin  də  yüksəldilməsinə  şərait  yaradacaqdır. 

Əlbəttə, burada qiymət məsələləri önəmli rol oynayır. Məlum olduğu kimi bu ildən 

pambığın  zəhmətkeşlərdən  qəbulu  qiymətləri  əhəmiyyətli  dərəcədə  artırılmışdır. 

Lazım  gələrsə  yenə  də  artırılması  mümkündür  ki,  zəhmətkeşlərin  mənafeyi 

gözlənilsin. 

Üzümçülük  dövlətin  dəstəyi  ilə  inkişaf  etdirilməkdədir.  Yeni  üzüm  bağları 

salınır  və  genişləndirilir.  Azərbaycan  dünya  bazarlarına  keyfiyyətli  və  bol  kənd 

təsərrüfatı məhsulları çıxaran – ixrac edən ölkə kimi tanınmalıdır. 

Xarici sərmayənin ölkəyə gətirilməsini stimullaşdırmaq məqsədilə qeyri-neft 

məhsullarının  ixracının  təşviqinin  stimullaşdırılmasına  hesablanan  müvafiq 

sərəncam  və  tapşırıqların  vaxtında  yerinə  yetirilməsi  böyük  əhəmiyyətə  malikdir. 

Bu  baxımdan  Vergi  Məcəlləsində  və  «Gömrük  tarif  haqqında»  qanunlarda 

investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə 



27 

 

 



 

idxal  olunan  texnika,  texnoloji  avadanlıqlar  və  qurğular  əlavə  dəyər  vergisi  və 

gömrük rüsumlarından azad olunur. 

2016-2020-ci illərdə Azərbaycanda  istehsal  olunan qeyri-neft məhsullarının 

ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan 

gömrük dəyərinin 3 faizi büdcədən sahibkarın hesabına köçürülür. 

Ölkəmizdə  həyata  keçirilən  idxal-ixrac  əməliyyatlarının  aparılmasında 

şəffaflığın tam təmin olunması, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə 

ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi asanlaşdırılmalı, məmur-

vətəndaş  təmasının  minimuma  endirilməsi,  bütün  bəyannamələrin  gömrük 

orqanlarında  elektron  formada  qəbulu,  gömrük  sistemində  müasir  texnologiya  və 

avadanlıqlardan  istifadə  etməklə,  gömrük  sisteminin  təkmilləşdirilməsi,  malların 

və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi  üçün  «Yaşıl  dəhliz» 

sisteminin  yaradılması  həm  vətəndaşların,  həm  də  nəqliyyat  vasitələrinin  ölkəyə 

giriş-çıxışı  asanlaşdırmaqla,  daha  çox  sərmayə  gətirilməsinə  şərait  yaradacaqdır. 

Nəzərə  almaq  lazımdır  ki,  bu  il  aprelin  4-dən  etibarən  malların  və  nəqliyyat 

vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinin pilot layihəsinə 

başlanılıb,  may  ayının  əvvəlində  isə  bütün  gömrük  orqanlarında  bəyannamənin 

elektron formada qəbuluna keçiləcək. 

İslam bankçılığı təcrübəsinin Azərbaycanda yayılması da xarici sərmayənin 

ölkəyə gətirilməsində öz müsbət rolunu oynaya bilər. 

 

 



28 

 

 



 

FƏSİL 2. KOMMERSİYA BANKLARI, ÖLKƏ İQTİSADİYYATININ İNKİŞAFINDA 

ONUN ROLU 

2.1. Kommersiya banklarının yaradılması, funksiyaları və fəaliyyətinin 

hüquqi əsasları 

 

Kommersiya  bankı  fiziki  və  hüquqi  şəxslərdən  vəsaitlərin  qaytarmaq  və 



ödəmək  şərti  ilə  cəlb  edilməsi  və  yerləşdirilməsi  üçün  yaradılmış,  eləcə  də  digər 

çoxsaylı bank əməliyyatlarını həyata keçirən universal kredit təşkilatıdır.  

Müxtəlif ölkələrin bank qanunlarında «bank» və «kredit təşkilatı» anlayışları 

öz  izahlarını  həmin  ölkələrdəki  bank  sistemindən  və  ölkənin  iqtisadi  və  hüquqi 

quruluşunun  özünəməxsus  xüsusiyyətlərindən  asılı  olaraq  tapmışdır.  Azərbaycan 

Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında  qanunda  kommersiya 

banklarının yaranmasına aşağıdakı izah verilir: 

-  kredit  təşkilatı  –  öz  fəaliyyətinin  əsas  məqsədi  kimi  mənfəət  götürmək 

üçün Mərkəzi Bankın lisenziyası əsasında bank əməliyyatlarını aparmaq hüququna 

malik olan hüquqi şəxsdir; 

-  bank  fiziki  və  hüquqi şəxslərin pul vəsaitini  depozitə  qəbul  etmək, həmin 

vəsaiti  müddətlilik  və  faizlə  geri  qaytarmaq  şərti  ilə  öz  adından  və  öz  hesabına 

yerləşdirmək,  fiziki  və  hüquqi  şəxslərin  hesablarını  açmaq  və  bu  hesablarla 

əməliyyatlar aparmaq hüququna malik kredit təşkilatıdır. 

Bankların təsisçiləri kimi müxtəlif firmalar, banklar, şirkətlər, ayrı-ayrı fiziki 

şəxslər, eyni zamanda ölkənin daimi sakinləri və xarici vətəndaşlar da iştirak edə 

bilər. 

Kommersiya  banklarının  fəaliyyəti  ikili  səciyyə  daşıyır.  Onlar  kommersiya 



təşkilatı  olmaqla  yanaşı,  həm  də  cəmiyyətin  ictimai  təsisatları  kimi  çıxış  edir. 

Kommersiya  təşkilatı  kimi  onlar  maksimum  mənfəət  əldə  etmək  istiqamətində 

fəaliyyət göstərir. İctimai təsisat kimi onlar maliyyə infrastrukturunun əsas qanadı 

kimi  çıxış  edir,  büdcə  sistemi  ilə  yanaşı  ölkənin  sabit  iqtisadi  inkişafının  təmin 

edilməsinə və əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edir. 



: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1


Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə