Azərbaycanda yerli özünüidarə institutunun 9 illik fəaliyyətinin təhlili göstərir ki, səmərəli bələdiyyə idarəetməsinin təşkili sahəsində ciddi problemlər mövcuddur



Yüklə 296,37 Kb.
səhifə5/5
tarix13.11.2017
ölçüsü296,37 Kb.
növüXülasə
1   2   3   4   5

IV. Nəticə
25. Bu Qanun Layihəsi “Bələdiyyələrin müstəqilliyinin təminati” haqqında Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə dəyişikliklər edildikdən sonra hazırlanıb. Bu dəyişikliklərin müzakirə olunduğu rəydə Venesiya Komissiyası bir sıra problemli məsələlərin olduğunu bildirib. O da həmçinin qeyd olunub ki, müvafiq qanun qəbul edilsə belə, rəydə ifadə olunan problemli məsələlərin bəziləri öz əhəmiyyətini itirəcək.

26. Bu mənada Komissiya Qanun Layihəsinin yerli özünüidarəetmə prinsipinə hörmətin təmin edilməsi və Azərbycanda bələdiyyələrin müstəqilliyinin Avropa Xartiyasına uyğun olaraq təmin edilməsi baxımından əhəmiyyətini vurğulayir.

27. Bununla belə, Komissiya bildirir ki, araşdırılan Qanun Layihəsində diqqət yetirilməli müəyyən məsələlər var. Bunlara əsasən aşağıdakılar daxildir:

-bələdiyyə üzvünün səlahiyyətlərinin dayandırılması halları və bunun təsdiqi proseduru aydın və dəqiq şəkildə ifadə olunmalıdır və vəzifədən azad olunmanın yalnız seçilmiş təmsilçinin ciddi pozuntulara yol verdiyi halda müstəsna tədbir kimi tətbiq olunması prinsipinə uyğun olmalıdır;

- nəzarətçi orqan qanunla, Avropa Xartiyasının 8-ci Maddəsinə uyğun müəyyən olunmalıdır və bu nəzarətin dəqiq sahələri aydın şəkildə göstərilməlidir;

- hesabat proseduru müvafiq bələdiyyənin cəlb olunmasına və təkmilləşdirilmiş hesabatın verilməsinə imkan verməlidir;

- bütün prossesual təminatlar, o cümlədən məhkəmə müdaxiləsi aydın şəkildə təmin olunmalıdır.

28. Komissiya Qanun Layihəsinin daha da təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının hakimiyyət orqanlarına yardım etməyə hazırdır.


SON QEYDLƏR


  • Mövzu ilə bağlı mətbuatda bir sıra yazılar dərc olunub:

  1. “Муниципалитеты отчитаются перед парламентом”. «Эxo». 28.01.2010

  2. “Hökumət referendumla dəyişdiyi qanunun mexanizmlərini hazırlaya bilmir”. “Yeni Müsavat”. 24.02.2010

  3. “Принять-то приняли, а дальше что?”. “Zerkalo”. http://www.zerkalo.az/2010-03-06/short-news/7696-parlament-munitsipalitet-otchet

  4. “Bələdiyyələr hesabatı kimə verməlidir?”. http://modern.az/articles/2736/1/




  • Bələdiyyələrin Milli Məclisdə hesabatı haqqında qanun layihəsinin hazırlanması haqqında məlumat verilib

Municipality.az saytında (3.03.2010) məlumatına görə “bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi ilə bağlı qanun layihəsi hazırlanır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. A.Rəhimzadə bildirib ki, ötən ilin mart ayında keçirilmiş referendum nəticəsində Konstitusiyaya yerli özünü idarəetmə orqanlarının parlament qarşısında hesabat verməsinə dair bənd əlavə olunub. Onun sözlərinə görə, hazırlanan qanun layihəsində bu hesabatın verilməsinin mexanizmləri, qaydaları əks olunacaq....Komitə sədri qeyd edib ki, sənədin hazırlanması prosesi tezliklə yekunlaşsa, Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılacaq”.



Qeyd edək ki, bu siyasət sənədinin yekun variantı 2010-cu il martın 15-də hazır olub. Bu müddətə qədər haqqında danışılan qanun layihəsi ilə bağlı hər hansı müzakirələrin aparlması barədə ictimaiyyətə məlumat verilməyib.


ƏDƏBİYYAT
Qanunvericilik

  1. “Yerli özünüidarə haqqında” Avropa Xartiyası

  2. Azərbaycan Respublikasinin Konstitusiyası

  3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu

  4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu


Digər mənbələr

  1. The new forms of control over local authorities: The Congress/CPL (13) 6part2/23 October 2006

  2. Resolution 223 (2006) on the new forms of control over local authorities

  3. Децентрализация: эксперименты и реформы. Органы местного самоуправления в Центральной и Восточной Европе. Том 1. Будапешт, 2000.

  4. Зарубежные модели местного самоуправления. «Вестник ИГЭУ»Вып.1 2008 г.

  5. “Yerli özünüidarə: Avropa təcrübəsi”. Bakı, Çaşoğlu, 2003.

  6. Explanatory memorandum: Public participation in local affairs and elections CPL (12) 10 Part II

  7. Рахработка новых правил игры в старых условиях. OSİ/LGİ, 2001.

  8. Teoman Ünüsan. Avropada yerli idarəetmələr və Azərbaycan. Bakı, 2001.

  9. Local Authorities in Turkey. Ankara. 1999.

  10. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2003-cü il 21 may tarixli “Azərbaycanda yerli və regional demokratiyaya dair” 126 saylı Tövsiyəsi

  11. V.Y.Çirkin. Xarici ölkələrin konstitusiya hüququ. “Digesta”. Bakı, 2007

  12. Jörg Bogumil. Administrative Modernisation and the Logic of Politics. Impact of the New Steering Model on Relations between Local Government Politics and Administration

  13. Administrative Transformation in Central and Eastern Europe. Towards Public Sector Reform in Post-Communist Societies /Ed. J.J.Hesse. 1993.

  14. Xarici ölkələrin konstitusiya (dövlət) hüququ. Qanun 2007.



1 CPL(3)7 Rapporteur: Georgio de Sabbata)

2 Məqsədəuyğunluğ termini bir çox cəhətdən mürəkkəb anlayışdır. Bu terminin əsasında idarəetmə pilləsində yuxarı orqanın düşüncəsinə görə yoxlama və nəzarətin və ya yuxarı təşilatın tapşırığı əsasında yoxlama nəzarətin həyata keçirilməsi dayanır. «Məqsədəuyğunluq baxımından» nəzarət əsasən mərkəzi hakimiyyət ilə bələdiyyə orqanları ərasında qarşılıqlı münasibətlərdən aslıdır və uxarı idarəetmə orqanı tərəfindən həyata keçirilir.

3 Preliminary Draft Summary Report on “New forms of control over local authorities” by Prof. Chris Himsworth, Strasbourg 21 September 2005

4 Resolution 223 (2006)1 on the new forms of control over local authorities


5 The new forms of control over local authorities: The Congress/CPL (13) 6part2/23 October 2006



6 Explanatory memorandum: Public participation in local affairs and elections CPL (12) 10 Part II, Rapporteur: Anders KNAPE, Sweden, Chamber of Local Authorities, Political Group : EPP/CD


7 Yoxlamadan əvvəl, nəticələrin öncədən proqnozlaşdırılması əsasında

8 Nəticələrin icra sonrası yoxlanılması əsasında

9 Law on State Administration System June 2, 2002




Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə