Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə56/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   52   53   54   55   56   57   58   59   ...   123
VERDĠYEV Əvəz HəĢim oğlu 
(1916-1945) 
 
Bakının  ətrafında  olan  Bülbülə  kəndində  dünyaya  göz  açmış  və  1939-cu 
ildə orduda xidmətə çağırılmışdır. 1939-40-cı ildə Sovet-Finlandiya müharibəsində 
iştirak etmişdir.  
Əvəz  Verdiyev  Almaniya  faşizmi  ordusunun  SSRİ-yə  qarşı  müharibəyə 
başladığı gündən döyüşən orduda olmuşdur. Qvardiya baş serjant Ə.Verdiyev 3-cü 
tank  ordusunda  avtomatçılar  bölməsinin  komandiri  idi  və  o,  1944-cü  ilin  22 


72 
 
iyulunda  Lvov  vilayətinin  Kulikov  şəhərciyinin  azad  edilməsində  şəxsi 
qəhrəmanlıq göstərərək, batalyonun uğurlu hücumunu təmin etmişdir.  
1944-cü  ilin  31  iyulundan  3  avqusta  qədərki  dövrdə  Əvəz  Verdiyevin 
komandir olduğu avtomatçılar bölməsi Polşa ərazisində Visla çayını keçərək çayın 
sol  sahilindəki  düşmən  qüvvələrini  məhv  etmiş  və  öz  ordu  hissələrinin  yeni 
hücumu üçün şərait yaratmışdı. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 23 
sentyabrında  verilmişdir.  Sonrakı  döyüşlərin  birində  Əvəz  Verdiyev  ağır 
yaralanmış  və  1945-ci  ilin  mayın  1-də  xəstəxanada  dünyasını  dəyişmiş  və 
Boleslavest şəhərində (Polşa) dəfn edilmişdir. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə