Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ


Qəbul edilmiĢ qoruma tədbirləri



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə33/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР  т.4.  1958;  Azər-
baycanın  ağac  və  kolları.  III  cild.  1970;  Azərbaycanın  “Qırmızı”  və 
“Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasiyaları.  1996; 
Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Leguminosae Juss
Paxlalılar fəsiləsi                                           
Genus: Caragana Lam.– Xöstək cinsi  
Species: Caragana grandiflora (M.Bieb.) DC. – Iriçiçək xöstək  
Fl. Taur.-Caucas. 2: 168. 1808  
 
Ümumi  yayılması:  Təbii  halda  Şimali  İran,  Rusiya,  Orta  Asiya  və  Cə-
nubi Qafqazın şərqində və qərbində yayılmışdır.  
Azərbaycanda  yayılması:  Naxçıvan  dağları,  Bozqır  yaylası  və  Qobus-
tanda rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir.NT. 
Bitdiyi yer:  Daşlı-qayalı,  gilli təpəliklərdə,  seyrək  meşəliklərdə  su  axar-
larının kənarlarında bəzən şoran torpaqlarda rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda arealı geniş deyildir. 
Bioloji xüsusiyyətləri: Təbiətdə 2-5 m hündürlükdə olan koldur. Gövdəsi 
qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir. 
Ağımtıl  və  ya  qonur-boz  rəngdədir.  Yarpaqaltlıqları  2  -3  mm  uzunluqda 
bərk  tikan  formasında,  budaqları  və  cavan  zoğları  çoxtikanlıdır. 
Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları 
xırda,  5-12  mm  uzunluqda  və  2-3  mm  enindədir.  Tərs  lansetvarı  və  ya 
pazşəkilli olub, ucdan sivri, nazik və qısa, üzəri çılpaq və  ya tükcüklərlə 
örtülüdür. Çiçəkləri tək-təkdir. Çiçək saplağı kasacıqdan qısa , o boyda və 
ya  ondan  iridir.  Kasacıq  yaşıl  və  ya  qırmızımtıl-qonur  rəngdədir.  12-16 
mm  uzunluqda,  boruvarıdır,  qaidədən  torbacıq  şəklində,  şiş  olub,  üzəri 
tükcüklüdür.  Çiçək  tacı  iri,  2,5-3  sm  uzunluqda  olub,  əvvəlcə  qızılı 
rəngdə olur və sonradan qızarıır.  
Paxlası  bir  qədər  oturaq  olub,  2,5-4  sm  uzunluqdadır.  Üzəri  xətli, 
çılpaq və ya tüklüdür. May ayında çiçəkləyir, iyunda meyvəsi yetişir.  

 


 
Çoxalması:Təbiətdə toxumları ilə çoxalır 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri: 
Başlıca  olaraq  insan  fəaliyyəti  və  bəzi 
abiotik amillərin təsiridir. 
Becərilməsi: Kulturada becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul 
edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Дерево  и  кустарники  СССР.  т.4.  1958;    Azər-
baycanın  ağac  və  kolları.  III  cild.  1970;  Azərbaycanın  “Qırmızı”  və 
“Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasiyaları.  1989; 
Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Nax-
çıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan 
MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
Familia: Fagaceae Dumort
Fıstıq fəsiləsi                                                
Genus: Castanea Hill. – ġabalıd cinsi 
Species: Castanea sativa Mill. – Adı Ģabalıd 
Gard. Dict. ed. 8 1 1768
 
Ümumi yayılması: Gürcüstan, Ermənistan, Rusiya, Afrika və Avropanın 
cənub hissəsində, Aralıq dənizi və Balkan ölkələri, Kiçik Asiya  və  İtali-
yada təbii yayılma areallarıı vardır.  
Azərbaycanda  yayılması:  Zaqatala,  Qəbələ,  Oğuz,  Xaçmaz,  Xudat, 
Yuxarı  Qarabağ  rayonları  ərazilərində,  Alazan-Əyriçay  vadisində  rast 
gəlinir.  
Statusu: Azərbaycanın nadir, relikt növüdür. VU A2c+3cd. 
Bitdiyi yer: Mülayim iqlimi olan qidalı torpaqlarda rast gəlinir. 


 
Təbii ehtiyatı: Çox geniş areala malik deyildir. 
Bioloji  xüsusiyyətləri:  Əlverişli  bitmə  şəraitində  hündürlüyü  38  m-ə 
çatan ağacdır. Bəzən gövdəsinin diametri (xüsusən açıqlıqda bitən ağac-
larda) 1,5-3 m-ədək olur. Bitkinin cavan yaşlarında qabığı hamar yaşılım-
tıl-qara rəngdə olur. Bitki yaşlandıqca üzərində boz-qara rəngli qabıq par-
çaları yuxarıdan aşağıya doğru yarılmış bir vəziyyət alır. Gövdəsinin qa-
bığı  dərin  çatlı,  tutqun-bozumtul  rəngdədir.  Cavan  zoğları  tünd-
qırmızımtıl,  qəhvəyi  rəngdə  olub,  bozumtul  tükcüklə  örtülüdür.  Geniş 
qol-budaqlı  çətirə  malikdir.  Yarpaqları  tam  formalaşdıqdan  sonra  üstdən 
çılpaq  yaşıl,  altdan  ulduzvarı  tükcüklü  və  açıq-yaşıl  rənglidir,  kənarları 
mişar dişlidir, dişlərin sivriləşmiş ucları azacıq daxilə doğru əyilmiş olur. 
Erkəkcik  çiçəkləri  düz  dayanan,  sarımtıl  sünbülvarı  sırğalarda  yerləşir. 
Dişicikli çiçəklər yaşılımtıl olub, ayrı-ayrı sırğaların qaidəsində yerləşmiş 
və  sırğanın  aşağı  hissəsində  yerləşən  dixaziyalarda  1-3  ədəd  olur.  Dişi-
cikli  çiçəklərin  bir  neçəsi  birgə  yumaqcıqda,  aşağıda-zoğun  qoltuğunda, 
erkəkciklər  isə  yuxarıda  yerləşir.  Dişicikli  çiçəklər  erkəkciklərə  nisbətən 
daha  yaşılımtıl  olur.  Çanaqcıq  dərivarı  odunlaşmışdır,  daxilində  3-7  fın-
dıq  vardır.  Meyvəsi  birtoxumlu  fındıq  olub,  dərivarı  şabalıd  rəngində 
meyvəyanlığına  malikdir.  Fındıqlar  1-3  ədəd  şar  formalı  dərivarı,  xaric-
dən  uzun  və  iti  bizvari  tikanlarla  örtülür.  Yetişdikdə  qərzək  partlayır,  4 
hissəyə ayrılır və toxum tökulur.         
İyun-iyul  aylarında  çiçəkləyir.  Meyvəsi  əsasən  oktyabr-noyabr  ay-
larında yetişir.  
Çoxalması: Təbiətdə toxum və kök bicləri vasitəsilə çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətinin təsiridir. 
Becərilməsi: Azərbaycanda mədəni halda becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri qoruma tədbirləri: Yasaqlıqların yaradılması zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.2.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə