Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə73/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa pulverulenta Bieb. – Qovuqlu itburnu 
Fl. Taur.-Caucas. 1: 399. 1808 
 
Ümumi  yayılması:  Qafqazda  (Narzan),  Rusiyanın  Avropa  hissəsində, 
İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. 
Azərbaycanda  yayılması:  Naxçıvan  MR  və  Lənkəran  rayonu  ərazi-
lərində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir.VU D2. 
Bitdiyi  yer:  Aşağı  dağ  qurşağından  orta  dağ  qurşağına  qədər  açıq  işıqlı 
yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  50-90 
sm-dən  çox  olmayan,  alçaqboy  kolcuqdur. 
Qopartikanı  müxtəlifdir.  Yarpaqları  3-6  sm 
uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarət-
dir. Yarpaqcıqları  12-15 mm uzunluqda, 4-
5  mm  enindədir.  Bitkinin  çiçəkləri  tək-tək, 
bəzən 2-3 ədəd olur. Çiçəkaltlığı yumurtaşə-
killidir.  Çiçək  saplağı  5-9  mm  uzunluqda 
qısa  tüklərlə  örtülüdür.  Meyvəsi  adətən  dəyirmi,  xırda,  15  mm-ə  qədər 
uzunluqdadır.  Meyvəsi  yetişəndə  tökülməyəndir.  İyun-iyul  aylarında 
çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 


 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbirləri  tərtib 
edilməmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildləri.  
2005; 2006; 2008;  Naxçıvan Muxtar Respublikası florasının taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species:  Rosa  azerbaidshanica  Novoposkr  et  Rzazade  –  Azərbaycan 
itburnu 
Syn.: pulverulenta Bieb. 
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda  yаyılmаsı:  Naxçıvan  MR  (Kükü),  Quba,  Şəki  (Daşlıbo-
rak), Göy-göl, Kəlbəcər rayonları ərazilərində rast gəlinir. 
Statusu: Azərbaycanın endem bitkisidir. EN B2ab(I,ii,iii,iv,v). 
Bitdiyi:  Aşağı  dağ  qurşağından  orta  dağ  qurşağına  qədər  açıq  işıqlı  yer-
lərdə daşlı-qayalı quru yamaclarda yayılmışdır. 
Тəbii еhtiyatı: Azərbaycanda dar bir  arealda yayılmışdır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 30 sm olan koldur. Gövdəsi 
qaidə  hissəsindən  şaxələnərək  yuxarı  yönəlmiş,  budaqcıqları  qırmızı 
qabıqlıdır.  Yarpağı  mü-
rəkkəb, tək lələkvarı olub, 
yarpaqcıqları  hər  iki  tə-
rəfdən  tükcüklüdür,  kə-
narları xırda mişardişlidir. 
Yаrpаqcıqlаr 
hər 
iki  tərəfdən  хırdа  vəzili 
tüklərlə,  kənаrı  isə  tük-
cüklərlə  örtülüdür.  Yаrpаqаltlıqlаrı  üstdən  çılpаq,  аltı  və  kənаrı  vəzili 
kirpiklidir;  çiçəkləri  tək-təkdir.  Меyvə  vaxtı  yuхаrı  yönəlmişdir.  Ləçək-
ləri  əvvəllər  аçıq-çəhrаyı  rəngdə,  sonradan  аğdır.  Меyvəsi  qırmızı  kürə 
şəklində,  10-17  mm  uzunluqdа,  10-15  mm  enində  оlub,  tamamilə  çıl-
paqdır. İyun-iyul аylаrındа çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii еhtiyatının dəyiĢilmə səbəbləri: Başlıcа оlаrаq insan fəaliyyətidir. 
Becərilmə: Məlumat yoxdur. 
Qəbul edilmiĢ qоrumа tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na da-
xil edilmişdir. Хüsusi mühafizə ölçüləri tərtib еdilmişdir. 
Zəruri qоrumа tədbirləri: Yeni yasaqlığın təşkil  еdilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 


 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildləri.  
2005; 2006; 2008; Azərbaycan florasının konspekti I-III cild  2005, 2006, 
2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;  
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ 
və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, repro-
duksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi al-
maq  üçün  dissertasiya.  Bakı.  2011;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi 
və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə