Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
necə deyərlər su qiymətinə satılması xüsusi olaraq 
vurğulanırdı. 
Bu gün Azərbaycan müstəqil dövlətdir, özü sərbəst 
iqtisadi siyasət yeridir ki, onun da tərkib hissələrindən biri 
neftin qiymətinin müəyyən edilməsidir. Lakin burada bir 
xüsusiyyət vardır, neftə istənilən qiyməti qoymaq olmaz. 
Xarici bazarda artıq xam neftin satış qiyməti  əsasən 
formalaşmışdır.  İstehlakçılar onu istədiyi qiymətə sata 
bilməzlər. Bu məsələdə meydana çıxan problemlər müstəqil 
Azərbaycan Respublikası üçün yeni və eyni zamanda çox 
ciddi, mürəkkəb problemlərdəndir. Quruda neftqazçıxarma 
sahəsində iqtisadi islahatların həyata keçirilməsi prosesində 
xam neftin qiyməti məsələsi daha öncül xarakter alır. Çünki bu 
məsələni həll etmədən heç bir yeniləşmə prosesindən söhbət 
gedə bilməz. Keçmiş  sərt mərkəzələşdirilmiş planlaşma 
şəraitində qiymətin  əmələ  gəlməsi məsələsi ayrı-ayrı 
mərhələrdə iqtisadi siyasətin mühüm istiqaməti sayılsa da, 
onun həlli iqtisadi sistemdəki çatışmamazlıqlar, iqtisadi 
münasibətlərin xarakterindən asılı olaraq məhdudlaşdırdı. 
Planlı təsərrüfat sistemi şəraitində bu cür hallar, adi bir xarakter 
alırdı, yəni bütün imkanlarına görə rentabelli olan bu və ya 
digər sahə  mərkəzələndirilmiş planlaşma və maliyyələşmənin 
tələblərini ödəmək məqsədinə görə zərərli bir sahəyə çevrilirdi 
Belə sahələrdəb biri də neftqazçıxarma sənayesi idi. Ölkənin 
valyuta gətirən  ən mühüm sahələrindən biri olan 
neftqazçıxarma sənayesində qiymət sistemi elə qurulmuşdu ki, 
guya bu sahə öz xərclərini ödəmək imkanlarına malik deyildir 
və sahə dotasiya ilə qidalanırdı. 
1 iyul 1967-ci ilə kimi SSRİ-də 113 neftqazçıxarma 
idarəsi üçün 98 cür qiymət müəyyən edilmişdi. Bu qədər çox 
qiymətin mövcudluğu onunla əsaslandırlırdı ki, neftqazçıxarma 
idarələrində istehsal xərcləri yataqların göstəricilərindən asılı 
olaraq ciddi fərqlənirdi və müvafiq olaraq da belə  vəziyyət 
vahid qiymətdən istifadə etməyə imkan vermirdi. Belə bir 
 
44


 
təcrübə özlüyündə neftyıma zavodlarının fəaliyyətinin 
planlaşdırılmasını, zona qiymətlərinin tətbiq edilməsini 
çətinləşdirirdi. Başqa sözlə, neft və qaz üzrə xərclər subyekriv 
amillər səbəbinə tam müəyyən edilmirdi ki, bu da təsərrüfat 
hesabı prinsiplərinə zidd tətbir idi. 1 iyul 1967-ci ildən istehsal 
xərclərində geoloji kəşfiyyat xərcləri neft və qaz üçün müəyyən 
edilmiş qiymətlərdə öz əksini tapdı.  İstehsal fondlarına görə 
haqqın isə onların ilk dəyərinə görə deyil, qalıq dəyərinə görə 
hesablanması da müəssisələrin vəziyyətinin müəyyən dərəcədə 
yaxçılaşmasına  şərait yartadı. Bütümlükdə SSRİ üzrə neftin 
qiyməti 8-25 manat arasında müəyyənləşdirildi. Azərbaycam 
üzrə ümumilikdə 1 ton xam neftin qiyməti 10,5 manat, 
«Xəzərdənizneftqaz»  İB üzrə 11 mant, «Azneft» İB üzrə isə 
24,95 man qəbul edildi. Sahənin daxilində isə  dəfələrlə 
fərqlənən qiymətlərdən istifadə olunurdu. Bu dövrdə 
«Artyomneft» NQÇİ  (indiki «Abşeronneft») üzrə neftin satış 
qiyməti 27 manat, «Salyanneft» üzrə 15,5 manat müəyyən 
edilmişdi. 
Onu göstərmək kifayərdir ki, 1966-cı ildə 
Respublikamızda xalq təsərrüfatı üzrə  əsas istehsalat 
fondlarının kapital qoyuluşunun 50 faizdən çoxunu özündə 
cəmləşdirən neftqazçıxarma sənayesi üzrə  mənfəət cəmi 2,5 
milyon manat təşkil etmişdi ki, bu da bütünlükdə respublikada 
sənayesi üzrə olan mənfəətin (217,5 milyon manat) bir 
faizindən də az hissəsinə  bərabər idi. Sonrakı illərdə qiymət 
islahatı ilə  əlaqədar olaraq bu rəqəm artmağa meyl etsə  də o 
qədər də yüksək deyildi. 1986-cı ildən SSRİ miqyasında 
yenidənqurma tədbirləri çərçivəsində müəssisələrin özünü 
maliyyələşdirmə prinsipinə keşməsinə kömək edən bir sıra 
tədbirlər həyata keçirildi, neftqazçıxarma  şüəssisələrində 
təsərrüfat hesabı prinsiplərinin tətbiqinə, maddi 
həvəsləndirməni yaxşılaşdırmağa kömək edən normativ aktlar
qərarlar qəbul edildi. Məlum olduğu kimi, neft və qaz sənayesi 
SSRİ dövlətinin valyuta gətirən ən birinci sahəsi idi. Bu və ya 
 
45


 
səbəblərlə əlaqədar da «Azneft» İB-nin sərbəstliyində o qədər 
geniş  və imkanlı deyildi. Qiymət, istehsal xərcləri mərkəz 
tərəfindən müəyyən edilirdi. Satışda məhdudiyyət mövcud idi. 
Respublikamız öz müstəqilliyini  əldə etdikdən sonra 
neftqazçıxarma sənayesində, qiymət, istehsal xərcləri 
məsələləri kəskin bir problem kimi ortaya çıxdı. Problemin 
ciddiliyi bir də ondan irəli gəlirdi ki, respublikada öz imkanları 
hesabına sahənin inkişafına maliyyə vəsaitləri tapmalı idi. Yeni 
iqtisadi sistemə keçid isə sahədə  əsaslı  dəyişikliklər və 
islahatlar tələb edirdi. Neftqazçıxarma sənayesində iqtisadi 
islahatlar adı altında tədbirlər 1991-1992-ci illərdə geniş vüsət 
aldı  və bu islahatlar bütünlükdə, qiymətlərdə köklü 
dəyişikliklər etməklə başladı. 1992-ci ildə tam 
əsaslandırılmayan qiymətlərin liberallaşdırılmasının həyata 
keçirilməsi iqtisadiyyatın dəyər proporsiyalarında demək olar 
ki, inqilabi dəyişikliklər etdi. Təkcə bir ildən də az müddətdə 
sahələr üzrə qiymətlərin 10-15 dəfə artması müşahidə olundu. 
Məsələn, 1992-ci ilin 9 ayı ərzində sənaye üzrə qiymət indeksi 
14,1 dəfə o cümlədən energetikada 27,9 dəfə, qara 
metalurgiyada 37,1 dəfə, neft kimyasında 31,5 dəfə artdı. 
İstehsal, texniki təyinat üzrə, məhsullar üzrə qiymətlərin artımı, 
xalq istehlakı malları üzrə qiymət artımından 2 dəfə çox idi. 
Belə bir iqtisadi proses iqtisadi islahatların o biri vacib 
elementləri üzrə  əlaqələndirilmədiyindən bir çox istehsal 
sahələrini iflic vəziyyətinə saldı, istehsal xərclərinin 
strukturuna elə ciddi təsir etdi ki, illər boyu formalaşmış 
struktur ilə onun müqayisəsi demək olar ki, elmi və  əməli 
əhəmiyyətini itirdi. Bu illərdə respublikada istehsalın aşağı 
düşməsi ilə qiymətlərin sürətli artımı arasında kəskinləşən fərq 
azad rəqabət münasibətlərinin inkişafına öz mənfi təsirini 
göstərdi. Bu baxımdan alim və mütəxəssislər haqlı olaraq qeyd 
edilər ki, qiymətlərin geniş miqyaslı liberallaşdırılması  və 
manatın dönərlilik məzənnəsi iqtisadiyyatdakı digər islahat 
tədbirləri ilə  əlaqəliyini itirdi. Qiymətlərin sərbəst buraxılışı 
 
46


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə