Azərbaycanin baş naziRLƏRİ


NƏSİB BƏY YUSİF BƏY OĞLU YUSİFBƏYLİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   2   3   4   5   6   7   8   9   ...   40

 
NƏSİB BƏY YUSİF BƏY OĞLU YUSİFBƏYLİ 
14 aprel 1919 – 30 mart 1920 
 
Azərbaycanın görkəmli ictimai və döv-
lət xadimlərindən və Azərbaycan Xalq Cüm-
huriyyətinin yaradıcılarından biri N.Yusifbəy-
li olmuşdur. O, 1881-ci ildə Yelizavetpol 
(Gəncə)  şəhərində ziyalı bir ailədə anadan 
olmuşdur. 1902-ci ildə  şəhər klassik gimna-
ziyasını bitirən N.Yusifbəyli Odessaya gedir 
və Odessa Universitetinin hüquq fakültəsinə 
daxil olur. O, tezliklə burada azərbaycanlı 
tələbələr tərəfindən yaradılmış Azərbaycanlı  həmyerlilər 
təşkilatına daxil olur və bir müddətdən sonra təşkilatın 
rəhbərlərindən birinə çevrilir. Gənc Nəsib bəy bu təşkilat 
vasitəsi ilə Odessada genişlənməyə başlayan tələbə  hərəkatına 
qoşulur və çar hökumətinə qarşı qüvvətlənən siyasi mübarizənin 
ən fəal üzvlərindən olur. 
1905-1907-ci illər rus inqilabı dövründə siyasi 
mübarizəyə daha fəal qoşulan N.Yusifbəyli bu dövrdə Odes-
sada fəhlə və matroslar, tətil vaxtlarında Gəncədə zəhmətkeşlər 
arasında inqilabi təşviqat işi aparır. O, 1905-ci ilin axırlarında 
Yelizavetpolda Ə.Xasməmmədov və b. birlikdə çarizmin təqibi 
nəticəsində  cəmi bir həftə  fəaliyyət göstərmiş «Qeyrət» parti-
yasının təşkilatçılarından biri olmuşdur. 
İnqilabi mübarizənin getdikcə qüvvətlənməsindən və bu 
hərəkatda tələbələrin kütləvi şəkildə iştirakından qorxuya düşən 
çarizm Rusiyada fəaliyyət göstərən ali məktəbləri bağlamağa 
başlayır. 1907-ci ildə Odessa Universiteti bağlanır. Bu vaxt 
Krımın Baxçasaray şəhərinə gedən Nəsib bəy burada çap olunan 
«Tərcüman» qəzetində çalışmağa başlamışdır. O, bu qəzetin 
səhifələrində çar hökumətinin Rusiyada yaşayan xalqlara zidd 
siyasət yeritdiyini, zülm etdiyini tənqid edən ictimai-siyasi 
məqalələrlə  çıxış etmişdir. O, eyni zamanda Krım tatarlarının 
mədəni-ədəbi tədbirlərində, Azərbaycan dramaturqlarının 
 
18


 
əsərlərinin Baxçasarayda tamaşaya qoyulmasında fəal iştirak 
edir, bəzən özü də rollar oynayır. 
İnqilabi fəaliyyət üstündə çarizmin təqiblərindən yorulan 
N.Yusifbəyli təhsilini yarımçıq qoyub 1908-ci ildə Türkiyəyə 
getməyə  məcbur olur. O, bir müddət  İstanbulda yaşamış  və 
burada «Türk dərnəyi» cəmiyyətinin yaradıcılarından və  fəal 
üzvlərindən biri olmuşdur. 
1909-cu ildə  Gəncəyə qayıdan N.Yusifbəyli  şəhər 
bələdiyyəsində  işləməyə başlayır və «Mədrəseyi-ruhaniyyə» 
məktəbində  dərs deyir, Gəncədə Azərbaycan dilində olan ki-
tablardan ilk kitabxana yaradır, qəzetlərə müxtəlif səpgidə 
məqalələr yazır, «Müsəlman xeyriyyə 
cəmiyyəti», 
«Müsəlmanlar içində maarifi yayan cəmiyyət» və «Aktyorlar 
cəmiyyəti»ndə yaxından fəaliyyət göstərir və öz gizli inqilabi 
fəaliyyətini davam etdirir. O, bü dövrdə tez-tez Bakı  şəhərinə 
gedir, oradan siyasi və ictimai vəziyyətlə tanış olur, bir sıra 
qabaqcıl ziyalılarla görüşür və xalqın azadlığı  uğrunda 
mübarizə aparmaq üçün bir sıra məsləhətlər alır. 
Rusiyada baş vermiş Fevral inqilabından və çarizmin 
devrilməsindən sonra Azərbaycanın başqa görkəmli ziyalıları 
kimi N.Yusifbəyli də açıq ictimai və siyasi fəaliyyətə başlayır. 
1917-ci ilin martında onun bilavasitə başçılığı ilə  Gəncədə 
Türk  Ədəmi-Mərkəziyyət Firqəsi yaradılmış  və partiyanın 
İcraiyyə Bürosunun sədri seçilmişdir. Partiya Rusiya daxilində 
Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə apar-
mağı qarşısına məqsəd qoymuşdu. 
1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz 
müsəlmanlarının qurultayı çağırılır. Qurultayda Gəncədən 
nümayəndə olan N.Yusifbəyli iştirak etmiş,  Ə.Topçubaşov, 
N.Nərimanov, M.Rəsulzadə  və b. birlikdə qurultayın rəyasət 
heyətinə seçilmiş  və nitq söyləmişdir. O, çıxışında Türk 
Ədəmi-Mərkəziyyət Firqəsi partiyasının proqramına 
əsaslanaraq Azərbaycana Rusiyanın tərkibində muxtariyyət 
verilməsini irəli sürmüşdür. 
 
19


 
1917-ci ilin aprelində  əsas məqsədləri və Azərbaycanın 
azadlığı  uğrunda mübarizə yolu bir olan M.Rəsulzadənin 
başçılıq etdiyi Müsəlman Demokratik Müsavat Partiyası ilə 
N.Yusifbəylinin yaratdığı Türk Ədəmi-Mərkəziyyət Firqəsinin 
birləşdirilməsi haqqında razılıq  əldə edildi. 1917-ci ilin iyu-
lunda hər iki partiya birləşərək Türk Ədəmi (federalist) 
Mərkəziyyət Partiyası Müsavat adlandırıldı. Partiyanın MK-si 
başda M.Rəsulzadə olmaqla Bakıda,  şöbəsi isə başda 
N.Yusifbəyli olmaqla Gəncədə  fəaliyyət göstərməyə başladı. 
Partiyanın birləşməsi və adi 1917-ci il oktyabrın 25-29-da 
keçirilmiş Müsavat Partiyasının I qurultayında rəsmiləşdirildi. 
N.Yusifbəyli qurultay tərəfindən seçilmiş Müsavatın MK-na 
M.Rəsulzadə, M.Hacınski, R.Vəkilov, X.Rəfiyev və b. birlikdə 
daxil olmuşdur. 
1918-ci il fevralın 23-də Tiflis şəhərində Zaqafqaziyanın 
qanunverici orqanı olan Seym işə başladı. Seymdə Azərbaycan, 
Gürcüstan, Ermənistan sosial-demokratik təşkilatını  təmsil 
edən nümayəndələr iştirak edirdilər. Buraya Azərbaycandan 
Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 
30 nəfər, o cümlədən N.Yusifbəyli də seçildi. Bu partiya və 
təşkilatlardan  əlavə Müsəlman sosialist blokundan 7, İttihad-
dan 3, Hümmət partiyasından 4 nümayəndə  iştirak edirdi. 
Ümumiyyətlə, Zaqafqaziya Seymində 44 Azərbaycan 
nümayəndəsi təmsil olunmuşdu. Eyni zamanda Seymin Müsəl-
man fraksiyası da fəaliyyət göstərirdi. N.Yusifbəyli onun da 
üzvü olmuşdur. N.Yusifbəyli Zaqafqaziya Seyminin və Müsəl-
man fraksiyasının iclasında iştirak etmiş, müxtəlif komissiya-
larına seçilmiş və çıxış etmişdir. O, çıxışlarında Zaqafqaziyada 
milli qırğının aradan qaldırılmasını, Türkiyə ilə danışıqlara 
başlanmasını, Batum şəhərinin müdafiə olunmasını irəli sür-
müşdür. 
1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin geniş 
iclasında gərgin müzakirələrindən sonra Rusiya Müvəqqəti 
hökumətinə tabe olan Zaqafqaziya hökuməti istefa verdi və 
müstəqil Zaqafqaziya Demokratik Federativ Respublika 
 
20


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə