Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə18/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   14   15   16   17   18   19   20   21   ...   123
MOSKVA ALTINDA DÖYÜġLƏR 
 
Moskva  uğrunda  vuruşlarda  Almaniya  rəhbərliyi  ildırım  sürətli  müharibə 
yolu ilə Moskvanı zəbt etmək və qısa müddətdə müharibəni qurtarmaq xülyasında 
idi.  Buna  uyğun  olaraq  düşmənin  ilk  və  əsas  zərbəsi  Moskva  istiqamətinə 
yönəldilmişdi. 
                                                           
13
 
Bax:
 Qurban Orucov, Azərbaycan Qafqaz döyüşlərində, Bakı,  1984, s.29 
14
 
Azərbaycanın Siyasi Partiyalarının və İctimai hərəkatlarının Dövlət arxivi, fond 1, bölmə 153. İş 222.
 


30 
 
1941-ilin    14    oktyabrında  faşistlərin    3-cü  tank  ordusu  Qərb  cəbhəsinin 
Şimal cinahını yararaq, Moskvanın şimalındakı Kalinin şəhərini zəbt etdi. 
Bu  ərəfədə  (10/X-41)  G.K.Jukov  Moskvanı  müdafiə  edən  Qərb  cəbhəsinə 
komandan təyin edilmişdi. 
Moskvanın  müdafiəsinə  göndərilmiş  Bakı  Zenit  artilleriyası  alayı 
qəhrəmancasına  döyüşərək,  düşmənin  40-a  qədər  təyyarəsini  məhv  etmişdi  və 
geriyə qaytarmışdı
15

Paytaxtın  bu  ağır  günlərində  onu  səmadan  mühafizə  edən  zenit  artilleriya 
hissələrinin  böyük  bir  hissəsi  Moskva-Kalinin  şossesi  boyu  Moskva  çayının 
üstündəki  körpünü  və  ətrafını  müdafiə  etmək  üçün  göndərildi.  Çayın  hər  iki 
sahilində  bu  sətrlərin  müəllifinin  xidmət  etdiyi  51-ci  Zenit  artilleriya  diviziyası 
yerləşdirilmişdi  və  bizim  zenit  top  hissələrinə  əmr  verilmişdi  ki,  atəş  göydə 
təyyarələrə,  yerdə  tanklara  qarşı  aparılmalıdır.  Almaniya  hərbi  tarixçisi  Klaus 
Reynqardt öz kitabında belə yazır: “Stalin Moskvada olan bütün ehtiyatlarını Qərb 
cəbhəsinin  sağ  cinahına  göndərmişdi,  hətta  zenit  birləşmələri  də  cəbhənin  ön 
xəttində tanklarla mübarizə üçün istifadə edilirdi”
16

Moskvaya  səmadan  hücumlar  müharibənin  başlanmasının  birinci  ayının 
sonunda  başlanmışdı.  Belə  ki,  düşmənin  200-250  bombaatan  təyyarəsinin 
Moskvaya  ilk  uçuşu  iyulun  22-nə  keçən  gecə  olmuşdu  və  bu  gecə  düşmənin  22 
təyyarəsi  məhv  edilmişdi.  Moskva  səmasında  noyabrın  14-də  olan  döyüşdə 
düşmənin 
43 
təyyarəsi 
vurulmuşdur. 
Alman 
müəlliflərinin 
yazdığı 
“Barbarossa”dan  “Terminal”a
17
 qədər  “Qərbdən  baxış”  adlı  kitaba  daxil  edilmiş 
Paul Karellin “Almanlar nə üçün Moskvanı ala bilmədilər?” adlı yazısında deyilir 
ki,  Londondan  fərqli  olaraq  (Almaniya  təyyarələri  Londonu  da  bombardman 
edirdilər)  Moskva  səmasında  aparılan  döyüşlərdə  Sovetlər  həmişə  hegemon 
olmuşlar.
18
 Məlumdur  ki,  faşist  ordusunun  Moskva  altında  darmadağın 
edilməsindən  sonra,  1944-cü  ilə  qədər  düşmən  təyyarələrinin  Moskvaya  uçuşları 
davam etmişdir. 
Moskvaya  faşist  təyyarələrinin  uçuşlarının  başlanmasından  az  sonra  Sovet 
hərbi hava qüvvələri Berlinə cavab zərbələrinə başlamaq haqqında göstəriş aldı və 
belə  ilk  uçuş  7  avqustda  (1941)  oldu.  Baltik  flotunun  2  eskadrilya  bombaatan 
                                                           
15
 
Bakinskiy raboçiy. 2 dekabr 1966. 
16
 
Klaus  Reynqardt.  Moskva  altında  dönüş.  Hitler  strategiyasının  1941-42-ci  ilin  qışında  iflası 
(Almancadan tərcümə). M. 1980. s.190-191. 
17
 
“Terminal” - Podstam konfransının gizli kod adı idi. 
18
 
“Barbarossa”dan “Terminal”a qədər Qərbdən baxış. M. 1988. s.50 
 


31 
 
təyyarələri (15 təyyarə) Ezel  adasına  köçürüldü  və oradan  1760 km.  məsafəni qət 
edərək, Berlinə ilk bomba zərbəsini endirdilər. Sentyabrın  4-nə qədər belə daha 9 
uçuş  həyata  keçirilmişdi.  Berlinə  bu  uçuşların  iştirakçılarından  biri  də  Goranboy 
rayonunda dünyaya göz açmış həmyerlimiz Ağasəf Məmmədhüseyn oğlu Səmədov 
olmuşdur. Bu uçuşa  görə  o, “Qırmızı Bayraq”  Ordeni ilə  təltif edilmişdi.  1947-ci 
ildə  mayor  rütbəsində  orduda  xidmətdən  tərxis  edilmiş  A.Səmədov  hazırda  Bakı 
şəhərinin Yasamal rayonunda yaşayır. 
1941-42-ci  ilin  qışında  Moskva  ətrafında  döyüşlər  və  Alman  faşist 
ordusunun  bu  döyüşlərdə  darmadağın  edilməsi  II  dünya  müharibəsinin  ən  böyük 
döyüşlərindən idi və faşist ordusunun məğlubedilməzliyi haqqındakı əfsanələrə son 
qoydu. Bu döyüşlərdə düşmən qüvvələri Moskvadan 100-350 km qərbə qovuldular 
və Almaniya ordusunun 38 diviziyası məhv edildi. 
Moskva  uğrunda  döyüşlər  altı  aydan  artıq  bir  dövrü  (30.09.41-20.04.42) 
əhatə etdi. Bu döyüşlərin sonu Almaniyanın məğlub olacağına böyük inam yaratdı. 
Müharibənin yekunlarına həsr olunmuş Nyunberq Məhkəmə prosesində Almaniya 
feldmarşalı  Keytelə  verilmiş  suala  ki,  “Siz  nə  vaxt  anladınız  ki,  bu  müharibədə 
uduzmusunuz?”. O, qısaca olaraq belə cavab vermişdi: “Moskva”. 
Azərbaycanlı komandir və döyüşçülərdən Moskva uğrunda döyüşlərdə tank 
hissəsi  komandiri  Həzi  Aslanov,  polkovnik  Yaqub  Quliyev,  kapitan  Muxtar 
Süleymanov,  baş  leytenant  Museyib  Allahverdiyev,  leytenant-zenitçik 
Məmmədrəsul  Paşayev,  təyyarə  hissəsində  xidmət  edən  Pərviz  Tağızadə, 
pulemyotçu İdris Vəliyev, tibb bacısı Aliyə Rüstəmbəyova, snayper Ziba Qəniyeva 
və digərləri öz rəşadətli döyüşləri ilə xalqımızın adını şöhrətləndirdilər. 
Baş  serjant  İsrafil  Məhərrəm  oğlu  Məmmədov  1941-ci  ilin  3  dekabrında 
Moskvanın  şimalında  yerləşən  Novqorod  vilayətinin  Pustınka  kəndi  yaxınlığında 
20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saatlıq aramsız 
hücumlarını  dəf  edərək  mövqelərini  daha  da  möhkəmləndirdilər.  Bu  döyüşdə 
İ.Məmmədovun  özü  70-dən  çox  faşist  məhv  etdi.  Dekabrın  11-də  İsrafil 
Məmmədova  Sovet  İttifaqı  Qəhrəmanı  Fəxri  adı  verildi.  O,  Sovet  İttifaqı 
Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı idi. 
Bu  sətrlərin  müəllifi  də  Moskvanın  müdafiəsi  dövrü  hərbi  əməliyyatlarda 
iştirak  etmiş  və  Moskvanın  müdafiəsində  Azərbaycan  xalqının  böyük  köməyi  və 
hünəri  haqqında  1991-ci  ildə  bir  kitabça  nəşr  etdirmişdir
19
.  Həmin  yazıda 
Azərbaycanda  yaşayan  və  Moskva  uğrunda  döyüşlərdə  iştirak  etmiş  260  nəfər 
komandir  və  döyüşçünün  siyahısı  verilmişdir.  Bütövlükdə  isə  Azərbaycan 
                                                           
19
 
İsrafil İsmayılov. Azərbaycan Moskva uğrunda  döyüşlərdə (rus dilində). Bakı, 1991, s.87 
 


32 
 
vətəndaşlarından Moskvanın müdafiəsinə görə  medalı ilə 1000 nəfərdən çox təltif 
edilmişdir. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə