Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə23/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   19   20   21   22   23   24   25   26   ...   123
223-cü atıcı diviziya 
 
223-cü  atıcı  diviziya  1941-ci  ilin  oktyabrında  Quba-Qusar-Dəvəçi 
zonasında  təşkil  edilmişdi.  Qafqaz  uğrunda  döyüşlər  1942-ci  ilin  25  iyulundan 
başlanmışdı  və  223-cü  Azərbaycan  milli  diviziyasının  döyüş  əməliyyatları  da  bu 
dövrdən başlandı. 
1942-ci ilin avqustunda faşist ordusu  Mazdoku zəbt etmişdi və Qroznı-Bakı 
istiqamətində döyüşlərin güclənəcəyinə şübhə yox idi. Həmin dövrdə 44-cü Sovet 
Ordusunun 
tərkibində 
olan 
223-cü 
diviziya  (komandiri  general-mayor  
H.Heybətov)  Mahaçqala-Buynaksk-Xasavyurd  istiqamətində  Terek  çayının 
cənubuna çıxaraq Quderməsdən Kaspi dənizi sahilinə qədərki 150 km-lik cəbhədə 
yerləşdirilmişdi.  Dekabrın  ortalarına  doğru  diviziya  Mazdokun  şimal  hissəsində 
altı kəndin azad edilməsi ilə döyüşə başlayaraq, Mazdokun azad edilməsində (3/1-
43)  iştirak  etdi.  Bundan  sonrakı  döyüşlərdə  diviziyanın  iki  polku  yanvarın  11-də 
Georgiyevsk  şəhərinə  birinci  daxil  olaraq  onu  azad  etdi.  Diviziya  37-ci  Ordunun 
tərkibində  yanvarın  20-də  Çerkesk  şəhərinin  azad  edilməsində  iştirak  etdi  və 
fevralın əvvəlində Krasnodar istiqamətinə marş ilə hərəkət etməyə başladı. 
1942-45-ci  illərdə  diviziyanın  alaylarının  komandirləri:  mayor  Abbas 
Abdullayev  (1037-ci  alay),  mayor  Ruhulla  Abdullayev  (1039-cu  alay),  mayor 
Baxış Mehdiyev və mayor Hüseyn Hacıyev (1041-ci alay) olmuşdur. 
Qafqaz  uğrunda  döyüşlərin  ilk  100  günü  ərzində  223-cü  diviziya  4  min 
kvadrat  kilometrdən  çox  ərazinin  düməndən  azad  edilməsində  (o  cümlədən 
Mazdok, Georgievsk və 50-dən çox kənd) iştirak etmişdi
27
. Sonrakı dövrdə 223-cü 
diviziya  46-cı  Ordunun  tərkibində  yeni  hücuma  Şimali  Don  rayonuna  gətirilərək, 
Xarkovun  cənubi-qərb  istiqamətində  döyüşlərə  başladı  və  düşmənin  mühasirəyə 
düşmüş ordu hissəsinin 20 gün ərzində məhv edilməsində fəal iştirak etdi. 
Azərbaycanın  ədəbiyyat  və  insəsənət  xadimləri  milli  diviziyaların 
döyüşçüləri  ilə  tez-tez  görüşürdülər.  1943-cü  ilin  martında  Səməd  Vurğun,  Rəsul 
Rza,  Süleyman  Rüstəm,  Mehdi  Hüseyn,  Məmməd  Rahim,  Zeynal  Xəlil,  Əhməd 
Cəmil  223-cü  milli  diviziyanın  fəxri  əsgəri  adına  layiq  görülmüşdülər.  Belə 
görüşlər döyüşçülərimizdə vətənpərvərlik əhvalı ruhiyyəsinin güclənməsinə böyük 
təsir edirdi. 
                                                           
27
 
Z.M.Bünyadov, R.Ə.Zeynalov, Qafqazdan Berlinədək, B. 1990, s.104 (rus dilində).
 


41 
 
Məşhur  bəstəkarlar  Üzeyir  Hacıbəyov  və  Çingiz  Hacıbəyov  223-cü 
diviziyada döyüşçülər qarşısında geniş proqramla müsamirə vermişdilər. 
1943-cü ilin oktyabrın 20-də 223-cü diviziya 2-ci Ukrayna cəbhəsində 7-ci 
qvardiya  ordusunun    tərkibinə  daxil  edilmişdi  və  o,  31  oktyabrda  Kirovoqrad 
istiqamətində  döyüşlərə  başladı.  1943-cü  ilin  sentyabr-dekabr  aylarında  diviziya 
400  kilometr  döyüş  yolu  keçərək,  Ukraynanın    təxminən      1000    kvadrat    km  
ərazisini  düşməndən  azad  etmiş  və  Dnepri  keçərək  Sovet  Ordusunun  Kirovoqrad 
döyüş  dəstəsi  tərkibində  yeni  döyüşlərə  hazırlaşırdı.  Dneprin  keçilməsində   
H.Hacıyev,  M.Məmmədov,  S.Əsgərov,  A.Abdullayev,  C.Həşimov,  H.Qasımov,    
Ə.Əsədov, N.Babayev və digərləri böyük hünər göstərmişdilər. 
1944-cü ilin aprelində diviziya 57-ci ordunun tərkibində Dnestr çayının sağ 
sahilində  Benderi  şəhərinin  şimali-qərbində  hərbi  əməliyyatlarını  genişləndirirdi. 
Düşmənin  güclü  təyyarə  və  top  atəşləri  altında  diviziya  bu  istehkam  xəttini  130 
gün  müdafiə  etdi.  1944-cü  il  avqustun  əvvəlində  başlanan  Yassa-Kişinyov 
əməliyyatında  223-cü  diviziya  Tiraspol  şəhərinin  cənubi-qərbində  döyüşürdü. 
Diviziyanın  növbəti  hərbi  əməliyyatları  Rumıniya  sərhəddi  istiqamətində  aparıldı 
və  onun  alayları  1944-cü  ilin  2  sentyabrında  Dunay  çayını  keçdikdən  sonra 
istiqamətlərini  Bolqarıstan  sərhədlərinə  tərəf  götürdülər.  20  gün  ərzində  800  km 
məsafəni  döyüşlərlə  irəliləyən  diviziya  Rumıniyanın  Konstansa  limanının  və 
Bolqarıstanın Şumen və Razqrad şəhərinin azad edilməsində iştirak etdi. 
Milli  diviziyanın  döyüş  yolunun  sonrakı  mərhələsi  Yuqoslaviya 
torpaqlarının faşistlərdən azad edilməsi və Belqrad səmtində hücum əməliyyatları 
oldu.  On  gün  ərzində  şərqi  Serbiya  vilayəti  düşməndən  azad  edildi  və  223-cü 
diviziyanın alayları (№1037, 1041) Morova çayı vadisinə çatdılar. Burada, Bor adlı 
şəhərdə 223-cü diviziya Yuqoslaviya ordusunun 23-cü diviziyası ilə görüşdü. 
1944-cü ilin 17-20 oktyabrında Belqrad şəhərində yerləşmiş 20 minlik faşist 
ordusu darmadağın edildi. Belqrad uğrunda döyüşlərdə fərqlənən və qələbə salyutu 
münasibətilə Ali Baş Komandanın əmrində adı çəkilən diviziyalardan biri də 223-
cü diviziya idi və ona Belqrad diviziyası adı verildi. 
1944-cü  ilin  24  dekabrında  223-cü  diviziya  Macarıstan  sərhəddini  keçərək 
Budapeşt istiqamətində döyüş əməliyyatlarında iştirak etdi. Balaton gölü ətrafında 
aparılan  döyüşlərdən  sonra  1945-ci  il  fevralın  13-də  Macarıstanın  paytaxtı 
Budapeşt şəhəri də düşməndən azad edildi. 
Müharibənin  son  həftələrinin  döyüşlərini  223-cü  diviziya  Avstriya 
ərazilərində  keçirmişdir.  Aprelin  6-da  Dunay  çayını  keçən  diviziya  Vyana 
istiqamətində  döyüşlərdə  iştirak  etmiş,  13  apreldə  Vyana  şəhəri  də  faşistlərdən 
azad edilmişdir. Diviziyanın 1037-ci alayına “Vyana” adı verilmişdir. 
223-cü  diviziyanın  son  döyüşləri  1945-ci  ilin  7  mayında  Avstriyanın 
Qollabrun  şəhərinin  azad  edilməsində  olmuşdur  və  bu  şəhərin  azad  edilməsində 


42 
 
həlledici döyüşlərə görə diviziya Ali Baş Komandanın təbrikinə layiq görülmüşdür.  
Bu müharibə illərində diviziyanın Ali Baş Komandandan aldığı 11-ci təbrik idi. 
İkinci  dünya  müharibəsinin  tərkib  hissəsi  olan  Böyük  Vətən  Müharibəsi 
illərində  223-cü  Belqrad  atıcı  diviziyası  30  ay  ərzində  döyüşlərdə  fasiləsiz  iştirak 
etmiş, Mazdokdan Vyanaya qədər 3600 kilometrlik yolu keçmişdir. Bu yol üstündə 
Rumıniya,  Bolqarıstan,  Yuqoslaviya,  Macarıstan,  Avstriya  və  Çexoslovakiya 
əraziləri yerləşir. 
Diviziyanın  bütün  döyüşçüləri  “Qafqazın  müdafiəsinə  görə”,  “Belqradın 
azad  edilməsinə  görə”,  “Budapeştin  alınmasına  görə”  və  “Vyananın  alınmasına 
görə” medalları ilə təltif edilmişdir. Diviziyanın 1037-ci alayı Suvorov ordeni ilə, 
1039-cu  alayı  Kutuzov  ordeni  ilə,  181-ci  Artilleriya  alayı  isə  Boqdan  Xmelnitski 
ordeni ilə təltif edilmişdir. 
Diviziyanın  əsgər  və  zabitlərindən  3483  nəfər  orden  və  medallarla  təltif 
edilmişdir.  Diviziyanın  veteranlarından  Əli  Məhərrəmov  hazırda  Nəsimi  rayonu 
veteranlar Şurasının işində fəaliyyət göstərir. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə