Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   2   3   4   5   6   7   8   9   ...   53

 
kompressor stansiyası, 150 qazpaylayıcı stansiya, aktiv həсmi 
3 milyard kub metr olan 2 yeraltı qaz ambarı və digər obyektlər 
daxildir. Bundan başqa ARDNŞ-in strukturunda təbii qazın 
təmizlənməsi və emalı üzrə ixtisaslaşdırılmış istehsal gücü 6,5 
milyard kub metr olan Azərbaycan Qaz Emalı Zavodu fəaliyyət 
göstərir. Azərbaycanın malik olduğu qaz nəqletmə sistemi 4 
ölkənin Gürcüstan, Ermənistan, Rusiya və İranın qaz nəqletmə 
sistemi ilə qarşılıqlı surətdə sıx bağlılığı vardır ki, bunlardan da 
son ikisi dünya qaz ehtiyatlarının mühüm hissəsini özündə 
cəmləşdirərək Avropa ölkələrinin marağını  təbəssüm 
etdirməkdədir. Respublikamızın neft və qaz sərvətlərindən 
digər xalqlar və onların ayrı-ayrı nümayəndələri də az 
bəhrələnməmişlər. Azərbaycanın bu sərvətləri 1 əsrdən artıq 
müddətdə  və xüsusən sovet hakimiyyəti dövrlərində qonşu 
respublikaların Ermənistan, Gürcüstan və Rusiyanın enerji 
ehtiyatlarını  təmin etmişdir.  Əsrin  əvvəllərində xarici 
sahibkarlar Azərbaycanda neft hasilatına sərmayə qoyaraq öz 
kapitallarını artırmış, kapitalist dünyasının məhşur simaları 
Rotsşild, Nobel qardaşları Bakı nefti hesabına daha da zəngin 
olmuşlar. Rusiyanın özündə  də neft sənayesinin yaranması 
Azərbaycanla bağlı  təşəkkül tapmışdır.Bu bir tarixi həqiqətdir 
ki, Azərbaycanda neft-qaz yataqlarının kəşfi və istismarı onun 
həyatının bütün sahələrinə  təsir göstərmişdir. Neft və qaz 
hasilatı hesabına çoxlu qəsəbə  və  şəhərlər salınmışdır.  Əli-
Bayramlı, Siyəzən, Neftçala, Salyan şəhərlərinin indiki sənaye 
potensialı, infrastrukturu Bakı  şəhərində Suraxanı, Buzovna, 
Binə, Mərdəkan, Sabunçu, Bakıxanov, Rəsulzadə, Lökbatan, 
Patamdar və sair bu kimi qəsəbələrin bugünki siması məhz neft 
amili ilə bağlıdır. Neft hesabına qeyd olunduğu kimi, 
respublikada qüdrətli sənaye sahələri yaranmış, Azərbaycanın 
iri neftmaşınqayırma, neft kimyası zavodları keçmiş  İttifaqın 
təchizat bazasının  əsasını  təşkil etmişdir. Azərbaycan həm də 
keçmiş SSRİ-də neft elminin mərkəzi sayılmışdır. Bir çox 
Azərbaycanlı neftçi alimlər bu elmin zirvəsini fəth etmişlər. 
 
19


 
Akademik Y.Məmmədəliyev, A.Mirzəcanzadə  və digərlərinin 
neft sənayesindəki elmi xidmətləri  əvəzsizdir. Azərbaycanın 
geoloq alimi F.Salmanovun Sibir çöllərində  fədəkar  əməyi bu 
regionda nəhəng neft yataqlarının kəşfini təmin etmişdir. 
Böyük fəxrlə demək lazımdır ki, Rusiyanın iri «Lukoyl» neft 
şirkətinin yaradıcısı  və  rəhbəri həmyerlimiz V.Ələkbərovdur. 
Azərbaycan Neft-Kimya İnstitutu (indiki Azərbaycan Dıvlət 
Neft Akademiyası) öz elmi, təhsil potensialına görə keçmiş 
SSRİ-də müvafiq sahədə kadr hazırlığı üzrə birinci təhsil oсağı 
sayılmış  və indinin özündə  də  əvvəlki  şöhrətini saxlamışdır. 
Azərbaycan alimləri, neftçiləri SSRİ dövləti  ərazisində olan 
demək olar ki, bütün neft və qazlı yataqların kəşfi, işlənməsi və 
istismarında fəallıq göstərmiş, dünyada ilk dəfə olaraq açıq 
dənizdə  kəşfiyyat, istismar proseslərini həyata keçirmişlər. 
Yüzlərlə Azərbaycanlı geoloqlar, neftçilər, alimlər  Şərqi 
Avropa ölkələrində, Afrikada, Yaxın  Şərqdə, Hindis anda, 
Vetnamda neft-qaz hasilatına mütəxəssis kimi cəlb olunmuş, 
bu ölkələrin çoxunda yerli neft sənayesinin  əsasını qoymuşlar 
sırasında olmuşlar. Neft-qaz hasilatı qeyd olunduğu kimi, Bakı 
şəhərinin simasının dəyişməsində də əsas amil olmuşdur. Əsrin 
əvvəllərində neft hasilatından çoxlu gəlir götürən 
həmvətənlərimiz iri neft sahibkarlarına çevrilmiş, Bakı 
şəhərində tikinti quruсuluq işlərini həyata keçirmişlər. Belə bir 
fikir həmişə mövcud olmuşdur ki, bolşeviklər Bakını  ələ 
keçirməsəydilər, sovet hakimiyyəti Azərbaycanda 
qurulmasaydı Bakı  şəhəri bu gün başqa, daha yaraşıqlı, daha 
gözəl görkəmdə olardı. Bu onunla izah olunur ki, bolşevik 
hökuməti nefti milliləşdirdikdən sonra neft sənayesindən  əldə 
olunan vəsaitdən kifayət qədər bu torpağın sakinlərinə  məsrəf 
etməmişdir. Hesablamalar göstərir ki, respublikamızın bu 
əvəzsiz sərvətindən  əldə edilən gəlirin cüzi bir hissəsi yalnız 
onun ehtiyatların sərf olunsaydı, və respublikanın sənaye 
kompleksi inkişaf etsəydi onda şübhəsiz ki, Azərbaycan 
dünyanın çox inkişaf etmiş varlı dövlətlərindən birinə 
t
 
20


 
çevrilərdi. Məlum həqiqətdir ki, Böyük Vətən Müharibəsi 
illərində hər 4 sovet tankı və təyyarəsindən 3-ü Bakı benzini ilə 
hərəkətə gəlmiş və bu mühüm qələbə təmin olunmuşdur. Əsrin 
əvvəllərində neft hesabına varlanan Bakı milyonçuları xalqın 
maariflənməsində tikinti quruculuq, xeyriyyəçilik işlərinə az 
pul xərcləməmişlər. Bir sözlə neft Azərbaycan xalqının 
maariflənməsində, təhsilində mühüm rol oynamış, onun 
iqtisadiyyatının dirçəldilməsinə, sənaye potensialının 
artırılmasına, xalqın mənəvi dəyərlərinin zənginləşməsinə 
səbəb olmuşdur. Neft amili milli şüurun inkişafında öz müsbət 
təsirini göstərmişdir. Pofoslu deyilsə də bu bir həqiqətdir: Neft 
Azərbaycanı daha çox Azərbaycan etmişdir. 
 
 
1.2. Neft-qaz hasilatının dinamikasında  əsas meyllər və 
Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan 
sonra
Rİ dövləti dağıldıqdan sonra bir şox postsovet ölkələri 
kimi,
başlıca amillər 
 
 diktatura iqtisadiyyatından bazar iqtisadiyyatına, 
milliləşdirmədən özəlləşdirməyə, təmərgüzləşmədən, total 
rejimindən sərbəst, yeni dünyəvi iqtisadi münasibətlər 
sisteminə 
qədəm qoymuşdur. Sovetlər 
İttifaqının 
iqtisadiyyatının tərkib hissəsi kimi, ümumən xammal bazası 
əsasında təşkil olunmuş Azərbaycan iqtisadiyyatı indiki 
müstəqil dövlət quruculuqu prosesində bazar iqtisadiyyatı 
yolunu seçmiş, onun prinsipial tələbləri ilə üz-üzə dayanmışdır. 
Hazırda dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, 
iqtisadiyyatın yenidən qurulmasında, bazar münasibətlərinə 
keçidlə əlaqədar mühüm işlər görülsə də, dövlət strukturlarında 
yeni iqtisadi münasibətlər formalaşması  və inkişafı 
istiqaqmətində, inzibatçılıq iqtisadiyyatından azad olmaq üçün, 
sistem xarakterli işlərin həyata keşirilməsinə böyük ehtiyac 
vardır. 
SS
 Azərbaycan xalqı  və respublikası da müstəqil dövlət 
 
21


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə