Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə28/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

 
Familia: Leguminosae Juss
Paxlalılar fəsiləsi                             
Genus: Astracantha Podlech - Astrakanta cinsi  
Species:  Astracantha  gudrathii  (Theodorov,  Fedorov  &  Rzazade) 
Podl. - Qüdrət gəvəni 
Mitt. Bot. Staatssamml. München 19: 12 (1983):.  
syn: Astragalus gudrathii Theodorov, Fedorov & Rzazade 
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Acad. Nauk SSSR 16: 225 225 1954
 
Ümumi yayılması:Azərbaycan 
Azərbaycanda yayılması: Nazçıvan MR-də rast gəlinir.  
Statusu:Azərbaycanın  nadir  və  nəsli  kəsilməkdə  olan  bitkisidir.  CR 
B1ab(ı,ıı,ııı,)+2ab(ı,ıı,ııı). 
Bitdiyi yer: Naхçıvanda yuxarı dağ qurşağında yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda təbii ehtiyatı azdır. 
Biоlоji хüsusiyyətləri: Təbiətdə hündürlüyü 25-30 sm-ə qədər оlan tikan-
lı kоldur. Tikanları dağınıq, 2-3 sm uzunluqda, bənövşə rəngli, düz möh-
kəm tüklə örtülüdür. Yarpağı 7 cüt, düz, lansetvarı, ucları şiş, 1 sm uzun-
luqda  оlub,  yaşıl,  bоz  tüklüdür.  Yarpaqaltlıqları  enli  yumurtavarı,  qısa 
tüklü, 8 mm uzunluqdadır. Yarpaq qоltuğunda əmələ gələn 2 çiçək 1-2 sm 
uzunluqda  sünbülvarı  çiçək  qrupu  əmələ  gətirir.  Çiçəkaltlıqları  5-6  mm 
uzunluqda, ensiz, yarpağaохşar, ağ tüklüdür. Kasacığı 5-6 mm uzunluqda, 
dişicikləri  bir-birindən aralıdır. Tacı  10 mm  uzunluqda  оlub,  kasacıqdan     
2 dəfə uzundur. Dişiciyi uzunsоv, qalın tüklüdür. Iyunda çiçəkləyir, avq-
ustda tохumu yetişir.  
Çохalması: Toxum yolu ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  оlaraq  insan  fəaliy-
yətidir.  


 
Becərilməsi: Becərilmir. 
Qəbul edilmiĢ qоruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qоruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Флора  Азербайджана. 
т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954; Azərbay-
canın ağac və kolları. I cild. 1961; Azərbaycan 
florasının konspekti. I-III cildlər.  2005; 2006; 
2008; Naxçıvan Muxtar Respublikası florasının 
taksonomik  spektri.  2008;  Naxçıvan  MR-nın 
flora müxtəlifliyi və onun nadir növlərinin qo-
runması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Leguminosae Juss
Paxlalılar fəsiləsi                              
Genus:  
Astracantha Podlech - Astrakanta cinsi  
Species:
Astracantha insidiosa (Boriss.) Podlech
 Zalım astrakanta 
Mitt. Bot. Staatssamml. München 19: 13 (1983):.  
 Syn.: Tragacantha insidiosa Boriss. Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk 
S.S.S.R. 10: 180; cf. Fl. URSS, ed. Komarov, 12: 351 (1946).  
 
 
Ümumi yayılması:
 
Azərbaycan

Azərbaycanda yayılması: Naxçıvan MR-də  Ordubad rayonunda bitir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı,ıı,ııı,)+2ab(ı,ıı,ııı). 
Bitdiyi  yer:  Orta  dağ  qurşağının  daşlı  yamaclarında  və  əhəngli  yerlərdə 
rast gəlinir. 
Təbii ehtiyatı: Dar bir arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  yarpağını  tökən  koldur.  Kolları  qısa-
budaqlı  olub,  yarpaqaltlıqları  seyrək  tüklüdür.Tikanlı  bitkidir.  Yarpaq-
larında  yarpaqcıqların  miqdarı  3-4  cüt  olub  xətvarı  formadadır.  Yarpaq-
cıqların uzunluğu 0,8-1,6 sm 0,1-0,2 sm enində olur.Tikanlarının ucu şiş 
olur. Birillik budaqlarının üzərindəki yar-
paqların  qoltuğunda  3  çiçəkcikdən  ibarət 
başcıq  formada  olan  çiçək  qrupu  vardır. 
Çiçəkaltlıqları  xətvar,  7-8  mm  uzunlu-
ğunda olur. Kasacığı ağ tüklüdür.Tacı sa-
rı rənglidir. Ləçəkləri 1,4-1,5 sm uzunlu-


 
ğunda,  4-5  mm  enində  olub  yumru  qulaqcıqlıdır.  Meyvəsi  uzunsov  və 
tüklüdür. İyul ayında çiçək açır. 
Çoxalması: Generativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliyyə-
tinin  təsiridir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir. 
Məlumat mənbələri: Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. 
т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan florası-
nın konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Respub-
likası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müx-
təlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə