Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə7/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   2   3   4   5   6   7   8   9   10   ...   123
General-polkovnik 
SƏMƏD BƏY MEHMANDAROV 
(1857-1931) 
 
Lənkəranda  dünyaya  göz  açmış  və  Bakıda  gimnaziya  təhsili  almış  Səməd 
Sadıqbəy  oğlu  Mehmandarov  Peterburqda  artilleriya  təmayüllü  hərbi  məktəbi 
bitirmişdir.  Rus-yapon  müharibəsində  böyük  rəşadət  göstərmiş  S.Mehmandarova 
1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik 
rütbəsinə bərabərdir. 
I Dünya müharibəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında 
xidmət edirdi. Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində 4 alay var 
idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan 
alyı.  Diviziya  komandiri  S.Mehmandarovun  fitri  istedadı  nəticəsində  Lodz 
istiqamətində  aparılmış  döyüşdə  alman  generalı  Makenzonun  ordusu  üzərində 
qələbə  əldə  edilmişdi.  Visla  çayı  yaxınlığındakı  İvanqorod  rayonunda  da  21-ci 
diviziya 52-ci piyada diviziyası ilə birgə vuruşmuşdu və bu diviziyanın tərkibində 
205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi. 


17 
 
1915-ci  ildə  general  S.Mehmandarov  korpus  komandiri  təyin  edilmişdi. 
1917-ci  ilin  əvvəlində  Rusiyanın  bütün  hərbi  ordenləri  ilə,  eləcə  də  İngiltərə, 
Fransa və Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilmişdi. 
1917-ci  ilin  fevral  inqilabından  sonra  S.Mehmandarov  Rusiyada  hərbi 
xidmətdən çıxaraq Azərbaycana gəldi. 
General  S.  Mehmandarov  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökumətində 
1918-ci  ilin  25  dekabrından  Hərbi  Nazir  vəzifəsində  olmuş  və  müstəqil 
Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu 
ilin  yazında  ingilis  hərbi  hissələri  Azərbaycanda  olduğu  dövrdə  Hərbi  Nazir 
S.Mehmandarov  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökuməti  başçısı  Nəsib  bəy 
Yusifbəyliyə  göndərdiyi  rəsmi  məktubda    bildirmişdi  ki,  İngilis  hərbi  hissələri 
Azərbaycanda  məskun  olduqları  yerlərdə  talanlar  edir,  kəşfiyyat  işi  aparırlar. 
Bunlara  etiraz  olaraq  S.Mehmandarov  İngiltərə  hökumətinin  I  Dünya  müharibəsi 
illərində  ona  verdiyi  ordenləri  İngiltərə  hökumətinə  qaytarmağı  Azərbaycan 
hökumətindən xahiş etmişdi. 
Müstəqil  Azərbaycan  dövlətinin  ərazisi  Rusiyanın  XI  Ordusu  tərəfindən 
zəbt  edildikdən  sonra  S.Mehmandarov  öz  xalqının  müqəddəratına  biganə 
olmayaraq,  Nəriman  Nərimanovun  şəxsi  zəmanəti  əsasında  hərbi  fəaliyyətini 
davam etdirmiş  və  Azərbaycanda  yaradılmış  hərbi komandirlər məktəbində 1921-
1928-ci  illərdə  müəllimlik  etmişdir.  Qafqaz  ordusunun  komandiri  olmuş  Birinci 
dərəcəli  Ordu  komandiri  İ.Ç.Yakir  1925-ci  ildə  yazmışdı:  “Mehmandarov  nadir 
artilleriyaçıdır
”. 
General  Səməd  bəy  Mehmandarov  1924-1927-ci  illərdə  Azərbaycanda 
hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.  
1928-ci  ildə  general  S.Mehmandarov  səhhətinə  görə  orduda  xidmətdən 
tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi. 
General-polkovnik  S.Mehmandarov  dövrünün  görkəmli  şəxsiyyətlərindən 
bir  olmuşdur.  O,  türk  və  fars  dillərini  yüksək  səviyyədə  bilirdi.  Ömrünün  son  üç 
ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə