Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

26 
 
yaşadır, ümid və inamlarını artırırdı. Bir parça çörəyə möhtac olanda belə ruhdan 
düşməyib son arzusuna doğru yol gedirdi. Bu qərib və tənha yolda xalqı əsarətdən 
qurtarmaq  istəyi  içərisinə  güc  verir,  başı  üzərində  alovlandırdığı  ürək  məşəlini 
sönməz edirdi. Hələ iyirmi dörd yaşında qəbul etdiyi «həmişə zillətdə qalmaqdansa 
birdəfəlik ölmək yaxşıdır» sözünə ömrünün axırına kimi—1955-ci ilin baharına on 
altı gün qalana qədər sadiq oldu. 
1908-ci  ilin  dekabr  ayında  M.  Ə.  Rəsulzadənin  «Qaranlıqda  işıqlar»  pyesi 
tamaşaya  qoyuldu.  Yazdığı  bu  əsərdə  də  istiqlaliyyət  uğrunda  mübarizəni  təbliğ 
edirdi. Elə həmin ildə daha bir pyes—«Nagəhan bəla»nı yazır. 
Bu  dövrdə  apardığı  inqilabi  mübarizədə  milli  istiqlaliyyət  fikrini 
formalaşdırır, Azərbaycana «muxtariyyət» ideyasını irəli sürürdü. 
Belə «qorxulu» fikirlər təbliğ edən adam diqqətdən kənarda qala bilməzdi. 
İmperiya  qılıncı  korşalmamışdı  və  istənilən  vaxt  qalxıb  enə  bilirdi. 
Müstəmləkə  rejimini  qoruyub  saxlamağa  qadir  olan  bu  qüvvənin  sarsılmağına, 
çürüyüb yıxılmağına hələ müəyyən müddət gərəkdi. 
Çar  üsul-idarəsinin  müdafiəçiləri  bu  «qorxulu»  adamı  təqibə  başladılar. 
Məmməd Əmin Rəsulzadə doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. 
Bu zaman ömrünün iyirmi dördüncü ilini başa vururdu. 
Təqibdən yaxa qurtarıb pənah apardığı yer İran torpağı oldu. 
Bir  ağrı.  1907-ci  ildən  başlayaraq  Çar  Rusiyası  hər  cür  azadlığı  boğmaq, 
açıq  fikirli  adamları  həbs  etmək  yoluna  qədəm  qoydu.  Bu  zərbəni  daha  çox  hiss 
edən  Azəri  türkləri  idi.  Çar  üsul-idarəsi  bu  adamların  Türkiyəyə  meylindən,  xalq 
arasında  İslam  bayrağı  altında  türk  birliyi  fikrinin  təbliğindən  qorxurdu. 
Pantürkizm  idealı  Rusiyadakı  türklər  arasında  kök  atıb  yayıla  bilərdi.  Despot 
üsuluna  keçən  çar  imperiyası  öncə  türkləri  əzməyə  başladı.  Despot  rejiminə 
başçılıq  edən  Stolıpin  imperiyanın  türk  dünyasına  olan        münasibətini  belə 
bildirirdi: 
«Rusiya  müsəlmanlarının  bir  dildə  qonuşan  türk  xalqına  mənsub  olmaları 
heç  bir  zaman  nəzərdən  uzaq  tutulmamalıdır.  Müsəlman  burjuaziyasının  istiqlalçı  
pantürkizm ideolojisi ilə zəhərlənməsi önlənməlidir».   
 
ARAZIN O TAYINDA 
 
Araz sakit halda burula-burula axırdı. Günahkarcasına səsini içərisinə çəkib 
dinməzcə  baş  alıb  gedirdi.  Deyilənə  görə  peyğəmbər  qarğışına  tutulmuşdu.  Araz! 
Bir  zamanlar  hay-küyündən  qulaq  batarmış.  Peyğəmbər  Arazın  səsindən  yata 
bilmirmiş. Qarğış edir çaya və o vaxtdan Araz sakit axmağa başlayır. 
Yazıq  Araz!  Qara  bəxtli  Araz!  Sənin  də  üzün  gülmədi.  Bütün  günahları 
üstünə  tökdülər,  qınadılar,  iki  qardaşın  baisisən  dedilər!  İçərində  nələr  çəkdiyini 
bilmədilər. 
Çaylar  yağış  yağıntısından,  qarın  əriməyindən,  bulaqların 


27 
 
qaynamağından  kükrəyib  axar.  Sən  isə  iki  ayrı  düşmüş  qardaşın  göz  yaşından 
çoxalıb axdın. 
Sənin  də  için  ağlayır,  ürəyin  parçalanır,  Araz!  Axı  kim  istər  ki,  nifrət  və 
qarğış  yiyəsi  olsun!  Tutulduğun  bu  bəlalı  mərəzdən  qurtaran  günün  olacaqmı? 
İçərinə axan göz yaşların quruyacaqmı? Günahkar Araz, boynu bükük, içərisi dağ-
dağ olan yazıq Araz! Neçə əsrin qəm möhnəti çiynindən götürüləcəkmi? 
Günəşin şəfəqləri üstünə düşüb parlayır. Bu işıqlı şüalardan gözün qamaşır. 
Günəş  işığını  tamarzı  halda  udub  canına  çəkirsən.  Axan  suyundan  tüstülənən 
evlərə bir ayrılıq, həsrət sərinliyi yayılır. Səni dövrəyə alan alnı qırış-qırış dağların 
intizardan,  gözü  yol  çəkməkdən  beli  bükülüb.  Dağlar  da  səni  qınayır.  Ayrılığın, 
həsrətin  baisi  bilirlər.  Ayağını  yerdən  ox  kimi  üzüb  o  qaçan  ceyrana  bax!  Boynu 
bükük  halda  sənə  boylanır.  Nədir  istəyi?  Niyə  elə  məlul-məlul  dayanıb  baxır? 
Bayaqdan  xoş  nəğməsiylə  güllü-çiçəkli  çölləri  məst  edib  xoşbəxtlik  yayan  o 
bülbül,  o  kəklik,  o  turac  niyə  səni  görəndə  ah-fəğana  başlayır?  Sonsuz  bir  qəmə, 
kədərə batıb içərilərində susurlar. Hərdən sahillərinə ağ kəlağayılı, dağ laləsi kimi 
həyalı  gözəllər  gəlir.  Şəffaf  sularına  baxa-baxa  niyə  ağ  kəlağayılarını  açıb  qara 
örtürlər? Gözlərindən gilə-gilə yaş süzülüb parlaq sularına tökülür. 
İçi qəm dəryalı, kədərli Araz! Ağrı-acıdan qıvrıla-qıvrıla çırpınan Araz! 
Üstündən  adlayıb  keçən  o  cavan  oğlana  diqqətlə  bax!  Siması  sənə  tanış 
gəlirmi?  Axı  adam  sərrafısan!  Milyonlarla  insan  yola  salmısan.  İçərisində 
istiqlaliyyət  odu  alovlanan  oğlanı  tanımadınmı?  O  səni  çəkdiyin  ağrılardan, 
dərdlərdən  qurtarmaq  üçün  gedir.  Elindən,  obasından  didərgin  salınan  bu  oğlan, 
sənin qara bəxtinə ağ işıq salmaq istəyindədir. Onu qoru, fəlakətlərdən gözlə! O elə 
məşəl  yandıracaq  ki,  oduna  sən  də  isinəcəksən.  Başın  üzərində  dolaşan  qara 
buludlar dağılıb gedəcək. Sağında  və  solunda  təmiz  havanı udanlar  səni sevəcək, 
daha  qınamayacaqlar.  Hər  iki  tərəfində  ötəri  də  olsa  adamlar  azadlıq  havası 
udacaq, əsarət zəncirindən xilas olacaq. 
Üstündən  adlayıb  keçən  o  işıqlı,  nurlu  simalı  oğlana  diqqətlə  bax!  O, 
parçalanmış xalqın yenə birləşəcəyi, eyni ürəkdə döyünəcəyi ümidindədir. O səni 
sevir,  amma  qınamır.  O  səni  günahkar  da  bilmir,  çünki  günahsızsan.  O  əsl 
səbəbkara  —  bu  ayrılıq  toxumunu  araya  səpənə  nifrət  edir.  Və  onun  əlindən  baş 
götürüb  sənə  pənah  gətirib.  Gəlib  ki,  yenə  güc-qüvvət  toplayıb  əsarət  zəncirində 
inildəyənləri xilas etsin. 
Onu qoru, fəlakətlərdən gözlə, Araz! 
Qəribədir.  Sanki  bu  xalq  dünyaya  əzab  çəkmək  üçün  gəlib.  Hansı  zalımın 
qara nəfəsi dəymişdi ona? Zülmkar fələyin min oyunu var. Torpağını bol, sərvətini 
çox  yaratmışdı.  Amma  bu  sərvətin  işığına  toplaşanları  da  saysız  etmişdi,  Azəri 
yurdunun  o  tayında  da,  bu  tayında  da  zənginliklər  yatırdı.  Başı  bəlalı  olmağın 
səbəbi  elə  bundan  başlamırdımı?  Dünyanın  hansı  qaniçəni  bu  varlı  torpağa  göz 
dikməyib! İndi torpağın üstü qanla qabıqlayıb! Torpağın rəngi qandan dönüb belə 
qaralıb.  İnilti,  ağrı-acı,  yaşadığı  əsarət  həyatı  torpağın  vaxtsız,  vədəsiz  alnını 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə