Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur.
Məlumat mənbələri: Деревья и кустарники СССР т.4. 1958; Azər-
baycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və
“Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Familia: Leguminosae Juss.
Paxlalılar fəsiləsi
Genus: Caragana Lam.– Xöstək cinsi
Species: Caragana grandiflora (M.Bieb.) DC. – Iriçiçək xöstək
Fl. Taur.-Caucas. 2: 168. 1808
Ümumi yayılması: Təbii halda Şimali İran, Rusiya, Orta Asiya və Cə-
nubi Qafqazın şərqində və qərbində yayılmışdır.
Azərbaycanda yayılması: Naxçıvan dağları, Bozqır yaylası və Qobus-
tanda rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir.NT.
Bitdiyi yer: Daşlı-qayalı, gilli təpəliklərdə, seyrək meşəliklərdə su axar-
larının kənarlarında bəzən şoran torpaqlarda rast gəlinir.
Təbii ehtiyatı: Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri: Təbiətdə 2-5 m hündürlükdə olan koldur. Gövdəsi
qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir.
Ağımtıl və ya qonur-boz rəngdədir. Yarpaqaltlıqları 2 -3 mm uzunluqda
bərk tikan formasında, budaqları və cavan zoğları çoxtikanlıdır.
Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları
xırda, 5-12 mm uzunluqda və 2-3 mm enindədir. Tərs lansetvarı və ya
pazşəkilli olub, ucdan sivri, nazik və qısa, üzəri çılpaq və ya tükcüklərlə
örtülüdür. Çiçəkləri tək-təkdir. Çiçək saplağı kasacıqdan qısa , o boyda və
ya ondan iridir. Kasacıq yaşıl və ya qırmızımtıl-qonur rəngdədir. 12-16
mm uzunluqda, boruvarıdır, qaidədən torbacıq şəklində, şiş olub, üzəri
tükcüklüdür. Çiçək tacı iri, 2,5-3 sm uzunluqda olub, əvvəlcə qızılı
rəngdə olur və sonradan qızarıır.
Paxlası bir qədər oturaq olub, 2,5-4 sm uzunluqdadır. Üzəri xətli,
çılpaq və ya tüklüdür. May ayında çiçəkləyir, iyunda meyvəsi yetişir.
.
Çoxalması:Təbiətdə toxumları ilə çoxalır
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri:
Başlıca olaraq insan fəaliyyəti və bəzi
abiotik amillərin təsiridir.
Becərilməsi: Kulturada becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul
edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur.
Məlumat mənbələri: Дерево и кустарники СССР. т.4. 1958; Azər-
baycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və
“Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1989;
Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Nax-
çıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan
MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Fagaceae Dumort.
Fıstıq fəsiləsi
Genus: Castanea Hill. – ġabalıd cinsi
Species: Castanea sativa Mill. – Adı Ģabalıd
Gard. Dict. ed. 8 1 1768.
Ümumi yayılması: Gürcüstan, Ermənistan, Rusiya, Afrika və Avropanın
cənub hissəsində, Aralıq dənizi və Balkan ölkələri, Kiçik Asiya və İtali-
yada təbii yayılma areallarıı vardır.
Azərbaycanda yayılması: Zaqatala, Qəbələ, Oğuz, Xaçmaz, Xudat,
Yuxarı Qarabağ rayonları ərazilərində, Alazan-Əyriçay vadisində rast
gəlinir.
Statusu: Azərbaycanın nadir, relikt növüdür. VU A2c+3cd.
Bitdiyi yer: Mülayim iqlimi olan qidalı torpaqlarda rast gəlinir.
Təbii ehtiyatı: Çox geniş areala malik deyildir.
Bioloji xüsusiyyətləri: Əlverişli bitmə şəraitində hündürlüyü 38 m-ə
çatan ağacdır. Bəzən gövdəsinin diametri (xüsusən açıqlıqda bitən ağac-
larda) 1,5-3 m-ədək olur. Bitkinin cavan yaşlarında qabığı hamar yaşılım-
tıl-qara rəngdə olur. Bitki yaşlandıqca üzərində boz-qara rəngli qabıq par-
çaları yuxarıdan aşağıya doğru yarılmış bir vəziyyət alır. Gövdəsinin qa-
bığı dərin çatlı, tutqun-bozumtul rəngdədir. Cavan zoğları tünd-
qırmızımtıl, qəhvəyi rəngdə olub, bozumtul tükcüklə örtülüdür. Geniş
qol-budaqlı çətirə malikdir. Yarpaqları tam formalaşdıqdan sonra üstdən
çılpaq yaşıl, altdan ulduzvarı tükcüklü və açıq-yaşıl rənglidir, kənarları
mişar dişlidir, dişlərin sivriləşmiş ucları azacıq daxilə doğru əyilmiş olur.
Erkəkcik çiçəkləri düz dayanan, sarımtıl sünbülvarı sırğalarda yerləşir.
Dişicikli çiçəklər yaşılımtıl olub, ayrı-ayrı sırğaların qaidəsində yerləşmiş
və sırğanın aşağı hissəsində yerləşən dixaziyalarda 1-3 ədəd olur. Dişi-
cikli çiçəklərin bir neçəsi birgə yumaqcıqda, aşağıda-zoğun qoltuğunda,
erkəkciklər isə yuxarıda yerləşir. Dişicikli çiçəklər erkəkciklərə nisbətən
daha yaşılımtıl olur. Çanaqcıq dərivarı odunlaşmışdır, daxilində 3-7 fın-
dıq vardır. Meyvəsi birtoxumlu fındıq olub, dərivarı şabalıd rəngində
meyvəyanlığına malikdir. Fındıqlar 1-3 ədəd şar formalı dərivarı, xaric-
dən uzun və iti bizvari tikanlarla örtülür. Yetişdikdə qərzək partlayır, 4
hissəyə ayrılır və toxum tökulur.
İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi əsasən oktyabr-noyabr ay-
larında yetişir.
Çoxalması: Təbiətdə toxum və kök bicləri vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətinin təsiridir.
Becərilməsi: Azərbaycanda mədəni halda becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Yasaqlıqların yaradılması zəruridir.
Məlumat mənbələri: Деревья и кустарники СССР. т.2. 1951; Флора
Азербайджана. т.2. 1952; Azərbaycanın ağac və kolları. II cild. 1964;
Dostları ilə paylaş: |