Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 
1919-cu il dekabrın 2-11-də Bakıda Türk Ədəmi (federal-
ist) Mərkəziyyət Partiyası Müsavatın II qurultayı çağırıldı. 
Qurultayı giriş sözü ilə M.Rəsulzadə açdı. N.Yusifbəyli qurul-
tayın rəyasət heyətinə seçilmiş  və  təbrik nitqi söyləmişdir. O, 
nitqinin axırında qeyd etmişdir ki, biz Qafqaz müsəlmanlarının I 
qurultayında Azərbaycanın muxtariyyəti haqqında açıq danışıq-
dan qorxurduqsa, indi Azərbaycanı bütün dünya tanıyır və biz 
qurultayı hökumət adından təbrik edirik. N.Yusifbəyli qurultay 
tərəfindən M.Rəsulzadə, M.Cəfərov, M.Hacınski və b. birlikdə 
Müsavat Partiyasının siyasi komissiyasına seçilmişdir. 
1920-ci il yanvarın 11-də Azərbaycan tarixində böyük bir 
hadisə baş verdi. Paris sülh konfransında Ali Şura və müttəfiq 
dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Bu mü-
nasibətlə yanvarın 14-də Azərbaycanda bayram şənlikləri: Bakıda 
mitinq və nümayişlər, ordunun hərbi paradı, parlamentdə təntənəli 
iclas və s. keçirildi. Həmin gün respublika mətbuatında baş nazir 
N.Yusifbəylinin «Azərbaycan vətəndaşlarına» müraciəti dərc 
olunmuşdur. Müraciətdə deyilirdi: «Vətəndaşlar. 1918-ci sənənin 
mayıs ayının 28-də Azərbaycan millətinin  əzmü qərarı ilə 
müstəqil elan edildi. Şiddətli hadisələr və  fəlakətlər içərisində 
Cümhuriyyət doğmuşdu… Müstəqil həyata və  kəndisini idarəyə 
müqtədir olduğunu göstərən millət kəndi iradəsilə hürr və demok-
ratik yeni Azərbaycan Cümhuriyyətin təsis və davamına təntənəli 
surətdə müvəffəq oldu. Azərbaycanın istiqlaliyyəti haqqında 
böyük müttəfiqlər Şuraya Alisi tərəfindən müttəhimən rəy qəbul 
edilmişdir. Azərbaycan bütün hüquqa malik olaraq Qərbin pişrov 
millətləri ailəsinə daxil olması onun tarixində ən işıqlı bir gündür. 
Bu gündən etibarən ruhən və  mənən tərəqqi edərək millətin 
müvvəyi-mənəviyyəsi gün-gündən nəşvünüma edəcəyinə  şübhə 
yoxdur… 
Yaşasın müstəqil Azərbaycan xalqı». 
N.Yusifbəyli 1919-cu ilin aprelindən – 1920-ci ilin 
aprelinə  qədər Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri 
olmuşdur. Bu dövr onun siyasi və dövlət xadimi kimi 
 
24


 
fəaliyyətinin  ən gərgin və yüksələn dövrü olmuşdur. 
N.Yusifbəylinin başçılıq etdiyi hökumət Azərbaycanın hərtərəfli 
– ictimai-siyasi, iqtsiadi, mədəni inkişaf etməsi üçün bir sıra 
tədbirlər həyata keçirmişdir: «Azərbaycan Cümhuriyyəti 
əhalisinin torpaq təminatı haqqında», «Xüsusi sahibkar 
meşələrin dövlət mülkiyyətinə çevrilməsi haqqında» qanun 
layihələri hazırlanmış, Dövlət bankının yaradılması, 
Azərbaycan-Gürcüstan arasında hərbi-müdafiə sazişinin 
bağlanması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin 
imzalanması,  İranla Azərbaycan arasında beynəlxalq hüquqi 
münasibətlərin nizama salınması haqqında müqavilənin 
imzalanması və s. 
1919-cu il dekabr ayının sonlarından – 1920-ci ilin mart 
ayının axırlarınadək Azərbaycan parlamentinə daxil olmuş 
müsəlman partiyaları arasındakı münasibətlər, Qafqazda 
ermənilərin dövlət  əleyhinə qaldırdıqları üsyan və  şimaldan 
sovet Rusiyası qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaş-
ması ölkədə siyasi və iqtisadi böhranı  dərinləşdirirdi. 
Parlamentdə bu vəziyyətdən çıxmağı bacarmayan hökumət 
tənqid olundu və istefası  tələb edildi. 1920-ci il martın 30-da 
N.Yusifbəylinin başçılıq etdiyi Azərbaycan hökuməti istefa 
verdi. 
1920-ci il aprelin 27-də Bakı XI ordu tərəfindən işğal ol-
unduqdan və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən 
sonra may ayının əvvəllərində Tiflisə getməyə çalışan N.Yusif-
bəyli Yevlaxın Qorxun kəndində dostunun evində qonaq 
qalmışdır. Dostu onun əlindəki çamadanının qızılla dolu 
olduğunu zənn edib N.Yusifbəylini öldürmüş və boğazına daş 
bağlayıb Kür çayına atmışdır. 
* * * 
 
- Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 
q., Baku, 1920. 
 
25


 
- Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920). Vneşnəə politika (Dokumentı i materialı). Bakı, 1998. 
- Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998. 
- Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920). Parlament (Stenoqrafiçeskie otçetı), Baku, 1998. 
- «Azərbaycan» qəz., 1919, 4 dekabr, №263. 
- «Azərbaycan» qəz., 2003, 1 iyun, №123. 
- Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti, 1918-1920. Bakı, 1990. 
- Balaev A. Azerbaydjanskoe naüionalğno-demokrati-
çeskoe dvijenie, 1917-1920 qq. Baku, 1990. 
- «Kaspiy» qəz., 1917, 16 aprel, №84, 18 aprel, №85. 
-  İbrahimov Z. Sosialist inqilabı  uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi, Bakı, 1957. 
- «Odlar yurdu» qəz., 1992, 13 noyabr, №30-31. 
- Quliev Dj.B. Borğba Kommunistiçeskoy Partii za osu-
hestvlenii leninskoy naüionalğnoy politiki v Azerbaydjane, 
Baku, 1973. 
- Quseynov M.D. Törkskaə demokratiçeskaə partiə fede-
ralistov «Musavat» v proşlom i nastoəhem. Tiflis, 1927. 
- Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası 
(məqalələr və sənədlər). Bakı, 1990. 
- Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990. 
- Zakavkazskiy seym. Stenoqrafiçeskiy otçet. I sessiə, Ti-
flis, 1918. 
 
26


 
NƏRİMAN KƏRBƏLAYİ NƏCƏF OĞLU NƏRİMANOV 
28 aprel 1920 – 12 mart 1922 
 
Azərbaycanın görkəmli dövlət və icti-
mai xadimlərindən, Azərbaycan xalqının 
azadlığı və müstəqilliyi uğrunda yorulmadan 
mübarizə aparanlardan biri Nəriman 
Kərbəlayi Nəcəf oğlu Nərimanov olmuşdur. 
N.Nərimanov Azərbaycanın siyasi mü-
barizə meydanına müəllim, publisist, yazıçı-
dramaturq və həkim kimi daxil olmuş, sonra-
lar isə  təkcə Qafqazda, sovet Rusiyasında 
deyil, Şərqdə görkəmli siyasi və dövlət xadiminə çevrilmişdir. 
N.Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində 
anadan olmuşdur. O, 1885-ci ildə Tiflis müsəlman ruhani 
məktəbini bitirdikdən sonra Qori şəhərindəki Zaqafqaziya 
müəllimlər seminariyasına daxil olmuşdur. O burada həvəslə 
elmə can atmış və onun bütün sahələrini öyrənməyə çalışmışdır. 
Seminariyada ədəbi fəaliyyətə başlamış, Azərbaycan, rus, dünya 
ədəbiyyatı klassikləri ilə tanış olmuşdur. 
O, eyni zamanda Azərbaycan xalqının maariflənməsi, elm 
və  mədəniyyətə yiyələnməsi uğrunda necə mübarizə aparmaq 
haqqında düşünürdü. 
1890-cı ilin iyununda Zaqafqaziya müəllimlər seminari-
yasını müvəffəqiyyətlə bitirən N.Nərimanov Tiflis quberniyası-
nın Borçalı  qəzasının Qızıl Hacılı  kəndinə müəllim vəzifəsinə 
təyin edilmişdir. Şəhər həyatından kənd həyatına düşən N.Nəri-
manov ilk dəfə olaraq burada kəndlilərin ağır, dözülməz həyatı 
ilə tanış olmuş, kənddə hökm sürən cəhalət və avamlıqla üz-üzə 
gəlmiş, kəndlilərin gözünü açmaq, məktəb və maarif yolu ilə 
onları istismardan, avamlıqdan qurtarmaq üçün onlar arasında 
mədəni-maarifçilik işi aparmışdır. O, bu kənddə ilk bədii  əsəri 
olan «Nadanlığ»ı yazmışdır. 
N.Nərimanov 1891-ci ildə Bakıya gəlmişdir. O, burada 
müəllimlik-maarifçilik işini davam etdirmişdir. Bakıda  şəxsi 
gimnaziyada Azərbaycan və rus dilləri müəllimi işləmişdir. 
 
27


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə