Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


§ 5 Azərbaycan xalqının faĢizm üzərində qələbədə böyük xidməti



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə29/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   25   26   27   28   29   30   31   32   ...   123
§ 5 Azərbaycan xalqının faĢizm üzərində qələbədə böyük xidməti 
 
Əgər Bakının nefti olmasaydı 
Sovetlər İttifaqının qələbəsi 
bəlkə də mümkün deyildi... 
HEYDƏR ƏLĠYEV 
 
Bakı şəhəri ikinci dünya müharibəsinin gedişində və müqəddəratında böyük 
rolu olmuş şəhərlərdən biridir. Bu hər şeydən əvvəl onun zəngin neft yataqları və 
strateji mövqeyi ilə əlaqədardır. 
Hələ  1881-ci  ildə  Bakıda  dənizçilik  peşələri  üzrə  qarışıq  tipli  məktəb 
yaradılmışdı  və  bu  məktəbin  peşə  siniflərini  20  ildə  (1881-ci  1901-ci  illər)  945 
nəfər qurtarmışdı ki, bunlardan da 136 nəfəri azərbaycanlı idi. 1903-cü ildə həmin 
siniflər  əsasında  Bakı  Dənizçilik  məktəbi  yaradıldı.  1899-cu  ilin  sentyabrın 
əvvəlində Xəzərdə 345 neft daşıyan gəmi var idi. Dünyada dizel mühərrikləri olan 
ilk tanker (yükgötürmə qüvvəsi 820 ton, sürəti saatda 7,4 mil olan gəmi) də (1903-
cü ildə) Bakı limanında üzməyə başlamışdır. 
Bakı neft rayonunun inkişafı və müdafiəsi ilə əlaqədar olaraq 1920-ci ildən 
başlayaraq Bakının hava hücumundan müdafiəsi üzrə tədbirlər görülməyə başlandı. 
1920-ci ilin noyabrında Bakıda bir atıcı diviziya təşkil edilmişdi (sonralar bu, 77-ci 
diviziya  kimi  məşhurlaşdı).  1925-ci  ilin  avqustunda  Bakıda  12  təyyarədən  ibarət 
qırıcı təyyarələr dəstəsi yerləşdirilmişdi. 
1938-ci  ilin  sentyabrında  Bakı  hava  hücumundan  müdafiə  hissələrində  2 
zenit  topları  batareyası  (hər  birində  4  top)  mövcud  idi.  Az  sonra  burada  zenit 
artilleriyası  divizionu  yaradıldı.  Həmin  divizionun  batareyalarından  birinin 
komandiri  H.E.Hüseynov  1943-cü  ildə  Bakıda  yerləşən  zenit  artilleriya 
diviziyasının komandiri vəzifəsinə təyin edildi
30
. Göstərilən diviziya Bakıda 1941-
ci ildə açılmış zenit artilleriya məktəbini qurtarmış zabitlər ilə təmin edilirdi. 
                                                           
30
 
Бакинский округ ПВО. Б. 1974, s.51 


52 
 
1941-ci  ilin  fevralında  Bakını  havadan  hərbi  hücumlardan  müdafiə  etmək 
üçün  üçüncü  korpus  yaradılmışdı.  Bu  korpusun  193-cü  zenit  artilleriya  alayı 
Moskvanın 1941-ci ilin qışında müdafiəsində fəal iştirak etmişdir. 
Azərbaycanda  neft  sənayesinin  inkişafında  fəal  iştirak  etmiş  SSRİ-nin 
keçmiş neft sənayesi naziri N.K.Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün 
Azərbaycanın  etdiklərini  bəlkə  də  heç  bir  respublika  etməmişdir
31
.  Çünki  40-cı 
illərdə  SSRİ-də  çıxarılan  33    milyon  ton  neftin  23,5    milyon  tonu  Azərbaycanın 
payına düşürdü. 
Faşist Almaniyasının İrana  öz  hərbi hissələrini çıxarmaq planının qarşısını 
almaq üçün 1941-ci il avqustun 25-də 44-cü Sovet Ordusu hissələri müvafiq Sovet-
İran  müqaviləsinə  əsasən  (2500  nəfərlik  desant  ordusu)  Kaspi  hərbi  flotiliyası 
tərəfindən  Bakıdan  İranın  Pəhləvi,  Bəndərşah  və  Nouşəhr  vasitəsilə  31  avqust 
gecəsi  Xevi  kəndi  ətrafına  (Astara  limanının  cənubunda)  çıxarıldı.  Həmin  desant 
ilə  eyni  zamanda  77-ci  milli  Azərbaycan  diviziyası  da  Kaspi  sahili  ilə  hərəkət 
edərək, İran ərazisinə daxil oldu. 
Müharibənin ilk iki ilində Kaspi dənizi Sovet İttifaqının Avropa hissəsinin 
Orta  Asiya  Respublikaları  və  İran  ilə  əlaqələndirən  əsas  yol  idi.  Qərbdən  Şərqə 
köçürülən sənaye müəssisələri, əhalinin şərqə köçürülməsi Bakı-Krasnovodsk xətti 
ilə  həyata  keçirilirdi.  1942-ci  ildə  Kaspi  dənizi  donanması  1  milyon  255  min  ton 
yük  daşımışdı.  Cəbhələrə  dəniz  yolu  ilə  müharibə  illərində  daşınan  benzin  isə  2 
milyon 400 min tondan çox idi. 
Almaniya hərbi komandanlığı Qafqazı zəbt etmək üçün hərbi əməliyyatları 
1942-ci ilin 25 iyulunda başlamışdı və bu döyüşlər 14 ay davam edərək düşmənin 
məğlubiyyəti və geri çəkilməsi ilə qurtardı. 
Faşist  ordusu  Mahaçqala-Kizlyar-Astraxan  dəmir  yolu  xəttini  zəbt  etdiyi 
dövrdə  Şimali  Qafqaz  ilə  Zaqafqaziyanın  nəqliyyat  əlaqələri  yalnız  Kaspi  dənizi 
vasitəsilə  mövcud idi. Beləliklə, 1942-ci ilin 8 avqustundan Kaspi dənizi də hərbi 
əməliyyatlar meydanına çevrildi. Həmin dövrdə Bakı-Astraxan istiqamətində hərbi 
yüklərin  daşınması  (benzin,  sürtkü  yağları,  silah  və  s.)  getdikcə  artırdı  və  liman 
düşmən  təyyarələrinin  zərbəsinə  məruz  qalırdı.  Həmin  dövrdə  Bakının  hava 
hücumlarından müdafiəsi xüsusi əhəmiyyət kəsb edirdi və Kaspi flotiliyasının zenit 
artilleriya qurğuları ilə təmin edilməsi gücləndirilmişdi. 
1941-ci  ilin  sonunda  Bakıda  75-ci  dəniz  atıcı  briqadası  təşkil  edilmişdi. 
Həmin  briqada  Moskva  altındakı  döyüşlərdə  və  Kalinin  cəbhəsində  döyüşmüş  və 
üçüncü  qvardiya  dəniz  atıcı  briqadası  adına  layiq  görülmüşdü.  Kaspi  flotiliyası 
                                                           
31
 
Xalq qəzeti, 10 mart 1999 
 


53 
 
1942-ci  ilin  8  avqustundan  hərbi  vəziyyətə  keçirildi  və  yuxarıda  göstərilən  75-ci 
atıcı briqada Qafqazın müdafiəsi üzrə döyüşlərə cəlb edildi. 
Qafqaz uğrunda döyüşlərdə rabitəçi-matros  Qafur Məmmədov 1942-ci ilin 
18-19  oktyabrında  Kaçkanova  kəndi  yüksəkliyində  apardığı  döyüşlərdə  13  faşist 
avtomatçısını və bir minomyot heyətini məhv etdi və həmin döyüşdə komandirinə 
tuşlanan  snayper  atəşini  öz  bədəni  ilə  örtərək  yüksək  qəhrəmanlıq  nümunəsi 
göstərdi. Bütün bu şüsaətinə görə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. 
Bakıda  təşkil  edilmiş  dəniz  atıcı  briqadası  da  Qafqaz  uğrunda  döyüşlərdə 
fəal  iştirak  etmişdi.  Kaspi  flotiliyasının  hərbi  gəmiləri  1942-ci  ildə  şimala 
yükdaşıyan 1200 gəmini 216 dəfə hava hücumlarından müdafiə etmiş və düşmənin 
6 bomba atan təyyarəsini vurmuşdu. 
Stalinqrad  və  Şimali  Qafqaz  uğrunda  döyüşlərin  gərgin  vaxtında  Kaspi 
hərbi  flotiliyası  və  nəqliyyat  gəmiləri  cəbhələrə  434472  nəfər  döyüşçü  və  mülki 
şəxs, 791 tank, 46 təyyarə, 4458 maşın, 213257 ton silah və s. daşıdı. Bundan əlavə 
Kaspi vasitəsilə külli miqdarda yaralı döyüşçü və köçürülən əhali daşındı. 
Qafqaz  uğrunda  döyüşlərin  qızğın  çağında  Kaspi  flotiliyasının  qırıcı 
təyyarələri  Bakı-Astraxan  istiqamətində  daşınan  hərbi  sursatın  və  cəbhə  üçün 
yanacağın  havadan  müdafiəsini  təmin  edirdi.  422  gün  davam  edən  bu  döyüşlər 
zamanı Almaniya faşist ordusunun təyyarələri Zaqafqaziya istiqamətinə 7493 uçuş 
təşkil  etmişdi.  Bu  təyyarələrdən  74-ü  Bakı  rayonuna  çatmışdı  və  onlardan  8-i 
vurulmuş və yalnız 7-si Bakı səmasına çata bilmişdi. 
II dünya müharibəsi illərində Bakının maşınqayırma zavodlarında cürbəcür 
minomyotlar hazırlanır, məşhur “katyuşa” üçün mərmilər istehsal edilirdi. Burada 
eləcə  də  tanklar  təmin  edilir,  döyüş  sursatı  və  cəbhə  üçün  digər  ləvazimatlar 
hazırlanırdı. 
Marşal  A.A.Qreçko  sonralar  yazmışdı  ki,  Qafqazın  müdafiəsi  dövründə 
cəbhəyə  Azərbaycandan  tükənməz  axın  kimi  yüksək  keyfiyyətli  benzin,  silah, 
döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi
32

1941-45-ci  illər  müharibəsi  dövründə  cəbhələrdə  düşmənə  qarşı  “Motorlar 
müharibəsi”ndə istifadə edilən benzin və digər yanacağın dörddə üçündən çoxunu 
Azərbaycan  və  onun  paytaxtı  Bakı  vermişdi.  Müharibə  illərində  Bakı  cəbhə  üçün 
73  milyon  ton  neft  məhsulları,  1  milyon  42  min  ton  təyyarə  benzini  vermişdi. 
Müharibə  illərində  hər  üç  təyyarə  və  tankdan  ikisi  Bakı  nefti  hesabına  hərəkət 
edirdi. 
Azərbaycan  Prezidenti  Heydər  Əliyev  demişdir: 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə