Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə111/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   104   105   106   107   108   109   110   111   112

239 
 
Türkiyəyə  gəlib,  burda  özünün  müalicəxanasını  açıb.  Pis  də  dolanmayıb.  Elə  bu 
zaman Həmid bəyin qızı Narınc xanım girir içəri. Bizimlə səmimi görüşür. Şəfiqə 
xanım  deyir  ki,  qızım  Azərbaycanla  çox  maraqlanır.  Sonra  Şəfiqə  xanım  bizə  ev 
albomunu  göstərdi.  Məmməd  Əmin  Rəsulzadə  ilə  Həmid  bəyin  ailəsinin  birgə 
şəklini  göstərir.  Həmid  Ataman,  Şəfiqə  xanım,  Məmməd  Əmin  Rəsulzadə  və 
balaca  Narıncın  birgə  şəklində  qəfildən  bir  şey  aşkarlayıram:  Leyla  xanım 
gülümsünən  halda  balaca  Narıncı  qucağına  götürüb.  Məmməd  Əmin  Rəsulzadə 
kədərli bir halda sanki həsrət və ağrı içində Narınca baxır. Düşünürəm ki, bu övlad 
ağrısıdır, övlad acısıdır ki, onu belə hala salıb. Yəqin Məmməd Əmin Rəsulzadə bu 
xoşbəxt körpəyə baxanda dustaqlıqda qalan, əzab çəkən istəkli balalarını düşünüb. 
Axı  onun  da  qəlbi  doğma  övladını  belə  mehribanlıqla  bağrına  basmaq,  oxşamaq 
istəyirdi. Amma iblisanə qatillər onu bu yaşamaq haqqından məhrum etmişdilər. 
Şəfiqə xanım deyir: 
 - Məmməd Əmin Rəsulzadə 1948-ci ildə Ankaraya gələndən sonra Həmid 
Atamanla  tez-tez  görüşürdülər. O zaman hələ Dərnək qurulmamışdı. Ona görə də 
toplantılarının söhbətlərini tez-tez bizim evdə edərdilər. Həmid bəylə çox mehriban 
və  səmimi  idilər.  Hərdən  Leyla  xanımla  bizə  qonaq  gələrdilər.  Emin  bəy  çox 
səmimi insan idi. Onun ölümü Həmid bəyə çox pis təsir etmişdi. Həmid bəy ölənə 
kimi hər il onun məzarı üstə gedib xatirəsini yad edərdi... 
Bu gün Ankaradan İstanbula gedirəm:    Avtobusun vaxtına var hələ. Onun 
bir  zamanlar  yaşadığı  evə  bir  də  baxmaq  istəyirəm.  Həmin  yeri  Heydər  Atak 
göstərib.  Kənardan  dayanıb  baxmışıq.  Amma  indi  tək-tənha  o  yerə  üz  tuturam. 
Otuz beş il əvvəl o burada—Sakariyyə caddəsində yaşayıb. Evini çoxdan söküblər. 
İndi o  evin  yerində  hündür bina  ucaldıblar. Binanın dörd  yanını gəzib dolaşıram. 
Yoldan ötüb keçən adamlardan təəccüblə mənə baxanlar da olur. Yəqin düşünürlər 
ki, görən nəyinisə itirib orda. Amma mən itik axtarmıram. İstəyirəm ki, onun hələ 
də  nəfəsini  yaşadan  torpağa  ayaq  basım.  Ömrünün  neçə  ilini  yaşadığı  bu  yeri 
ziyarət  edim.  Fikirli  halda  Sakariyyə  caddəsini  gəzib  dolaşıram.  Sakariyyə 
caddəsində  ömrünün  son  illərini  yaşayıb.  Xalqımızı  istiqlaliyyətə  çağıran  qəlbi 
burda  alovlanıb  yanar  məşələ  dönüb.  Sakariyyə  caddəsini  dolaşıram.  Sakariyyə 
caddəsi  bu  neçə  gündə  gəzib  dolaşdığım  Ankarada  mənə  ən  doğma  bir  yer  kimi 
görünür. 
Məndən  az  aralıda,  kiçik  asfalt  düzənlikdə  Sakariyyə  caddəsinin  balaca 
uşaqları  top-top  oynayır.  Onlar  da  hərdən  təəccüblə  mənə  baxır,  yəqin  ki, 
yaşadıqları  bu  yerdə  qərib  qonağın  kimi  gözlədiyini  düşünürlər.  Arada  top 
əllərindən çıxıb mənə sarı diyirlənir. Topu götürüb xoşbəxt türk övladına verirəm. 
Gülümsünüb təşəkkürümü bildirir. Sonra yenə dostları ilə oynamağa qaçır. 
Sakariyyə caddəsini dolaşıram. Sakariyyə caddəsi indi doğma ana torpağım 
kimi məni özünə bağlayıb. 
Amma bir azdan ayrılıb getməliyəm... 


240 
 
Vağzala gəlirəm, gecə saat on birdir. Yarım saatdan sonra avtobus İstanbula 
gedəcək.  «Artvin»  şirkətinə  məxsus  avtobus  on  ikinin  yarısında  Ankaradan  yola 
düşür. Nədənsə qəribə hal keçirirəm, Ankaradan heç getmək istəmirəm. Mənə elə 
gəlir ki, böyük xəyanət edirəm, o məzarı tək-tənha qoyub gedirəm. İçərimdə qəribə 
hisslər  dolaşır.  Son  dəfə  avtobusun  şüşəsindən  şəhərə  baxıram.  Sayrışan  işıqlar 
getdikcə  azalır.  Şəhərin  işıqları  yavaş-yavaş  qaranlıqda  əriyib  görünməz  olur. 
Sonuncu işıq da gözdən itəndə bərk darıxmağa başlayıram və qəmli halda o soyuq 
məzarıstanlıqda qalan qərib məzarı düşünürəm. 
Avtobus dərdlərimdən xəbərsiz halda, heç nə olmamış kimi, irəli şütüyür. 
Yenə  İstanbuldayam.  Yusif  Gədikli  ilə  İstanbulun  məşhur  «Qapalı  çarşı» 
bazarına  gedirik.  Orda  bizi  Həsən  İsmayıllı  gözləyir.  Həsən  bəylə  çoxdan 
görüşmək  istəyirdik.  Amma  Polşaya  getdiyindən  görüşə  bilməmişdik.  Oğlu 
Muradla  artıq  görüşüb  tanış  olmuşuq.  Murad  «Qapalı  çarşı»nın  hörmətli 
zərgərlərindəndir. Satış dükanında da ilk diqqətimi cəlb edən üç rəngli bayrağımız, 
bir  də  onun  altında  yazılan:  «Bir  dəfə  yüksələn  bayraq  bir  daha  enməz»  sözləri 
olmuşdu.  Əsilləri  Azərbaycandan,  Cəbrayıl  rayonundandır,  İstanbulda  doğulub 
boya başa çatan bu cavan oğlan Azərbaycanla, Məmməd Əmin Rəsulzadə ilə çox 
maraqlanır. Bu da təsadüfi deyil. Axı atası bir çox illər Məmməd Əmin Rəsulzadə 
ilə yaxınlıq edib. 
..Elə ilk görüşümüzdən Həsən bəyin səmimi, mehriban insan olduğunu hiss 
edirəm. Qonşu dükanda bizə yer boşaldılıb. Oraya keçib söhbətə başlayırıq. 
Həsən İsmayıllı: 
—Məmməd  Əmin  Rəsulzadə  ilə  ilk  tanışlığım  1948-ci  ilin  yanvar  ayında 
oldu.  Türkiyəyə  yenicə  gəlmişdik.  15  günə  kimi  qarantində  qaldıq.  Soruşub 
öyrənirdilər  ki,  kim  nə  sənəti  bacarır.  Belə  bir  vaxtda  eşitdim  ki,  İstanbuldakı 
«Park»  otelində  azərbaycanlılar  bir  gecə  keçirir.  Bir  neçə  həmyerlimizlə  oraya 
getdik.  Qapıda  dayanan  bir  azərbaycanlı  üzünü  bizə  tutub  dedi:—Keçin,  keçin 
içəri,  indi  sizi  Azərbaycan  allahı,  peyğəmbəri  olan  bir  adamla—Məmməd  Əmin 
Rəsulzadə ilə tanış edəcəyik. 
Elə  bu  vaxt  həmyerlimizin  arxasında  dayanan  ucaboylu,  səliqəli  geyinmiş 
bir  adam  etirazla  bildirdi:  yox,  yox,  mən  Azərbaycanın  nə  allahıyam,  nə  də 
peyğəmbəri. Sizin qardaşlarınızdan biri olan Məmməd Əmin Rəsulzadəyəm. 
Emin  bəylə  ilk  tanışlığımız  belə  oldu.  Öyrəndik  ki,  gecəni  də  onun  özü 
təşkil  edib.  Məqsədi  də  Türkiyəyə  yeni  gələn  azərbaycanlıları  bir  yerə  toplamaq, 
onları  birləşdirmək,  şərait  yaratmaqdır.  O  gecədə  dediyi  sözlər  indiki  kimi 
yadımdadır.  Deyirdi  ki,  Azərbaycanın  sizə  çox  ehtiyacı  var.  Azərbaycan  bayrağı 
yenə yüksələcək. Bundan ötrü sizin birliyiniz gərəkdir. Zəfər qüvvətli birlikdə əldə 
edilir. Sizin birliyinizdən qüvvət qopar. 
Məmməd Əmin Rəsulzadə ilə sonradan əlaqəmiz daha da möhkəmləndi. O 
vaxt İstanbula gələndə Məmməd Sadığın evində qalardı. Həmişə də görüşərdik. Bir 
dəfə  yenə  İstanbula  gəlmişdi.  Görüşüb  söhbət  etdik.  Azərbaycanlılarla  bağlı 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə