Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə48/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   44   45   46   47   48   49   50   51   ...   91

 
Daxili  hissələri  ürəkvarı,  yumurtavarı-dəyirmidir,  az  və  ya  üfiqi  istiqa-
mətdə  ayrılandır.  Fıncıqcığı  üçtillidir,  tilləri  küt,  şişuclu,  çılpaq,  qara  və 
ya boz, hamar və parlaqdır. Erkək çiçəkləri 6 və  ya 8-dir, qaidə hissələri 
bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxum-
lu,  mərcivarı,  basıq  və  ya  üçtillidir,  sərbəst  və  ya  qaidə  hissələri  bitişik 
olan 2-3 gödək və başcıqvarı dişicik ağızlıdır.  
Meyvəsi  oturan,  mərciyəoxşar  qanadlı  fındıqcıqdır  və  ya  üçtilli 
qanadsızdır.  Fındıqcığı  çiçəkyanlığının  daxili  hissələri  ilə  əhatə  edilmiş 
olur. Aprel-may aylarında çiçəkləyir. May-avqust aylarında meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəa-
liyyətidir.  
Becərilməsi: Mədəni halda becərilmir. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.  
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi  və  müasir  dövrdə  bitkinin  populyasiya  vəziyyətinin  nəzarət  altına 
alınması tövsiyə olunur.  
Məlumat  mənbələri:  Деревья  и  кустарники.  СССР.  т.2.  1951;  Флора 
Азербайджана  т.2.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005;  2006;  2008.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
Familia: Polygonaceae Lindl.  
QarabaĢaqkimilər fəsiləsi                              
Genus: Calligonum L.- Cuzğun cinsi 
Species: Calligonum bakuense Litv. – Bakı cuzğunu 
Spisok Rast. Gerb. Russk. Fl. Bot. Muz. Rossiisk. Akad. Nauk 8: 7 1922. 
 
Ümumi  yayılması:  Türkiyə,  Ermənistan  və 
İranda təbii halda yayılmışdır. 
Azərbaycanda yayılması: Abşeronda – Bö-
yükşor  gölü, Bozdağ, Sumqayıtçay  sahilləri, 
Siyəzən  qəsəbəsi,  Beşbarmaq  dağı  yaxınlı-
ğında,  dənizkənarı  qumluqlarda  və  Bakı 
ətrafında yayılmışdır. 
Statusu: Azərbaycanın endem bitkisidir. CR 
B1ab (i,iii,iv); C2a(i).  
Bitdiyi  yer:  Dənizkənarı  qumluqlarda  daha 
çox rast gəlinir.  
Təbii ehtiyatı: Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  1,5  m-
ədək olan, ancaq Abşeronda təbii şəkildə  yayılmış budaqlı koldur. Yaşlı 
gövdəsinin  qabığı  çatlı  olmaql,  bozumtul-qaradır,  zoğları  buğumlu,  yar-
paqları  çox  xırdadır,  sapvarı  və  tez  töküləndir.  Yaşıl  otvari  zoğları  bu-
ğumlu,  uzunluğu  30  sm-ə  qədərdir,  topa  halında  birillik  budaqların  bu-
ğumlarında topa halında yerləşir. Buğumarası hissələrin uzunlğu 2-3 sm-
dir.  Yarpaqları  sapvarı,  iynəşəkilli  xırda,  2-4  mm  uzunluqda,  tez  tökü-
ləndir.  Çiçəkləri  müxtlif  rəngli,  2-5-ə  qədər  topa  halında,  qeyri-bərabər 
boylu çiçək saplaqları üzərində  yerləşir, ətirlidir. Çiçəkyanlığı üzvlərinin 
uzunluğu  3  mm-ə  yaxın,  yumurtavarı-dəyirmidir,  meyvələrdə  aşağı  qat-
lanır. Tozluqları çəhrayıdır. Meyvələri oval və ya uzunsov formalı, uzun-
luğu  10-15  mm,  eni  9-13  mm  uzunluğunda  tüklərlə  örtülüdür.  Qanadları 
ikiqat, 1-2 mm enindədir, qılçıqlar sərt, yastı, demək olar ki, tikanlı və iki 
dəfə  üçhaçalıdır,  uc  hissədə  haçalar  düzbucaq  altında  aralanır.  May-iyun 
aylarında çiçəkləyir və tez də meyvə verir.  
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  


 
Becərilməsi: Mədəni halda becərilmir.  
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir.  
Zəruri  qoruma  tədbirləri:  Yeni  mühafizə  sahələrinin  yaradılması 
vacibdir.  
Məlumat  mənbələri:  Деревья  и  кустарники.  СССР.  т.2.  1951;  Флора 
Азербайджана  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Красная  Книга.  СССР.  1984;  Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitab-
ları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan flo-
rasının konspekti. I-III cildlər.  2005; 2006; 2008. Azərbaycanın nadir və 
nəsli  kəsilməkdə  olan  oduncaqlı  bitkilərinin  in  situ  və  ex  situ  şəraitində 
bioekoloji  xüsusiyyətlərinin  reproduksiyasının,  reproduksiyasının  və  re-
patriasiyasının  elmi  əsasları,  b.e.d.  alimlik  dərəcəsi  almaq  üçün  disser-
tasiya. Bakı.2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə