Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

 
Bu gün biz buradan bütün dünya zəhmətkeşlərinə var 
səsimizlə  qışqırmalıyıq ki, zəhmətkeşlərin öz məqsədlərinə 
doğru getmək istədikləri yolu, biz, Zaqafqaziya zəhmətkeşləri 
tərəfindən tapılmışdır». 
N.Nərimanov sonra qurultayın ikinci iclasında ZSSRFİ-
nin fəaliyyəti haqqında rus və Azərbaycan dillərində  məruzə 
etmiş, birinci iclasının sədri olmuş, Zaqafqaziya MİK üzvü və 
Ümumrusiya qurultayına nümayəndə seçilmişdir. 
1922-ci il dekabrın 30-da SSRİ I Sovetlər qurultayı 
çağırıldı. Qurultayda RSFSR, Ukrayna, Belorusiya və ZSFSR 
birləşərək SSRİ yaratdılar. Qurultayı SSRİ-nin ali qanunverici 
orqanını – SSRİ MİK-i – seçdi. 1923-cü il yanvarın 2-də SSRİ 
MİK birinci sessiyası oldu. Birinci sessiya SSRİ  MİK rəyasət 
heyətini və SSRİ-nin yaradılmasında iştirak etmiş respub-
likaların sayına görə, SSRİ  MİK-nın dörd sədrini – M.Kalinin, 
N.Nərimanov, Q.Petrovski, A.Çervyakovu seçdi. 
N.Nərimanov 1923-cü ilin iyun-dekabrında, sonra isə ona 
əlavə 1924-cü ilin mayında RK(b)P MK-ya, Stalinə, L.Trotskiyə 
və K.Radekə «Ucqarlarda inqilabımızın tarixinə dair» adlı 
məktubunu göndərmişdir. O, bu məşhur məktub-əsərində sovet 
Rusiyasının  Şərqə olan münasibətini tənqid edərək göstərir ki, 
biz Qərblə olduqca çox maraqlanırıq, Şərqdən uzaqlaşmışıq. 
N.Nərimanov eyni zamanda Azərbaycanda siyasi 
vəziyyətə  də çox yer verir. O, Azərbaycanda bəzi azərbaycanlı 
kommunistlərin, Mikoyan, Sarkis, Mirzoyan, Kirov və Or-
conikidzenin düzgün iş aparmadıqlarını, köhnə azərbaycanlı 
kommunistləri partiyadan qovduqlarını, müsəlman fəhlələrinin 
arasında heç bir siyasi iş aparmadıqlarını  və s. kəskin tənqid 
etmiş, Bakı komitəsini  ələ keçirmiş bu «solçuluq oyununu», 
onların fəaliyyətini tənqid edənlərə qarşı Bakı komitəsindən bir 
silah kimi istifadə etmələrini pisləmişdir. Dağlıq Qarabağ 
məsələsinə  gəldikdə isə N.Nərimanov yazırdı: «Mirzoyanın 
güclü təzyiqi nəticəsində Dağlıq Qarabağ muxtar vilayət elan 
edildi. Mənim dövrümdə bu, baş tutmadı, ona görə yox ki, mən 
 
43


 
bu muxtariyyətə qarşı idim, sadəcə olaraq erməni kəndliləri 
özləri bunu istəmirdilər. Mirzoyan bu dövrdə erməni daşnak-
müəllimlərinin köməyi ilə  zəmin hazırlamış  və  məsələni 
Zakkraykomdan keçirmişdir. Bu vaxtdan kəndlilərə, türk 
kəndlilərinə münasibət kəskin dəyişmişdi… Məndə azca da olsa 
şübhə qalmamışdır ki, Azərbaycan KP MK-sı Serqo və Stalin 
sifətində bizə – türklərə inanmır və Azərbaycanın taleyini 
ermənilərə – daşnaklara tapşırırlar». 
1923-1925-ci illərdə N.Nərimanov Moskvada SSRİ  MİK 
sədrlərindən biri kimi fəaliyyət göstərmişdir. O, bu dövrdə SSRİ 
MİK rəyasət heyətinin bir sıra iclaslarına sədrlik və  iştirak et-
miş, dekret, qərar, sərəncam və müraciətlərin hazırlanmasında, 
verilməsində, SSRİ-nin ilk Konstitusiyasının hazırlanmasında 
yaxından iştirak etmişdir. Eyni zamanda bu illərdə RK(b)P, 
Zak.ÖK, AK(b) P plenum, konfrans və qurultaylarında, SSRİ, 
RSFSR və Azərbaycan SSR sovetlər qurultaylarında iştirak 
etmiş, MK bürolarına, rəyasət heyətlərinə üzv seçilmiş, bir sıra 
iclaslarına sədrlik etmişdir. 
1925-ci ilin fevral-mart aylarında Moskva, Tiflis və b. 
şəhərlərdə N.Nərimanovun ictimai-siyasi və  ədəbi fəaliyyətinin 
30 illiyi təntənə ilə qeyd edilmişdir. 
N.Nərimanov Moskvada 1925-ci il martın 19-da axşam 
qəflətən vəfat etmişdir. Martın 20-də  zəhmətkeşlərin onunla 
vidalaşması üçün cənazəsi Sovetlər Evinin sütunlu zalına qo-
yulmuşdur. Onun dəfni matəm günü elan edilmişdir. Martın  
23-də N.Nərimanov Qızıl meydanda, V.İ.Leninin Mavzoleyinin 
yanında müsəlman qaydası ilə  dəfn edilmişdir. N.Nərimanov 
müsəlman  Şərqinin Qızıl meydanda dəfn olunmuş ilk nüma-
yəndəsidir. 
 
* * * 
 
- Aqasiev V. Odesskie straniüı. Baku, 1981. 
 
44


 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.74, iş 128; v.609, siy.1, iş 1-6, 
9, 21, 39, 41, 119. 
- Azərbaycan tarixi. C.2. Bakı, 1964. 
- Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 
- Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. 
Bakı, 1964. 
- ASE. C.VII. Bakı, 1983. 
- Dubinskiy-Muxadze N.Narimanov. Moskva, 1978. 
- Əhmədov T. Nəriman Nərimanov. Bakı, 1982. 
-  Əhmədova F. Nəriman Nərimanov – ideal və  gərçəklik 
(1920-ci il). Bakı, 1998. 
-  Əliyev H. Görkəmli dövlət və partiya xadimi Nəriman 
Nərimanov. Bakı, 1974. 
- Fatullaev G. Nariman Narimanov. Baku, 1996. 
- Həsənov H. Nəriman Nərimanov – milli təmayüllü 
kommunist. Bakı, 2004. 
-  İbrahimov Z. Sosialist inqilabı  uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957. 
-  İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist in-
qilabının qələbəsi. Bakı, 1970. 
- Kaziev M. Nariman Narimanov. Baku, 1956. 
- Kaziev M. Nariman Narimanov. Baku, 1970. 
- «Kaspiy» qəz., 1917, 16 aprel, №84. 
- Köçərli F. Nəriman Nərimanov. Bakı, 1965. 
- Qasımov M. Xarici dövlətlər və Azərbaycan (aprel iş-
ğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi 
münasibətlər). Bakı, 1998. 
- Qasımlı M., Hüseynova E. Azərbaycanın xarici işlər 
nazirləri. Bakı, 2003. 
- Qurbanov Ş. Nəriman Nərimanov. Ömrünün son illəri. 
Bakı, 2003. 
- Məmmədov V. Nəriman Nərimanov. Bakı, 1957. 
- Məmmədli Q. Nəriman Nərimanov. 1870-1925 (həyat və 
yaradıcılığının salnaməsi). Bakı, 1987. 
 
45


 
- Nəriman Nərimanov. Məqalələr və nitqlər. C.1. Bakı, 
1971. 
- Nariman Narimanov. İzbrannıe proizvedeniə. T.1. 1890-
1917. Baku, 1988. 
- Nariman Narimanov. İzbrannıe proizvedeniə. T.2. 1918-
1921. Baku, 1989. 
- Nariman Narimanov. K istorii naşey revolöüii v ok-
rainax. Baku, 1990. 
- Pervıy Zakavkazskiy Scezd Sovetov. Tiflis, 1923. 
- I sessiə Üentralğnoqo  İspolnitelğnoqo Soöza Sovetskix 
Soüialistiçeskix Respublik. M., 1923. 
 
46


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə