Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə51/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   47   48   49   50   51   52   53   54   ...   91

 
Çinar fəsiləsi                                                         
Genus: Platanus L. – Çinar cinsi 
Species: Platanus orientalis L. – ġərq çinarı 
Sp. Pl. 999 1753
 
Ümumi yayılması: Orta Asiya Respublikalarında, Balkan yarımadasında, 
Türkiyə, İran və Aralıq dənizi ölkələrində təbii arealları vardır. 
Azərbaycanda yayılması: Qəbələ (Qaraçay vadisi), Balakən (Xınbuqov-
çay  vadisi),  Zəngilan  (Bəsitçay),  Oğuz  (Ərmənat  kəndi)  və  Yuxarı  Qar-
abağ ərazilərində yayılmışdır.  
Statusu: Azərbaycanın nadir, relikt bitkilərindəndir. EN A1ad;B2b(i,iv). 
Bitdiyi  yer:  Əsasən  aşağı  dağ  qurşağında  qarışıq  enliyarpaqlı  meşələrdə 
çay kənarlarında daha çox rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
Biolojı  xüsusiyyətləri:  Təbiətdə  30  m-ədək  hündürlükdə,  qısa  gövdə 
üzərindən  yanlara  və  yuxarıya  doğru  inkişaf  edən  budaqları  olan  geniş 
çətirli  bir  ağacdır.  Yaşlı  bitkilərdə  qabıq  kiçik  pullar  halında  dərin  çatlı 
olub,  gövdə  üzərində  uzun  müddət  qala  bilir.  Təpə  tumurcuğu  yalançı-
terminal  vəziyyətindədir.  Tumurcuğun  ucu  sivridir,  tək  bir  pulcuqla 
örtülmüşdür.  Tumurcuq  və  zoğlar  qəhvə  rənğindədir.  Yarpaqları  5-7  di-
limli  olub,  dərin  parçalıdır.  Dilimləri  dar  və  uzundur,  tam  kənarlı  və  ya 
dişlidir. Yarpaqların saplağı uzun olub 3-8 s arasında dəyişir. Uzun  sap-
laqlı hamaşmeyvənin üzərində olub, 2-6 ədədi bir yerdə birləşərək salxım 
əmələ gətirir. Meyvələri iri, diametri 2-2,5 sm-dir. Meyvələri toxumcadır, 
yuxarısı  enliləşmiş  və  tüklənmiş  olub,  4-7  mm  uzunluğundakı  çılpaq 
sütuncuğa keçir. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 


 
Təbii  ehtiyatının  dəyilĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir.  
Qəbul edilmiş qorunma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil 
edilmişdir.  
Zəruri qoruma tədbirləri: Geniş ərazisi olan yerlərdə yasaqlığin təşkili 
vacibdir.  
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.  1951;  Флора 
Азербайджана.  т.4.  1953;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Familia: Rosaceae Juss


 
Gülçiçəkkimilər fəsiləsi                        
Genus: Cotoneaster Medik.- DovĢanalması cinsi 
Species: Cotoneaster saxatilis Pojark. – Qaya dovĢanalması 
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 8: 7-9 (1938); cf. Pojark. in 
Komarov, Fl. URSS, ix. 333 (1939).  
 
 
 Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda  yayılması:  Xanlar  (Çaykəndi),  Abşeron  rayonları  və 
Naxçıvan MR-ın ərazilərində təbii halda yayılmışdır. 
Statusu: Azərbaycanın endem bitkisidir. EN A1abc; B1b(i,iv). 
Bitdiyi yer: Daşlı-qayalı quyu yamaclarda rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
Bioloji xüsusiyyətləri: Qaya dovşanalması 1,5-2,0 m-ə qədər hündürlüyə 
qalxa  bilən  bir  kol  növüdür.  Bitkinin 
cavan  zoğları  ağ  keçə  tüklü  olur  və 
sonradan  tükünü  töküb,  şabalıdı  rəng 
alır.  Yarpaqları  1-3  sm  uzunluğunda 
olub, ellipsşəkilli və ya tərsinə yumur-
tavaridir.  Bitkinin  yarpaqları  tüklü 
olub, üst tərəfdən açıq, alt tərəfdən isə 
tündyaşıl  rəngdədir.  Çiçəkləri  qalxan-
şəkilli  çiçək  qrupunda  toplanmışdır. 
Çiçək  qrupunda  2-4  ədəd  çiçək  olur. 
Meyvələri  5-9  mm  uzunluqda  və  4-8 
mm enindədir.  
Meyvənin  içərisində  2,  bəzən  isə  1  oxum  olur.  May  və  iyun 
aylarında çiçəkləyir və meyvəsi sentyabr-oktyabr aylarında yetişir. 
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.   
Becərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri qoruma tədbirləri: Yeni yasaqlıqların yaradılması vacibdir. 
 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.  1954;  Флора 
Азербайджана.  т.5.  1954;Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кi-


 
tabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycanın 
“Qırmızı  Kitabı”.  1989;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik 
spektri.  2008;  Azərbaycanın  nadir  və  nəsli  kəsilməkdə  olan  oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik  dərəcəsi  almaq  üçün  dissertasiya.  Bakı.  2011;  Naxçıvan  MR-nın 
flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə