Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
  1   2   3   4   5   6   7   8   9   ...   48



 
PROF. Ġ.Z.ĠSMAYILOV 
(tarix elmləri doktoru) 
 
 
 
 
 
 
 
AZƏRBAYCANLILARIN II DÜNYA MÜHARĠBƏSĠNDƏ ĠġTĠRAKI 
 
 
 
 
 
 
 
Bakı şəhər veteranlar şurası  
Nəzdindəki elmi-metodik komissiyanın 
23.06.99 tarixli qərarına əsasən nəşr edilmişdir. 
(protokol № 1) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı 2000 



 
 
“BİZİM  ÜÇÜN  II  DÜNYA  MÜHARİBƏSİNDƏ,  FAŞİZMƏ  QARŞI 
APARILAN BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ HƏR BİR 
ŞƏXS YÜKSƏK HÖRMƏTƏ MALİKDİR...” 
HEYDƏR ƏLĠYEV 
 
 
Mətnə rəy vermişlər: 
Müharibə veteranı, prof. Ə.ġAKĠRZADƏ 
Müharibə veteranı, prof. H.HACIYEV 
 
 
Ġsmayılov Ġ.Z. Azərbaycanlıların II dünya müharibəsində iĢtirakı. Bakı, 
2000. 
 
 
Kitabın  nəşrinə  qismən  sponsorluq  etdiyinə  görə  müəllif  Azərbaycan 
Respublikası  Nəsimi  rayonu  İcra  Hakimiyyətinin  başçısı  Tahir  QULİYEVƏ  və 
Məişət  Xidməti  Şirkətinin  prezidenti  Eldar  MİRZƏYEVƏ  öz  təşəkkürünü 
bildirir. 
Nəşrin xərcinin bir hissəsi müəllif tərəfindən ödənilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ġ.Z.ĠSMAYILOV, 2000. 



 
“Hətta  ağılsızlar  arasında  belə  müharibə  istəyən  olmamalıdır.  Çünki 
dinclik  olanda  atalar  övladlarının  çiynində  aparılaraq  dəfn  edilirlər,  müharibə 
olduqda isə atalar övladları dəfn etməli olurlar”. 
Herodot 
 
Oxucuya müraciət 
 
Eramızdan  əvvəl  beşinci  əsrdə  yaşamış  və  “Tarixin  Atası”  sayılan 
Herodotun  bu  sözləri  müasir  müharibələrin  ön  və  və  arxa  cəbhələrində  viranedici 
atış  qüvvəsinin  zərbələri  müqabilində  sönük  görülür:  çünki  indiki  geniş  miqyaslı 
müharibələrdə atalar həlak olmuş övladlarının nəinki dəfn edə bilmir, hətta bir çox 
hallarda  özləri  də  cəbhə  arxasında  təyyarələrdən  buraxılan  bombalardan  və  top 
atəşi  zərbələrindən  həlak  olurlar.  Lakin  bununla  belə  Tarixin  Atası  Herodotun 
sözlərində  böyük  məna  vardır.  Burada  söhbət  müharibə  dövründə  valideyn  və 
övladların aqibətindən gedir. 
Müharibələrin  xronikası  tarixin  ən  qədim  alt  qatlarından  başlayır.  Lakin 
qədim  dövrdəki  və  XX  əsrə  qədər  baş  vermiş  müharibələr  əsasən  lokal  xarakter 
daşımışdır.  Hətta  dünya  ağalığı  iddiası  ilə  ayrı-ayrı  fatehlərin  (Makedoniyalı 
İskəndər,  Çingiz  xan,  Napaleon  və  s.)  başladıqları  böyük  müharibələr  dünyanın 
əksəriyyət ölkələrini eyni zamanda əhatə etməmişdir.  
II dünya müharibəsində 60-dan çox ölkənin 2 milyarddan artıq əhalisi cəlb 
edilmişdi ki, bu da o zaman dünya əhalisinin 80 %-ni təşkil edirdi. 
Birinci  və  ikinci  dünya  müharibələri  arasında  Dünyanın  nisbətən  dinc 
yaşaması  dövrü  20  il  çəkdi.    Lakin  bu  “dinc  dövr”də  də  bəşəriyyət  hərbi 
qarşıdurmalardan  böyük  itkilər  vermişdir.  Məşhur  İsveç  siyasətçisi  Pyer  Almark 
“Açıq yara” kitabında (1997) yazır ki, XX  əsrin “dinc dövrlərində” Dünyada 170 
milyon  insan  məhv  edilmişdir.  110  milyonu  kommunistlərin  hakimiyyətdə 
olduqları  ölkələrin  payına    düşür  (bundan  62  milyonu  1917-1987-ci  illər  üzrə 
Sovetlər İttifaqı xalqlarının verdiyi itkilərdir). Əlbəttə buraya repressiya dövrünün 
siyasi qurbanları da daxildir.  
1920-ci  ilin  mayından  1921-ci  ilin  əvvəllərinədək  40  mindən  çox 
azərbaycanlı Fövqəladə komissiyanın qərarı ilə məhv edilmişdir. 1934-38-ci illərdə 
isə yenə də siyasi düşmən adı ilə 27854 nəfər məhv edildi. Bütövlükdə 1920-30-cu 
illərdə  Azərbaycanda  xalq  düşməni  damğası  ilə  400  mindən  çox  vətəndaş  məhv 
edilmiş,  yarım  milyondan  artıq  azərbaycanlı  isə  sürgünlərə  göndərilmişdir.    Bu 
qədər böyük qırğının icraçılarının  əksəriyyəti isə xalqımıza düşmən kəsilən yadlar 
olmuşdur (bax “Xalq qəzeti”, 28 mart, 1999). 
XX  əsrin  70  ilində  SSRİ-də  hökm  sürmüş  ifrat  dərəcədə  mərkəzləşmiş 
totalitar  üsul-idarə,  mərkəzin  imperiya  siyasəti  Sovetlər  İttifaqının  dağılması 



 
prosesini  daha  da  sürətləndirdi.  Zahirən  möhtəşəm  görünən  Sovet  dövlətinin 
nisbətən qısa müddətdə dağılmasının səbəbləri hətta tamamilə öyrənilməmişdir. Bu 
dağılma prosesinin nisbətən qısa  müddətdə başa çatması həmin prosesin şahidləri 
olan  hətta  bizləri  də  bəzən  təəccübləndirirsə,  görünür,  bu  dağılmanı  görməyən 
gələcək nəsillər üçün o, daha çox sirli görünəcəkdir. 
Sovet  hakimiyyəti  illərində  xalqın  faşist  Almaniyasının  hücumuna  qarşı 
apardığı  ən  ağır  və  qanlı  müharibə  Böyük  Vətən  müharibəsi  adlanır  və  bu 
müharibədə  SSRİ  tərkibində  yaşayan  xalqlar  27  milyon  nəfər  itirdilər.  Həmin 
müharibədə Azərbaycanın itkisi 300 min nəfərdən çoxdur. 
Birinci  dünya  müharibəsinin  başlanmasında  əsasən  Antanta  (İngiltərə, 
Fransa,  Rusiya)  dövlətləri  başçıları  ittiham  edilir.  Lakin  ondan  dəfələrlə 
çoxdağıdıcı  olan  və  bir  neçə  dəfə  çox  insan  itkisi  ilə  nəticələnən  İkinci  dünya 
müharibəsinin  əsas  səbəbini  Hitler  ilə  Stalin  xarici  siyasətlərinin  barışmazlığı  ilə 
izah  edənlər  də  az  deyildir.  Ədalət  naminə  demək  lazımdır  ki,  bu  tezislə  çıxış 
edənlər  yaddan  çıxarırlar  ki,  Hitler-Stalin  qarşıdurması  real  olaraq  1941-ci  ildə 
başladı,  II  Dünya  müharibəsi  isə  1939-cu  ildə  başlamışdı  və  Sovetlər  İttifaqının 
müharibəyə  cəlb  edilməsi  ilə  başlanan  Böyük  Vətən  müharibəsi  II  Dünya 
müharibəsinin  davamını,  ikinci  dövrünü  təşkil  edir.  II  Dünya  müharibəsinin 
sonunda  antihitler  ittifaqı  dövlətləri  (Sovetlər  İttifaqı,  Amerika  Birləşmiş  Ştatları 
və İngiltərə)  Almaniya  faşizmi  və Yaponiya  militarizmi üzərində qələbə çalsa da, 
qalib dövlətlərdən biri olan Sovetlər İttifaqının insan itkisi daha çox olmuşdur. 
Müharibə qurtardıqdan sonra Sovetlər İttifaqının hakim dairələri bu itkinin 
müqabilində  qələbə  üçün  onu  əsas  götürdülər  ki,  nəticədə  dünya  sosializm 
sisteminin  yaradılmasına  şərait  əldə  edildi  və  bu  sistemin  özəyi  olan  Sovetlər 
İttifaqı  öz  hərbi  gücünə  görə  dünyanın  ən  güclü  iki  ölkəsindən  birinə  (ABŞ  ilə 
yanaşı)  çevrildi.  SSRİ-nin  dağılması  ilə  bu  tarixi  bəraətin  (ümumi  tarixi  inkişaf 
nöqteyi nəzərindən) əsassız olduğu ortaya çıxdı.  
SSRİ  dağıldıqdan  sonra  onun  yerində  15  müstəqil  dövlət  yarandı  və 
bunların  hər  biri  öz  xalqlarının  II  dünya  müharibəsində  iştirakı  haqqında 
tədqiqatlar  apararaq  əsərlər  nəşr  edirlər.  Təəssüflər  olsun  ki,  Azərbaycanda  bu  iş 
hələlik zəif aparılır. 
Azərbaycanlıların  II  Dünya  müharibəsində  işrirakı  mövzusunun  geniş 
işlənməsi və təbliği bir neçə səbəbə görə vacibdir: 
Əvvəla: Azərbaycan indi Dünya dövlətləri sistemində müstəqil dövlətdir və 
onun  xalqının  II  Dünya  müharibəsində  iştirakı  müstəqil  bir  mövzu  kimi 
işlənməlidir.  Məlumdur  ki,  bu  iştirak  “Sovetlər  İttifaqının  Böyük  Vətən 
Müharibəsi” mövzusu içərisində çox səthi şərh edilirdi və solğun görünürdü.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə