Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə49/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   45   46   47   48   49   50   51   52   ...   91

 
 
Familia: Polygonaceae Lindl
QarabaĢaqkimilər fəsiləsi                             
Genus: Calligonum L.-Cuzğun cinsi 
Species: Calligonum aphyllum (Pall.) Gürke. – Yarpaqsız cuzğun  
Pl. Eur. 2: 111 1897
 
Ümumi yayılması: Rusiya, Çin və Orta Asiyada təbii arealları vardır.  
Azərbaycanda  yayılması:  Azərbaycanda-  Abşeron  yarımadasında 
(Balaxanı) təbii halda rast gəlinir.  
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iv).  
Bitdiyi  yer:  Səhra  və  yarımsəhralarda  qumlu-  gilli  torpaqlarda  rast 
gəlinir. 
Təbii ehtiyatı:Arealı geniş deyildir . 
Bioloji  xüsusiyyətləri: Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaq-
larının  qabığı  qırmızımtıl  və  ya  alabəzək-qonur,  mərciməklidir,  otvarı  bu-
daqları en kəsikdə dairəvi, 
nazik, yaşıl və ya açıq ya-
şıl, hamardır, 2-6-ya qədər 
topa  halında  birillik  bu-
daqların 
buğumlarından 
çıxır.  Buğumarası  hissələ-
rin  üst  tərəfi  ağ  pərdəvarı 
kənarlı,  kütuclu,  sonralar 
isə iki dilimə bölünən qın-
varı  yarpaqaltlığı  borusu 
ilə nəhayətlənir.  
Yarpaqları xırda, 2-3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc 
hissədən azca enləşəndir, yarpaqaltlığı borusu ilə bitişik deyildir. Zoğları 
otvarı, düz buğumlu, demək olar ki, yarpaqsızdır. 
Çiçəklərinin  2-si  (1-3)  birlikdə  yarpaq  qoltuğundan  çıxaraq,  uzun-
luğu 4-5 mm olan çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında 
yerləşir.  Çiçəkyanlığının  hissələri  qeyri-bərabərdir,  xaricdəkilər  enliyu-
murtavari, uzunluğu 3 mm-dir, arxa tərəfdən  yaşıl, kənarlardan geniş, ağ 
bürüncəklidir,  daxildəkilər  nisbətən ensiz  və  qısadır, ağdır,  arxa tərəfdən 
çəhrayıdır. Tozluqları çəhrayıdır. 


 
Meyvəsi  kürəvi  olub,  ikiqat  qanadlıdır.  Uzunluğu  15-20  mm,  eni 
14-18 mm-dir. Fındıqcıqların tilləri kütdür, azca irəli çıxıqdır, qanadların 
kənarları  bütöv  və  ya  çətin  seçilən  dəyirmi  dişli  olmaqla  demək  olar  ki, 
bütövdür,  qanadların  səthi  çılpaqdır.  May  ayında  çiçəkləyir  və  iyun 
ayında meyvə verir.  
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni halda becərilir.  
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.  
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir.  
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 2. 1951; Флора 
Азербайджана  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Красная  Книга.  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”  1989;  
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Familia: Polygonaceae Lindl
QarabaĢaqkimilər fəsiləsi                             
Genus: Calligonum L.- Cuzğun cinsi 
Species: Calligonum polygonoides  L. – Çoxbuğumlu cuzğun 
Sp. Pl. 530 1753. 
 
Ümumi  yayılması:  Cənubi  Qafqaz,  Balkan  yarımadası,  Kiçik  Asiya, 
Ermənistan və İranda yayılmışdır.  
Azərbaycanda  yayılması:  Naxçıvan  MR-də  Vəlidağ  düzündə  və 
Ordubad rayonunun Kotam kəndi ərazisində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iv) .  
Bitdiyi yer: Səhra və yarımsəhralarda qumlugilli torpaqlarda rast gəlinir.  
Təbii ehtiyatı:Azərbaycanda arealı geniş deyildir . 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  1,5  m-dək,  ağımtıl  qabıqlı,  şaxə-
lənmiş budaqlı koldur. Yarpaqları ensiz, bizvaridir. Meyvəsinin uzunluğu 
12-16  mm,  yumurtavari  olub  cod  tüklüdür.  Qoca  budaqları  əyilmişdir. 
Cavan zoğları uzun olub, əyilmiş vəziyyətdə-
dir. Zoğları  yaşıl və  ya bozumtul-yaşıl rəngli 
olub,  buğumludur.  Cavan  zoğları  yarpaqsız-
dır,  payızda  təxminən  bütövlüklə  məhv  olan 
və  tökülən,  oduncağabənzər  budaqların  qol-
tuqlarından  dəstələrlə  çıxır.  Nazik,  birillik 
zoğlardan əlavə bu kolların çətirlərində artım 
zoğları  formalaşır  və  3-6  il  ərzində  yaşayır.  Zoğların  illik  budaqlanması 
(yeni  zoğlar  keçən  ilin  zoğlarının  aşağı,  yan  tumurcuqlarından  çıxır)  və 
çoxillik budaqların buğumlarında hər yeni zoğun illik məhv olması nəti-
cəsində bəzi növlərdə özünəməxsus qalınlaşmalar əmələ gəlir. Bütövlük-
də  cuzğunların  inkişafı  çox tez  baş  verir və  kol  5-6  yaşında  lazımı  ölçü-
lərinə  çatır.  Təxminən  bu  yaşda  birinci  çiçəkləmə  müşahidə  edilir.  Yar-
paqları az bilinən, xətvari, iynəşəkilli və ya bizvari, uzunluğu 3-7 mm, bü-
növrəsində  dərili  yarpaqaltlığı  borulu, tez  töküləndir.  Çiçəkləri  qoltuqda, 
ikicinsli, ətirli, tək, düz, sadə, 5 hissəli çiçək yanlıqlı, yarpaqaltlığı boru-
ların qoltuqlarında 1-3 (5-ə qədər) yerləşir. Çiçəkyanlığının yarpaqları ağ, 
çəhrayı,  çəhrayı-bənövşəyi,  yaşılımtıldır.  Erkəkcikləri  12-18  ədəd,  bü-
növrəsində  erkəkcik  saplaqları  qısa  tükcüklü  dəstəlidir.  Yumurtalığı  yu-


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə