Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   2   3   4   5   6   7   8   9   10   ...   40

 
yaradılması haqqında qərar qəbul olundu. Seym aprelin 26-da 
A.Çxenkelinin sədrliyi altında Zaqafqaziya federasiyasının 
yeni hökumətinin tərkibini təsdiqlədi. Bu yeni təşkil olunmuş 
hökumətdə N.Yusifbəyli xalq maarif naziri vəzifəsini tutdu. 
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu 
iclası çağırıldı. Seym buraxıldı  və Gürcüstan müstəqil respub-
lika elan edildi. Bununla əlaqədar olaraq mayın 27-də F.Xoyski-
nin başçılığı ilə Seymin Müsəlman fraksiyasının fövqəladə iclası 
keçirildi. Bu iclasda M.Rəsulzadənin sədrliyi altında Müvəqqəti 
Milli  Şura yaradıldı.  İclasda fəal iştirak edən N.Yusifbəyli 
Müvəqqəti Milli Şuranın rəyasət heyətinə üzv seçildi. 
Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-də 
keçirilmiş iclasında Azərbaycanın müstəqilliyini təsdiq edən 
«Azərbaycanın istiqlaliyyəti haqqında Akt» qəbul olundu. 
İstiqlal bəyannaməsini imzalayan 24 nəfərdən biri də  Nəsib 
bəy Yusifbəyli idi. Həmin iclasda Milli Şura F.Xoyskiyə 
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil etməyi tap-
şırdı. Bir saatdan sonra F.Xoyski Milli Şuranın iclasına yeni 
hökumətin tərkibini təqdim etmişdi. N.Yusifbəyli ilk 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibinə maliyyə 
və xalq maarif naziri kimi daxil olmuşdur. 
N.Yusifbəyli 1918-ci ilin mayından – 1919-cu ilin apre-
lin ortalarına kimi əsasən AXC-nin xalq maarif naziri 
vəzifəsini daşımışdır. O, ilk gündən bir xalq maarif naziri kimi 
Azərbaycanda maarif sisteminin qaydaya salınması, 
məktəblərin bərpa olunması, bütün ibtidai məktəblərdə 
dərslərin ana dilində aparılması, 1919-cu il 7 sentyabr tarixli 
qərarı ilə azərbaycanlı  uşaqlara ancaq milli əlifba ilə  dərs 
keçilməsi, tədris müəssisələrinə qəbul zamanı azərbaycanlılara 
bəzi güzəştlər verilməsi, Zaqatala, Göyçay, Şuşa və b. 
qəzalarda yeni məktəblər açılması, 1919-cu ilin sentyabrında 
Bakıda kişi seminariyasının və Bakı Dövlət Universitetinin 
təşkil olunması  və s. mədəni tədbirlərin həyata keçilməsində 
xeyli əmək sərf etmişdir. 
 
21


 
1918-ci ilin noyabr ayında türk qoşunları Azərbaycandan 
çıxarıldı. Onları ingilislər  əvəz etməli idi. Bu zaman 
Azərbaycan hökuməti Ənzəlidə olan ingilis komandanı general 
Tomsonla danışıq aparmaq üçün göndərdiyi nümayəndələrdən 
biri N.Yusifbəyli olmuşdur. 
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti 
fəaliyyətə başladı. Parlamentdə 120 deputat iştirak edirdi. 
Onlardan biri də Müsavat Partiyasının rəhbərlərindən, AXC-
nin ilk maarif naziri N.Yusifbəyli olmuşdur. 
1919-cu il martın 12-də Azərbaycan parlamenti binasının 
qarşıında Rusiya Fevral inqilabının ildönümünə  həsr edilmiş 
Bakı zəhmətkeşlərinin təntənəli mitinqi keçirildi. Fevral inqilab-
ının qələbəsinin və çarizmin devrilməsinin əhəmiyyəti haqqında 
zəhmətkeşlər qarşısında H.Ağayev, R.Vəkilov, M.Rəsulzadə, 
Ə.Qarayev və b. yanaşı N.Yusifbəyli də çıxış etmişdir. 
1919-cu il aprelin 14-də Azərbaycan Parlamenti 29-cu 
səhər iclasında bütün fraksiyalar tərəfindən («İttihad»dan başqa) 
müdafiə olunan Müsavat Partyasının liderlərindən biri N.Yusif-
bəylinin sədrliyi altında AXC-nin IV  hökumət kabinetini təsdiq 
etdi. Axşam iclasında AXC yeni baş naziri N.Yusifbyəli çıxış 
edərək onun başçılıq etdiyi kabinetin qarşısında duran 
vəzifələrdən: Azərbaycan  ərazisinin bütövlüyünü qorumaqdan, 
qonşularla sülh şəraitində yaşamaqdan, milli düşmənçiliyi 
aradan qaldırmaqdan, kəndli və  fəhlə  məsələlərinin müsbət 
həllindən, torpaq islahatı keçirməkdən, xalq maarifinin, neft 
sənayesinin inkişafından, orduya qayğı  və diqqəti artırmaqdan 
və s. məsələlərdən danışmışdır. 
1919-cu il mayın 6-13-də Bakı Fəhlə Konfransının təşəb-
büsü ilə Bakıda tətil baş verdi. Azərbaycanlı  fəhlələrin tətilin 
hökumət  əleyhinə  və siyasi tətilə çevrilməsinə qarşı çox fəal 
çıxış etmələri nəticəsində  tətil məğlubiyyətə  uğradı. Bununla 
əlaqədar Azərbaycan parlamentində məsələ müzakirə olunmuş 
və bu zaman çıxış etmiş N.Yusifbəyli bildirmişdir ki, tətil 
iqtisadi xarakter daşısa da o, əsl siyasi tətildir. Onlar bütün 
 
22


 
keçmiş Rusiyada sovet hakimiyyətini qurmaq istəyirlər, o, 
cümlədən Azərbaycanda. Bizdə faktlar var ki, fəhlə konfransı-
nın rəhbərləri Rusiya deputatlar sovetinin göstərişi və planı ilə 
hərəkat edirlər. Hökumətin gördüyü tədbirlər nəticəsində 
dəmiryolu, poçt, teleqraf işləmiş, tezliklə bu cinayətkar tətil 
ləğv olunacaqdır. 
«Vahid və bölünməz Rusiya» ideyasında olan çar gener-
alı A.Denikin cənuba doğru irəliləyərək Dərbəndi işğal etdi. 
Bu, Azərbaycanın müstəqilliyini böyük təhlükə altına alırdı. 
Belə bir vəziyyətin yaranması AXC hökumətini müəyyən 
tədbirlər görməyi tələb edirdi. 1919-cu il mayın 26-da 
Azərbaycan parlamentinin 41-ci fövqəladə iclasında bu məsələ 
geniş müzakirə olundu. İclasda çıxış edən N.Yusifbəyli ölkənin 
təhlükəsizliyi ilə  əlaqədar tədbirlər görüldüyünü, A.Denikin 
nümayəndələri ilə danışıqlar aparıldığı haqqında məlumat 
verərək demişdir ki, mən generala dedim ki, biz vədlərdən 
doymuşuq, indi bir nəfər kimi öz hüquq və müstəqilliyimizi 
müdafiə edəcək və dünyada heç bir qüvvə bizə mane ola bil-
məz. Azərbaycan parlamenti hökumətin bütün tədbirlərini bə-
yəndi, respublikanın müstəqilliyinin və  ərazisinin qorun-
masında ona hərtərəfli yardım edəcəyini bildirdi. Bu məqsədilə 
1919-cu il iyunun 9-da Azərbaycan hökuməti ölkənin 
müdafiəsini təşkil edəcək 5 nəfərdən ibarət Dövlət Müdafiə 
Komitəsi yaradılması haqqında qərar qəbul etdi. Qərarda dey-
ilir: 
«1. Dövlətin müdafiəsi üçün yaradılan xüsusi orqan – 
Dövlət Müdafiə Komitəsi adlansın. 
2. Dövlət Müdafiə Komitəsi 5 nəfər üzvdən ibarət 
müəyyən edilsin. Komitəyə – Nazirlər  Şurasının sədri, hərbi 
nazir, yollar naziri, xarici işlər naziri, ədliyyə naziri daxil 
edilsin». 
1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsinin 
sədri N.Yusifbəylinin imzası ilə Azərbaycan Xalq 
Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan edildi.  
 
23


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə