Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   2   3   4   5   6   7   8   9   ...   40

 
1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə müstəqil 
Zaqafqaziyayanı Demokratik Federativ Respublika elan etdi. 
Seym aprelin 26-da A.Çxenkelinin sədrliyi ilə Zaqafqaziya 
federasiyasının yeni hökumətinin tərkibini təsdiq etdi. 
F.Xoyski yeni yaradılmış hökumətin tərkibinə  ədliyyə naziri 
kimi daxil olmuşdur. 
1918-ci il mayın 25-də F.Xoyskinin sədrliyi ilə Zaqafqaziya 
Seyminin Müsəlman Fraksiyasının iclası keçirildi. Bu iclasa 
F.Xoyskinin təklifi ilə Zaqafqaziya Seyminin sədri K.Çxeidze, 
Seymin üzvləri Sereteli və Gegeçkori gəldilər. A.Sereteli gürcü 
fraksiyası adından bildirdi ki, Güney Qafqaz xalqlarını müstəqillik 
ətrafında birləşdirmək mümkün olmadığı üçün biz Gürcüstanın 
müstəqilliyini elan etmək məcburiyyətində qalırıq. F.Xoyski ona 
cavab verərək demişdi: «… gürcü xalqının iradəsi belədirsə, bizim 
ona mane olmağa heç bir haqqımız yoxdur. Azərbaycan türklərinə 
isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən 
başqa bir şey qalmır». 
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu 
iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan 
edilməsi ilə  əlaqədar olaraq mayın 27-də Müsəlman 
fraksiyasının fövqəladə iclası keçirildi. M.Rəsulzadənin 
sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə 
Milli Şuranın İcra Komitəsi yaradıldı. 
Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki 
iclasında Azərbaycanın müstəqilliyini bildirən «Azərbaycanın 
istiqlaliyyəti haqqında Akt» qəbul olundu. İstiqlal 
bəyannaməsini imzalayan 24 nəfərdən biri F.Xoyski olmuşdur. 
Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq 
Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırdı. F.Xoyski bir 
saatlıq fasilədən sonra Milli Şuranın iclasına hökumətin 
tərkibini təqdim etmişdir. F.Xoyski burada Azərbaycan Xalq 
Cümhuriyyəti Nazirlər  Şurasının ilk baş naziri və daxili işlər 
naziri vəzifələrinə seçilmişdir. 
Beləliklə,  Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik 
əsaslar üzərində dövlət Azərbaycanda yaradıldı. Onun 
 
8


 
yaradılması  və  fəaliyyətində M.Rəsulzadə, M.Hacınski, 
M.Cəfərov, N.Yusifbəyov və Azərbaycanın digər görkəmli 
siyasi xadimləri ilə birlikdə F.Xoyski də xeyli əziyyət 
çəkmişdir. 
F.Xoyski baş nazir olduğu ilk gündən Azərbaycan dövlə-
tinin dünya ölkələri tərəfindən tanınması  işinə var qüvvəsi ilə 
başlamışdır. Onun 1918-ci il mayın 30-da dünya ölkələrinin 
xarici işlər nazirliklərinə göndərdiyi radioteleqramda yazılırdı: 
«İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, 
Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, 
Kiyev, Xristianiya, Kopenhagen, Xarici işlər nazirinə. 
Zaqafqaziya Federativ Respublikası parçalanmış, Gür-
cüstan ondan ayrılmış, ona görə  də Azərbaycan Milli Şurası 
keçən ayın 28-də  Şərqi və  Cənubi Zaqafqaziyadan ibarət olan 
Azərbaycanın müstəqilliyini elan etmiş, Azərbaycan 
Respublikasının yarandığını 
təntənə ilə bildirmişdir. 
Yuxarıdakıları Sizə bildirməklə, zati-alinizdən bu barədə 
hökumətinizə xəbər vermənizi rica edirəm. Mənim hökumətim 
müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.  İmza. 
Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri». 
Azərbaycan Milli Şurası və F.Xoyski başda olmaqla milli 
hökumət Azərbaycan  ərazisində öz fəaliyyətini daha geniş  və 
hərtərəfli aparmaq məqsədilə Yelizavetpola (Gəncə) köçdü. 
Lakin onlar burada siyasi qüvvələrin qızğın mübarizəsi ilə 
üzləşdilər. Mayın ortalarında Yelizavetpola gəlmiş Nuru Paşa 
Milli  Şuraya və Azərbaycan hökumətinə ehtiyatla yanaşaraq 
onların nümayəndələri ilə görüşmək istəmirdi. Belə  vəziyyəti 
görən F.Xoyski 1918-ci il iyunun 17-də Milli Şuranın iclasında 
istefa bəyanatı ilə  çıxış edərək bildirdi: «Gürcüstan 
Zaqafqaziyadan ayrıldıqdan sonra bizim ölkəmiz hökumətsiz 
və hakimiyyətsiz qalmışdı. Buna görə  də biz Müvəqqəti 
hökumət təşkil etməyə  məcbur olduq. İndi biz öz 
ərazimizdəyik. Mən və  mənim yoldaşlarım bizim istefaya 
çıxmağımızı xahiş edirik. Ümid edirik ki, bizim xahişimizi 
qəbul edəcək və bizim çatışmazlıqlarımızı bağışlayacaqsınız». 
 
9


 
İclas F.Xoyski hökumətinin istefasını  qəbul etsə  də, yeni 
hökumətin təşkilini təkrarən ona tapşırdı. F.Xoyski ikinci 
hökumətdə  də Nazirlər  Şurasının baş naziri və  ədliyyə naziri 
vəzifələrini tutmuşdur. F.Xoyski Azərbaycanın müstəqilliyi və 
bir dövlət kimi inkişafı uğrunda ardıcıl mübarizə aparmağı yeni 
hökumətin  əsas vəzifəsi olaraq bəyan etmişdir. F.Xoyski 
Yelizavetpolda dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik 
və idarələrin təşkili ilə məşğul olmuşdur. 
F.Xoyskinin başçılıq etdiyi hökumət bir sıra tədbirlərə 
başladı. 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət 
etdi. Burada göstərilirdi ki, hökumətin ən yaxın vəzifəsi bütün 
dövlət müəssisələrinin, məhkəmələrin və  məktəblərin 
milliləşdirilməsidir.  İyunun 19-da bütün Azərbaycanda hərbi 
vəziyyət elan edildi. İyunun 24-də Azərbaycan dövlət bayrağı 
haqqında qərar verildi. İyunun 27-də Azərbaycan (türk) dili 
dövlət dili elan olundu. 
Bu dövrdə F.Xoyskinin başçılığı altında Azərbaycan 
hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də 
Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur. Bu 
komissiya Birinci dünya müharibəsi illərində, Bakıdakı mart 
qırğını zamanı, bütövlükdə Güney Qafqaz ərazisində türklərə 
və digər müsəlmanlara qarşı törədilmiş vəhşilikləri öyrənmək, 
bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək 
işi ilə məşğul olmalı idi. 
1918-ci il avqustun 30-da F.Xoyski hökuməti 1806-cı 
ildə çar hökuməti tərəfindən ləğv edilmiş Gəncə şəhərinin adını 
bərpa etdi. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıdı. 
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu 
tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də F.Xoyskinin 
rəhbərliyi ilə Azərbaycan hökuməti Bakıya gəldi. Hökumət ilk 
dəqiqədən Bakıda  əmin-amanlıq yaratmağa başladı. Çünki bu 
vaxt Bakı  şəhəri  əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, 
qanunsuzluqdan, milli zəmində adam öldürülməsindən böyük 
əziyyət çəkmiş  və öz şəhərində qaçqın vəziyyətə düşmüşdü. 
F.Xoyski hökuməti belə bir vəziyyəti aradan qaldırmaq və 
 
10


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə