Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   2   3   4   5   6   7   8   9   ...   53

 
Cədvəl 1 
 
1872-1917-ci illərdə Rusiyada və o cümlədən Azərbaycanda 
neft hasilatı 
(min tonla) 
 
İllər 
 
Rusiya 
Azərbaycan 
İllər 
Rusiya 
Azərbaycan 
1872 
27 26 
1895 
6935 6256 
1873 
68 66 
1896 
7115 6385 
1874 
106 82 
1897 
7566 6949 
1875 
153 105 
1898 
8635 8014 
1876 
213 183 
1899 
9264 8534 
1877 
276 248 
1900 
10684 9866 
1878 
358 329 
1901 
11987 10979 
1879 
431 395 
1902 
11621 10504 
1880 
382 343 
1903 
11099 9854 
1881 
701 656 
1904 
11665 10182 
1882 
830 818 
1905 
8310 6784 
1883 
1039 983 
1906 
8885 7452 
1884 
1533 1460 
1907 
9760 7934 
1885 
1966 1884 
1908 
10388 7815 
1886 
1936 1876 
1909 
11248 8303 
1887 
2405 2327 
1910 
11283 8232 
1888 
3074 2986 
1911 
10547 7537 
1889 
3349 3249 
1912 
10408 7799 
1890 
3864 3737 
1913 
10281 7669 
1891 
4610 4499 
1914 
10013 7101 
1892 
4775 4658 
1915 
10138 7481 
1893 
5620 5381 
1916 
10826 7894 
1894 
5040 4808 
1917 
8800 6646 
 
 
 
 
 
 
 
12


 
Əldə olunan məlumatlar və sadalanan faktlar dünyada 
neft hasilatının tarixinin əsas hissəsinin Bakı ilə bağlığının 
şəksizliyinə bir daha əsas verir. Elə bu səbəblərdən Azərbaycan 
Respublikasının Prezidenti H.Ə.Əliyev cənablarının 1997-ci 
ilin iyul-avqust aylarında (27 iyul-7 avqust) ABŞ-da rəsmi 
səfərdə olarkən görüşlərdə, Abşeronda, Bakıda neft hasilatının 
böyük, zəngin tarixə malik olması ilə əlaqədar konkret faktlara 
istinad etməsi Amerikanın işgüzar dairələrin, neft 
kompaniyalarının xüsusi marağına səbəb olmuşdur. Bu 
baxımdan da Azərbaycanın neftqazçıxarma sənayesinin 
tarixinin daha ətraflı tadqiqi elmi və əməli əhəmiyyət kəsb edir. 
Böyük Oktyabr çevrilişi və Azərbaycanda Sovet 
Hakimiyyəti qurulduqdan sonra respublikanın neft və qaz 
sənayesi yeni mərhələyə  qədəm qoydu. Bolşevik höküməti 
neft-qaz sənayesini bərpa və inkişaf etdirmək üçün mühüm 
tədbirlər planı  işləyib hazırlayaraq onu ardıcılıqla həyata 
keşirməyə başladı. Azərbaycan  İnqilab Komitəsi 1920-ci ilin 
24 mayinda neft sənayesini milliləşdirmək barədə dekret qəbul 
etdi. Milləşdirilmlş neft sənayesini idarə etmək üçün 
Azərbaycan Neft Komitəsi yaradıldı. Lenin tərəfindən 
Azərbaycan neftinə  rəhbərliyə  təyin olunmuş Serebrovski 
respublikada neft sənayesinin milliləşdirilməsini təmin etdi. 
Neft sənayesinin milliləşdirilməsi, bir mərkəzdən idarəetmə, 
geoloji-kəşfiyyat işlərinin genişlənməsi, yüksək ixtisaslı 
mütəxəssislərin hazırlanması, neft-mədən avadanlıqıarının 
istehsalının genişlənməsi, ilk dövrlərdə neft hasilatının artması 
ilə  nəticələndi. Ümumiyyətlə, Sovet hakimiyyətinin ilk 
dövrlərində, birinci beçiliklər epopeyasinda neftin əksər 
hissəsinin Azərbaycanda çıxarılması regiona mərkəzi 
hökümətin diqqətini əhəmiyyətli dərəcədə artırmışdı. Bu illərdə 
quru sahələrdə əhəmiyyətli dərəcədə artırmışdı. Bu illərdə quru 
sahələrdə geoloji kəşfiyyat axtarış işləri geniş vüsət almiş, yeni 
neft yataqları  kəşf edilmişdi. Bu illər həmşinin yeni «neftçi» 
şəhər, qəsəbələrin salınması, neft sənayesi zavodlarının və 
 
13


 
yardımçı istehsal sahələrinin geniş infrastrukturun yaranması 
ilə yadda qalmışdır. 1940-cı ildə SSRİ-də neft hasilatının ¾ 
hissəsi Azərbaycanın payına düşürdü. II Dünya müharibəsinin 
başlancığı Azərbaycanın neft sənayesi qarşısında cəbhəni 
yanacaqla təmin etmək kimi ağır bir cəzifə qoydu. Neft 
sənayesi cəbhənin tələblərinə uyğun yenidən quruldu. 1941-ci 
ildə Azərbaycanda quruda zirvə nailiyyət, 23451 min ton neft 
hasil edildi. Müharibə illərində Azərbaycan ölkəyə 75 milyon 
ton neft verdi. Bu o zaman SSRİ-də hasil edilən neftin 73,4%-
ni təşkil edirdi. Azərbaycan neftçilərinin Böyük Vətən 
müharibəsindəki fədakar  əməyinə tarixçi alim Qaraş  Mədətov 
öz tədqiqatlarında geniş yer vermiş, müharibənin SSRİ-nin 
qələbəsi ilə başa çatmasında neftçilərimizin müstəsna rol 
oynamasını xüsusilə qeyd etmişdir
2
. Müəllif haqlı olaraq 
göstərir ki, söhbət təkcə ayrı-ayrı faktlarla neftçilərin əməyinin 
qiymətləndirilməsindən deyil, o illərdə güclü hərbi texnikası ilə 
dünyaya meydan oxuyan faşist ordusu üzərində  qələbənin 
tamin edilmasində misilsiz rol oynamış Azərbaycan xalqının 
fədakar əməyinin tariı qarşısında qiymətləndirilməsindən gedir. 
Məlum faktdır ki, faşistlər SSRİ-ni məğlub etmək planında 
Bakını, və onun neftini ələ keçirməyi əsas məqsəd kimi qarşıya 
qoymuşdular. Bu tarix bir daha ona görə xatırlanır ki, hazırda 
çətin vəziyyətini yaşayan qurudakı neftqazçıxarma 
müəssələrinin taleyinə bu günki göstəricilər baxımından 
yanaşılmasın. Onların bu gün mövcud problemlərinin çoxunu o 
dövrün, o ağır illərin həll edilməmiş problemləri təşkil edir. 
Akademik A.Mirzəcanzadə qeyd edir ki, «Tarixi şərait elə 
gətirmişdi ki, sovet dövlətinin quruculuğu, Böyük Vətən 
Müharibəsi, xalq təsərrüfatının bərpası  və inkişafı prosesləri 
Azərbaycandakı yataqlarda mümkün həddən bir neçə dəfə artiq 
olmaqla daha intensiv istismarın aparılmasını  tələb etmiş, 
layların səmərəli işlənməsi və planlı qazma əvəzinə, aktiv 
                                                           
2
 Q.Mədətov. «Azərbaycan Böyük Vətən müharibəsi illərində». Bakı. Elm 
1976. 
 
14


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə