Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   2   3   4   5   6   7   8   9   ...   53

 
M.Atakişiyev,  Ə.Ələkbərov və başqalarının  əsərlərində öz 
əksini tapmışdır. Bu əsərlərin  əhəmiyyətini qeyd etməklə 
yanaşı, müəllif tam səmimiyyətlə göstərir ki, mövcud 
tədqiqatlarda iqtisadi amillər, təsərrüfat mexanizmi məsələləri 
konkret tədqiq edilməmiş, daha dəqiq desək bir əsas obyekt 
kimi öyrənilməmişdir. Müəllif bu cəhəti xüsusi vurğulayır ki, 
Azərbaycan Respublikası müstəqilliyini  əldə etdikdən sonra, 
quruda neftqazçıxarma sənayesində iqtisadi islahatların ətraflı, 
sistem şəklimdə həyata keşirilməsi, onun dərinləşməsi, inkişaf 
etdirilməsi çox ciddi və bu vaxtadək işlənməmiş, elmi və əməli 
əhəmiyyət kəsb edən bir məsələdir. 
 
8


 
I FƏSİL 
 
AZƏRBAYCANIN QURUDA NEFTQAZÇIXARMA 
KOMPLEKSİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ 
 
1.1. Azərbaycanın neft və hasilatı tarixindən 
 
Tarixi adını oddan-alovdan almış Azərbaycan mühüm 
neftqazçıxarma rayonu kimi dünyada məhşurdur.Neftin və 
onun çıxarılmasının Azərbaycanda qədimdən mövcudluğu artıq 
dünya elminə çoxdan məlumdur.  Ərəb coğrafiyaşünası  Əbdül 
Həsən Məsudi, italyan səyyahı Marko Polo, fransız Jurden 
Katalini de Severak, alman səyyahı Engelbert Kemferin vz 
başqaları  əsərlərində Azərbaycanda hələ orta əsrlərdə neftin 
mövcudluğu və istismarı haqqında  şərhlər vermişdir. 
Planetimizdə ilk neft quyusu Azərbaycanda məhz Abşeron 
yarımadasında 1847-ci ildə qazılmışdır. Lakin tarixi mənbələr 
bu diyarda nefti daha erkən, eradan əvvəl VII-VI əsrlərdə 
çıxarıldığını  xəbər verir. Balaxanılı usta Allahyarın 1594-cü 
ildə inşa etdiyi 60 metrlik neft quyusu Azərbaycanda orta 
əsrlərdə neftin çıxarılmasına bənzərsiz dəlildir. Burda 
məlumdur ki, 1724-cü ildə Abşeronda neft quyularının xəritəsi 
tərtib olunmuşdur. Ölkəmizdə neftin qədimdən çıxarılmasına 
baxmayaraq, onun hasilatı haqqında statistik məlumatlar XIX 
əsrin əvvəllərindən start götürür. Məlumatlara görə 1821-1871-
ci illər ərzində Abşeronda 320 ton neftin çıxarılmışdır. 
Neftin gərəklilik sferasının genişlənməsi neftqazçıxarma 
sənayesinin yaranmasına səbəb olmuş, hələ  də tükənməyən, 
aktuallığını itirməyən neft erasını yaratmışdır. Belə bir fakt 
maraq doğurmaya bilməz ki, 1872-ci ildə Rusiyada hasil 
olunan 27 min ton neftin 26 min tonunu isə Qrozni və 
Krasnodar yataqları vermişdi. Artıq 1894-cü ildə 
Azərbaycanda çıxarılan neftin miqdarı ABŞ-dakı  səviyyəyə 
bərabər idi. 1901-ci ildə isə hasilatın həcminə görə Bakı 
dünyada birinci yerə çıxmışdı. Həmin ildə dünyada 20 milyon 
 
9


 
tondan bir qədər çox neft çıxarılmışdır ki, bunun da yarıdan 
çoxu Azərbaycanda, Abşeron yarımadasında hasil edilmişdir. 
XIX  əsrin 70-80-cı illərində ABŞ-ın neft sənayesinin 
göstəricilərini Azərbaycanla müqayəsi etmiş mütəxəssiz 
müəyyən etmişlərki, o dövrdə Pensilvaniyada qazılmış 14000 
quyudan 3-4 mini, Abşeronda isə 100 quyudan 40-ı neft 
veriridi.  Şimali Amerikada neft azı 1500 fut dərinlikdən 
çıxarılırdı. Abşeronda işləyən quyuların dərinliyi isə 300 fut 
idi.  Şimalı Amerikada bir neft quyusunun orta gundəlik 
məhsuldarlığı 60 pud, Abşeronda 1000 puddan çox idi. Neftin 
hər pudunun qiyməti orta hesabla Şimali Amerikada, Balaxanı 
mədənlərində satılan neftdən 9-10 dəfə baha idi. Bu rəqəmlər 
Abşeronda neft hasilatının yüksək səmərəyə malik olması 
haqda  əyani təsəvvür yaradır. Azərbaycanlı alim professor 
E.Muradəliyevanın məlumatlarında1890-cı ildə Bakı 
stansiyasından qərbə 55 milyon pud həcmdə neft daşınıldığı və 
bu illər  ərzində Bakı limanının yük dövriyyəsinə görə 
Rusiyanın limanları içərisində birnci yeri çıxması fakti 
göstərilir. 
1864-cü ildə Çar höküməti dağ-mədən sənayesində 
təhkimçi əməyinin tətbiqini qadağan etdikdən sonra XIX əsrin 
70-90-cı illərində Bakıda neft hasilatında ciddi yüksəlişlər əldə 
olundu.  İnkişaf o qədər sürətlə gedirdi ki, artiq 1879-cü ildə 
Abşeronda əl ilə quyu qazılması tətbiq edilmirdi. 
Neft sənayesi və onunla əlaqədər sahələrin inkişafı Bakı 
şəhərinin özünün güclü inkişafına səbəb olmuşdur. Bu illərdə 
neft sənayesi ilə bağlı infrastrukturun yaranması  təşəkkül 
tapmış, 1875-cı ildə isə Bakının neft sənayesinin cəmləşdiyi 
məhşur Qara şəhər meydana gəlmişdi. 
Əhalinin artım sürətinə görə Bakı o dövrdə dünya şəhərli 
icərisində birinci yeri tutmuşdur. Neft və qaz hasilatının 
artmasına iqtisadi münasibətlərin təkmilləşməsi də böyük təsir 
etmişdi. XIX əsrin ortalarında bu sahə dövlətin ixtiyarına 
keçmiş, sonralar sahibkarlar, tacirlər, quyuları müəyyən 
 
10


 
müddət öz ixtiyarlarına götürərək, dövlət vergi ödəmişlər. 
Hasilatın sürətli artımı XIX əsrin sonları, XX əsrin əvvələrində 
Azərbaycanda yerli və xarici neft inhisarları meydana 
gəlməsinə  səbəb oldu.Yüksək mənfəət götürmək ehtirası neft 
yataqlarının vəhşicəsinə istismarı ilə nəticələndi. 
XIX  əsrin ikinci yarısında, xüsusilə XX əsrin birinci 
onilliklərində, o cümlədən Birinci dünya müharibəsinin 
sonunda da Bakı nefti uğrunda mübarizə Avropa dövlətlərin 
xarici siyasətinin  əsas istiqamətlərindən birini təşkil edirdi. 
Məhz bu illər ərzində intensiv sürətlə birini təşkil edirdi. Məhz 
bu illər ərzində intensiv sürətlə artan neft hasilatı getdikcə daha 
çox siyasi xüsusiyyət daşıyırdı. Tarixi faktlar, tarixşünaz 
alimlərimizin tədqiqatları, Azərbaycanın müstəqilliyi uğrunda 
fədakarcasına mübarizə aparan M.Rəsulzadə, Ə.Topçubaşovun 
əsərləri, bu illərdə neftin daha çox ciyasi xarakter aldığını 
göstərirdi. Azərbaycanın nefti uğrunda mübarizə, ona sahib 
olmaq arzuları neft və qaz sənayesinin inkişafına bu və ya digər 
dərəcə  təsir edirdi
1
. 1872-ci ildən Oktyabr şevrilişinə  qədər 
Rusiyada hasil olunmuş 270,2 milyon ton neftin 84,1%-i 
Azərbaycanda hasil edilmişdir.  İntensiv neft hasilatının tarixi 
isə 1872-ci ildən başlanır. 125 il ərzində Azərbaycanda 1,3 
milyard tondan artıq neft hasil edilmişdir ki, onun da 930,3 
milyon tonunu quru sahələri vermişdir. Çox illər neft 
yataqlarının amansızcasına istismarına baxmayaraq 
Azərbaycanın nefti tükənməmiş, kəşf edilmiş və ediləcək yeni 
yataqlar onun sonrakı illərdə  də odlar ölkəsi kimi 
məşhurluğunu yaşadacaqdır. 
Aşağıdakı  cədvəldə  1872-ci ildən 1917-ci ilə  qədər 
Rusiyada hər il üzrə neft hasilatında Azərbaycan neftinin 
xüsusi çəkişi və dioqramda 1913-cü ildə dünyada neft hasilatını 
əks etdirən məlumatlar əksini tapmışdır: 
                                                           
1
M.Ə.Rəsulzadə «Azərbaycan cümhuriyyəti». Bakı 1990, Ə.M.Tobçubaşov. 
«Azərbaycan təşəkkülü». Bakı 1994, Mir Yaqub. «Beynəlxalq siyasətdə 
petrol». Bakı 1994. 
 
11


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə