Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


§ 2. Qafqaz uğrunda döyüĢlərin baĢlanması



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə20/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   16   17   18   19   20   21   22   23   ...   123
§ 2. Qafqaz uğrunda döyüĢlərin baĢlanması 
və Azərbaycanda milli diviziyaların 
təĢkil edilməsi 
 
Moskva altındakı məğlubiyyətdən sonra faşist ordusu komandanlığı 1942-ci 
ilin yayında əsas hücumlarını Stalinqrad və Qafqaz istiqamətinə yönəltmişdi. 
Qafqaz  uğrunda  ağır  döyüşlərin  ərəfəsində  burada  faşist  ordusunun  hərbi 
qüvvəsi Sovet ordusundan piyada hissələri üzrə 1,5 dəfə, top və minomyotlarla 2,1 
dəfə, tanklarla 2,3 dəfə, təyyarələrlə 1,7 dəfə çox idi
21

Stalinqrad  döyüşlərinin  ağır  günlərində,  1942-ci  ilin  iyununda  Qafqaz 
uğrunda  döyüşlər  başlandı.  Belə  ki,  Almaniyanın  1-ci  tank  ordusu,  4-cü  tank 
ordusunun  bir  neçə  diviziyası,  iki  səhra  ordusu  Sovet  ordusunun  müdafiə  xəttini 
Şimali Qafqazda yararaq hücumu davam etdirirdi. 
1942-ci  ilin  18  avqustunda  Vladiqafqaz  şəhərində  Şimali  Qafqaz 
xalqlarının,  23  avqustunda  isə  Tbilisidə  Zaqafqaziya  xalqlarının  antifaşist 
mitinqləri  keçirildi.  Tbilisidəki  mitinqdə  çıxışında  böyük  şairimiz  Səməd  Vurğun 
demişdi:  “Nizami  Gəncəvinin  yatdığı  torpağa  faşist  işğalçılarının  ayağı  dəyə 
bilməyəcəkdir... Qoy keçilməz Qafqaz dağlarının dibi, görünməyən dərələri alman 
işğalçıları üçün məzarıstan olsun. Mən düşmənə nifrət bəsləməyə çağırıram!”. 
Qafqaz  uğrunda  döyüşlər  1942-ci  ilin  25  iyulundan  1943-cü  ilin  9 
oktyabrınadək  davam  etdi.  Qafqazın  müdafiəsi  Şimali-Qafqaz  cəbhəsinə 
(komandiri  ilk  aylarda  marşal  S.M.Budyonnı)  və  Zaqafqaziya  cəbhəsinə  (ordu 
generalı İ.V.Tülenov) tapşırılmışdı. 
Qafqaz  istiqamətində  düşmən  hücumunun  başlandığı  günlərdə  Almaniya 
ordusuna (“A” qrupu ordu hissələri, komandir-general-feldmarşal V.List) nisbətən 
buradakı Sovet Ordu hissələrində hərbi texnika tanklar üzrə 9 dəfə, hərbi təyyarələr 
üzrə 8 dəfə az idi. 
                                                           
21
 
История Второй Мировой войны, 1939-1945 г. том V, M.1975, с.202. 
 


34 
 
Moskvanı  zəbt  etmək  haqda  Hitlerin  planı  boşa  çıxdıqdan  az  sonra  Hitler 
Yaponiyanın səfiri Osimanı qəbul edərkən, ona demişdi: “Mən qərara gəlmişəm ki, 
daha  mərkəzi  hissədə  hücumu  dayandırım.  Mənim  məqsədim  Cənub  cəbhəsində 
hücuma keçməkdir... Qafqaz istiqamətində zərbə endirəcəyəm. Neft üçün İrana və 
İraqa çıxmaq vacibdir”
22

Stalinqrad  istiqamətində  hücum  edən  6-cı  alman  ordusunun  komandanı 
general-feldmarşal  Fridrix  Paulyus  (1890-1957)  müharibədən  sonra  yazdığı 
“Xatirələr”ində  Almaniya  ordusunun  Stalinqrad  altında  döyüşlərini  3  mərhələyə 
bölür: 1) 1942-ci ilin yay hücumları ilə müharibəni qələbə ilə qurtarmaq mərhələsi 
(buna nail olunmadı), 2) Sovet (rus) ordusunun payız hücumu başlandı və 6-cı ordu 
mühasirəyə  alındı.  Bu  dövrdə  Hitlerin  vəd  etdiyi  kömək  olmadığı  üçün,  3-cü 
mərhələdə  əsas  vəzifə  Şərq  cəbhəsinin  cənub  hissəsini  bərpa  etmək  və  Qafqazda 
yerləşən  alman  ordusunun  iri  hissələrini  xilas  etmək  idi
23
.  Bütün  mərhələlər 
məğlubiyyətlə nəticələndi. 
Qafqaz  uğrunda  döyüşlər  Stalinqradı  müdafiə  edən  Sovet  ordu  hissələri 
üçün  böyük  kömək  idi  və  əsasən  bu  zəmində  Stalinqrad  altında  əks  hücumlar 
başlandı və Almaniya ordusunun böyük bir hissəsi burada mühasirə və darmadağın 
edildi, təslim oldu. 
1942-ci  ilin  avqustun  sonunda  Almaniya  silahlı  qüvvələrinin  birinci  tank 
ordusu Şimali Qafqazda Terek və Baksan çayları sahillərinə çıxdılarsa da, irəliləyə 
bilmədilər. Beləliklə Qafqaz uğrunda döyüşlərin beş ay davam edən müdafiə dövrü 
qurtardı və Sovet Ordusunun əks hücumu başlandı. 
Marşal G.K.Jukov “Xatirələrim və düşüncələrim”də yazır ki, 1942-ci ilin 27 
avqustunda  İ.V.Stalin  ona  zəng  edərək  dedi:  Cənubda  vəziyyət  pisdir  (söhbət 
Stalinqrad  haqqında  gedir).  Şimali  Qafqazda  da  ondan  yaxşı  deyil...  Timoşenko 
ştabı özbaşına tərk edərək öz adyutantı ilə Dona çimməyə gedibmiş. Biz onu azad 
etmişik və onun əvəzinə Yeryomenkonu göndərmişik...” Sonra İ.V.Stalin K.Jukova 
bildirir  ki,  biz  Sizi  Ali  Baş  komandanın  müavini  təyin  etdik  və  qərara  gəldik  ki, 
Sizi Stalinqrada göndərək ki, orada döyüşlərə ümumi rəhbərlik edəsiniz. 
Məlumdur  ki,  Stalinqrad  cəbhəsində  yerləşən  66-cı  ordu  1942-ci  ilin 
sentyabrın  5-də  əks  hücuma  başlamışdı.  Lakin  Stalinqrad  uğrunda  əsas  döyüşlər 
hələ qarşıda idi. 
1942-ci ilin 12 və 13 sentyabrında İ.Stalinin kabinetində Cənub cəbhəsində 
vəziyyət yenidən müzakirə edildi. Qeyd edildi ki, feldmarşal Paulyusun ordusu və 
                                                           
22
 
Bax:  A.Якобин,  1939-1945гг.  (Второя  Мировая  война  в  хронике  и  документах),  Дормштадт, 
1961, с.228 (almancadan tərcümə). 
23
 
Bax: «1418 дней войны», M. 1990, с.295-296.
 


35 
 
general  Qotun  4-сü  tank  ordusu  Stalinqrad  istiqamətindəki  döyüşlərdə  böyük 
itkilər vermişdir və onların hücumları zəifləyir. Müşavirədə (üç nəfərin iştirakı ilə: 
İ.Stalin, G.Jukov və A.Vasilevski) Stalin əks hücuma keçmə planını təsdiq etdi və 
göstəriş verdi ki, eyni zamanda Qafqaz cəbhəsi haqqında da fikirləşin”
24

Volqa  sahillərində,  Stalinqradı  zəbt  etmək  üçün  apardığı  vuruşlarda 
Almaniyanın  iki  ordusunun  darmadağın  edilməsi  nəticəsində  300  min  nəfərlik 
alman ordusunun məhv edilməsi və əsir düşməsi II dünya müharibəsində antihitler 
qüvvələrinin  qələbə  çalacağına  inamı  daha  da  artırdı.  Həmin  dövrə  qədər  Şərq 
cəbhəsində Almaniya faşizminin 112 diviziyası məhv edilmişdi. 
Faşist  Almaniyası  rəhbərliyi  SSRİ-yə  qarşı  müharibəni  başladığı  ilk 
günlərdə  hesab  edirdi  ki,  Bakı  neftini  tezliklə  zəbt  edəcəkdir  və  buna  görə  də 
qərara  gəlmişdi  ki,  Bakıya  bomba  zərbəsi  endirmək  lazım  deyil.  Bununla  belə 
SSRİ-yə  qarşı  ildırımsürətli  müharibə  baş  tutmadığından  1942-ci  ilin  4  mayında 
gündüz  Bakı  üzərində  Almaniyanın  kəşfiyyatçı  təyyarəsi  müşahidə  edildi.  SSRİ 
Xalq Komissarlar Sovetinin 05.05.42-ci il tarixli gizli iclasında Alman təyyarəsinin 
Bakıya  uçuşu  məsələsi  müzakirə  edildi  və  qeyd  edildi  ki,  şəhər  əhalisi  hava 
hücumundan müdafiə üçün hazırlanmamışdır. 
1942-ci  ilin  23  iyununda  İ.Stalinin  yanında  Bakının  müdafiəsi  məsələsi 
müzakirə  olundu  və  onun  göstərişi  ilə  58-ci  ordu  və  Birləşmiş  Süvari  Korpusu 
İrandan və Orta Asiyadan (həmin ilin 28 avqustunda) bu regiona gətirildi. 
1942-ci  ilin  16  sentyabrında  SSRİ  Dövlət  Müdafiə  Komitəsi  Bakının 
müdafiəsi  üçün  xüsusi  qərar  qəbul  etdi.  Sentyabrın  24-də  Zaqafqaziyada  hərbi 
vəziyyət elan olundu. 
Qafqazın  müdafiəsinə  yuxarıda  göstərilən  Şimali  Qafqaz  və  Zaqafqaziya 
cəbhələrindən  əlavə  Qara  dəniz  donanması,  Xəzər  və  Azov  dənizləri  hərbi 
donanmaları da cəlb edilmişdi. 
Görülmüş  bütün  tədbirlərin  nəticəsində  faşist  ordu  hissələrinin  Qafqaz 
istiqamətindəki hücumları dayandırıldı və 1943-cü ilin əvvəlində Sovet ordusu əks 
hücuma keçdi. 
Şimali Qafqazdan başlanan bu əks hücumda Azərbaycanın milli diviziyaları 
böyük döyüş rəşadəti göstərdilər. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə