Familia: Leguminosae Juss.
Paxlalılar fəsiləsi
Genus: Astragalus L. Paxladələn-Gəvən cinsi
Species: Astragalus caspicus M.Bieb. – Xəzər gəvəni
syn: Astracantha caspica (M.Bieb.) Podlech
Fl. Taur.-Caucas. 2: 204. 1808
Ümumi yayılması: Qafqaz, Rusiya (Dağıstan),Türkiyə və İran ərazi-
lərində təbii arealı vardır.
Azərbaycanda yayılması: Talış dağlarının ən yüksək alp
çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır.
Statusu: Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR
B1ab(ı,ıı,ııı,ıv,v).
Bitdiyi yer: Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir.
Təbii ehtiyyatı: Azdır.
Bioloji xüsusiyyətləri: Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur.
Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının
ucu şişdir.
Yarpaqları yumurtavarı lansetşə-
killi qısa tüklü kənarları kirpikvarıdır.
Yarpaqcıqları 4-7 cüt uzunsov xətvarı,
hər iki ucu sivri, üstdən zəif altdan qa-
lın tüklü bəzən çılpaq 6-8 mm uzunluq-
dadır.
Yarpaqların tikanları qoltuğunda
2 çiçəkli uzun sünbülvari çiçsək qrupu
əmələ gətirir. Çiçəkaltlıqları qayıqvarı,
üstdən adətən tüklü, kənarı kirpikvarı
təxminən kasacığa bərabərdir. Kasacıq
5 mm uzunluqda, ağ tüklü qaidəsi çılpaq bizvari dişlidir. Tacı təxminən
10 mm uzunluqda ağ zanbaq rənglidir.
Dişicik uzunsov tüklü çılpaq sütunludur. Paxlası tüklüdür. Iyun –
iyul aylarında çiçəkləyir. Iyul – avqustaylarında meyvəsi yetişir.
Çoxalması: Təbiətdə vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Azərbaycanda 1952-ci ildən becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na da-
xil edilmişdir.
Zəruri qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Məlumat mənbələri: Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa.
т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-
sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Res-
publikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Leguminosae Juss.
Paxlalılar fəsiləsi
Genus: Astracantha
Podlech
– A
strakanta
cinsi
Species: Astracantha barba-caprina (Al.Fed., Fed. & Rzazade)
Podlech - Keçisaqqal astrakanta
synonym of Astracantha barba-caprina ("Al.Fed., Fed. & Rzazade") Podle
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 16: 228. 1954
Ümumi yayılması: Azərbaycan.
Azərbaycanda yayılması: Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi)
yayılmışdır.
Statusu: Azərbaycanın nadir bitkisidir. VU C2a(i).
Bitdiyi yer: Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında,
dəniz səthindən 1400-1500 m hündürlükdə yayılmışdır.
Təbii ehtiyatı: Azərbaycanda təbii ehtiyatı azdır.
Bioloji xüsusiyyətləri: Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları
qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur.
Kollarının üzərindəki budaq-
lardan çoxlu qısa yan budaq-
ları çıxmışdır.
Bitkinin köhnə tikan-
ları boz horizontal, yaxud
aşağı əyilmiş, 5-9 sm uzun-
luqda, 2 sm enində olur. Yar-
paqaltlıqları 18 mm uzunluq-
da, 4/5 hissəsi saplaqla bir-
ləşmiş, arxası və əsası sıx, ağ
tüklü, ucu bizvarı, ətrafı az,
yaxud çox kirpikciklidir.
Yarpaqları 10 sm uzunluqda, yarpaqcıqları 4 (5) cüt ellipsvarı, hər
iki tərəfi nazik, yuxarısı qısa, 1-2 mm uzunluqdadır. Tikanları 2,5-3 sm
uzunluqda, 7 mm-ə qədər enində olub, çılpaq, qalın və yaşıl rənglidir.
Çiçəkaltlıqları 2 mm enində, pərdəşəkilli, uca doğru isə uzun
kiprikciklidir.
Kasacığı 17 mm uzunluqda olub, əsasına oyulmuş, ağ tüklü, 2 mm-
ə qədər uzunluğa çatan bizvarı çıxıntısı vardır.
Meyvəsi böyrəkvarı formalı, qəhvəyi-sarı rəngdədir. Paxlası tərs
yumurtavari, ağ tüklü, 6 mm-ə qədər uzunluqda olub, içərisində 1 ədəd
toxumu vardır.
Çoxalması: Təbii şəraitdə toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətinin təsiridir.
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə olunur.
Məlumat mənbələri: Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa.
т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-
sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Res-
publikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Dostları ilə paylaş: |