Azərbaycanin xariCİ İQTİsadi ƏlaqəLƏRİ



Yüklə 71 Kb.
tarix08.11.2018
ölçüsü71 Kb.
#79432
növüDərs

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR KAFEDRASI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ” FƏNNİ ÜZRƏ



SİLLABUS


ÜMUMİ MƏLUMATLAR

FƏNNİN ADI VƏ KODU

Azərbaycanın Xarici İqtisadi Əlaqələri (İ – 0707)

FƏNİN NÖVÜ

Məcburi

PREREKVİZİTLER

Dünya iqtisadiyyatı (İ-0703)

TƏDRİS İLİ

II Semestr, 2011

MÜƏLLİM

Elşən Rəsul oğlu BAĞIRZADƏ


ƏLAQƏ VASİTƏLƏRİ

Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər kafedrası, Bakı, İstiqlaliyyət 6,

I Mərtəbə, Otaq 136, Tel : + 994 50 374 41 33, + 994 12 492 31 21

E-mail: e.bagirzade@gmail.com, Web: www.elsenbagirzade.wordpress.com


FƏNNİN TƏQDİMATI

FƏNNİN MƏQSƏDİ

Müstəqillikdən sonra Azərbaycanın xarici iqtisadi əlaqələrinin əsas inkişaf tendensiyalarını tədqiq və tədris etməkdir.



TƏDRİS METODU

Dərs əsasən müəllim tərəfindən işlənəcək, ancaq keçirilən dərslərdə diskussiya mühiti yaradılmağa çalışılacaqdır. Mühazirələr prezentasiya formasında təqdim olunmaqla yanaşı, şərh edilən mövzuların sual-cavab metoduyla daha yaxşı anlaşılmasına da çalışılacaqdır. Tələbələrin dərslərə gəlməmişdən öncə həftəlik dərs planındakı hər mövzu ilə bağlı ilkin tanışlığı və dərslərdə aktiv olmaları tələb olunur.

FƏNNİN NƏZARƏT FORMASI

Tələbələrin biliyinin qiymətləndirməsi semestr sonunda tətbiq edilən imtahan yoluyla həyata keçiriləcəkdir.


FƏNNİN MÜVƏFFƏQİYYƏT ŞƏRTLƏRİ

Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi olacaqdır:

50 bal – imtahana qədər

o cümlədən:

10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

30 bal – seminar dərslərindən toplanacaq ballar

Seminar ərzində ən azı 3 dəfə kollekbium keçiriləcəkdir. Kollekviumda iştirak etməyən tələbələrin balı jurnalda 0 (sıfır) formasında qeyd olunacaqdır.



50 bal –İmtahanda toplanacaq

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Hər səhv cavab bir düzgün cavabın balını siləcəkdir.



Qeyd: İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar nəzərə alınmayacaqdır. İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A – “Əla” – 91-100

B – “Çox yaxşı” – 81-90

C – “Yaxşı” – 71 – 80

D – “Kafi” – 61 -70

E – “Qənaətbəxş” – 51 -60



F – “Qeyri-kafi” – 51 baldan aşağı


ZƏRURİ TƏDRİS VASİTƏLƏRİ

Auditoriyada projektor və İNTERNET bağlantısı olan, həmçinin də Power Point prezentasiya proqramına malik bir kompüterin olması zəruridir.

TÖVSİYYƏ EDİLƏN YAZILI VƏ ELEKTRON MƏNBƏLƏR
  1. www.azstat.org – Azərbaycan Dövlət Statsitika Komitəsi

  2. www.economy.gov.az – AR İqtisadi İnkişaf Nazirliyi

  3. www.taxes.gov.az – AR Vergilər Nazirliyi

  4. www.nba.az – AR Mərkəzi Bankı

  5. www.e-qanun.az – Azərbaycan qanunvericiliyinin elektron bazası

  6. www.un.org -BMT

  7. www.imf.org – BVF

  8. www.worldbank.org – Dünya Bankı

  9. www.wto.org – DTT


HƏFTƏLİK DƏRS PLANI

I HƏFTƏ

Müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatının əsas inkişaf trendləri

II HƏFTƏ

Azərbaycanın xarici iqtisadi əlaqələrinin təşkilati-hüquqi bazasının formalaşması

III HƏFTƏ

Azərbaycanın xarici ticarət əlaqələri

IV HƏFTƏ

Azərbaycanın xarici investisiya əlaqələri

V HƏFTƏ

Azərbaycanın xarici miqrasiya əlaqələri

VI HƏFTƏ

Azərbaycanın texnologiya transferti sahəsində xarici əlaqələri

VII HƏFTƏ

Azərbaycanın enerji təminatı sahəsində qlobal əməkdaşlığı

VIII HƏFTƏ

Azərbaycanın regional iqtisadi inteqrasiyalarla əlaqələri

IX HƏFTƏ

Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq əlaqələri

X HƏFTƏ

Azərbaycan-ABŞ iqtisadi əlaqələri

XI HƏFTƏ

Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri

XII HƏFTƏ

Azərbaycan-Çin iqtisadi əlaqələri

XIII HƏFTƏ

Azərbaycan-Yaponiya iqtisadi əlaqələri

XIV HƏFTƏ

Azərbaycan-Rusiya iqtisadi əlaqələri

XV HƏFTƏ

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri


Müəl. Elşən BAĞIRZADƏ 12. 02. 2011
Yüklə 71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə