Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   32   33   34   35   36   37   38   39   40

 
təkmilləşdirilməsi, yeni-yeni texniki avadanlıqlarla təmin 
olunması, ümumiyyətlə, respublikanın düşdüyü ağır vəziyyətdən 
çıxarması üçün dünyanın bir çox ölkələrinin müxtəlif  şirkət və 
iri sənaye müəssisələri ilə sazişlər, müqavilələr bağlanmasında 
yaxından iştirak etmişdir. 
F.Quliyev baş nazir olduğu dövrdə dünyanın bir sıra 
ölkələrinin baş nazirləri və diplomatik nümayəndələri ilə 
görüşlər keçirmişdir. O, bu görüş  və danışıqlar zamanı 
Azərbaycanın iqtisadi və siyasi vəziyyəti haqqında söhbət 
açmış, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 
işğal etməsi haqqında ətraflı məlumat vermişdir. 
1995-ci il noyabrın 12-də Azərbaycan tarixində ilk dəfə 
olaraq müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə 
çoxpartiyalı  əsasda seçkilər keçirildi. Milli Məclisə 
seçilənlərdən biri də F.Quliyev olmuşdur. 
1980-1990-cı illərdə F.Quliyev xalq təsərrüfatında  əldə 
etdiyi müvəffəqiyyətlərə görə SSRİ-nin orden və medalları ilə 
təltif olunmuş, elm və texnika sahəsində Azərbaycan SSR 
Dövlət mükafatı laureatı, Azərbaycan SSR-in əməkdar 
mühəndisi adına layiq görülmüşdür. 
 
* * * 
 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət Arxivi, f.1, siy.70, iş 152; siy.32, iş 154, 
siy.158. 
- «Azərbaycan» qəz., 1995, 3 may, №81; 1996, 19 iyul, 
№197. 
 
 
 
136


 
ARTUR TAHİR oğlu RƏSİZADƏ 
noyabr 1996 – avqust, 2003 
və noyabrdan… 
 
Azərbaycanın müasir dövr dövlət 
xadimlərindən biri A.Rəsizadədir. 
Artur Tahir oğlu Rəsizadə 1935-ci il 
fevralın 26-da Azərbaycanın qədim və 
böyük  şəhərlərindən biri olan Gəncə 
şəhərində ziyalı ailədə anadan olmuşdur. 
A.Rəsizadənin atası Tahir kənd 
təsərrüfatı mütəxəssisi kimi Lənkəranda yeni 
yaradılmaqda olan subtropik işlərinə 
rəhbərlik etmək məqsədilə  Lənkərana göndərilir. Rəsizadələr 
ailəsi 30-cu illərdə Lənkərana gəlir. Artur Lənkəran şəhər 4 saylı 
orta məktəbdə təhsil almışdır. 
A.Rəsizadə 1952-ci ildə Lənkəranda orta məktəbi, 1957-ci 
ildə isə M.Əzizbəyov adına Azərbaycan Sənaye  İnstitutunu 
bitirmiş, neft və qaz mədən maşınları  və avadanlıqları 
mühəndis-mexanik mütəxəssisi peşəsinə yiyələnmişdir. 
Gənc mühəndis A.Rəsizadə 1957-1973-cü illərdə 
Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma  İnstitutunda 
mühəndis, böyük mühəndis, baş layihə mühəndisi, laboratoriya 
müdiri,  şöbə müdiri olmuşdur. 1973-1977-ci illərdə  həmin 
institutun elmi işlər üzrə direktor müavini, İttifaqneftmaş 
Ümumittifaq Sənaye Birliyinin baş mühəndisi, 1977-1978-ci 
illərdə isə Neft Maşınqayırma  İnstitutunun direktoru 
vəzifələrində çalışmışdır. O bu vəzifələrdə Azərbaycan neft 
sənayesinin müxtəlif sahələri üçün dəzgah və avadanlıqlar 
hazırlanması işində bilik və bacarığını əsirgəməmişdir. Məhz bu 
gərgin fəaliyyəti nəticəsində A.Rəsizadənin irəli sürdüyü layihə 
1971-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 
 
137


 
Azərbaycanın rəhbəri H.Ə.Əliyevin tövsiyəsi ilə A.Rəsiza-
də 1978-1981-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi 
sədrinin birinci müavini, 1981-1986-cı illərdə Azərbaycan KP 
MK-nın maşınqayırma  şöbəsinin müdiri, 1986-1992-ci illərdə 
isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. 
Bu münasibətlə 1986-cı il yanvarın 15-də Azərbaycan SSR Ali 
Soveti rəyasət heyətinin qərarında oxuyuruq: «Artur Tahir oğlu 
Rəsizadə yoldaş Azərbaycan SSR Nazirlər Soveti sədrinin 
birinci müavini təyin edilsin». O bu vəzifələrdə də Azərbaycan 
neft maşınqayırma məsələləri ilə məşğul olmuş, bu sahənin daha 
da inkişaf edərək müasir tələbata cavab verməsinə çalışmışdır. 
A.Rəsizadə 1992-1996-cı illərdə  İqtisadi  İslahatlar 
Fondunda məsləhətçi, 1996-cı ilin əvvəllərindən Azərbaycan 
Respublikası Prezidenti H.Ə.Əliyevin köməkçisi, iyul ayından 
(2003-cü ilin avqust-noyabr ayları daxil olmamaqla) 
Azərbaycan Respublikası baş nazirinin birinci müavini, baş 
nazirin səlahiyyətlərini icra edən, 1996-cı ilin noyabrından 
Azərbaycan Respublikasının baş naziridir. 
A.Rəsizadə baş nazir kimi Azərbaycan Respublikasının 
yeni  şəraitdə – bazar iqtisadiyyatına keçid dövründə 
sənayesinin, kənd təsərrüfatının, mədəniyyətinin hərtərəfli 
inkişaf etməsi sahəsində, xarici şirkətlərin Azərbaycan 
sənayesinə  və  kənd təsərrüfatına cəlb olunması  və onlarla bir 
sıra kontraktlar bağlanmasında yaxından iştirak etmişdir. 
Bir sıra xarici ölkələrə etdiyi işgüzar səfərləri zamanı 
Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal 
olunduğu, «məzlum» pərdəsi altına girmiş Ermənistanın  əsl 
işğalçı olduğu, Azərbaycanın minlərlə mədəni-tarixi abidələrini, 
kənd və  şəhərlərini xarabalığa çevirdikləri haqqında görüşdüyü 
dövlət xadimlərinə məlumat vermişdir. 
A.Rəsizadə Azərbaycan KP qurultaylarının, MK 
plenumlarının nümayəndəsi, Azərbaycan Ali Sovetinin deputatı 
olmuşdur. 
 
138


 
 
 
* * * 
- Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai 
Hərəkatlar Dövlət arxivi, f.1, siy.65, iş 70, v.147, 149; siy.75, iş 
43, v.149, 150. 
- Azərbaycan SSR Ali Sovetinin deputatları. On birinci 
çağırış. Bakı, 1985. 
- Azərbaycanda kim kimdir. Ensiklopedik sorğu kitabı. 
Bakı, 2001. 
- «Kommunist» qəz., 1986, 15 yanvar. 
 
 
139


 
İLHAM HEYDƏR OĞLU ƏLİYEV 
avqust – noyabr 2003 
 
Azərbaycanın müasir dövr görkəmli 
siyasi, ictimai və dövlət xadimləri pleyadası 
içərisində  İlham  Əliyev xüsusi yer tutur. O, 
dünya miqyasında görkəmli və nüfuzlu 
siyasətçi, tanınmış dövlət xadimi, 
Azərbaycan Respublikasının 3-cü prezidenti 
olmuş, Azərbaycanı beynəlxalq aləmdə tanıt-
mış  və mövqelərini möhkəmləndirmiş Hey-
dər  Əlirza oğlu  Əliyevin oğludur.  İlham 
Əliyev onun zəngin siyasi, dövlətçilik məktəbindən dərs və 
tərbiyə almış bir şəxsiyyətdir. 
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı 
şəhərində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 6 saylı orta 
məktəbi müvəffəqiyyətlə bitirən  İ.Əliyev sovet dövründə  ən 
nüfuzlu ali təhsil ocaqlarından biri hesab edilən Moskva Dövlət 
Beynəlxalq Münasibətlər  İnstitutuna daxil olmuşdur. O, 
tələbəlik illərində tez bir zamanda biliyi, dünyagörüşü, bacarıq 
və qabiliyyəti ilə müəllim və  tələbələr arasında böyük nüfuz 
qazanmışdır.  İ.Əliyev 1982-ci ildə  İnstitutu bitirmiş, diplomat 
ixtisası almış və aspiranturada saxlanılmışdır. Bir neçə xarici dili 
mükəmməl öyrənmişdir. 
1982-1985-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasi-
bətlər İnstitutunun aspiranturasında oxumuş İ.Əliyev öz biliyi və 
təcrübəsini artırmaqla yanaşı, bir diplomat kimi də yetişmişdir. O, 
1985-ci ildə İnstitutun aspiranturasını bitirmiş və müvəffəqiyyətlə 
namizədlik dissertasiyasını müdafiə etmişdir. SSRİ Nazirlər 
Soveti yanında Ali Attestasiya Komissiyası həmin ildə ona tarix 
elmləri namizədi alimlik dərəcəsi vermişdir. 
İ.Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq 
Münasibətlər İnstitutunda müəllimlik etmiş, gənc müəllim, alim və 
diplomat kimi öz bilik və bacarığını tələbələrinə öyrətmişdir. 
 
140


 
Atası H.Əliyevi təqib edən sovet rəhbərliyinin göstərişi ilə 
o, müəllimlik fəaliyyətindən uzaqlaşdırılmışdır. SSRİ 
dağıldıqdan sonra 1991-1994-cü illərdə  İ.Əlyev yeni yaranmış 
biznes fəaliyyətinə keçmiş  və Moskvada fəaliyyət göstərən 
«Orient»  şirkətinin baş direktoru işləmişdir. Lakin Moskvada 
işləməyin çətinləşdiyini, H.Əliyevə qarşı ölkə  rəhbərliyi 
tərəfindən təzyiqlərin artdığını görən  İ.Əliyev atası ilə birlikdə 
doğma vətəni Azərbaycana qayıdır. 
İ.Əliyev 1994-1996-cı illərdə Azərbaycan Respublikası 
Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezi-
denti, 1996-2003-cü illərdə isə həmin şirkətin birinci vitse-prezi-
denti vəzifələrində çalışmışdır. O, bu vəzifələrdə Azərbaycan 
neft sənayesinin inkişafında mühüm rol oynayan 1994-cü il 
sentyabrın 20-də dünyanın ABŞ, Fransa, Böyük Britaniya, 
Almaniya, Türkiyə, Yaponiya, Norveç və s. kimi dövlətlərinin 
neft  şirkətləri ilə  «Əsrin müqaviləsi»nin bağlanmasına səylə 
çalışmış, fəal danışıqlar aparmışdır. O, eyni zamanda 
Azərbaycanın quru və dəniz akvatoriyasında yeni-yeni neft-qaz 
yataqlarının kəşf edilərək  istismara verilməsi, neft sənayesinin 
hərtərəfli inkişafı  və bu sahələrə xarici şirkətlərin və 
sərmayədarların cəlb olunmasına xeyli əmək sərf etmişdir. 
İ.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 
birinci vitse-prezidenti olmaqla yanaşı, bir sıra ictimai və siyasi 
vəzifələr də aparmışdır. O, 1995-2000-ci illərdə Azərbaycan Res-
publikası Milli Məclisinin deputatı olmuşdur. Bir deputat kimi öz 
seçiciləri ilə daima görüşmüş, onların arzu və diləklərinin həyata 
keçirilməsində, seçildiyi Bakının Qaradağ rayonunun sosial-iqti-
sadi, mədəni inkişafında, yeni-yeni mənzillərin tikilib seçicilərə 
və qaçqınlara verilməsi sahəsində əzmlə çalışmışdır. Deputat kimi 
seçicilərinin xüsusi hörmətini qazanmışdır. 
1997-ci ildən  İ.Əliyev Azərbaycan Milli Olimpiya 
Komitəsinin prezidenti seçilmişdir. O, bu vəzifəyə başladığı ilk 
gündən idmançılara, onların məşqçilərinə qayğı  və diqqəti 
 
141


 
artırmışdır, Bakı, Gəncə, Lənkəran, Bərdə,  Şəki və 
Azərbaycanın digər bölgələrində olimpiya kompleksləri tikilib 
istifadəyə verilmişdir. Hazırda Azərbaycanda idmanın elə bir 
sahəsi yoxdur ki, inkişaf etməmiş  və müasir avadanlıqla təmin 
edilməmiş olsun. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan 
idmançıları dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda 
qalib gəlir, dövlət bayrağını ucaldır və himnini səsləndirirlər. 
İ.Əliyevin prinsipial mövqeyi Azərbaycanda idmanın, olimpiya 
hərəkatının beynəlxalq miqyasda nüfuz qazanmasına  şərait 
yaratmışdır. Heç əbəs deyil ki, Beynəlxalq Olimpiya 
Komitəsinin prezidenti Xuan Antonio Samaranç Azərbaycan 
Milli Olimpiya Komitəsinin fəaliyyətini yüksək 
qiymətləndirərək başqa ölkələr üçün nümunə olduğunu qeyd 
etmişdir. 
İ.Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçiril-
miş I qurultayında partiya sədrinin müavinlərindən biri, 2001-ci 
ildə olmuş II qurultayında isə sədrin birinci müavini seçilmişdir. 
O, Yeni Azərbaycan Partiyasının birinci müavini kimi partiyanın 
proqram və nizamnaməsində bir sıra dəyişikliklər edilməsində, 
tərkibinin gəncləşdirilməsində, partiyaya Azərbaycan gənclərinin 
böyük bir dəstəsinin qəbul olunmasında xeyli iş görmüşdür. 
İ.Əliyev Yeni Azərbaycan Partiyasının sədridir. 
2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurası 
Parlament Assambleyasına üzv seçildi. Avropanın bu ali 
məclisində 2001-2003-cü illərdə Azərbaycan Respublikası Milli 
Məclisinin nümayəndə heyətinə  İ.Əliyev başçılıq etmişdir. 
Parlament Assambleyasında  İ.Əliyevin bilavasitə  rəhbərliyi 
altında Azərbaycan nümayəndə heyəti uğurlar  əldə etmişdir: 
əsirlərin və girovların qaytarılması, Dağlıq Qarabağ  ərazisində 
olan Azərbaycanın tarixi və  mədəni abidələrinin ermənilər 
tərəfindən dağıdılması, narkotik maddələr əkilməsi və onlardan 
əldə edilən gəlirlərin terrorizm məqsədi ilə istifadə olunması və 
s. sənədləri yaymışdır.  İ.Əliyevin təşəbbüsü ilə  AŞPA 
 
142


 
Ermənistanı  işğalçı dövlət kimi tanımış  və Dağlıq Qarabağın 
Azərbaycan torpağı olduğunu bəyan etmişdir. İ.Əliyevin AŞPA-
da apardığı  gərgin işi, yüksək intellektual səviyyəsi, siyasi 
çevikliyi və uzaqgörənliyi, qəti prinsipial mövqeyi qısa bir vaxt 
ərzində ona böyük hörmət qazandırmış, Avropa Şurası 
Parlament Assambleyası  sədrinin müavini və büro üzvü 
seçilməsinə  əsas vermişdir. O, qısa müddət  ərzində Avropa 
siyasətçiləri içərisində böyük nüfuz qazanmışdır. 
İ.Əliyev 2003-cü ilin avqust-noyabr aylarında Azərbaycan 
Respublikasının baş naziri vəzifəsində çalışmışdır. Ozünü bu 
qısa vaxt ərzində ölkənin ancaq siyasi-diplomatiya məsələlərini 
deyil, iqtisadiyyatını  və onun səmərəli inkişaf yollarını da 
dərindən bilən bir xadim kimi göstərmişdir. O, baş nazir təyin 
edildikdən sonra jurnalistlərə verdiyi müsahibədə respublikada 
qazanılmış nailiyyətlərdən və qarşıda duran problemlərdən 
danışaraq demişdir: «… Prezident Heydər Əliyevin siyasi xəttini 
davam etdirəcəyəm. Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatında 
böyük uğurlar  əldə edilib, ciddi nailiyyətlər var. Azərbaycanda 
iqtisadi islahatlar həyata keçirilir və bunun nəticəsində ölkəmiz 
əsaslı  şəkildə inkişaf edir. Hesab edirəm ki, qazandığımız 
təcrübəni və mövcud potensialı daha da genişləndirmək 
lazımdır. Hamımızın məqsədi istifadə edib Azərbaycanı 
qüdrətli, güclü dövlətə çevirməkdir. Biz buna nail oluruq və mən 
də gələcək fəaliyyətimdə bu amala xidmət edəcəyəm». 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci 
vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezi-
denti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini 
və Azərbaycan Respublikasının baş naziri kimi fəaliyyəti İlham 
Əliyevə Azərbaycan xalqı içərisində böyük hörmət və nüfuz 
qazandırmışdır. 
Məhz yuxarıda sadalanan fəaliyyətin nəticəsində  İ.Əliyev 
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasında 
keçirilən prezident seçkilərində 8 namizəd arasında böyük səs 
 
143


 
çoxluğu ilə inamlı 
qələbə qazanaraq Azərbaycan 
Respublikasının 4-cü prezidenti seçilmişdir.  İ.Əliyev atası 
H.Əliyevin qoyduğu Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl 
dövlətlər cərgəsinə çatdırmaq yolunu davam etdirir. O, 
Azərbaycan Respublikasının prezidenti kimi 2003-cü il 
oktyabrın 31-də keçirilmiş andiçmə  mərasimində, Respublika 
sarayına toplaşmış xalq nümayəndələri qarşısında çıxış edərkən 
H.Əliyevin başçılığı ilə Azərbaycanın son illərdə sənaye və kənd 
təsərrüfatı sahəsində  əldə etdiyi müvəffəqiyyətlər, siyasi 
vəziyyət, qarşıda duran vəzifələr və  gələcək inkişaf haqqında 
demişdir: «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə 
çevriləcəkdir. Neft strategiyasını davam etdirərək qısa müddət 
ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. 
Xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. 
Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. Sahibkarlığın 
inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf 
proqramı hazırlanır. Bu çoxsahəli inkişaf proqramı Azərbaycanı 
qısa müddət  ərzində  zəngin dövlətə çevirməyə imkan 
verəcəkdir». 
İ.Əliyev prezident seçilməklə Azərbaycan cəmiyyətinə yeni 
nəfəs gətirmişdir. O, Azərbaycan xalqı arasında və xalqla haki-
miyyət arasında təbii birliyi möhkəmləndirmişdir. Prezidentliyi-
nin ilk üç ili göstərdi ki, İ.Əliyevin daxili siyasəti uğurlu olmuş-
dur. O, Azərbaycan regionlarının inkişafına,  əhalinin sosial-iqti-
sadi vəziyyətinin yaxşılaşdırılmasına dair mühüm qərarlar qəbul 
etmişdir. Yeni fabrik və zavodlar, iş yerləri açılmışdır. Azərbay-
can elminə, təhsilinə  və  mədəniyyətinə olan diqqət artırılmışdır. 
İ.Əliyev sadəliyi və səmimiliyi ilə əsl xalq adamı olmuşdur. 
Onun xarici siyasət fəaliyyətinin ilk addımları  uğurlu 
olmuşdur. Azərbaycanın dövlət və milli maraqlarını  qətiyyətlə 
qoruyan  İ.Əliyev Fransa, Türkiyə, Rusiya və b. ölkələrə  rəsmi 
səfərlərində, BMT, Avropa Şurası  və b. beynəlxalq  
təşkilatlardakı nitqlərində Ermənistanın Azərbaycana 
 
144


 
təcavüzünə son qoyulmasını  tələb etmiş, dövlətimizin 
beynəlxalq mövqelərini xeyli gücləndirmişdir. Azərbaycan 
xalqını uzun illər boyu düşündürən Təbrizdə Azərbaycan 
Respublikası konsulluğunun açılması  məsələsi məhz  İ.Əliyevin 
hakimiyyətinin birinci ilində həll edilmiş və bilavasitə onun adı 
ilə bağlı olmuşdur.  İ.Əliyev Təbrizə  rəsmi səfər edən ilk 
Azərbaycan dövlət başçısıdır.  
 
* * * 
- Azərbaycanda kim kimdir. Ensiklopedik sorğu kitabı. 
Bakı, 2001. 
- «Azərbaycan» qəz., 2003-2005. 
- Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi. 10 il. 
Bakı, 2002. 
-  İlham  Əliyev bu günün və  gələcəyin uğur faktorudur. 
Bakı, 2001. 
- İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər.  
I kitab. Bakı, 1999. 
- Xudiyev N. Sabaha inamla. Bakı, 2002. 
 
 
145

Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə