Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 
N.Nərimanov Azərbaycanın qabaqcıl ziyalılarının köməyi 
ilə 1894-cü ildə Bakıda  Şərqdə ilk ictimai xalq kitabxanası – 
oxu zalı açmışdır. Onun yorulmaq bilmədən mədəni-maarifçilik 
fəaliyyəti nəticəsində kitabxana – Oxu zalı  təkcə Bakı deyil, 
bütün Qafqaz ziyalılarının, mədəniyyət xadimlərinin, 
zəhmətkeşlərinin mədəniyyət mərkəzinə çevrilmişdir. Kitabx-
anada N.Nərimanovun rəhbərliyi altında əhali arasında aparılan 
mədəni iş  məsələlərini müzakirə edən iclaslar çağırılmış, yeni 
əsərlər müzakirə olunmuş  və yoxsul tələbələrə köməklik üçün 
tamaşalar göstərilmişdir. 
1895-1901-ci illərdə N.Nərimanov Bakıda müəllimlik 
etməklə yanaşı geniş bədii və ictimai-siyasi fəaliyyətə başlamış-
dır. O, bu dövrdə «Dilin bəlası» («Şamdan bəy»), «Bahadur və 
Sona», «Nadir şah» əsərlərini yazmış, tərcümələr etmiş, bir sıra 
məqalələrlə, məruzə və mühazirələrlə çıxış etmişdir. 
Oxumağa, elmə  gənc yaşlarından həvəsi olan və daima 
ona can atan N.Nərimanov ali savad almaq üçün bir sıra 
çətinliklərlə üzləşmişdir. Gimnaziya müəllimi olmasına baxma-
yaraq, ali məktəbə girmək üçün attestat lazım idi. Buna görə də 
o, 1902-ci ildə Bakı kişi gimnaziyasında eksterni qaydası ilə 
imtahan verib kamal attestatı almış, Odessa şəhərinə gedib 
oradakı Novorossiyski Universitetinin tibb fakültəsinə daxil 
olmuşdur. 
1902-1908-ci illər N.Nərimanovun tələbəlik illəridir. 
Tezliklə Novorossiyski Universitetinin qabaqcıl müəllim və 
tələbələrin böyük hörmətini qazanan N.Nərimanov inqilabçı 
tələbələrə yaxınlaşmış, bu dövrdə qüvvətlənən tələbə  çıxış-
larında fəal iştirak etmiş  və  şəhərin liman fəhlələri arasında 
inqilabi iş aparmışdır. Onun tələbəlik illəri Rusiyada inqilabi 
mübarizənin gücləndiyi bir dövrə düşmüşdür. Bu dövrdə o, istər 
Odessada, istərsə də tətillər vaxtı Bakıya gəldiyi zaman fəhlələr 
arasında inqilabi-təbliğati iş aparmış, tələbələrin mitinq və çıxış-
larında nitq söyləmiş, 1905-ci ildə Bakıda Hümmət sosial-
 
28


 
demokratik partiyasına daxil olmuş,  İran sosial-demokratik 
partiyası Mücahidin yaradılmasında iştirak etmişdir. 
1906-cı ildə N.Nərimanov RSDFP proqramını Azərbaycan 
dilinə  tərcümə etmişdir. Azərbaycan müəllimlərinin I qurultay-
ında onun sədrlərindən biri seçilmiş və çıxış edərək müəllimləri 
xalqın azadlığı  uğrunda mübarizəyə, məktəblərdə Azərbaycan 
dilində dərslər keçməyə və məktəb islahatı aparmağa çağırmış-
dır. 
N.Nərimanov 1906-1908-ci illərdə öz inqilabi 
mübarizəsini «Kaspi», «İrşad», «Həyat», «Təkamül» 
qəzetlərində, siyasi-ictimai və  mədəni səpgidə yazdığı onlarla 
məqalələri vasitəsilə aparmışdır. 
1908-ci ildə Universitetin tibb fakültəsini müvəffəqiyyətlə 
bitirən N.Nərimanov Bakıya gələrək  şəhər xəstəxanasında 
həkim işləməyə başlamışdır. O, tezliklə  zəhmətkeş xalq 
içərisində «bizim doktor» kimi məşhurlaşır. O, Bakıya gəldiyi 
ilk gündən gərgin  ədəbi, ictimai və maarifçilik fəaliyyətinə 
başlayır. Lakin Nərimanov Bakıda çox qala bilməmişdir. Siyasi 
fəaliyyətinə görə o, polis təqiblərinə  məruz qalmışdır. 1909-cu 
ilin yanvarında Tiflis şəhərinə gedərək müalicəxanaların birində 
işə düzəlmişdir. Tiflisdə az keçməmiş onun evində polis 
tərəfindən axtarış aparılır. Polis burada çarizmin əleyhinə in-
qilabi sənədləri,  İran Mücahid Partiyası MK-nın məktubunu, 
1905-ci ildə Odessada tələbə  çıxışları zamanı yazdığı respub-
likanın monarxiyadan üstünlüyü barədə referatının  əlyazmasını 
və s. tapmış və N.Nərimanovu həbs edib Metex qalasına salmış-
dır. 7 ay həbsdə saxlanılan N.Nərimanov 2 il müddətinə 
Həştərxan şəhərinə sürgün edilmişdir. 
1909-1913-cü illərdə N.Nərimanov Həştərxanda «Rusiya» 
sığorta cəmiyyətində həkim işləməklə yanaşı fəal ədəbi və siyasi 
fəaliyyətini davam etdirmişdir. O bu dövrdə  «Şureyi-İslam» 
cəmiyyətinin üzvü seçilmiş, Həştərxan quberniyası həkimlərinin 
II qurultayında iştirak və  çıxış etmiş, Həştərxan xalq 
universitetləri cəmiyyətinin əvvəlcə sədrinin müavini, sonra isə 
sədri olmuş, 4 il müddətinə Həştərxan Şəhər Dumasına seçilmiş 
 
29


 
və Dümanın məktəb komissiyasının üzvü təyin edilmişdir. 
Həştərxan müsəlmanlarını «Ağ gül» xeyriyyə bayramında işti-
rak etmələrinin təşkilatçısı olmuşdur. Eyni zamanda 
N.Nərimanovun burada «Qadın məcəlləsi», «Səhiyyə və islam» 
kitabları, «Burxani-tərəqqi», «Kavkaz», «Prikaspiyskiy kray», 
«Astraxanskiy kray», «Kaspiy» qəzetlərində müxtəlif səpgidə 
məqalələri çap olunmuşdur. 
Sürgün vaxtı qurtaran N.Nərimanov 1913-cü il iyulun 15-
də Bakıya qayıtmışdır. O, Bakının müxtəlif müalicəxanalarında 
həkim,  şöbə müdiri, müdir vəzifələrində çalışmışdır. Eyni 
zamanda ədəbi və ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. 
«Nicat» mədəni-maarif cəmiyyətinin pedaqoji şöbəsinin sədri 
seçilmiş, «Qənaət» kooperativinin təşkilində  iştirak etmiş  və I 
qurultayında onun sədri seçilmiş, «Xalq evi» beynəlmiləlçi 
mədəni-maarif cəmiyyətinin idarə heyətinin tərkibinə seçilmiş-
dir. O, eyni zamanda «Bakineç», «İqbal», «Yeni İqbal» və s. 
qəzetlərdə məqalələrlə çıxış etmiş, səhiyyənin müxtəlif sahələri 
üzrə  və inqilabi mübarizənin genişləndiyi bir vaxtda əhali qar-
şısında çıxışlar etmişdir. 
1917-ci ilin fevralında Rusiyada inqilabın qələbə çalması, 
çar monarxiyasının devrilməsi bədii əsərləri, məqalələri, ictimai 
və siyasi fəaliyyəti ilə daima xalq kütlələrini azadlıq uğrunda 
mübarizəyə çağıran N.Nərimanovu daha geniş  və açıq siyasi 
mübarizə aparmağa ruhlandırmışdır. O, Hümmət təşkilatının 
təcili konfransında Müvəqqəti Komitənin sədri seçilmişdir. 
1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz 
müsəlmanlarının qurultayı keçirilmişdir. N.Nərimanov Hümmət 
komitəsinin tapşırığı ilə qurultayda iştirak etmiş, Ə.Topçubaşov, 
M.Rəsulzadə, M.Hacınski və b. ilə birlikdə qurultayın rəyasət 
heyətinə seçilmiş, nitq söyləmişdir. O, çıxışında Azərbaycan 
fəhlə  və  kəndlilərinə, ümumiyyətlə, bütün Cənubi Qafqaz 
müsəlmanlarına müraciət edərək demişdir: «Siz rus inqilabının 
xarakterini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya 
imperialist müharibəsindən sonra Rusiyada qələbə çalmış in-
qilab bütün dünyada inqilabın başlanğıcıdar. Hərgah siz bu 
 
30


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə