Azərbaycanda yerli özünüidarə institutunun 9 illik fəaliyyətinin təhlili göstərir ki, səmərəli bələdiyyə idarəetməsinin təşkili sahəsində ciddi problemlər mövcuddur



Yüklə 296,37 Kb.
səhifə4/5
tarix13.11.2017
ölçüsü296,37 Kb.
#9842
növüXülasə
1   2   3   4   5

NƏTICƏ VƏ TÖVSIYƏLƏR
Bu sənəd çərçivəsində tövsiyə edilən alternativin öz üstünlükləri və çatışmazlıqları var. Təsadüfi deyil ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli hakimiyyətlər üzərində nəzarətin yeni formaları haqqında” 223 saylı Tövsiyəsində yerli hakimiyyətlər üzərində nəzarətin onların fəaliyyətinin səmərəliliyinin təmin olunması baxımından tətbiqi tövsiyə olunmaqla yanaşı Xartiyanın 8-ci maddəsinə ciddi riayət olunması xüsusi vurğulanır. 223 saylı Tövsiyədə göstərilən prinsiplərin bir çoxu təklif etdiyimiz alternativlərdə göstərilənlərlə üst-üstə düşür. Bu siyasət sənədi çərçivəsində hər hansı alternativə üstünlük verilməsinin əsasında ekspert qiymətləndirməsi durur. Alternativlərin üstünlük və risklərinin müqayisəsindən və buna əsaslanan ekspert qiymətləndirməsindən çıxış edərək mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması alternativinə üstünlük verilmişdir. Təklif olunan alternativin həyata keçirilməsi konstitusiya islahatlarının aparılmasını tələb etmir. Bu baxımdan əksər ekspertlər üstünlük verdiyimiz alternativin qəbul olunacağını real hesab edirlər.

Mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması alternativinin tətbiqi üçün aşağıdakıların həyata keçirilməsi tövsiyə olunur:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı məsələləri nizama salan qanunvericilik təkmilləşdirilir. Bunun üçün:

  • “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanundan 5-ci maddənin (İnzibati nəzarət icraatının başlanması üçün əsaslar) 2-ci hissəsi və 7-ci maddə (Müraciətlər üzrə həyata keçirilən inzibati icraat) bütövlükdə çıxarılır;

  • Qanunu 8-ci maddəsi həmin dəyişikliyə uyğunlaşdırlır (Çünki həmin maddədə bələdiyyələrin fəaliyyətinə əlavə müdaxilə imkanları tanınır. Belə ki, 8-ci maddənin 2-ci hiisəsində deyilir ki, inzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar apara bilər. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir);

  • “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 4.6-cı maddəsindəki qeyri müyyənlik aradan qaldırılır. Belə ki, həmin maddəyə görə Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirmək və audit yoxlaması aparmaq hüququna malikdir. “Hesablama Palatası haqqında” qanunun 2-1-ci maddəsi Hesablama Palatasının fəaliyyət dairəsini müəyyənləşdirir. Bura hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət də daxildir. Odur ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 4.6-cı maddəsinin aşağıdakı redaksiyada verilməsi tövsiyə olunur;

    • 4.6. Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin dövlət büdcəsindən ayrılmış vəsaitlərlə bağlı maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir. (Mövcud variant: Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir).

2.Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinin bələdiyyələrin parlament qarşısında hesabatlılığı ilə bağlı tələbinin yerinə yetirilməsinin konkret mexanizmi tətbiq olunur. Bunun üçün aşğıdakı tədbirlər həyata keçirilir:

  • “Bələdiyyələrin statusu haqqında” Qanuna bələdiyyələrin mlli assosiasiyalarının bələdiyyələr adından parlamentə hesabat verməsinin qaydaları və hesabatın məzmunu ilə bağlı müddəalar daxil edilir;

  • Bələdiyyələrin milli assosiasiyaları bələdiyyələrin fəaliyyətinin müntəzəm monitorinqi üçün xüsusi mexanizmlər işləyib hazırlayırlar;

  • Assosiasiyalar monitorinqin nəticələrinin əks olunduğu xüsusi hesabat formaları tərtib edirlər;

  • Bələdiyyə assosiasiyaları təqdim olunmuş hesabatları təhlil edir və “Bələdiyələrin statusu haqqında” qanunda nəzərdə tutulmuş məzmunda ümumiləşdirilmiş hesabat hazırlayırlar;

  • Hər bir assosiasiya (kənd, qəsəbə və şəhər) parlamentə ayrılıqda hesabat təqdim edir. Bununla yanaşı assosiasiyaların vahid mövqeyini ifadə edən ümumi tövsiyələrin hazılanması da nəzərdə tutula bilər.


ƏLAVƏLƏR

Əlavə 1.
Bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması ilə bağlı bələdiyyə üzvləri və bələdiyyə ərazisində yaşayan sakinlər arasında keçirilmiş sorğu-müsahibənin ümumi nəticələri
Sorğu-müsahibə Şimal-Qərb (İsmayıllı, Qəbələ, Şəki və Qax) regionunda yerləşən 12 bələdiyyədə aparılıb. Sorğuda hər bələdiyyədən 2 bələdiyyə təmsilçisi (ümumilikdə 24 nəfər) iştirak edib. Sorğu-müsahibə iştirakçılarından 3 əsas məsələyə münasibət öyrənilib:

  1. Hazırkı mexanizmin (Bələdiyyələrin fəaliyyətinə mövcud inzibati nəzarətin) səmərəliliyi

  2. Hazırda həyata keçirilən inzibati nəzarətin səviyyəsinə münasibət

  3. Bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığına münasibət

Hazırkı mexanizmin səmərəliliyi

Bələdiyyə təmsilçiləri arasında keçirilmiş sorğu-müsahibənin nəticələri

Bələdiyyə orqanlarının təmsilçilərinin 25%-i, hazırkı mexanizmi səmərəli hesab etmir. 30% bələdiyyə təmsilçisi mövcud mexanizmi səmərəli, bələdiyyə təmsilçilərinin 45%, isə qismən səmərəli hesab edir..



Ekspertlər arasında keçirilmiş sorğu-müsahibənin nəticələri

Ekspertlərin 25%-i hazırkı mexanizmi səmərəli hesab etmir. Ekspertlər arasında mövcud mexanizmi birmənalı şəkildə səmərəli hesab edənlər 10%-dir, 65%-i isə mövcud mexanizmi qismən səmərəli hesab edir.



Hazırda həyata keçirilən inzibati nəzarətin səviyyəsinə münasibət



Bələdiyyə təmsilçiləri arasında keçirilmiş sorğu-müsahibənin nəticələri

Bələdiyyə təmsilçilərinin 5%-i bələdiyyələrin fəaliyyətinə nəzarətin sərtləşdirilməsinin, 60%-i yumşaldılmasının, 35%-i isə indiki səviyyədə saxlanılmasının tərəfdarıdır.





Ekspertlər arasında keçirilmiş sorğu-müsahibənin nəticələri

Sorğuya cəlb olunmuş ekspertlərin 75%-i nəzarətin yumşaldılmasının, 25%-i indiki səviyyədə saxlanılmasının tərəfdarıdır. Ekspertlər birmənalı olaraq nəzarətin sərtləşdirilməsinin əleyhinə olublar.



Bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığına münasibət

Bələdiyyə təmsilçiləri arasında keçirilmiş sorğu-müsahibənin nəticələri

Bələdiyyə təmsilçilərinin 75%-i bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığına ehtiyac olmadığını, 25%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib. Bələdiyyə təmsilçilərinin hamısı Milli Məclis qarşısında hesabatlılığa ehtiyac olmadığını bildiriblər.





Ekspertlər arasında keçirilmiş sorğu-müsahibənin nəticələri

Ekspertlərin hamısı bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığına ehtiyac olmadığını bildiriblər.



Əlavə 2.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2009-cu il üzrə illik məruzədən çıxarış

2009-cu il ərzində inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21383 akt göndərilmişdir. Onlardan 1231  Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icraatıda olmuşdur. Bu aktlardan 333-ü Nazirliyin təklifləri əsasında ləğv edilmiş və ya dəyişdirilmişdir. 87 bələdiyyə aktının ləğvi üçün məhkəmələrdə iddialar qaldırılmışdır.

İnzibati nəzarət icraatı zamanı bir neçə bələdiyyənin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntuları da müəyyən edilmişdir. Belə ki,  26  bələdiyyənin  fəaliyyətində  ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş və 23 fakt üzrə (2008-ci ildə 15 olmuşdur) cinayət işi başlanmışdır. Həmin araşdırmalar üzrə ümumilikdə 16085889 manat maliyyə pozuntusu (onlardan bələdiyəyə 12472729 manat, dövlət mənafeyinə 3613160 manat ziyanın dəyməsi) aşkar edilmişdir.

  ...cinayət işləri üzrə bələdiyyə sədrlərinin bəziləri məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, islah işlərinə və cərimə cəzalarına məhkum olunmuş, bir sıra işlər üzrə  istintaq davam etdirilir. 

Fəaliyyətləri zamanı  qanun  pozuntularına  yol verdiklərinə görə 674 (2008-ci ildə 421 olmuşdur) bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir. Onlardan 526 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişlər. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.1-ci maddəsinə əsasən (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə) 10 nəfər bələdiyyə sədri məhkəmələrin qərarı əsasında inzibati məsuliyyətə cəlb olunmuş və 20 nəfər, o cümlədən Neftçala rayonu Mirzəqurbanlı, Ağcabədi rayonu Poladlı, İsmayıllı rayonu Qüşencə, Qaradağ rayonu Qobustan və başqa bələdiyyə sədrləri barəsində  isə təkrar inzibati məsuliyyət tədbirləri tətbiq edilmişdir.

İnzibati nəzarət icraatı zamanı aşkar edilmiş nöqsanları, qanun pozuntularını aradan qaldırmaq və qarşısını almaq məqsədi ilə ayrı-ayrı bələdiyyələrə müxtəlif, o cümlədən 104 bələdiyyə torpaqlarının idarə edilməsi, 51 yerli vergilərin yığılması və uçotunun aparılması, 39 inzibati nəzarət qaydasında araşdırılması üçün bələdiyyə aktlarının təqdim olunması, 23 bələdiyyə qulluğu, 6 bələdiyyələrin normativ aktlarının dövlət qeydiyyatı, 560 şəffaflığın təmin edilməsi və korrupsiya, 71 bələdiyyənin daimi və başqa komissiyalarının təşkili və s. məsələləri əhatə edən 872 tövsiyə göndərilmişdir.

2009-cu il ərzində 484.6 ha torpaq sahəsinin xüsusi mülkiyyətə, 4294.6 ha torpaq sahəsinin icarəyə, 291.8 ha torpaq sahəsinin isə istifadəyə qanunsuz olaraq verilməsi haqqında bələdiyyə qərarları Nazirliyin təklifləri əsasında bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, il ərzində qanunsuz ayrılmış 5071 ha torpaq sahəsinin bələdiyyəyə qaytarılması təmin olunmuşdur.

Əlavə 3.

www.venice.coe.int

Strasburq, 14 dekabr 2009



559 / 2009 saylı Rəy

CDL-AD(2009)049

Or. Engl.



EUROPEAN COMMISSION FOR DEMOCRACY THROUGH LAW

(VENICE COMMISSION)

BƏLƏDİYYƏLƏRİNİN STATUSU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏRİN EDİLMƏSİ HAQQINDA QANUN LAYİHƏSİ BARƏDƏ RƏY

(Qeyri-rəsmi tərcümə)
Venesiya Komissiyasının 81-ci Plenar İclasında qəbul edilmişdir

(Venesiya, 11-12 dekabr 2009-cu il)
Cənab Konq-Hyun LİNİN(Üzv, Korea Respublikası)

Cənab Jan-Klod SKOLSEMİN (Əvəzləyici üzv, Belçika)
rəyləri əsasında
Avropa Şurasının Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktorluğu ilə məsləhətləşmə əsasında hazırlanıb
I. Giriş
1. Avropa Şurası Baş Katibinin xahişinə əlavə olaraq Venesiya Komissiyası özünün 78-ci Plenar İclasında (Venesiy, 13-14 mart 2009-cu il) Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı rəy qəbul edib. Əlavə və dəyişikliklər, xüsusilə yeni 146-cı maddə Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsinə yönəlib.

2. Azərbaycan hökuməti 20 oktyabr 2009-cu il tarixli məktubla Venesiya Komissiyasından Konstitusiyanın yeni 146-cı maddəsinin həyata keçirilməsi məqsədilə Bələdiyyələrin Statusu haqqında Qanuna (CDL(2009)164) əlavələrin edilməsi haqqında Qanun layihəsi ilə bağlı ekspert rəyi verməsini xahiş edib.

3. Hazırki rəy Demokratik Institutlar Direktorluğu (Avropa Şurasının Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktorluğu) ilə məsləhətləşmə əsasında hazırlanıb və cənab Konq Hyun Li və cənab Jan-Klod Skolsemin şərhlərinə əsaslanır. Rəy Komissiyanın 81-ci Plenar İclasında qəbul olunub (Venesiya, 11-12 dekabr 2009-cu il)
II. İlkin qeydlər
4. Yerli Özünüidarə Haqqında Avropa Xartiyası ona əsaslanır ki, yerli özünüidarəetmə demokratiyaya və hakimiyyətin əksmərkəzləşməsinə ən əhəmiyyətli töfhədir və yerli hakimiyyət orqanları demokratik şəkildə təşkil olunmalı və geniş özünüidarəyə malik olmalıdırlar

(Preambula).

5. Azərbaycan Yerli Özünüidarə Haqqında Avropa Xartiyasını 15 aprel 2002-ci ildə ratifikasiya etdi və Xartiya 1 avqust 2002-ci ildə qüvvəyə mindi. Azərbaycanın götürdüyü öhdəliklərlə bağlı 1305-ci Qətnaməsində (2002) Avropa Şurası Parlament Assambleyası Azərbaycanın hakimiyyət orqanlarını öz qanunvericiliyini Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasının prinsiplərinə uyğunlaşdırmağa, eləcə də Avropa Şurası Baş Direktorluğu və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin bütün tövsiyyələrini nəzərə alaraq həqiqi əksmərkəzləşmə strategiyası müəyyən etməyə və həyata keçirməyə çağırır

(§ 5).


6. Bələdiyyələrin Statusu haqqında mövcud Qanuna əlavələrin edilməsində əsas məqsəd Konstitutsiyanın 146-cı maddəsində nəzərdə tutulan yerli özünüidarəetmə ilə bağlı yeni konstitutsion prinsiplərin həyata keçirilməsini təmin etməkdir. Həmin maddədə deyilir ki:

I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl

buraxılması halları və qaydası qanunla müəyyən edilir.

II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.

IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.

V. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət hakimiyyəti orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.

7. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı rəyində Venesiya Komissiyası bildirib ki, 146-cı maddəyə edilmiş yeni bənd bir sıra sual doğurur və Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasının standartlarını əks etdirmir. Komissiya həmçinin hesab edir ki, yeni konstitusional prinsiplərin icrası üçün bir sıra qanunverici müddəalar qəbul edilməli olacaq.


III. Bələdiyyələrin statusu haqqında Qanuna əlavələrin edilməsi ilə bağlı şərhlər
8. Bələdiyyələrinin Statusu haqqında Azərbaycan Respublikasının Qanununa əlavələrin edilməsi ilə bağlı Qanun Layihəsinin (Qanun Layihəsi) irəli sürdüyü islahat çox məhduddud və yalnız üç yeni maddə daxil edilib.
Maddə 22-1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması
9. “Bələdiyyələrin statusu haqqında” hazırki Qanunun 22-ci maddəsində bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları nəzərdə tutulur. Maddənin 6-cı bəndində göstərilir ki, «bələdiyyənin nizamnaməsində göstərilən müddətdə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda» bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Yeni 22-1-ci maddə 22-ci maddənin 6-cı bəndini tamamlayır- “bələdiyyənin nizamnaməsində göstərilən müddətdə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda bu səbəblərin təsdiq edilməsinə qədər bələdiyyə üzvlərinin səlahiyyətləri müvəqqəti dayandırılır”.

10. Bu qanunla bələdiyə iclaslarında iştirak məcburi olduğundan, bələdiyyə üzvünün iclasda üzrsüz səbəbdən uzun müddət itştirak etməməmsinə görə onu vəzifəsindən uzaqlaşdırmaq imkanı yaranır. Qanunun 22.1-ci maddəsinin bu formada ifadə olunması Avropa Xartiyasının 7-ci maddəsinin tələblərinə uyğun olmadığından bu bəzi problemlərin ortaya çıxmasına səbəb olacaq. Birincisi, bu qərarın tətbiqi üçün xüsusi şərtlər bələdiyyənin Nizamnaməsi ilə müəyyən olunur; Bu isə elə bir vəziyyət yarada bilər ki, bir bələdiyyədə bələdiyyə üzvünün səlahiyyətlərinin dayandırılması şərtləri digərindən nəzərəçarpacaq dərəcədə fərqlənə bilər (məsələn, iclası buraxmanın üzrlü səbəb hesab olunan sayı). Müxtəlif hallar eyni (tədricən daha ciddi ) sanksiyaların tətbiqinə səbəb olduğundan proporsionallıq prinsipi pozula bilər. Bu həm də bələdiyyə üzvləri ilə bərabər rəftar prisipinin də pozulmasına səbəb olar.

11. İkincisi, Qanun Lahiyəsi iclasda iştirak etməmənin səbəblərinin yoxlanılması prosedurlarını nəzərdə tutsa da, bu yoxlama ilə bağlı aydın prosedur qaydalar yoxdur. Hazırki Qanunun 23-cü maddəsinin yeni maddə olan 22.1-ci maddəyə tətbiq edilib-edilməyəcəyi aydın deyil. Həmin maddəyə əsasən bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir. Sonuncu halda bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinin hansı orqana aid olduğu da məlum deyil. Bundan başqa, səlahiyyətin dayandırılmasının həqiqətən “müvəqqəti” olması üçün Qanun Layihəsi bu dayandırılmanın götürülməsi üçün son müddət müəyyən etməlidir. Həmçinin, Bələdiyyələrin Statusu haqqında hazırki Qanunun 23-cü maddəsində nəzərdə tutulduğu kimi məhkəmə müdaxiləsi sistemin vacib elementlərindəndir. Bu təminat Qanun Layihəsində də aydın şəkildə ifadə olunmalıdır. Bu, yerlərdə seçilmiş təmsilçilərin öz fəaliyyətlərini Avropa Xartiyasına uyğun (7.1-ci maddə) azad icra etməsini təmin edər.

12. Sonuncusu, müvəqqəti sanksiya kimi dayandırma bələdiyyə üzvünün iştirakının səbəbləri qiymətləndirilmədən tətbiq edilməməlidir.


25-1-ci maddə. Bələdiyyələrin hesabatı
13. Qanun Layihəsinin yeni 25-1-ci maddəsi, Milli Məclisə hesabat təqdim etmələri haqqında bələdiyyələrin öhdəliyini nəzərdə tutan Konstitusiyanın 146-cı maddəsinin 4-cü bəndini həyata keçirmək məqsədi daşıyır. Bu, hesabat prosedurunu nəzərdə tutur və onun icrasına nəzarət mexanizmi müəyyən edir. Burada hesabatın Parlamentə təqdim olunması barədə birbaşa öhdəlik müəyyən olunmur.

14. Bələdiyyələr ildə bir dəfə öz hesabatlarını “bələdiyyələrin fəaliyyətlərinə inzibati nəzarəti həyata keçirən səlahiyyətli orqana” təqdim etməlidirlər”. Bu baxımdan Venesiya Komissiyası hesab edir ki, nəzarətçi orqan birbaşa (orqanın adını 25-1-ci maddənin mətninə daxil etməklə) və ya dolayı şəkildə– bu “orqanı” müəyyən edən başqa hüquqi müddəaya (əgər belə bir müddəa mövcuddursa) istinad edilməklə Qanunda göstərilməlidir.

15. Müəyyən olunmuş prosedura riayət olunmadıqda və ya hesabat reallığı əks etdirmədikdə, səlahiyyətli orqan “müvafiq icra orqanına” bu barədə məlumat verir. Belə olan halda qanunvericilik təşəbbüsü hüququ olan orqanlar (Konstitusiyanın mətndə istinaq edilmiş 96-cı maddəsinə uyğun olaraq) hesabat barəsində Konstitusiyanın 146-cı maddəsinin 4-cü bəndinə əsasən qərar çıxarmaq üçün məsələni Milli Məclisə təqdim edir. Milli Məclis hesabatı “qeyri-adekvat” hesab edərsə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin ləğvi haqqında qərar çıxarır və yeni seçkilər təyin edir.

16. Bələdiyyələrin bələdiyyə fəaliyyətləri haqqında illik hesabatı tərtib etmək və dərc etmək öhdəliyi alqışlansa da, Komissiyanın fikrincə prosedur öncədən görünən bəzi problemlər yaradır.

17. Hazırki ifadə forması kifayət qədər aydın və dəqiq deyil. Məsələn, hesabatın verilmə proseduru ilə bağlı tam formal tələblərə etinasızlıq ləğv təhlükəsi ilə nəticələnə bilər. Yoxlanılmalı olan məzmun (yəni “maliyyə resursları və bələdiyyə mülkiyyətinin istifadəsi ilə bağlı məlumat daxil olmaqla görülmüş işlər”) həddən artıq genişdir. Bundan başqa, hesabatın məzmunu “reallığı əks etdirmirsə” nəzarətçi orqan icra hakimiyyətinin müvafiq orqanına məlumat verir. Nəzarətçi orqana verilmiş belə geniş səlahiyyət həddən artıqdır, çünki bələdiyyənin bütün fəaliyyətlərinə tam nəzarəti həyata keçirmək imkanı əldə edir. Bu, həmçinin Avropa Xartiyasının 8-ci maddəsinin 3-cü bəndi ilə təmin olunan proporsionallıq prinsipi ilə də uzlaşmır. Həmin bənddə nəzərdə tutulur ki, “yerli hakimiyyət orqanları inzibati nəzarəti elə formada həyata keçirməlidir ki, nəzarət edən orqanın müdaxilə dərəcəsi bu müdaxilənin qorumağı nəzərdə tutduğu maraqların əhəmiyyətinə mütənasib olsun”.

18. Milli Məclisin roluna gəlincə isə yeni 25-1-ci maddədə nəzərdə tutulur ki, “o, bələdiyyə hesabatının müzakirəsini keçirəcək”. Əlaqədar bələdiyyənin bu müzakirədə iştirakının mümkün olub-olmaması məlum deyil.

19. Son nəticədə Milli Məclisin heç bir tədbir görmədən hesabatı “qeyri adekvat” hesab etməkdən başqa seçimi olmur ki, bu da avtomatik olaraq bələdiyyənin ləğvi və yeni seçkilərin keçirilməsi ilə nəticələnir. Bu çox sərt sanksiyadır. Yerli hakimiyyət orqanlarının nəzarəti ilə bağlı R (98) 12 saylı rəyində Avropa Şurası Nazirlər Komitəsi Avropa Xartiyasının 7-ci və 8-ci maddəsinə əsaslanaraq üzv dövlətlərdən yerli hamiyyət orqanları təmsilçiləri ilə bağlı inzibati sanksiyalara (ləğv daxil omaqla) yalnız müstəsna hallarda yol vermələrini xahiş edib. Bundan əlavə, bu cür inzibati sanksiyalar onların yerli seçkili mandatın azad icrası ilə uyğunluğunu təmin etmək üçün müvafiq zəmanətlərlə müşayət olunmalıdır.

20. Hesabat öhdəliyinin məqsədi vətəndaşlara düzgün və dəqiq informasiyanın verilməsini təmin etmək və demokratik nəzarəti gücləndirmək olmalıdır. Bu məqsədə nail olmaq üçün prosedur müvafiq bələdiyyənin vaxtından əvvəl ləğvinə deyil, təkmilləşdirilmiş hesabatın çatdırılmasına istiqamətlənməlidir. Bu baxımdan Qanun Layihəsi hesabatdakı çatışmazlıqların araşdırılmasının, məsələn,müvafiq bələdiyyə orqanı ilə dialoq aparılması və buradakı məlumatı düzəltmək və ya tamamlamanın mümkünlüyünü nəzərdə tutmalıdır.

21. Komissiya həmçinin bildirir ki, Qanun Layihəsi Avropa Xartiyasının 11-ci maddəsinə uyğun olaraq bələdiyyələrin səlahiyyətlərinin müstəqil icrasını və yerli özünüidarəetmə prinsiplərinə hörməti təmin etmək üçün müvafiq bələdiyyə orqanının hüquqi vasitələrdən istifadə hüququnu aydın şəkildə nəzərdə tutmalıdır.
31-1-ci Maddə. Bələdiyyənin vaxtından əvvəl ləğvi
22. Bu yeni müddəa birləşdirmə və ya ayırma qərarı ilə yeni bələdiyyələrin yaradılması ilə bağlıdır. Burada “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrilmasi və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunur ki, Venesiya Komissiyasının bunu qiymətləndirmə imkanı yoxdur.

23. Ümumilikdə, ərazi dəyişikliyi ilə əlaqədar yeni bələdiyyələrin yaradılması üçün mövcud seçkili orqanların buraxılması və yeni seçkilərin təyin olunması normal haldır. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrilmasi və ləğv edilməsi haqqında” Qanunda aydın şəkildə nəzərdə tutulmursa, bu, düzəliş üçün yeni bir müddəa əlavə etməklə əsaslandırılmış kimi görünür. Halbuki, nəzərdə tutulduğu kimi Bələdiyyələrin Statusu Haqqında Qanuna deyil, birbaşa “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrilmasi və ləğv edilməsi haqqında” Qanuna dəyişikliklər etmək daha düzgün olardı.

24. Komissiya bildirir ki, bu müddəa12-ci və Qanun Layihəsinin 13-cü maddələrinə ziddir. 12-ci maddədə göstərilir ki, yerli özünüidarəni Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ərazilərdə yaradılan bələdiyyələr həyata keçirirlər. Qanun Latihəsinin 13-cü maddəsində nəzərdə tutulur ki, “bələdiyyələr yaradıldıqdan sonra onların sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”.


Yüklə 296,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə