Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə50/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   46   47   48   49   50   51   52   53   ...   91

 
xarı, 4 hissəli, ucunda 4 qısa sütuncuqlu və başcıq, dişicik ağızlıdır. Mey-
vəsi  –  düz  və  ya  oxunda  burulmuş,  bərk  meyvə  yanlıqlı,  qanadlı  və  ya 
tükcüklü qozadır. Tükcükləri bir neçə dəfə qozadan uzundur və meyvəyə 
şarşəkilli forma verir. Qanadlı toxumları küləklə asanlıqla yayılır. Odun-
caqlı qabığı cücərməni zəiflədir və ona görə toxumların cücərməsi əsasən 
az olur. Bu səhra kollarının vegetasiyası martın axırları - aprelin əvvəlləri 
başlayır. Çiçəkləmə aprelin ortalarında və ya axırlarında, meyvəvermə və 
toxum əmələ gətirmə isə mayın axırları və ya iyunun əvvəlləri müşahidə 
edilir.  
Çoxalması: Təbiətdə əsasən generativ və getativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliyyə-
tidir.  
Becərilməsi: Mədəni  halda botanika bağlarında becərilir.  
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir.  
Zəruri qoruma tədbirləri: Naxçıvan MR-də bitkinin populyasiyası çox 
olan yerlərdə mühafizə ocaqlarının yaradılması zəruridir.  
Məlumat  mənbələri:  Деревья  и  кустарники.  СССР.  т.2.1951;  Флора 
Азербайджана. т.6. 1955;  Флора Кавказа т.6.1962; Azərbaycanın ağac 
və  kolları.  II  cild.  1964;  Красная  Книга  СССР.  1984;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasi-
yaları. 1996; Azərbaycanın “Qırmızı Kitabı” 1989; Azərbaycan florasının 
konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikası 
florasının  taksonomik  spektri.  2008;  Naxçıvan  Muxtar  Respublikasının 
“Qırmızı  Kitabı”.  2010;  Azərbaycanın  nadir  və  nəsli  kəsilməkdə  olan 
oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlə-
rinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsas-
ları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan 
MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
Familia: Rhamnaceae Juss
Murdarçakimilər fəsiləsi                               
Genus: Frangula Mill.- Murdarça cinsi 
Species: Frangula grandiflora Grub.- Ġriçiçəkli murdarça 
 
Ümumi yayılması: İranda (Gilan) təbii halda rast gəlinir. 
Azərbaycanda yayılması: Qusar (Samur çayı kənarı), Lənkaran (Ələzə-
pin  Apu  kəndləri  ətrafı),  Lerik  (Siov  kəndi)  rayonlarında  təbii  halda 
yayılmışdır. 
Ctatusu:  Azərbaycanın  nadir  və  relikt  bir  bitkisidir.  CR  A1abc; 
B1ab(i,iii). 
Bitdiyi  yer:  Əsasən  aşağı  dağ  qurşağında  qarışıq  enliyarpaq  meşələrdə 
çay kənarlarında rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 6 m-dək olan kol və ya kiçik 
ağacdır. Bitkinin gövdəsinin qabığı tünd boz və ya qara rəngdə olur. Bit-
kinin cavan zoğlarının rəngi məxməri yaşıl olur. Yaşlı budaqları isə yaş-
lımtıl boz rəngdə olur. Tumurcuqları iri olub tüklüdür. Yarpaqları ellips-
şəkilli olub 6-23-eni isə 4-13 sm ölçü-
sündə ola bilir. Yarpaqların qaidə his-
səsi yumru və ya ürək şəklində ola bi-
lir.  Yarpaqlarının  kənarları  xırda  ya-
rımdairəvi  mişardişlidir.  Yarpaq  sap-
laqları  1-2,5  sm  uzunluğundadır.  Çi-
çəkləri  sarımtıl  rəngdə  olub,  xırdadır. 
Meyvələri tünd qırmızı rəngdə olub 5-
9 mm diametrindədir. May-iyun ayla-
rında çiçək açır və avqust aynda mey-
vəsi yetişir. 
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii ehtiyatının dəyiĢilməsi: Başlıca olaraq insan fəaliyyətidir. 
Becərilməsi: Mədəni halda Nəbatət bağlarında becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri qoruma tədbirləri: Yeni yasaqlıqların yaradılması vacibdir. 


 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.6.  1955;Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Красная  Книга  СССР.1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin  in  situ  və  ex  situ  şəraitində  bioekoloji  xüsusiyyətlərinin  rep-
roduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Familia: Platanaceae Dum


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə